Yusif Əbdürrəhmanov
Yusif Ələkbər oğlu Əbdürrəhmanov — Azərbaycan alimi, biologiya elmləri doktoru, professor, Azərbaycan SSR EA müxbir üzvü (1968).
Yusif Əbdürrəhmanov | |
---|---|
Yusif Ələkbər oğlu Əbdürrəhmanov | |
Doğum tarixi | |
Doğum yeri | Şəki, Nuxa qəzası, Yelizavetpol qəzası, Rusiya imperiyası |
Vəfat tarixi | |
Vətəndaşlığı |
Rusiya imperiyası→ AXC→ SSRİ |
Milliyyəti | azərbaycanlı |
Elmi dərəcəsi | professor |
İş yeri | ASSR-nın EA Zoologiya İnstitutu |
Təhsili | Azərbaycan Dövlət Universitetinin Biologiya fakültəsi |
Mükafatları | Şərəf Nişanı |
Həyatı
1912-ci ildə Şəkidə anadan olmuşdur. Yusif Əbdürrəhmanov ibtidai təhsilini nümunə-zəhmət məktəbində almış və 1925-ci ildə məktəbi bitmişdir. 1925-ci ildə orada pedaqoji texnikuma daxil olmuşdur.
Y.Ə. Əbdürrəhmanov 1934-cü ildə Azərbaycan Dövlət Universitetinin biologiya fakültəsinə daxil olmuşdur. 1939-cu ildə Uiversiteti fərqlə diplomu ilə bitirmişdir. Universitetdə müəllim pedaqoji fəaliyyəti ilə yanaşı 1940-cı ildə SSRİ EA Azərbaycan filialının Zoologiya İnstitutunda “İxtiologiya” ixtisası üzrə aspiranturaya daxil olmuşdur. 1940-cı ildə O, kafedrada işləməklə bərabər, SSRİ EA Azərbaycan filialının Zoologiya İnstitutunda “İxtiologiya” ixtisası üzrə aspiranturaya daxil olmuşdur. 1945-ci ildə biologiya elmləri namizədi alimlik dərəcəsi almaq üçün Xəzər sirbitinin biologiyası mövzusunda dissertasiya işini müdafiə etmişdir. 1952-ci ildən ömrünün sonuna kimi (1977) ixtiologiya laboratoriyasının müdiri işləmişdir.
1960-cı ildə Y. Ə. Əbdürrəhmanov biologiya elmləri doktoru alimlik dərəcəsi almaq üçün “Azərbaycanın şirin su balıqları” mövzusunda dissertasiya işini müdafiə etmişdir. 1965-ci ildə ixtiologiya ixtisası üzrə professor elmi adı almışdır. 1968-ci ildən isə Azərbaycan SSR EA müxbir üzvü seçilmişdir. 1977-ci ildə 65 yaşında vəfat etmişdir.
Yazdığı əsərlər
Bütün elmi fəaliyyəti dövründə istər ölkə daxilində istərsə xariçdə 100-cox elmi əsəri dərç olmuşdur. Ümumilikdə isə 6 monoqrafiya müəllifidir.
- Azərbaycan balıqları” (1955) monoqrafiyasında ölkə ərazisində yayılmış balıqlar haqqında məlumatı ümumiləşdirmiş və onlar haqqında dərin məlumat vermişdir.
- “Azərbaycanın şirin su balıqları” (1962) əsərində alim Azərbaycanın şirin sularında yayılmış balıqlar haqqındakı məlumatları tam yekunlaşdırmışdır.
- “Azərbaycan faunası” (VII cild) seriyasından olan “Balıqlar” (1966) kitabında Azərbaycanda yayılmış balıqların təsnifatını vermiş, morfologiyasını göstərmişdir. Bu kitab da müvafiq ali məktəb tələbələrinin, elmi işçilərin, orta məktəb müəllimlərinin faydalandığı stolüstü kitablardandır.
Təltifləri
Alim bir necə ali orden və medallarla təltif edilmişdir. Əsas isə o, “Şərəf Nişanı” ordeni ilə təltif edilir.
Mənbə
- Azərbaycan Alimləri Arxivləşdirilib 2015-05-07 at the Wayback Machine