Yuri Hmelnitski
Yuri Hmelnitski (Ukraynca: Юрій Хмельницький, Polyakca: Jerzy Chmielnicki, Rusca: Юрий Хмельницкий ) (1641 – 1685, Kamenets-Podolski) Kazak atamanı. Kazakların ən məşhur lideri Boqdan Xmelnitskinin ən kiçik oğludur. Atası 6 avqust 1657-ci ildə vəfat etdikdən sonra 27 avqust 1657-ci ildə Kazak lideri olmuşdur, lakin İvan Vıxovski 2 ay sonra yerinə hetman olmuşdur. 17 oktyabr 1659-cu ildə İvan Vxovski taxtdan imtina edəndə ikinci dəfə Kazak Hetmanlığının taxtında oturdu. İkinci dəfə taxta çıxdıqdan sonra, 1663-cü ildə yenidən taxtdan salındı və yerinə İvan Briukhovetsky hetman oldu. 1678-1681-ci illərdə Osmanlı Ukraynasının lideri olmuşdur. 1685-ci ildə Polşanın Subotiv şəhərində vəfat etmişdir.
Yuri Hmelnitski | |
---|---|
ukr. Юрій Хмельницький | |
Doğum tarixi | 1641 |
Vəfat tarixi | 1685 |
Vəfat yeri | |
Vəfat səbəbi | boğulma |
Atası | Boqdan Xmelnitski |
Fəaliyyəti | diplomat |
Vikianbarda əlaqəli mediafayllar |
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.