Yunan oyanışı memarlığı

Yunan oyanışı (Grek dirçəlişi və ya Grek oyanışı ya da Yunan dirçəlişi), XVIII əsrin sonu ilə XIX əsrin əvvəlləri arasında əsasən Şimali AvropadaABŞ-də geniş tətbiq olunan bir memarlıq üslubudur. Yunan mədəniyyətinin məhsulu olaraq ortaya çıxan bu üslub, həm də Neoklassik memarlığın son mərhələsi olaraq xarakterizə edilmişdir. Bu konsepsiya ilk dəfə 1842-ci ildə Krallıq Rəssamlıq Akademiyasının professoru Charles Robert Cockerell tərəfindən verilən bir təqdimatda istifadə edilmişdir. Əsasən ABŞ-də təsirli bir cərəyan olduqdan sonra, bu terminin ingilis dilindəki adı olan Greek Revival (Yunan oyanışı) termini geniş şəkildə istifadə olunmuşdur.

Almaniyanın paytaxtı Berlində yerləşən Brandenburq qapısı Greek Revival üslubunun tanınmış nümunələrindən biri hesab olunur.

Rəsm qalereyası

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.