Yusif Cəfərov

Yusif Mübariz oğlu Cəfərov (25.04.1996 Şirvan şəhəri. 04.11.2020 Qubadlı rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.

Yusif Cəfərov
Şəxsi məlumatlar
Doğum tarixi 25 aprel 1996(1996-04-25)
Doğum yeri
Vəfat tarixi 4 noyabr 2020(2020-11-04) (24 yaşında)
Vəfat yeri
Dəfn yeri
  • Şirvan Şəhidlər Xiyabanı[d]
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Təhsili
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Xidmət illəri 2020
Rütbəsi Əsgər
Döyüşlər İkinci Qarabağ müharibəsi
  Fizuli döyüşləri Cəbrayılın azad edilməsi
  Qubadlının azad edilməsi
  Zengilan döyüşləri]]
Təltifləri "Vətən uğrunda" medalı  — 2020 "Cəsur döyüşçü" medalı  — 2021 "Cəbrayılın azad olunmasına görə" medalı  — 2020 "Qubadlının azad olunmasına görə" medalı  — 2020

Həyatı

İkinci Qarabağ müharibəsi şəhidi Yusif Mübariz oğlu Cəfərov 1996-cı ilin 25 apreldə Şirvan şəhərində anadan olub. Atası Mübariz Birinci Qarabağ müharibəsində döyüşərək 1992-ci ildə yaralanmış, uzun müddət müalicələr alsa da Yusifin 3 yaşında ikən dünyasını dəyişib.2002-ci ildə Şirvan şəhər 2 nömrəli tam orta məktəbin 1-ci sinfinə daxil olub.2013-cü ildə orta məktəbi bitirdikdən sonra Mingəçevir Dövlət Universitetinin İqtisadiyyat fakültəsinə daxil olub və 2017-ci ildə ali təhsilini başa vurub.

Hərbi xidməti

Yusif Cəfərov 2018-ci ildə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan Şəhər Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağırılır və 1 il əsgər kimi Vətənə xidməti borcunu ləyaqətlə yerinə yetirir. Ölkə prezidentinin “Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında” 28 sentyabr 2020-ci il tarixli sərəncamına əsasən Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan Şəhər Şöbəsinin çağırışı ilə sentyabrın 30-da cəbhəyə yollanır.[1] Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlının işğaldan azad olunması uğrunda döyüşlərdə əsl qəhrəmanlıq nümunələri göstərir. Qubadlının azad edilməsində qəhrəmancasına şəhid olan Yusif Cəfərov 4 noyabr 2020-ci ildə Şirvan Şəhər Şəhidlər Xiyabanında torpağa tapşırılır.

Təltifləri

Həmçinin bax

İstinadlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.