Yusif Bağırzadə

Yusif Qəzənfər oğlu Bağırzadə (19 fevral 1961, Kirovabad) — hüquqşünas, politoloq, Azərbaycan Milli Məclisinin I çağırışı deputatı, Mərkəzi Seçki Komissiyasının üzvü (2003–2006).

Yusif Bağırzadə
10 iyul 2010 27 oktyabr 2015
ƏvvəlkiFuad Muxtarov
SonrakıArzuxan Əlizadə
13 iyun 2003 7 fevral 2006
Təmsil etdiyiAzərbaycan Demokrat Partiyası
12 noyabr 1995 5 noyabr 2000
Seçki dairəsi1995 — 33 saylı Birinci Nizami (Gəncə)
ƏvvəlkiVəzifə təsis edildi.
SonrakıVəzifə ləğv edildi.
Şəxsi məlumatlar
Doğum tarixi 19 fevral 1961(1961-02-19) (63 yaş)
Doğum yeri
Partiya
Təhsili
  • Özbəkistan Milli Universiteti[d]
Fəaliyyəti hüquqşünas, siyasətçi

Həyatı

Yusif Bağırzadə 1961-ci il fevralın 19-da Gəncə şəhərində anadan olmuşdur. Daşkənd Dövlət Universitetinin Hüquq fakültəsini bitirmişdir. Rus, özbək və fransız dillərini bilir.

Evlidir, 2 övladı var

Siyasi fəaliyyəti

1995-ci il noyabrın 12-də 33 saylı Birinci Nizami (Gəncə) seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri komissiyası sədrinin müavini olmuşdur.

1998-ci ildə Yusif Bağırzadə Rəsul Quliyevin Azərbaycan Demokrat Partiyasının həmsədri seçilməsindən sonra Azərbaycan Demokrat Partiyasına üzv olmuşdur.

O, 2000-ci il parlament seçkilərində deputatlığa namizəd olmuşdur.[1]

2003-cü il prezident seçkilərindən öncə yenidən təşkil olunan Mərkəzi Seçki Komissiyasının tərkibinə parlamentdənkənar siyasi partiyaların da iştirakının təmini səbəbi ilə Azərbaycan Demokrat Partiyası, Azərbaycan Liberal Partiyası, Azərbaycan Milli İstiqlal PartiyasıMüsavat Partiyası tərəfindən üzvlər irəli sürülmüşdür. Azərbaycan Demokrat Partiyası tərəfindən əsas üzvlüyə Yusif Bağırzadə təqdim olunmuşdur. 13 iyun 2003-cü ildə təqdim olunan üzvlər təsdiqlənmiş və Yusif Bağırzadə Mərkəzi Seçki Komissiyasının üzvü seçilmişdir.[2] 2005-ci il seçkilərindən sonra səlahiyyətləri sona çatsa da yeni tərkib 7 fevral 2006-ci ildə seçilmişdir.[3]

Daha sonra Yusif Bağırzadə bitərəf olaraq siyasətə davam etmişdir.

2010-cu il aprelin 9-da Azərbaycan Milli İstiqlal Partiyasına üzv qəbul olunub. Yusif Bağırzadə Azərbaycan Milli İstiqlal Partiyasına üzv olmaq üçün Siyasi Şuraya özü müraciət etmişdir. Sabiq deputatın partiyaya qəbulu haqda qərar Siyasi Şuranın iclasında yekdilliklə çıxarılıb.

2010-cu ilin 10 iyul tarixində Azərbaycan Milli İstiqlal Partiyasının X Qurultayında Yusif Bağırzadə partiya sədri seçilmişdir.[4] 27 oktyabr 2015-ci il tarixində parlament seçkilərinə 5 gün qalmış sədr postundan və partiyadan istefa verən Yusif Bağırzadə siyasətdən getdiyini elan etmişdir.

Yusif Bağırzadə 2010-cu il parlament seçkilərində Azərbaycan Milli İstiqlal Partiyası sədri və namizədi olaraq 39 saylı Kəpəz (Gəncə) seçki dairəsi üzrə deputatlığa namizəd olmuş və 4495 səs (24.7%) toplayaraq Yeni Azərbaycan Partiyası namizədi Xanlar Fətiyevin ardınca seçkiləri ikinci sırada tamamlamışdır.[5] Yusif Bağırzadə 2015-ci il parlament seçkilərində yenidəm deputatlığa namizəd olmuşdur.[1]

23 dekabr 2023-cü il tarixində keçirilmiş Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası iclasından sonra sədr Məzahir Pənahov prezidentliyə namizədliklə bağlı komissiyaya daha 8 müraciətin daxil olduğunu bildirmişdir.[6] Kütləvi informasiya vasitələrində bu şəxslərdən birinin də Yusif Bağırzadə olduğu məlum olmuşdur[7] 26 dekabr 2023-cü il tarixində keçirilmiş Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası iclasında Yusif Bağırzadə daxil 8 nəfərin namizədliyi qeydə alınmışdır.[8]

Mənbə

İstinadlar

  1. Gudratli, Rufat. "Prezidentliyə namizəd: "Səs toplamaq potensialım var"". Cebhe Info (az.). 2024-01-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-04.
  2. "Arxivlənmiş surət". 2021-05-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-02.
  3. "Arxivlənmiş surət". 2021-04-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-02.
  4. "Arxivlənmiş surət". 2021-05-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-02.
  5. "39 KƏPƏZ BIRINCI (GƏNCƏ) SEÇKI DAIRƏSİ". 2016-04-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-04.
  6. "Azərbaycanda prezidentliyə namizədliyini irəli sürənlərin sayı 15-ə çatıb". Report İnformasiya Agentliyi (az.). 2023-12-23. 2023-12-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-24.
  7. modern.az. "Prezidentliyə namizəd olmaq istəyən 15 nəfər - SİYAHI". modern.az (az.). 2023-12-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-24.
  8. "Azərbaycanda prezidentliyə namizədliyinin irəli sürülməsi təsdiqlənən şəxslərin sayı 15-ə çatıb - SİYAHI". Report İnformasiya Agentliyi (az.). 2023-12-26. 2023-12-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-27.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.