Yupiter (aerobatika eskadronu)

Yupiter Aerobatika Komandası (YAK) (ing. Jupiter Aerobatic Team (JAT)) İndoneziya Hərbi Hava Qüvvələrinə məxsus aerobatika eskadronudur. Uçuşlar üçün 6 ədəd KAI KT-1 Woongbi təyyarəsi istifadə olunur. Təyyarələr ağ və qırmızı rənglərə boyanmışdır. Təyyarələr ağ tüstü generatorları ilə təchiz olunub.[1]

Yupiter
Növü Aerobatika komandası
Yaranma tarixi 2008 (2008) - Günümüz
Ölkə İndoneziya
Tabedir İndoneziya Hərbi Hava Qüvvələri
Rəngləri Qırmızı, ağ
        
Təchizatı 6 KAI KT-1 Woongbi

Tarixi

1996-cı ildə BAE Systems Hawk təyyarələri istifadə edən ilk komanda yaradılmışdır. Komandanın ilk uçuşu 1997-ci il 23 sentyabrda baş tutmuşdur. 2001-ci ildə Elang Biru eskadronu ilə birləşdi və Mavi Yupiter adlanmağa başladı. 90-cı illərdə baş verən iqtisadi böhrana görə həmin komanda da ləğv olundu.[2]

2008-ci ildə Yupiter Aerobatika Komandası yenidən quruldu və ilk ictimai uçuş noyabr ayında baş tutdu. 2 illik fasilədən sonra 2010-cu ildə komanda Roulettes eskadronu ilə birgə təlimlərə başladı. 2011-ci ildə YAK heyəti altı təyyarəyə qədər artırıldı və İndoneziya bayrağının rənglərinə uyğun olaraq yeni qırmızı-ağ dizayn aldı. Yeni altı təyyarədən ibarət kompozisiyasının ilk nümayişi 16 mart 2011-ci ildə baş tutmuşdur.

İstinadlar

  1. "Arxivlənmiş surət". 2022-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-01.
  2. "Arxivlənmiş surət". 2021-11-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-01.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.