Yusif İzzəddin Əfəndi

Yusif İzzəddin Əfəndi (10 oktyabr 1857, Dolmabağça sarayı, Konstantinopol, Osmanlı imperiyası1 fevral 1916[1], Konstantinopol) — 33. Osmanlı sultanı Əbdüləzizin böyük oğlu, Osmanlı şahzadəsi.

Yusif İzzəddin Əfəndi
türk. Yusuf İzzeddin Efendi
Şəxsi məlumatlar
Doğum tarixi 10 oktyabr 1857(1857-10-10)
Doğum yeri
Vəfat tarixi 1 fevral 1916(1916-02-01)[1] (58 yaşında)
Vəfat yeri
Dəfn yeri
Fəaliyyəti hərbi qulluqçu
Atası Əbduləziz
Anası Dürrünəv Qadınəfəndi
Həyat yoldaşları Çeşmiahu xanım
Cavidan xanım
Əminə Nazikəda xanım
Tazəndə xanım
Ləman Ünlüsoy
Uşaqları
Ailəsi Osmanlı sülaləsi
Dini Sünni İslam
Rütbəsi Müşir, Feldmarşal
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Şahzadə Yusif İzzəddin Əfəndi 1857-ci ildə Dolmabağça sarayında doğuldu. Atası Osmanlı şahzadəsi Şahzadə Əbdüləziz (Sultan Əbdüləziz), anası isə onun ilk xanımı Dürrünəv xanım idi. Dünyaya gəldiyi əsnada əmisi Sultan Əbdülməcid taxtda idi və şahzadələrin övlad sahibi olması qadağan olduğu üçün Məkkə mollası Qədri bəyin Əyyubsultandakı evində gizlicə böyüdüldü. 4 yaşına gəldikdə isə atası taxta çıxmış, bundan sonra ictimaiyyətə təqdim olunmuşdur. 10 yaşında ikən atasıyla birlikdə Avropa səyahətinə çıxdı. 1870-ci ildə Dolmabağça sarayında keçirilən mərasimlə Süleyman Əfəndi, Vahidəddin Əfəndi, Səlahəddin Əfəndi, Cəlaləddin ƏfəndiMünirə Sultanın oğlu Sultanzadə Ələddin bəylə birlikdə sünnət edildi.

14 yaşında ikən 1 sentyabr 1871-ci ildə atası Sultan Əbdüləziz tərəfindən marşal rütbəsilə ordu rəhbərliyinə gətirildi və bu vəzifəsini 1873-cü ilin yanvarına qədər davam etdirdi. Atası saray çevrilişi ilə taxtdan endirilib, bir neçə gün sonra da şübhəli olaraq öləndə 19 yaşı vardı.

Atasının vəfatından sonra Osmanlı sülaləsinə mənsub şahzadələr arasında ən böyüyü olan əmisi oğlanları V Murad, II ƏbdülhəmidV Mehmed taxta çıxmış, nəhayət V Mehmedin səltənəti illərində Osmanlı sülaləsinin ən böyük şahzadəsi olaraq vəliəhd elan olunmuşdu. Bu illər ərzində Osmanlı imperiyasını müxtəlif mərasimlərdə təmsil etmişdir. 1910-cu ildə İngiltərə kralı VII Eduardın cənazə mərasimində, 1911-ci ildə isə V Georqun tacqoyma mərasimində iştirak etdi.

Birinci Dünya müharibəsi illərində Ənvər Paşanın yeritdiyi siyasətə qarşı çıxırdı və onu sərt tənqid edirdi. Çanaqqala döyüşü əsnasında döyüş bölgələrini tez-tez ziyarət edir, bu səyahətlərdən bir neçəsində əsgərlərin gözü önündə Ənvər Paşayla mübahisə etmişdir. Ancaq taxta çıxması gözlənilən Yusif İzzəddin Əfəndi 1 fevral 1916-cı ildə Zincirlikuyudakı köşkündə ölü olaraq tapıldı. Ölüm səbəbi intihar nəticəsindəki qan itkisi olaraq göstərilsə də, İttihadçılar tərəfindən qətlə yetirilməsi haqqında fərziyyələr də var.

Cənazəsi atasının məzarının yanına, Sultan Mahmud türbəsinə dəfn edildi.

Ailəsi

Mənbə

  1. Deutsche Nationalbibliothek Record #142727105 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.