Yura Movsisyan

Yura Movsisyan (erm. Յուրա Սարգիսի Մովսիսյան; doğum 2 avqust 1987) — Ermənistanlı peşəkar futbolçu. ABŞ-nin əsas futbol liqasında mübarizə aparan "Real Salt Leyk" klubunun heyətində icarə əsasında çıxış edir. Müqavilə ilə "Spartak Moskva" klubuna məxsusdur. Yura həmçinin Ermənistan millisinin heyətində də çıxış edir. Hücumçu mövqeyində oynayan futbolçu millisinin heyətində 35 oyun keçirib və 10 qol vurub.

Yura Movsisyan
erm. Յուրա Մովսիսյան
Movsisyan "Spartak"ın heyətində (2015)
Movsisyan "Spartak"ın heyətində (2015)
Ümumi məlumatlar
Tam adı Yura S. Movsisyan
Doğum tarixi
Doğum yeri Bakı, Azərbaycan SSR
Vətəndaşlığı
Boyu 185 sm
Çəkisi 76 kq
Mövqeyi Hücumçu
Klub haqqında məlumat
Klub ABŞ Real Salt Leyk (Spartak Moskvadan icarəyə götürülüb)
Nömrəsi 14
Karyerası
Gənclik karyerası
2005–2006 ABŞ Pasedena Siti Kollec
Klub karyerası[* 1]
2006–2007 ABŞ Sportinq Kansas Siti 28 (5)
2007–2009 ABŞ Real Salt Leyk 53 (15)
2010–2011 Danimarka Randers 30 (12)
2011–2012 Rusiya Krasnodar 50 (23)
2012–h.h. Rusiya Spartak Moskva 62 (25)
2016–h.h.  ABŞ Real Salt Leyk 8 (2)
Milli yığma[* 2]
2010– Ermənistan Ermənistan 35 (10)

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı, 1 may 2016 tarixində redaktə olunub.
  2. Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı, 11 oktyabr 2016 tarixində redaktə olunub.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Yura Movsisyan 2 avqust 1987-ci ildə Azərbaycan SSR-in paytaxtı Bakı şəhərində erməni ailəsində anadan olmuşdu. ErmənistanAzərbaycan arasında münasibətlərin gərginləşməsindən sonra Yuranın ailəsi ABŞ-yə köçüb və ermənilərin kütləvi yaşadığı Los Ancelesdə məskunlaşıb. Movsisyan orada Pasadena Ali Məktəbində futbolla məşğul olur. Onun kumiri Tyeri Anridir.[1]

Klub karyerası

Kansas Siti

Movsisyan 13 may 2006-cı ildə "DC Yunayted" klubuna 2-1 uduzduqları qarşılaşmada əvəzetmədən meydana daxil olaraq "Kansas Siti"nin heyətində debüt edib. O, ilk peşəkar mövsümünün sonlarında əsas komandanın heyətində möhkəmlənə bilin. Növbəti mövsüm o peşəkar karyerasında ilk qolunun müəllifi olub. Bu hadisə 25 aprel 2007-ci ildə "Toronto"nu 3-0 hesabı ilə məğlub etdikləri qarşılaşmaya təsadüf edib. Daha sonra o qollarını sıralamağa başladı.

Real Salt Leyk

2007-ci ilin sentyabrında Movsisyan "Real Salt Leyk" klubuna keçdi.[2] Movsisyan sentyabrın 17-də "Los Anceles Qalaksi" klubu ilə 2-2 hesabı ilə başa çatan qarşılaşmada debüt edib. Mövsümün son qarşılaşmasında o karyerasında ilk qırmızı vərəqəsini aldı. Növbəti mövsüm Movsisyan "Dinamo Hyuston" ilə qarşılaşmada "Real Salt Leyk" klubunun heyətində ilk qolunu vurdu. Bu hadisə 6 16 avqust 2008-ci ilə təsadüf edib. Movsisyan "Real Salt Leyk" klubunun tarixində ABŞ Kubokunun pley-of mərhələsində qol vuran ilk futbolçu olub. 2009-cu ildə o, klubun ABŞ Kubokunu qazanmağına kömək etdi.[3]

Randers FC

Movsisyan 2009-cu ildə Danimarkanın "Randers" klubu ilə ilkin razılaşma əldə etmişdi. 2010-cu ilin yanvar ayında o, bu klubla rəsmi müqavilə imzaladı. Yuranın rəsmi debütü 7 mart 2010-cu ildə "Esbyerq" klubu ilə qarşılaşmada baş verib. Yura Movsisyan 14 aprel 2010-cu ildə "Silkeborq" klubu ilə qarşılaşmada qol hesabını açıb. Mövsümü Yura 13 oyun və 7 qolla başa vurdu. Növbəti mövsüm o, klubun heyətində Avropa Liqası oyunlarında iştirak etdi. Mövsümün sonunda klubun əsas liqadan düşməməsində Yuranın oyunun böyük rolu oldu.[4]

Krasnodar

2011-ci ilin qışında 2.5 milyon avroya Rusiyanın "Krasnodar" klubuna keçdi.[5] Yuranın debütü mövsümünün ilk oyununa təsadüf etdi. 12 mart 2011-ci ildə "Anji" klubu ilə qarşılaşmada o, "Krasnodar"ın heyətində ilk oyununa çıxdı. Növbəti oyunda, "Spartak Nalçik"lə qarşılaşmada isə qol hesabını açdı. Yura mövsümü 14 qolla tamamladı və klub tərəfindən ilin oyunçusu seçildi.[6] Növbəti mövsümün "Rubin"ə qarşı keçirilmiş açılış oyununda Movsisyan bir qolun müəlllifi oldu. Mövsümün sonunda Yuraya bir çox digər klublarla yanaşı "Krasnodar" da yeni müqavilə təklif etdi.[7] Lakin klubun təklif etdiyi maaş Movsisyanı razı salmadı.[8][9]

Spartak Moskva

Movsisyan 8 dekabr 2012-ci ildə 7.5 milyon avroya "Spartak Moskva"ya keçdi. O, klubla 4.5 illik müqavilə bağladı. Müqaviləyə əsasən ilinə 1.5 milyon avro qazanmalı idi.[10] O, "Spartak" tarixinin ən bahalı yeddinci transferidir.[11] 10 mart 2013-cü ildə "Terek Qroznı" ilə qarşılaşmada debüt etdi. Bu qarşılaşmada o, het-trik etməklə yadda qaldı.[12][13] Bu, Yuranın karyerasında ilk het-trik idi. "ÇSKA Moskva" ilə derbidə Movsisyan zədələnərək üç oyunu buraxmalı oldu. Növbəti mövsüm Yura üçün uğurlu başladı. O, "Krılya Sovetov" klubu ilə qarşılaşmada penaltidən fərqlənərək komandasına qələbə qazandırdı.

Real Salt Leykə qayıdış

15 yanvar 2016-cı ildə "Real Salt Leyk" klubu Movsisyanı icarə əsasında öz heyətinə qatdığını bildirdi.[14]

Milli komanda

Movsisyan 9 avqust 2010-cu ildə Ermənistan milli futbol komandasının heyətinə qoşuldu və iki gün sonra İranla yoldaşlıq görüşündə debüt etdi.[15] O, UEFA Avropa Çempionatı 2012-nin təsnifat mərhələsində 4 qol və 5 məhsuldar ötürmənin müəllifi oldu.[16]

Şəxsi həyatı

Movsisyan Los Ancelesdə yaşayır. O, həm Ermənistan, həm də ABŞ vətəndaşıdır. Yura Marianna ilə evlidir və onların üç uşağı var: qızları Ayida (doğum 2012), Rita (doğum 2016) və oğlu Arman (doğum 2010).[17][18]

Karyera statistikası

Klub

Bütün karyerasının göstəriciləri
Klub Mövsüm Liqa Kubok Qitə yarışı Yoldaşlıq/Digər Cəmi
Oyun Qol Oyun Qol Oyun Qol Oyun Qo

l!Oyun

Qol
Kansas Siti 2006 10 0 0 0 0 0 0 0 10 0
2007 18 5 0 0 0 0 0 0 18 5
Total285000000285
Real Salt Leyk 2007 5 0 0 0 0 0 0 0 5 0
2008 22 7 3 1 0 0 0 0 25 8
2009 26 8 4 0 0 0 0 0 30 8
Total53157100006016
Randers 2009–10 13 7 0 0 0 0 0 0 13 7
2010–11 17 5 3 4 5 5 1 0 26 14
Total30123455103921
Krasnodar 2011-12 37 14 1 0 0 0 6 8 44 22
2012–13 13 9 0 0 0 0 0 0 13 9
Total50231000685732
Spartak Moskva 2012–13 8 4 0 0 0 0 0 0 8 4
2013–14 27 16 1 0 2 2 0 0 30 18
2014–15 16 2 1 0 0 0 0 0 17 2
2015–16 11 3 0 0 0 0 0 0 11 3
Total62252022006627
Karyera cəmi 223 80 13 5 7 7 7 8 250 100

Milli komandada qollar

NoTarixYerRəqibHesabNəticəYarış
1.7 sentyabr 2010Filip II Arena, Skopye, MakedoniyaŞimali Makedoniya Makedoniya1–02–2UEFA Avropa Kuboku 2012 seçmə mərhələ
2.8 oktyabr 2010Respublika Stadionu, İrəvan, ErmənistanSlovakiya Slovakiya1–03–1UEFA Avropa Kuboku 2012 seçmə mərhələ
3.12 oktyabr 2010Respublika Stadionu, İrəvan, ErmənistanAndorra Andorra3–04–0UEFA Avropa Kuboku 2012 seçmə mərhələ
4.6 sentyabr 2011Stadion pod Dubnom, Jilina, SlovakiyaSlovakiya Slovakiya1–04–0UEFA Avropa Kuboku 2012 seçmə mərhələ
5.6 may 2012Respublika Stadionu, İrəvan, ErmənistanQazaxıstan Qazaxıstan3–03–0Yoldaşlıq görüşü
6.11 iyun 2013Parken Stadionu, Kopenhagen, DanimarkaDanimarka Danimarka1–04–0FİFA Dünya Kuboku 2014 seçmə mərhələ
7.3–0
8.11 oktyabr 2013Respublika Stadionu, İrəvan, ErmənistanBolqarıstan Bolqarıstan2–12–1FİFA Dünya Kuboku 2014 seçmə mərhələ
9.15 oktyabr 2013Stadio San Paolo, Neapol, İtaliyaİtaliya İtaliya1–02–2FİFA Dünya Kuboku 2014 seçmə mərhələ
10.29 mart 2015Elbasan Arena, Elbasan, AlbaniyaAlbaniya Albaniya1–01–2UEFA Avropa Kuboku 2016 seçmə mərhələ

Uğurları

Klub

ABŞ Real Salt Leyk

  • ABŞ Kuboku (1):' 2009

Şəxsi

  • 2011-12 "Krasnodar" klubu Mövsümün Oyunçusu
  • 2012-13 Rusiya Premyer Liqası bombardir

İstinadlar

  1. "Յուրա Մովսիսյան. Երբ նայում ես Մեսիին ու Ռոնալդուին, հասկանում ես, որ պետք է շատ աշխատել" (erməni). sport.news.am. 30 January 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 March 2013.
  2. "Arxivlənmiş surət". 2015-12-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-05-22.
  3. Movsisyan signs pre-contract with Randers, will leave RSL after season
  4. Юра Мовсисян: "Я прислушался к сердцу и выбрал Армению" (Russian). Sports.ru. 3 June 2011. 6 June 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 November 2012.
  5. "Yura Movsisyan joins FC Krasnodar". 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-05-22.
  6. Лучшим игроком ФК "Краснодар" в 2011 году признан Юра Мовсисян (Russian). Official Site of FC Krasnodar. 30 dekabr 2011. 2014-01-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 28 noyabr 2012.
  7. "FC Krasnodar to offer Yura Movsisyan 3-year contract". PanArmenian.net. 2 oktyabr 2012. 2022-05-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 noyabr 2012.
  8. "Yura Movsisyan wants higher salary – Krasnodar manager". News.am Sport. 28 noyabr 2012. 2022-05-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 noyabr 2012.
  9. "Yura Movsisyan: Krasnodar FC will always be dear to me". PanArmenian.Net. 2022-05-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 mart 2013.
  10. "Arxivlənmiş surət". 2013-02-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-05-22.
  11. "Յուրա Մովսիսյանը՝ "Սպարտակի" ամենաթանկ տրանսֆերների ցուցակում" (erməni). sport.news.am. 26 April 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 March 2013.
  12. "Спартак - Терек. СОГАЗ-Чемпионат России по футболу 2012/2013, 20-й тур, № 160" (rus). rus.rfpl.org. 13 March 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 10 March 2013.
  13. "Спартак Москва vs. Терек Грозный 3 - 1" (rus). ru.soccerway.com. 2022-04-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 mart2013.
  14. "Arxivlənmiş surət". 2016-01-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-05-22.
  15. U.S. striker joins Armenia’s national soccer team, Armenian Reporter, 2010-08-09, 2010-08-15 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2010-08-09 (#apostrophe_markup)
  16. "Former RSL striker Movsisyan completes Spartak move". MLSsoccer.com. 2013-06-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 5 mart 2013.
  17. "Armenian striker Yura Movsisyan's life has gone full circle as he stars in Russia". goal.com. 2018-09-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 mart 2013.
  18. "Հայաստանի հավաքականի ֆուտբոլիստների կանայք (ֆոտո)" (erməni). sport.news.am. 2014-10-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 mart 2013.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.