Yurdçu yaşayış yeri
Yurdçu yaşayış yeri — Kəngərli rayonu rayonu ərazisində, Yurdçu kəndindən cənub-qərbdə ilk Dəmir dövrünə aid arxeoloji abidə.
Abidənin sahəsi 2 hektardır. Yaşayış yeri 1983-cü ildə qeydə alınmışdır. Yerüstü tapıntılar gil qab sınıqlarından və daş alətlərdən ibarət olub iki dövrə bölünür. Birinci dövrə ilk Dəmir dövrünə xas olan gil məmulatı və əmək alətləri daxildir. Axtarışlar zamanı tapılmış yerüstü materiallar dən daşı, çəhrayı və boz rəngli gil qab qırıqlarından ibarətdir. Yurdçu yaşayış yerinin e.ə. X – VIII əsrlərə aid olması ehtimal edilir. Abidədə arxeoloji qazıntı və ciddi tədqiqat işləri aparılmamışdır.[1]
İstinadlar
- Ə. İ. Novruzlu, V. B. Baxşəliyev – Şərurun arxeoloji abidələri, Bakı, 1993
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.