Yusif Alıyev

Yusif İmrayıl oğlu Alıyev (7 aprel 1979, Yuxarı Salahlı, Qazax rayonu) — Azərbaycan alimi, Azərbaycan Respublikasının Qabaqcıl təhsil işçisi, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, fizika elmləri doktoru, dosent, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının direktoru.[1]

Yusif Alıyev
Yusif İmrayıl oğlu Alıyev
Digər adı Yusif Alı Avşar
Doğum tarixi 7 aprel 1979(1979-04-07) (44 yaş)
Doğum yeri
Milliyyəti azərbaycanlı
Atası İmrayıl Alıyev
Elm sahəsi fizika
Elmi dərəcəsi Fizika elmləri doktoru
Elmi adı Dosent
İş yerləri Azərbaycan Dövlət Pedaqoji Universitetinin Elm və innovasiyalar şöbəsinin müdiri, AMEA Fizika İnstitutu aparıcı elmi işçi
Təhsili
Elmi rəhbəri Professor Yusif Əsədov
Mükafatları

Akademik Həsən Abdullayev adına Diplom-mükafatı (2008 il), Diasporla İş üzrə Dövlət komitəsinin Diplom-Mükafatı (2010 il),

Azərbaycan Respublikası Prezidentinin yanında KİV-ə Dövlət Dəstəyi Fondunun Diplom-Mükafatı (2010),

Səməd Vurğun Mükafatı laureatı (2013 il)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Yusif Alıyev 7 aprel 1979-cu ildə Qazax rayonunun Yuxarı Salahlı kəndində ziyalı ailəsində anadan olub.

1996-cı ildə Qazax rayonu Zahid Mahmudov adına Yuxarı Salahlı kənd tam orta məktəbini, 2000-ci ildə Bakı Dövlət Universitetinin fizika fakültəsinin bakalavriaturasını, 2002-ci ildə həmin universitetinin fizika fakültəsinin magistraturasını "optoelektronika" ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib.

2002-ci ildən 2019-cu ilədək Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunun "Quruluş və quruluş çevrilmələri" laboratoriyasında kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi, aparıcı elmi işçi vəzifələrində çalışmışdır. 2011–2013-cü illərdə AMEA-nın Fizika İnstitutunun mətbuat xidməti rəhbəri olmuşdur.

2002–2004-cü illərdə həqiqi hərbi xidmətdə olub. Ehtiyatda olan baş leytenantdır.

2009–2020-ci illərdə Dövlət İmtahan Mərkəzində (keçmiş Tələbə Qəbulu üzrə Dövlət Komissiyası) müqavilə əsasında imtahan rəhbəri kimi fəaliyyət göstərmişdir.

14 dekabr 2011-ci ildən 15 fevral 2016-cı ilədək Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda (indiki Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu) Təbiət elmləri kafedrasının müdiri;

15 fevral 2016-cı ildən 20 fevral 2017-ci ilədək Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunda ictimai əsaslarla Məzmun standartları və ixtisasartırma proqramları şöbəsinin müdiri vəzifələrində çalışıb.

2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin həyata keçirdiyi "Ən yaxşı müəllim" müsabiqəsinin fizika fənni üzrə ekspert şurasının üzvü olub.

20 fevral 2017-ci il tarixdən — 10 sentyabr 2017-ci il tarixədək Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru (eyni zamanda 6 saylı Bakı Peşə Məktəbinin direktoru) vəzifəsində çalışmışdır.

15 sentyabr 2017-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Fizika və texnologiya fakültəsinin Texnologiya və onun tədrisi metodikası kafedrasının dosenti vəzifəsinə seçilmişdir.

03 oktyabr 2017-ci il tarixdən — 29 avqust 2019-cu il tarixədək Azərbaycan Dövlət Pedaqoji Universitetinin Elm və innovasiyalar şöbəsinin müdiri vəzifəsində çalışıb.

29 avqust 2019-cu il tarixində Azərbaycan Dövlət Pedaqoji universitetinin Quba filialının direktoru vəzifəsinə təyin olunmuşdur.

101 elmi məqalə (onlardan 48 məqalə WoS və SCOPUS elmmetrik bazalarında) və tezisin, ali məktəb tələbələri üçün 4 dərs vəsaitinin, liseylər üçün 5 metodik vəsaitin müəllifidir.

Ailəlidir, 3 oğlu var.

Elmi fəaliyyəti

25 noyabr 2009-cu ildə "01.04.10-Yarımkeçiricilər və dielektriklər fizikası" ixtisası üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün "Bəzi mis və gümüş halkogenidlərində kation və anionların qismən əvəz edilməsinin polimorf çevrilmə mexanizminə təsiri" mövzusunda dissertasiya işi müdafiə etmişdir. 22 iyun 2010-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə fizika üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmişdir.

29 mart 2022-ci ildə "2223.01 – Kristalloqrafiya, kristallar fizikası ixtisası üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün "Ag, Cu əsaslı halkogenid sistemlərində fazaəmələgəlmə və quruluş faza çevrilmələri" mövzusunda dissertasiya işi müdafiə etmişdir. 28 oktyabr 2022-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə fizika elmləri doktoru elmi dərəcəsi verilmişdir.

1 aprel 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə dosent elmi adı verilmişdir.

2011-ci ildə İsveçrədə yerləşən "World Federation of Scientists" mərkəzinin "National Scholarship Programme" layihəsi üzrə gənc tədqiqatçılar üçün ayrılmış təqaüdünə (2011–2012) layiq görülmüşdür.

Hazırda Ag2S(Se, Te)-AgCuS(Se, Te) sistemində kation-kation, anion-anion əvəzləməsinin quruluşəmələgəlmə və quruluş faza keçidi prosesinə təsirinin öyrənilməsi və bu birləşmələrin fiziki-kimyəvi və rentgenfaza analizinin araşdırılması ilə məşğuldur. Həmçinin araşdırılması və tətbiqi xüsusi aktuallıq kəsb edən müxtəlif tərkibli maqnit yarımkeçiricilərin və ifratkeçiricilərin tədqiqi ilə də məşğuldur[mənbə göstərin] [2].

Pedaqoji fəaliyyəti

Pedaqoji istiqamətdə "Qloballaşma şəraitində innovativ təhsil modellərinin tətbiqi" adlı elmi-tədqiqat problemi üzərində çalışır. Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda ixtisasartırma kursu keçən müdavimlərə fizika və ekologiya fənnindən mühazirələr oxuyur.

2014-cü ildə nüfuzlu "Journal European Applied Sciences" beynəlxalq elmi jurnalında ilk dəfə Azərbaycan təhsil sistemində kurikulum islahatına həsr edilmiş "As about conventional and innovational inheritance in curriculum of natural sciences in the conseption educational standarts and content reforms educational system of Azerbaidjan" adlı məqaləsi çap olunmuşdur[mənbə göstərin] . 2017–2019-cu illərdədə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Fizika və texnologiya fakültəsinin "Texnologiya və onun tədrisi metodikası" kafedrasının dosenti vəzifəsində çalışıb.

Jurnalist fəaliyyəti

2015-ci ilin mart ayından nəşr edilən, Azərbaycan şairi Səməd Vurğunun geniş təbliğinə həsr edilmiş "Vurğun dünyası" jurnalının redaktor müavinidir. Səməd Vurğun irsinin, yaradıcılığının təbliğinə və təşfiqinə, şairin zəngin poeziyası haqqında dəyərli araşdırma yazılarına görə Səməd Vurğun Fondu tərəfindən 5 may 2013-cü ildə "Səməd Vurğun mükafat" Diplomu ilə təltif olunmuşdur.

2007–2011-ci illərdə "Şərq" qəzetində müxbir vəzifəsində işləmişdir. 50-dən çox araşdırma məqalənin müəllifidir. Bundan başqa, dövrü mətbu orqanlardan – "Ayna", "Türküstan" qəzetlərində, "Türk eli" jurnalında və elektron xəbər portallarından – www.strategiya.az, www.medaforum.az, www.publika.az, www.news.atv.az, www.veteninfo.az, www.dgtyb.org və digər saytlarda "Yusif Alı Avşar" imzası ilə 100-ə yaxın müxtəlif təyinatlı araşdırma və publisistik yazıları çap olunmuşdur.

29 dekabr 2010-cu ildə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun elan etdiyi "Elm, təhsil və mədəni-maarif" proqramlarının hazırlanması layihəsi üzrə fərdi jurnalist yazı müsabiqəsində "Qloballaşan dünyada Azərbaycan elmi" adlı tədqiqat yazısı ilə 1-ci yerin qalibi olmuşdur.

29 mart 2021-ci il tarixdən Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.

Beynəlxalq konfranslarda iştirakı

  1. International Conference on Superconductivity and Magnetism (ICSM-2008) / 25–29 August 2008, Side-Antalya, Turkey.
  2. XIV Национальная конференция по росту кристаллов (НКРК-2010), Институт Курчатовская, 6–10 декабря 2010 г., Москва, Россия.
  3. Advances in Applied Physics and Materials Science (APMAS 2011), 12–15 may 2011, Antalya-Kemer, Turkey.
  4. "Инновация, качество образования и развитие" Материалы II международной научной конференции, Azərbaycan, Bakı, 7–9 iyun 2012.
  5. "3rd International Conference on Superconductivity and Magnetism – ICSM-2012", 29 April – 4 may 2012, İstanbul, Turkey.
  6. Akademik Həsən Əlirza oğlu Əliyevin 105 illik yubileyinə həsr olunmuş "Ekologiya: təbiət və cəmiyyət problemləri" mövzusunda elmi-metodik II Beynəlxalq elmi konfrans, Azərbaycan, BDU 2012, Bakı, 7–8 noyabr 2012-ci il.
  7. Azərbaycan Müəllimlər İnstitutu, "Müəllim hazırlığının müasir problemləri: təhsildə elmi və texnoloji innovasiyalar" II Beynəlxalq Elmi Konfrans, Azərbaycan, Bakı, 26–28 noyabr 2012.
  8. XLVII Школа ФГБУ "ПИЯФ" По физике конденсированного состояния ФКС–2013, 11–16 марта 2013 г., Россия, Санкт-Петербург.
  9. Международная молодежная научная школа "Современная нейтронография" 28 октября – 01 ноября 2013 г., Россия, Дубна.
  10. "Фундаментальные и прикладные вопросы физики", международной конференции, посвященной 70-летию физико-технического институт НПО "Физика-Солнце", АН РУз, 14–15 ноября 2013г., Узбекистан, Ташкент.
  11. В рамках IV-го Международного Фестиваля "Мир психологии" IІІ-х Международных Челпановских Психолого-Педагогических чтениях, 19–24 мая 2014 г., Украина, Киев
  12. 50-я Школа ПИЯФ по Физике Конденсированного Состояния ФКС–2016, 14–19 марта 2016, Россия, Санкт-Петербург, Зеленогорск.
  13. 7th Rostocker International Conference: "Thermophysical Properties for Technical Thermodynamics" (THERMAM 2018) Institute of Technical Thermodynamics University of Rostock, 26–27 july 2018, Rostock, Germany;
  14. The 1st international summer academy, "Improving the efficiency of the university education system and scientific research in the framework of the interaction of national educational systems in the cis countries", 23–27 August 2019, Chisinau, Republik of Moldova.
  15. "Böyük Azərbaycan Şairi – Nizami Gəncəvi" Beynəlxalq Elmi Konfransı, 25–29 iyul 2021-ci il, Bursa, Türkiyə.
  16. 7th International EMI Entrepreneurship & Social Sciences Congress, 20–22 June 2022, Tashkent – Uzbekistan
  17. 8th international EMI Entrepreneurship & Social Sciences Congress, 17–19 november 2022, Aksaray – Cappadocia / Türkiye

Mükafatlar

  • Akademik Həsən Abdullayev adına Diplom-mükafatı (2008)
  • Səməd Vurğun Mükafatı laureatı (2013)
  • Diasporla İş üzrə Dövlət komitəsinin Diplom-Mükafatı (2010)
  • Azərbaycan Respublikası Prezidentinin yanında KİV-ə Dövlət Dəstəyi Fondunun Diplom-Mükafatı (2010)
  • Azərbaycan Respublikasının Qabaqcıl təhsil işçisi (2021)

Kitabları

  1. Q. M. Cəfərov, S. F. Cəfərov, Y. İ. Alıyev "Mexanika və molekuyar fizika" // Dərs vəsaiti, Bakı: "İqtisad Universiteti" Nəşriyyatı, 2011, 117 s.;
  2. Q. M. Cəfərov, Y. İ. Alıyev "Elektrik və optika" // Dərs vəsaiti, Bakı: "İqtisad Universiteti" Nəşriyyatı, 2012, 278 s.;
  3. Q. M. Cəfərov, Y. İ. Alıyev "Atom və nüvə fizikası" // Dərs vəsaiti, Gəncə: "Gəncə Poliqrafiya" ASC nəşriyyatı, 2014, 194 s.;
  4. А.Ш. Ахмед-заде, Ю.И.Алыев, Б.Г.Тагиева "Технология модульных уроков" // Təbiət elmləri pedaqoqları üçün vəsait, Bakı: "Mutərcim" nəşriyyatı, 2014, 74 səh.
  5. S. Q. Abdullayev, Y. İ. Alıyev "Mexanika" // Liseylər üçün metodik vəsait, Bakı: "Elm və təhsil" nəşriyyatı, 2014, 393 səh.
  6. S. Q. Abdullayev, Y. İ. Alıyev "Optika və kvant fizikası" // Liseylər üçün metodik vəsait, Bakı: "Elm və təhsil" nəşriyyatı, 2015, 322 səh.
  7. S. Q. Abdullayev, Y. İ. Alıyev "Molekulyar fizika" // Liseylər üçün metodik vəsait, Bakı: "Elm və təhsil" nəşriyyatı, 2015, 244 səh.
  8. S. Q. Abdullayev, Y. İ. Alıyev "Elektrodinamika" // Liseylər üçün metodik vəsait, Bakı: "Elm və təhsil" nəşriyyatı, 2015, 432 səh.
  9. Q. M. Cəfərov, Y. İ. Alıyev, M. M. Tağıyev "Ümumi fizika kursu üzrə məsələlər (həlli ilə)" Dərs vəsaiti, Bakı: "İqtisad Universiteti" Nəşriyyatı, 2015, 234 s.

Əsas elmi məqalələri

  1. Y. I. Aliyev, F. G. Asadov, T. M. Ilyasli, A. O. Dashdemirov, R. E. Huseynov, S. H. Jabarov "Vibrational properties of YbAs2S4 and YbAs2Se4 compounds: by infrared spectroscopy" // Ferroelectrics, 2022, V. 599, p. 78–82.
  2. N. A. Aliyeva, Y. I. Aliyev, A. S. Abiyev "Study of thermal propertıes of Cu4Se1.5Te0.5 and Cu4Te1.5Se0.5 compounds by dıfferentıal thermal analysıs" // Advanced Physical Research, Vol.4, No.2, 2022, p. 94–99.
  3. S. I. Ibragimova, S. H. Jabarov, Y. I. Aliyev, N. T. Dang "Investigation of the polyhedral structure of Ga0.5In1.5Se3 by analytical methods" // Modern Physics Letters B, 2022, V.36, 5, p.2150575, p.2150575–1-7.
  4. Kh. M. Guliyeva, N. N. Mursakulov, N. A. Aliyeva, Y. I. Aliyev "Synthesis and SEM analysis of Cu2NiX2 chalcogenide semiconductors" // International Journal of Modern Physics B, 2022, 2350116–1-7.
  5. S. H. Jabarov, S. I. Ibrahimova, F. V. Hajiyeva, E. M. Huseynov, Y. I. Aliyev "Structural, Vibrational, and Dielectric Properties of CuInZnSe3 Chalcogenide Compound" // Arabian Journal for Science and Engineering, 2022, V. 47, p. 7817–7823.
  6. A. O. Dashdemirov, J. I. Huseynov, R. F. Rzayev, Y. I. Alıyev "Thermophysical behavior in Y2O3 under high intensity fast neutron irradiation" // Modern Physics Letters B, 2022, Vol. 36, No. 20, p. 2250092.
  7. Y. I. Aliyev "Cu1.75Te əsasında alınmış halkogenidlərdə polimorf çevrilmələr" // Pedaqoji Universitetin "Xəbərləri", Riyaziyyat və təbiət elmləri seriyası, 2021, C.69, № 2, s. 66–84.
  8. Y. I. Aliyev, S. H. Jabarov, T. M. Ilyasli, A. A. Baylarova, A. O. Dashdemirov, V. I. Nasirov, N. A. Ismayilova, G. M. Aghamirzayeva, M. N. Mirzayev "AgCuS compound as a thermodynamic system under the influence of gamma rays" // Integrated ferroelectrics, 2021, V.221, № 6, p. 180–185.
  9. Y. I. Aliyev "AgCuS birləşməsinin termodinamik xassələrinə qamma şüaların təsiri" // AMEA Fizika İnstitutu, AJP Fizika, 2021, C. XXVII, № 1, s.32–35.
  10. Y. I. Aliyev, A. O. Dashdemirov, R. F. Novruzov "Structural phase transitions in the compound Ag1.55Cu0.45S at high temperatures" // Advanced Physical Research, 2021, V.3, № 3, p. 147–152.
  11. S. I. Ibrahimova, S. H. Jabarov, N. A. Aliyeva, Y. I. Aliyev "Study vibrational and structural properties of Cu3SeTe by raman spectroscopy and XRD" // International Journal of Modern Physics B, 2021, Vol. 35, № 27, p. 2150271 (1–8).
  12. С.И. Ибрагимова, С.Г. Джабаров, Г.Г. Гусейнов, Х.М. Гулиева, М.Н. Мирзаев, Ю.И. Алыев "Рентгеноструктурный и дифференциальный сканирующий калориметрический анализ CuInZnSe3" // Физика и техника полупроводников, 2021, Т. 55, В. 11, с.1011–1014.
  13. Y. I. Aliyev, A. O. Dashdemirov, R. F. Novruzov "Structural phase transitions in the compound Ag1.55Cu0.45S at high temperatures" // Advanced Physical Research, 2021, V.3, № 3, p.147–152
  14. Y. I. Aliyev, Y. G. Asadov, L. B. Rustamova, A. O. Dashdemirov, N. A. Ismayilova, A. A. Ayubov, S. H. Jabarov "Structural and thermal properties of Cu1.75-xMxTe crystals" // International Journal of Modern Physics B, 2020, V.34, № 19, p. 2050180 (1–10).
  15. Y. G. Asadov, T. M. Ilyasli, F. M. Mammadov, T. G. Naghiyev, Z. A. Ismayilova, M. N. Mirzayev, S. H. Jabarov "Structural aspects of thermal properties of AgCuS compound" // Modern Physics Letters B, 2020, V.34, № 5, p. 2050066 (1–7).
  16. S. R. Azimova, N. M. Abdullayev, Y. I. Aliyev, M. N. Mirzayev, V. A. Skuratov, A. K. Mutali, S. H. Jabarov "Study on the Thermodynamic Behavior of Sb-Te Binary Systems with Swift Heavy- Ions Irradiation at the High Temperatures" // Journal of the Korean Physical Society, 2020, V. 77, p. 240–246.
  17. M. N. Mirzayev, B. A. Abdurakhimov, S. H. Jabarov, M. Yu. Tashmetov, E. Demir, N. V. Tiep, N. A. Ismayilova, Y. I. Aliyev, E. Popov, D. M. Mirzayeva "Effect of high intense electron beam irradiation on structural and Raman properties of boron carbide micro powder" // International Journal of Modern Physics B, 2020, Vol. 34, No. 04, p.2050008.
  18. S. R. Azimova, N. M. Abdullayev, Y. I. Aliyev, M. N. Mirzayev "Effect of the Se → Te substitutions on thermal properties of binary Bi2Se3 semiconductor" // Modern Physics Letters B, 2020, Vol. 34, № 15, p. 2050156.
  19. Y. I. Alıyev "AgCuS birləşməsinin quruluş və istilik xassələri" // Pedaqoji Universitetin "Xəbərləri", Riyaziyyat və təbiət elmləri seriyası, 2020, C.68, № 1, s. 22–28.
  20. S. R. Azimova, Y. I. Aliyev, D. M. Mirzayeva "The behavior of thermodynamic kinetic on Bi2Se3 compound by 131Xe ion implantation" // Modern Physics Letters B, 2020, Vol. 34, № 36, p. 2050417.
  21. Y. G. Asadov, A. O. Dashdemirov, S. H. Jabarov, T. G. Naghiyev "High-temperature X-ray diffraction study of Ag2S-Cu2S system" // Modern Physics Letters B, 2020, V.34, p. 2150018 (1–14).
  22. Y. I. Aliyev, Y. G. Asadov, R. D. Aliyeva, T. G. Naghiyev, S. H. Jabarov "Influence of partial substitution of Cu atoms by Zn and Cd atoms on polymorphic transformation in the Cu1.75Te crystal" // Modern Physics Letters B, 2019, V.33, № 11, p.1850128 (1–12).
  23. Y. I. Aliyev, A. S. Alekperov, S. H. Jabarov, M. N. Mirzayev, E. B. Asgerov, N. A. Ismayilova, T. T. Thabethe, N. T. Dang "Effect of gamma irradiation on microstructure of the layered Ge0.995Nd0.005S" // Modern Physics Letters B, 2019, V.33, № 9, p.1950104 (1–10).
  24. Y. I. Aliyev, N. A. Ismayilova, R. F. Novruzov, A. O. Dashdamirov, H. J. Huseynov, S. H. Jabarov, A. A. Ayubov "Electron structure and density of states’ calculations of Ag2S and Ag2Se crystals from first-principle" // Modern Physics Letters B, 2019, V.33, № 21, p. 1950242 (1–7).
  25. Y. I. Aliyev, Y. G. Asadov, A. O. Dashdemirov, R. D. Aliyeva, T. G. Naghiyev, S. H. Jabarov "Polymorphic transformations and thermal expansion of some modifications in Ag1.5Cu0.5Se and Ag0.4Cu1.6Se" // International Journal of Modern Physics B, 2019, V.33, № 23, p. 1950271 (1–9).
  26. Y. I. Aliyev "Cu→Fe əvəzləmələrinin AgCuS birləşməsinin termik xassələrinə təsiri" // Pedaqoji Universitetin "Xəbərləri", Riyaziyyat və təbiət elmləri seriyası, 2019, C.67, № 2, s.78–85.
  27. Y. I. Aliyev, P. R. Khalilzade, Y. G. Asadov, T. M. Ilyasli, F. M. Mammadov, N. A. Ismayilova, M. N. Mirzayev, S. H. Jabarov "Behavior of thermal properties of AgCu1-xFexS compounds under non-isothermal conditions" // International Journal of Modern Physics B, 2019, V.33, № 28, p. 19503399 (1–7).
  28. А.Ф. Хазиева, В.И. Насиров, Ю.Г. Асадов, Ю.И. Алыев, А.О. Дашдемиров, С.Г. Джабаров "Rb1−xCsxNO3 (x = 0.025, 0.05, 0.1) монокристаллы и их исследование методом высокотемпературной рентгенографии" // Физика и техника полупроводников, 2018, том 52, вып. 6, c.565–568.
  29. Y. I. Aliyev, A. G. Babaev, Yu. G. Asadov, G. F. Ganizade, R. D. Aliyeva, S. G. Jabarov, A. V. Trukhanov "Temperature-Induced structural phase transformations in Cu1.50Zn0.30Te and Cu1.75Cd0.05Te single crystals" // Crystallography Reports, 2017, V. 62, p.626–633.
  30. Y. I. Aliyev, A. G. Babaev, Yu. G. Asadov, G. F. Ganizade, R. D. Aliyeva, S. G. Jabarov, A. V. Trukhanov "Influence of cation substitution on the polymorphic transformation in Ag2–хCuxS (х = 0.45, 0.8, and 1.07) crystals" // Crystallography Reports, 2017, V. 62, p.634–638.
  31. Ю.И. Алыев, Ю.Г. Асадов, Р.Д. Алыева, С.Г. Джабаров "Полиморфные превращения и термическое расширение кристаллов AgCuSe0.5(S, Te)0.5" // Физика и техника полупроводников, 2017, том 51, вып. 6, c. 766–772.
  32. Yu. G. Asadov, Yu. I. Aliyev, A. G. Babaev "Polymorphic transformations in Cu2Se, Ag2Se, AgCuSe and the role of partial cation-cation and anion-anion replacement in stabilizing their modifications" // Physics of Particles and Nuclei, 2015, 46(3), p.452–474.
  33. Н.А. Алиева, Г.Г. Гусейнов, В.А. Гасымов, Ю.И. Алыев, Т.Р. Мехтиев "Структурные фазовые переходы в кристаллах твердого раствора Cu4SeTe", Неорганические материалы, 2015, Т.51, № 7, с.23–27.
  34. A. S. Ahmed-zade, Y. I. Aliyev, B. G. Tagiyeva, R. G. Suleymanova "As about conventional and innovational inheritance in curriculum of natural sciences in the conseption educational standarts and content reforms educational system of Azerbaidjan" // Journal European Applied Sciences, Stuttgart, Germany, ORT Publishing, № 11, 2014, p. 64–68.
  35. A. S. Ahmed-zade, Y. I. Aliyev, B. G. Tagiyeva "Methodological specifications of validization, reflection and interaction activities for module lessons subjects of natural sciences" European Applied Sciences, 2013, № 4(1), p. 40–42.
  36. V. I. Nasirov, A. F. Khazieva, Yu. G. Asadov, A. S. Amirov, Yu. I. Alyev "Growth of Rb0.90Cs0.10NO3 Crystals and Their X-Ray Diffraction Analysis" // Moscow, Crystallography Reports, 2012, Vol. 57, No. 6, p. 869–872.
  37. Yu. I. Aliyev, Yu. G. Asadov, A. G. Babaev, K. M. Jafarov, F. G. Magerramova, R. D. Aliyeva "Polymorphic transformation of Cu1.80Te crystals" // Inorganic Materials, 2011, V.47, Issue 4, p. 356–360.
  38. Yu. I. Aliyev, N. A. Gasimova, I. R. Amiraslanov, G. G. Guseinov "Structure and phase transitions of Cu4Se1.5Te0.5" // American Institute of Physics (AIP) Conf. Proceedings, 2011, 1400, p. 476–479.
  39. J. H. Barbaran, Y. I. Aliyev, G. G. Guseinov, G. M. Agamirzeyeva "Synthesis, structure investigation and optical properties of Ga0.83In0.83Fe0.34S3 compound" // AMEA, "XƏBƏRLƏR", Fizika Riyaziyyat elmləri seriyası, 2011, № 5, s.71–77.
  40. А.Ф. Хазиева, В.И. Насиров, Ю.Г. Асадов, Ю.И. Алыев "Полиморфные превращения в монокристаллах K0,975Rb0,025NO3" Azərbaycan MEA Xəbərləri, Cild XXX, № 5, 2010, s.74–77.
  41. Э.В. Насиров, Ю.Г. Асадов, Ю.И. Алыев "Полиморфные превращения II↔III в монокристаллах K0,975Rb0,025NO3" // Доклады НАН Азербайджана, 2010, Т. LXVI, № 2, с.41–46.
  42. Yu. G. Asadov, E. V. Nasirov, Y. I. Aliyev "Transition polymorphic II→III in K0.975Rb0.025NO3" // Azərbaycan MEA Xəbərləri, Fizika-riyaziyyat və texnika elmləri seriyası, 2010, № 2, s.86.
  43. Y. I. Aliyev, J. Hasani Barbaran, G. G. Guseinov, G. M. Agamirzoeva "The structure and magnetic properties of Fe1.2In1.87Se4 single crystals" Journal of Physics: Conference Series 153, 2009, 012040, p. 1–6.
  44. Yu. G. Asadov, Yu. I. Aliyev, K. M. Jafarov "X-ray diffraction study of compounds in the Ag2S-Cu2S system" //  Inorganic Materials, 2008, V.44, № 5, pp. 535–541.
  45. Ю.Г. Асадов, Ю.И. Алыев, А.Г. Бабаев "Влияние замещения половины атомов серы в кристалле AgCuS селен или теллуром на структуру и температуры полиморфных превращений" // Неорганические материалы, 2008, т. 44, № 4, с.400–407.
  46. Ю.И.Алыев, Ю.Г.Асадов, А.Г.Бабаев, Ф.Г.Магеррамова, Р.Д.Алыева "Температурно-рентгенографические исследования SnSe" // AMEA, XƏBƏRLƏR, Fizika-riyaziyyat və texnika elmləri seriyası, 2008, № 5, s.120.
  47. Yu. I. Alıyev, A. G. Babayev, D. I. Ismaylov, Yu. G. Asadov, F. G. Magerramova "Structural and thermodynamic aspects of polymorphous transformations in Ag2Te" // Azərbaycan MEA, Fizika-riyaziyyat və texnika elmləri bölməsi, Fizika İnstitutu, "Fizika" J., 2007, Cild XII, № 4, s.47–53.
  48. Y. I. Aliyev, A. G. Babayev D. I. Ismaylov Yu. G. Asadov "The structural and thermodynamic aspects of polymorphic transformations in Ag2Se" // Azərbaycan MEA, Fizika-riyaziyyat və texnika elmləri bölməsi, Fizika İnstitutu, "Fizika" J., 2006, Cild XIII, № 3, s.56–61.
  49. Ю.Г.Асадов, Р.Б.Байкулов, Ю.И.Алыев, С.С.Гамидова "Полиморфные превращения в Cu1±xAg1∓xSe (х=0.00,0.4,0.5)" // АМЕА Fizika İnstitutu "Fizika" jurnalı, 2005, s.253–259.

İstinadlar

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.