Yusif Əhmədzadə
Yusif Əhmədzadə- Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü. Azərbaycan Milli Şurasının "Azərbaycan Məclisi-Məbusanının təsisi haqqında qanun"una (1918, 19 noyabr) əsasən, ticarət-sənaye ittifaqından Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin tərkibinə daxil edilmişdi. Parlamentdə "Müsavat" və bitərəflər fraksiyasını təmsil edirdi.[1][2] "Müsavat" partiyası parlamentdə çoxluq təşkil etməsinə baxmayaraq respublikanın ümumi mənafeyini nəzərə alaraq həmişə çalışırdı ki, digər partiya fraksiyaları və qrupları ilə təmas və koalisiyada işləsin. Ona görə Yusif Əhmədzadəni siyasi-hüquqi baxışlarına görə F. X. Xoyski, Ə. M. Topçubaşov, Behbud Ağa Cavanşir, Mirzə Əsədullayev kimi görkəmli şəxsiyyətlərin milli-demokratik düşərgəsinə aid etmək olar. Bu xadimlər Cənubi Qafqaz Seymində partiyasızların demokratik qrupu kimi fəaliyyət göstərmiş, cümhuriyyətin parlamenti yarandıqdan sonra isə onun tərkibində bitərəflər fraksiyasını yaratmışdılar.[3]
Yusif Əhmədzadə | |
---|---|
Yusif Yaqub oğlu Əhmədzadə | |
![]() | |
19 noyabr 1918 – 27 aprel 1920 | |
Əvvəlki | Məlumat yoxdur. |
Sonrakı | Partiya ləğv olundu. |
Şəxsi məlumatlar | |
Doğum tarixi | ? |
Doğum yeri | Göyçay |
Vəfat tarixi | 26 iyul,1938. |
Vəfat yeri | Bakı |
Vəfat səbəbi | repressiya |
Partiya | Müsavat |
Yusif Əhmədzadənin adı Azərbaycan istiqlal tarixində digər bir xidməti ilə də yadda qalıb. Belə ki, 1919 ilin fevralında ingilislər tərəfindən Batumidə həbs edilmiş Nuru paşanı xilas etmək lazım idi. Bu mövzuda müxtəlif versiyalar irəli sürülməkdədir. Bu versiyaların birində qeyd olunur ki, İbrahim bəy Heydərov və silahdaşları Nuru paşanın xilasını çətinliklə də olsa təşkil etməyi bacarmış və onu azad etdirib Bakıya gətirmişdilər. Bu işin əsas təşkilatçısı isə Azərbaycan Parlamentinin üzvü Əhmədzadə idi. O, otuzuncu illərdə repressiyaya məruz qalmış, həbs olunaraq güllələnmişdi.[4]
İstinadlar
- "Arxivlənmiş surət". haqqinda.az. 2023-08-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-14.
- "Parliament :: Azerbaijan Democratic Republic". axc.preslib.az. 2023-03-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-14.
- "Arxivlənmiş surət". www.elibrary.az. 2023-03-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-14.
- "https://goychay-encyclopedia.az/%C9%99hm%C9%99dzad%C9%99-yusif-yaqub-oglu/". 14.08.2023. 2023-08-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-14.