Yuri Osipov
Yuri Sergeyeviç Osipov (7 iyul 1936, Tobolsk, Rusiya) — Rusiya riyaziyyatçısı və mexaniki, Rusiya Elmlər Akademiyasının akademiki. Keçmiş Rusiya Elmlər Akademiyasının prezidenti (1991-2013). AMEA-nın Fəxri üzvü (2002).
Yuri Osipov | |
---|---|
| |
Doğum tarixi | |
Doğum yeri | Tobolsk, Rusiya |
Elm sahələri | idarəetmə nəzəriyyəsi[1] |
Elmi dərəcələri |
|
Elmi adları | |
İş yerləri | |
Üzvlüyü | |
Mükafatları |
|
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Yuri Sergeyeviç Osipov 1936-cı ildə anadan olmuş, 1959-cu ildə Ural Dövlət Universitetini bitirmişdir.
1965-ci ildə elmlər namizədi alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə edib. 1969-1993-cü illərdə SSRİ EA Ural bölməsinin Riyaziyyat və Mexanika İnstitutunda işləmişdir. 1986-1993-cü illərdə bu institutun direktoru olmuşdur. 1971-ci ildə fizika-riyaziyyat elmləri doktoru alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə etmişdir. 1993-cü ilin iyun ayından REA V.A.Steklov adına Riyaziyyat İnstitutuna rəhbərlik etmişdir. Y.S.Osipov tətbiqi riyaziyyat və mexanika üzrə mütəxəssisdir. Onun elmi fəaliyyətinin əsas istiqamətləri: idarəetmə nəzəriyyəsi, dayanıqlıq nəzəriyyəsi, differensial tənliklər nəzəriyyəsi və onların əlavələridir.
Y.S.Osipov 150 elmi işin müəllifidir, elm və texnika sahəsində Lenin mükafatı (1976) və Rusiya Federasiyasının Dövlət mükafatı (1993) laureatıdır, bir sıra hökumət mükafatları vardır.
Bir sıra xarici elmi və təhsil mərkəzlərinin fəxri üzvü və doktoru seçilmişdir. 1984-cü ildə Y.S.Osipov SSRİ Elmlər Akademiyasının müxbir üzvü, 1987-ci ildə həqiqi üzvü seçilmişdir.
Rusiya Elmlər Akademiyasında maşınqayırma, mexanika və idarəetmə prosesləri problemləri bölməsinin büro üzvü, REA-da kosmos üzrə şuranın, sistemli təhlil üzrə komitənin, "Elm və bəşəriyyət" illik jurnalı redaksiya heyətinin sədri, "Hesablama riyaziyyatı və riyazi fizika" jurnalının baş redaktorudur.
Akademik Y.S.Osipov 1991-ci ilin dekabr ayında 5 il müddətinə REA-nın prezidenti seçilmiş, 29 oktyabr 1996-cı ildə REA-nın ümumi yığıncağı onu yeni müddətə REA-nın prezidenti seçmişdir.
Akademik Y.S.Osipov 2002-ci ildə AMEA-nın Fəxri üzvü seçilmişdir.[4]
İstinadlar
- http://ras.ru/win/db/show_per.asp?P=.id-1.ln-ru.dl-.pr-inf.uk-11.
- http://ras.ru/win/db/show_per.asp?P=.id-1.ln-ru.dl-.pr-inf.uk-12.
- https://www.oeaw.ac.at/en/m/ossipov-jurij-sergejewitsch.
- "Osipov Yuriy Serqeeviç" (az.). science.gov.az. 2017. 2021-04-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-20.
Xarici keçidlər
- Страница о Ю. С. Осипове на сайте кафедры ОУ ВМиК МГУ
- Сведения на сайте ВАК Arxivləşdirilib 2012-09-08 at the Wayback Machine
- Музей / Почетные граждане Тобольска
- На портале о Московском университете Arxivləşdirilib 2012-03-06 at the Wayback Machine
- Биография.ру
- Проект «Президенты Академии наук»
- Выдающиеся личности города Тобольска Arxivləşdirilib 2012-01-14 at the Wayback Machine