Yungermani

Yungermani (lat. Jungermanniidae) — Jungermanniopsida sinfinə aid yarımsinif.

Yungermani
Elmi təsnifat
Aləm:
Klad:
Streptophyta
Klad:
Embryophytes
Klad:
Setaphyta
Şöbə:
Yarımsinif:
Yungermani
Beynəlxalq elmi adı
Vikianbarın loqotipi
Şəklin VikiAnbarda
axtarışı
ITIS  14198
NCBI  186782
EOL  2493311

Yungermani sırası ən geniş sıra olub, 20 fəsilə, 200 cins və 5000 növü özündə cəmləşdirir. Bu sıraya iki cərgədə düzülmüş yarpağı və qarın hissəsində bir cərgədə düzülmüş amfiqastrı olan, tam sərilən, yarpaqlı gövdəli formalar daxildir. Metzgerilərin yarpaqlı gövdəli formalarının yarpaqlarından fərqli olaraq yungermanilərin hər yarpağı iki hüceyrədən əmələ gəlib və böyümə nöqtəsinin yaxınlığında inkişaf edir. Əksər hallarda yarpaqlar iki çıxıntılıdır. Üst tərəfdəki iri çıxıntı yuxarıdakı hüceyrədən, alt tərəfdəki kiçik çıxıntı aşağıdakı hüceyrədən formalaşır. Bəzən alt çıxıntı inkişaf etmir. Yungermanilər ciyərotu mamırları içərisində ən polimorf qrup olub, geniş ekoloji coğrafi amplitudaya malikdir.

Yayılması

Yungermanilər əsasən tropik və subtropik vilayətlərin rütubətli ərazilərində, bir hissəsi soyuq iqlimi olan tundrada, bəzi nümayəndələri isə hətta quru vilayətlərdə inkişaf edir. Onların morfoloji quruluşları imkna verir ki, müxtəlif ekoloji şəraitə uyğunlaşsınlar. Ölçüləri bir neçə millimetrdən 6-10 sm-ə qədər çatır. Yarpaqları müxtəlif xüsusiyyətlərə malikdir. Onların assimilyasiya funksiyasını yerinə yetirən yuxarı çıxıntıları dairəvi, yumurtaşəkili, lansetşəkilli, tamkənarlı olurlar. Daşların üzərində həyat tərzi keçirən növlərin yarpaqlarının üzəri hiqroskopik tükcüklərlə örtülü olur ki, bunlar da atmosferin rütubətindən istifadə edir. Alt çıxıntıların funksiyası əsasən suyu qəbul etməyə xidmət edir. Ancaq daşların üzərində yaşayanlar, epifitlər və ya quru şəraitdə yaşayan növlərin quruluşu mürəkkəbdir. Bəzilərində alt çıxıntılar kisə formasını alır, kapilyar prinsipi ilə suyu aktiv qəbul edir. Bəzən bu kisələrdə yosunlar və kiçik su heyvanları inkişaf edir. Bəzi nümayəndələrində isə həmin kisələrdə qapaqlar olur ki, bu da suyun buxarlanmasının qarşısını alır. Qarın pulcuqları - amfiqastrlar gövdələrə sızılaraq suyun udulmasına köməklik göstərir.

Çoxalması

Yungermanilərin anatomik quruluşu çox sadədir. Yarpaqları və amfiqastrlar təkqatlıdır. Gövdələri parenxim hüceyrələrdən ibarətdir.

Cinsi orqanlar əsasən qısalməş yan zoğların üzərində yerləşir. Bu bitkilər ikievli olub, anteridilər böyümə nöqtəsinə yaxın yarpaqların qoltuğunda, arxeqonilər isə təpə hissədə əmələ gəlir. Onlar təpə hüceyrələrindən əmələ gəldiyi üçün nəticədə həmin zoğlar inkişafdan qalır. Uc hissədə olan yarpaqlar toplanaraq arxeqonilərin hamısını örtür ki, bu da perixetsi adlanır.

Ziqotdan sporoqoni əmələ gəlir. Sporoqoninin üzərində rizoidlər formalaşır ki, bu da sporofitin sərbəst qidalanmasını təmin edir. Belə güman edilir ki, mamırkimilərin ilk formalarında sporofit nəsil sərbəst yaşamış, sonradan reduksiyaya uğrayaraq qametofitin hesabına qidalanmışdır. Bu fikir antoserot və yaşıl mamırlarda öz təsdiqini tapır. Qutucuqda sporlar və elaterlər inkişaf edir.

Vegetativ çoxalma yarpaqların kənarında əmələ gələn törəmə tumurcuqları vasitəsilə həyata keçirilir. Bir çox növlərdə törəmə tumurcuqlar ixtisaslaşmış vertikal zoğların üzərində əmələ gəlir.

Bəzi növlərdə isə yan budaqlar qırılaraq substrata düşür və inkişaf edərək ana fərdə oxşar bitkinin əmələ gəlməsinə başlanğıc verir. Yungermanilərin frullaniya (Frullania) cinsinin (F.serrataF.apiculata) növlərində Yer kürəsinin hər yerində rast gəlinir.[2]

İstinadlar

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.