Yuna Kim

Yuna Kim (hanqıl: 김연아; 5 sentyabr 1990, Puçxon, Kyonqido vilayəti, Cənubi Koreya)[1][2]Cənubi Koreyalı fiqurçu. Yuna Kim, 2010-cu ildə Kanadanın ev sahibliyində baş tutan XXI Qış Olimpiya Oyunlarında qızıl medala, 2014-cü ildə Rusiyanın ev sahibliyində baş tutan XXII Qış Olimpiya Oyunlarında isə gümüş medala sahib olub.[1] O, həm də 2009-cu ildə Los-Ancelesdə və 2013-cü ildə Londonda baş tutan Dünya Çempionatlarının, üç dəfə (2006—2007, 2007—2008 və 2009—2010) ISU Qran-Pri Finalının, 2006-cı ildə gənclər arasında Dünya Çempionatının, 2005-ci ildə gənclər arasında ISU Qran-Pri Finalının və altı dəfə (2003, 2004, 2005, 2006, 2013, 2014) Cənubi Koreya Çempionatının qalibi olub.[2]

Yuna Kim
hanqıl: 김연아
Yuna Kim 2014-cü il Soçi Olimpiadasında
Yuna Kim 2014-cü il Soçi Olimpiadasında
Şəxsi məlumatlar
Tam adı Yuna Kim
Ləqəbi Şahzadə Yuna
Vətəndaşlığı Cənubi Koreya Cənubi Koreya
Doğum tarixi
Doğum yeri Puçxon, Cənubi Koreya
Təhsili
Boyu 164 sm. (5 ft 4 in)
İdman növü Fiqurlu konkisürmə

Karyerası ərzində 36 yarışa qatılan Yuna Kim, onların 26-da qızıl medal, 7-də gümüş medal, 3-də isə bürünc medal qazanıb.[2] Yuna Kim, Olimpiya Oyunlarının, Dünya Çempionatının və Qran-Pri Finalının çempionu olmağı bacaran birinci idmançıdır.

Yuna Kim, 2018-ci ildə Cənubi Koreyanın Pxençxan şəhərinin ev sahibliyində baş tutan XXIII Qış Olimpiya Oyunlarının fevralın 9-da baş tutan açılış mərasimi zamanı Olimpiya məşəlini alovlandırıb.

Həyatı

Yuna Kim 1990-cı il sentyabrın 5-də Kyonqido vilayətinin Puçxon şəhərində anadan olub.[1] 1996-cı ildən ailəsi birgə Kunpxo şəhərində yaşamağa başlayan Yuna Kim, yeddi yaşından idmanla məşğul olmağa başladı.

Yuna Kim 2013-cü ildə Koreya Universitetini bitirib.

Karyerası

2004–2005-ci illər mövsümü: Beynəlxalq səviyyədə debüt

Yuna Kim 2005-ci ildə gənclərin Dünya Çempionatında

Yuna Kim beynəlxalq səviyyədə birinci yarışına 2004-cü ilin 1-5 sentyabrda Macarıstanın Budapeşt şəhərinin ev sahibliyində baş tutan gənclər arasında ISU Qran-Pri yarışı çərçivəsində qatıldı.[3] O, qısa proqramda 48.24 balla birinci pillənin sahibi oldu.[4] Sərbəst proqramda isə Yuna Kim 102.32 balla birinci pillənin sahibi oldu və ümumi nəticədə 150.56 balla gənclər arasında ISU Qran-Pri yarışının Macarıstan mərhələsinin qızıl medalına sahib oldu.[3][5] Bu qızıl medal, 14 yaşlı Yuna Kimin beynəlxalq səviyyədə qazandığı birinci medal oldu.

Yuna Kim növbəti uğuruna 16-20 sentyabrda Çinin Harbin şəhərində baş tutan gənclər arasında ISU Qran-Pri yarışı çərçivəsində imza atdı. Qısa proqramda 38.88 balla dördüncü pillənin sahibi olan Yuna Kim sərbəst proqramda 92.36 balla birinci pillənin sahibi oldu. Bununla da o, ümumi nəticədə 131.24 balla gənclər arasında ISU Qran-Pri yarışının Çin mərhələsinin gümüş medalına sahib oldu.

Macarıstanın Qran-Prisinin qızıl medalına, Çin Qran-Prisinin isə gümüş medalına sahib olan Yuna Kim gənclər arasında ISU Qran-Pri Finalına vəsiqə qazandı.[6] Finlandiyanın ev sahibliyində baş tutan Qran-Pri Finalının qısa proqramında o, 52.28 bal topladı 2-ci pillənin sahibi oldu.[7] Sərbəst proqramda isə Yuna Kim 86.48 balla üçüncü pillənin sahibi oldu və ümumi nəticədə 138.76 balla gənclər arasında ISU Qran-Pri Finalının gümüş medalına sahib oldu.[6][8]

Gənclər arasında ISU Qran-Pri Finalının gümüş medalına sahib olan Yuna Kim 2005-ci ilin 1-4 yanvarında Cənubi Koreyanın Seul şəhərində baş tutan Cənubi Koreya Çempionatı mübarizə apardı. 2003 və 2004-cü illərdə Cənubi Koreya Çempionatının qalibi olan Yuna Kim bu səfərdə Çempionatın qızıl medalına sahib oldu.

2004-2005-ci illər mövsümün əsas yarışı – 28 fevral-6 mart tarixlərində Kanadanın Kitçener şəhərinin ev sahibliyində baş tutan gənclər arasında Dünya Çempionatı idi.[9] Cənubi Koreya Çempionatının qalibi olan Yuna Kim gənclər arasında Dünya Çempionatının qızıl medalına sahib olmağı hədəfləyirdi. Amma onun qısa proqramda uğursuz çıxış etməsi, bu hədəfin reallaşmasına icazə vermədi. Yuna Kim qısa proqramda 48.68 balla altıncı pillənin sahibi oldu.[10] Sərbəst proqramda isə Yuna Kim 110.26 bal topladı.[11] Bu göstərici onun, 2004-2005-ci illər mövsümündə göstərdiyi ən yaxşı nəticə oldu. Ümumi nəticədə isə Yuna Kim 158.94 balla gənclər arasında Dünya Çempionatının gümüş medalına sahib oldu.[9] Qızıl medala isə Yaponiya nümayəndəsi Mao Asada sahib oldu.[9]

2004-2005-ci illər mövsümü ərzində qatıldığı 5 yarışın 2-də qızıl medal, 3-də isə gümüş medal qazanan Yuna Kim növbəti mövsümdə bu göstəricini yaxşılaşdırmağı hədəfləyirdi.

2005–2006-cı illər mövsümü: Gənclər arasında Dünya çempionluğu

Yuna Kim 2005-2006-cı illər mövsümündə birinci yarışına 1-4 sentyabrda Bratislava şəhərində baş tutan gənclər arasında ISU Qran-Pri yarışı çərçivəsində qatıldı.[12] O, qısa proqramda 58.64 balla, sərbəst proqramda isə 110.20 balla birinci pillənin sahibi oldu.[13][14] Bu minvallada Yuna Kim ümumi nəticədə 168.84 balla gənclər arasında ISU Qran-Pri yarışının Bratislava mərhələsinin qızıl medalına sahib oldu.[12]

Daha sonra Yuna Kim Bolqarıstanın Sofiya şəhərinin ev sahibliyində baş tutan gənclər arasında ISU Qran-Pri yarışında mübarizə apardı.[15] Qısa proqramda 54.45 balla, sərbəst proqramda isə 99.99 balla birinci pillənin sahibi olan Yuna Kim ümumi nəticədə 154.44 balla gənclər arasında ISU Qran-Pri yarışının Bolqarıstan mərhələsinin qalibi oldu.[15][16][17] Bir ay ərzində həm Bratislavada, həm də Sofiyada ISU Qran-Pri yarışının qalibi olan Yuna Kim noyabr ayında baş tutacaq ISU Qran-Pri Finalında növbəti dəfə mübarizə aparmağa haqq qazandı.

24-28 noyabrda Çexiyanın Ostrava şəhərində gənclər arasında ISU Qran-Pri Finalı baş tutdu.[18] Ötən il baş tutan Qran-Pri Finalında gümüş medalın sahibi olan Yuna Kim bu səfər Qran-Pri Finalının qalibi olmağı hədəfləyirdi. O, qısa proqramda 58.52 balla birinci pillənin sahibi oldu.[19] Sərbəst proqramda isə Yuna Kim 116.2 balla birinci pillənin sahibi oldu və ümumi nəticədə 175.14 balla gənclər arasında ISU Qran-Pri Finalının qızıl medalını qazandı.[18][20]

2006-cı ilin 5-8 yanvarında isə Cənubi Koreyanın Seul şəhərinin ev sahibliyində Cənubi Koreya Çempionatı baş tutdu. Son üç il ərzində baş tutan Çempionatların qalibi olan Yuna Kim bu səfərdə Çempionatın qızıl medalına sahib oldu. O, qısa proqramda 62.44 balla, sərbəst proqramda isə 104.08 balla birinci pillənin sahibi oldu və ümumi nəticədə 166.52 balla üçüncü dəfə Cənubi Koreya Çempionatının qızıl medalına sahib oldu.

2005-2006-cı illər mövsümünün əsas yarışı – 6-12 martda Sloveniyanın Lyublyana şəhərində baş tutan gənclər arasında Dünya Çempionatı idi.[21] Ötən il baş tutan Dünya Çempionatının gümüş medalına sahib olan Yuna Kim bu səfər Dünya çempionu olmağı hədəfləyirdi. Qısa proqramda o, 60.86 bal topladı və birinci pillənin sahibi oldu.[22] Bu göstərici onun, 2005-2006-cı illər mövsümü ərzində göstərdiyi ən yaxşı nəticə oldu. Sərbəst proqramda da Yuna Kim mövsüm ərzində ən yaxşı nəticəsini göstərdi. O, 116.88 bal topladı və birinci pillənin sahibi oldu.[23] Bu minvallada Yuna Kim 177.54 balla gənclər arasında Dünya Çempionatının qızıl medalını qazandı.[21] Gümüş medala isə ötən il baş tutan Dünya Çempionatının qalibi olan Yaponiya nümayəbdəsi Mao Asada sahib oldu.[21]

2005-2006-cı illər mövsümü ərzində qatıldığı 5 yarışın hamısında qızıl medalın sahibi olan Yuna Kim bununla da gənclər arasında beynəlxalq yarışlarda mübarizə aparmağı dayandırdı.

2006–2007-ci illər mövsümü: Qran-Pri Finalının çempionluğu

Yuna Kim və Cənubi Koreya Prezidenti Li Myon Ba (2008-ci il)

Yuna Kim 2006-2007-ci illər mövsümündə birinci yarışına 2-5 noyabrda Kanadanın ev sahibliyində baş tutan ISU Qran-Pri yarışı çərçivəsində qatıldı.[24] Qısa proqramda o, 62.68 balla birinci pillənin sahibi oldu.[25] Sərbəst proqramda isə Yuna Kim uğursuz çıxış etdi və 105.80 balla dördüncü yeri tutdu.[26] Yuna Kimin bu uğursuz çıxışı, ümumi nəticədə onun 168.48 balla üçüncü pillədə qərarlaşmasına və ISU Qran-Pri yarışının Kanada mərhələsinin bürünc medalına sahib olması ilə nəticələndi.[24]

16-20 noyabrda isə Yuna Kim Fransanın Paris şəhərində baş tutan ISU Qran-Pri yarışında mübarizə apardı.[27] ISU Qran-Pri Finalında mübarizə aparmağa haqq qazanmaq üçün, Yuna Kimin Paris Qran-Prisində qızıl medala sahib olması önəmli idi. Qısa proqramda o, 65.22 balla birinci pillənin sahibi oldu.[28] Sərbəst proqramda isə Yuna Kim 120.32 balla birinci yeri tutdu və ümumi nəticədə 185.54 balla ISU Qran-Pri yarışının Fransa mərhələsinin qızıl medalına sahib oldu.[27][29] Onun, sərbəst proqramda olan göstəricisi, 2006-2007-ci illər mövsümündə göstərdiyi ən yaxşı nəticə oldu.

Fransa Qran-Prisinin qalibi olan Yuna Kim daha sonra Rusiyanın St. Peterburq şəhərinin ev sahibliyində baş tutan ISU Qran-Pri Finalında mübarizə apardı.[30] O, qısa proqramda 65.06 balla üçüncü pillənin sahibi oldu.[31] Sərbəst proqramda isə Yuna Kim 120.14 balla birinci yeri tutdu və ümumi nəticədə 185.20 balla birinci pillənin sahibi oldu.[30][32] Bununla da Yuna Kim ISU Qran-Pri Finalının qızıl medalını qazandı.[30] Gümüş medalı Yaponiya nümayəndəsi Mao Asada, bürünc medalı isə İsveçrə nümayəndəsi Sara Meyer qazandı.[30]

2006-2007-ci illər mövsümünün əsas yarışı – 20-25 martda Yaponiyanın ev sahibliyində baş tutan Dünya Çempionatı idi.[33] Ötən il gənclər arasında Dünya Çempionatının qalibi olan Yuna Kim bu səfər Dünya Çempionatında debüt etdi.[33] O, qısa proqramda 72.95 bal topladı və birinci pillənin sahibi oldu.[34] Yuna Kimin topladığı bu nəticə, Dünya rekordu hesab edildi. Amma Yuna Kim qısa proqramda olan uğurlu çıxışını, sərbəst proqramda təqdim edə bilmədi. O, sərbəst proqramda 118.20 balla dördüncü pillənin sahibi oldu.[35] Ümumi nəticədə isə Yuna Kim 191.15 balla Dünya Çempionatının bürünc medalına sahib oldu.[33] Qızıl medalı Yaponiya nümayəndəsi Mihi Ando, gümüş medalı isə digər Yaponiya nümayəndəsi Mao Asada qazandı.[33]

Yuna Kim 2006-2007-ci illər mövsümü ərzində qatıldığı dörd yarışın 2-də qızıl medala, 2-də isə bürünc medala sahib oldu.

2007–2008-ci illər mövsümü: 2-ci dəfə Qran-Pri Finalının çempionluğu

Yuna Kim 2007-2008-ci illər ISU Qran-Pri Finalında

Yuna Kim 2007-2008-ci illər mövsümündə birinci yarışına 8-12 noyabrda Çinin Harbin şəhərində baş tutan ISU Qran-Pri yarışı çərçivəsində qatıldı.[36] Yuna Kim qısa proqramda 58.32 balla İtaliya nümayəndəsi Karolina KostnerBirləşmiş Ştatların nümayəndəsi Karolina Janqdan sonra üçüncü pillədə qərarlaşdı.[37] Sərbəst proqramda isə o, daha uğurlu çıxış etdi və 122.36 balla birinci pillənin sahibi oldu.[38] Bu, onun ümumi nəticəsinə təsir göstərdi və Yuna Kim 180.68 balla ISU Qran-Pri yarışının Çin mərhələsinin qızıl medalına sahib oldu.[36]

Daha sonra Yuna Kim 22-25 noyabrda Rusiyanın ev sahibliyində baş tutan ISU Qran-Pri yarışının Rusiya mərhələsində mübarizə apardı.[39] O, qısa proqramda 64.50 balla, sərbəst proqramda isə 133.70 balla birinci pillənin sahibi oldu.[40][41] Ümumi nəticədə isə Yuna Kim 198.20 balla birinci yeri tutdu və ISU Qran-Pri yarışının Rusiya mərhələsinin qalibi oldu.[39] Noyabr ayı ərzində həm Çində, həm də Rusiyada Qran-Prinin qalibi olan Yuna Kim Qran-Pri Finalında mübarizə aparmağa haqq qazandı.

ISU Qran-Pri Finalı isə İtaliyanın Turin şəhərində baş tutdu. Altı idmançının – Cənubi Koreya nümayəndəsi Yuna Kim Yaponiya nümayəndələri Mao AsadaYuhari Nahano, Birləşmiş Ştatlar nümayəndələri Kimmi MissnerKarolina Janqİtaliya nümayəndəsi Karolina Kostnerin mübarizə apardığı ISU Qran-Pri Finalının əsas favoritləri Yuna Kim və Mao Asada idi.[42] Amma qısa proqramda Yaponiyalı Mao Asadanın 60.04 balla altıncı pillənin sahibi olması, onun qalibiyyət üçün olan şanslarını aşağı saldı.[43] Yuna Kim isə qısa proqramda 64.62 balla birinci pillənin sahibi oldu.[43] Sərbəst proqram isə gərgin idman mübarizəsi şəraitində baş tutdu. Yaponiyalı Mao Asadanın 132.55 balla birinci pillədə qərarlaşdığı sərbəst proqramda, Yuna Kim 132.22 balla 2-ci pillədə qərarlaşdı.[44] Ümumi nəticədə isə Yuna Kim 196.84 balla növbəti dəfə ISU Qran-Pri Finalının qızıl medalını qazandı.[42] Gümüş medala Yaponiyalı Mao Asada, bürünc medala isə İtaliyalı Karolina Kostner sahib oldu.[42]

2007-2008-ci illər mövsümünün sonuncu və əsas yarışı – 16-24 martda İsveçin Göteborq şəhərinin ev sahibliyində baş tutan Dünya Çempionatı idi.[45] Ötən il baş tutan Dünya Çempionatının bürünc medalına sahib olan Yuna Kim bu səfər Dünya Çempionatının qalibi olmağı hədəfləyirdi. Amma Yuna Kimin qısa proqramda 60.86 balla beşinci pillədə qərarlaşması, onun Dünya çempionu olmaq şanslarını aşağı saldı.[46] Onun, sərbəst proqramda 124.38 bala birinci pillənin sahibi olması, ümumi nəticədə Dünya Çempionatının bürünc medalını qazanması ilə nəticələndi sadəcə.[45][47] Qızıl medalı Yaponiyalı Mao Asada, gümüş medalı isə İtaliyalı Karolina Kostner qazandı.[45]

Yuna Kim 2007-2008-ci illər mövsümü ərzində qatıldığı dörd yarışın üçündə qızıl medala, birində isə bürünc medala sahib oldu.

2008–2009-cu illər mövsümü: Dünya çempionluğu

Yuna Kim 2008-2009-cu illər ISU Qran-Pri Finalında

Yuna Kim 2008-2009-cu illər mövsümündə birinci yarışına Birləşmiş Ştatların Everet şəhərində baş tutan ISU Qran-Pri yarışı çərçivəsində qatıldı.[48] Yuna Kim qısa proqramda 70.50 balla, sərbəst proqramda isə 124.95 balla birinci pillənin sahibi oldu.[49][50] Bu minvallada o, ümumi nəticədə 195.45 balla 12 idmançı sırasında birinci yeri tutdu və ISU Qran-Pri yarışının ABŞ mərhələsinin qızıl medalına sahib oldu.[48]

Daha sonra o, 5-10 noyabrda isə Çinin ev sahibliyində baş tutan ISU Qran-Pri yarışında mübarizə apardı.[51] Çin Qran-Prisində qalibiyyətə əsas favorit hesab olunan Yuna Kim qısa proqramda 64.64 bal topladı və birinci yeri tutdu.[52] Sərbəst proqramda da o, uğurla çıxış etdi və 128.11 balla birinci pillənin sahibi oldu.[53] Bununla da Yuna Kim ümumi nəticədə 192.75 balla 12 idmançı sırasında birinci pillənin sahibi oldu və ISU Qran-Pri yarışının Çin mərhələsinin qalibi oldu.[51] Bir ay ərzində həm ABŞ Qran-Prisində, həm də Çin Qran-Prisində qalib gələn Yuna Kim Cənubi Koreyanın Koyan şəhərində baş tutan ISU Qran-Pri Finalında mübarizə aparmağa haqq qazandı.

Yuna Kim 2009-cu ilin Dünya Çempionatında

2008-2009-cu illər mövsümünün Qran-Pri Final Cənubi Koreyanın Koyan şəhərində baş tutdu.[54] Altı idmançının – Cənubi Koreya nümayəndəsi Yuna Kim Kanada nümayəndəsi Coanni Roçet, Yaponiya nümayəndələri Mao Asada, Yuhari Nahano, Mihi Andoİtaliya nümayəndəsi Karolina Kostnerin mübarizə apardığı Qran-Pri Finalının əsas favoritləri Yuna Kim və Mao Asada hesab olunurdu.[54] Yuna Kim qısa proqramda 65.94 balla birinci pillənin sahibi oldu.[55] Mao Asada isə Yuna Kimdən 1.56 bal az topladı və 64.38 balla 2-ci yeri tutdu.[55] Sərbəst proqram isə daha gərgin idman mübarizəsi şəraitində baş tutdu. Bu səfər Yuna Kim 120.42 balla 2-ci pillənin sahibi oldu, Mao Asada isə 124.18 balla birinci yeri tutdu.[56] Ümumi nəticədə qalib gələn 188.56 balla Yaponiya nümayəndəsi Mao Asada oldu.[54] 2007 və 2008-ci illərdə Qran-Pri Finalının qalibi olan Yuna Kim isə 186.35 balla ISU Qran-Pri Finalının gümüş medalına sahib oldu.[54]

2009-cu ilin 2-8 fevralında Kanadanın ev sahibliyində Dörd Qitənin Çempionatı baş tutdu.[57] 36 idmançının mübarizə apardığı Çempionatının əsas favoritləri – Yuna Kim və Yaponiya nümayəndəsi Mao Asada idi. Yuna Kim qısa proqramda 72.24 balla birinci pillənin, sərbəst proqramda isə 117.84 balla üçüncü pillənin sahibi oldu.[58][59] Bununla da o, ümumi nəticədə 190.08 balla Dörd Qitə Çempionatının qızıl medalına sahib oldu.[57]

2008-2009-cu illər mövsümünün əsas yarışı – 22-30 martda Birləşmiş Ştatların Kaliforniya ştatının Los-Anceles şəhərində baş tutan Dünya Çempionatı idi.[60] 2007 və 2008-ci illərdə baş tutan Dünya Çempionatlarında bürünc medala sahib olan Yuna Kim bu səfər Dünya Çempionatının qalibi olmağı hədəfləyirdi. Martın 27-də baş tutan qısa proqramda o, 76.12 balla birinci pillənin sahibi oldu.[61] Onun, bu nəticəsi Dünya rekordu hesab olundu. Bir gün sonra baş tutan sərbəst proqramda da Yuna Kim inamla mübarizə apardı və 132.60 balla birinci yeri tutdu.[62] Ümumi nəticədə isə 208.72 balla birinci pillənin sahibi olan Yuna Kim 2009-cu il Dünya Çempionatının qızıl medalını qazandı.[60] Gümüş medalı ondan, 10.42 bal az toplayan Kanada nümayəndəsi Coanni Roçet, bürünc medalı isə Yaponiya nümayəndəsi Mao Asada qazandı.[60]

2008-2009-cu illər mövsümü ərzində qatıldığı beş yarışın dördündə qızıl medala, birində isə gümüş medala sahib olan Yuna Kim 2010-cu ildə Kanadada baş tutacaq XXI Qış Olimpiya Oyunlarının əsas favoritlərindən biri hesab olundu.

2009–2010-cu illər mövsümü: Olimpiya çempionluğu

Yuna Kim 2010-cu il Olimpiadasında (qısa və sərbəst proqram)

Yuna Kim üçün əsas mövsümlərdən biri – 2009-2010-cu illər mövsümü idi. Olimpiya Oyunlarının baş tutduğu mövsümdə Yuna Kim birinci yarışına Fransanın Paris şəhərində baş tutan ISU Qran-Pri yarışı çərçivəsində qatıldı.[63] Qısa proqramda 76.08 balla birinci pillənin sahibi olan Yuna Kim sərbəst proqramda 133.96 bal topladı və onun, bu göstərici Dünya rekordu hesab olundu.[64][65] Ümumi nəticədə Yuna Kim 210.04 balla 10 idmançı sırasında birinci pillənin sahibi oldu və ISU Qran-Pri yarışının Fransa mərhələsinin qalibi oldu.[63]

12-15 noyabrda isə Birləşmiş Ştatların L. Plesid şəhərində ISU Qran-Pri yarışının ABŞ mərhələsinə baş tutdu.[66] Yuna Kim qısa proqramda 76.28 balla, sərbəst proqramda isə 112.70 balla birinci pillənin sahibi oldu.[67][68] Onun, qısa proqramda imza atdığı nəticə, növbəti dəfə Dünya rekordu hesab olundu. Bu minvallada Yuna Kim ümumi nəticədə 188.98 balla birinci pillənin sahibi oldu və ISU Qran-Pri yarışının ABŞ mərhələsinin qızıl medalına sahib oldu.[66]

2009-2010-cu illər mövsümünün ISU Qran-Pri Finalı Yaponiyada baş tutdu. Altı idmançının – Cənubi Koreya nümayəndəsi Yuna Kim Yaponiya nümayəndələri Mihi AndoAhiho Suzuhi, Kanada nümayəndəsi Coanni Roçet, Rusiya nümayəndəsi Alyona LeonovaBirləşmiş Ştatlar nümayəndəsi Aşle Vaqnerin mübarizə apardığı Qran-Pri Finalının əsas favoriti Yuna Kim idi.[69] Ötən illərdə baş tutan Qran-Pri Finallarında əsas mübarizə Yuna Kim və Mao Asada arasında idi, amma Mao Asadanın bu səfər gözlənilmədən Qran-Pri Finalına vəsiqə qazanana bilməməsi, Yuna Kimin asan qalibiyyəti üçün əsas yaratdı. Qısa proqramda 66.64 bal, sərbəst proqramda isə 124.22 bal toplayan Yuna Kim ümumi nəticədə 190.86 balla üçüncü dəfə ISU Qran-Pri Finalının qızıl medalına sahib oldu.[69][70][71]

2010-cu il Olimpiadası

2010-cu ilin 12-28 fevralında Kanadanın Britaniya Kolumbiyası ştatının Vankuver şəhərinin ev sahibliyində XXI Qış Olimpiya Oyunları baş tutdu.[72] 30 idmançının mübarizə apardığı yarışın qısa proqramı fevralın 24-də, sərbəst proqramı isə fevralın 25-də baş tutdu.[73][74] “Pacific Coliseum” Arenasında baş tutan qısa proqramda Yuna Kim buzüstünə 24-cü sırada çıxdı.[73] Ondan əvvəl mübarizə aparan Yaponiya nümayəndəsi Mao Asada, 74.78 balla birinci pillədə qərarlaşmışdı.[73] Kompozisiyasını uğurla təqdim edən Yuna Kim 78.50 balla Mao Asadanı ötdü.[73] Onun, qısa proqramda imza atdığı nəticə, növbəti dəfə Dünya rekordu hesab olundu.[73] Yuna Kimdən sonra mübarizə aparan altı idmançıda onu ötə bilmədi və o, qısa proqramı birinci pillədə başa vurdu.[73]

Bir gün sonra baş tutan sərbəst proqramda isə 24 idmançı mübarizə apardı.[74] Yuna Kim buzüstünə 22-ci sırada çıxdı.[74] Onun çıxışına qədər birinci pillədə Finlandiya nümayəndəsi Laura Lepistö qərarlaşmışdı.[74] Kompozisiyasını növbəti dəfə uğurla təqdim edən Yuna Kim 150.06 balla birinci pillədə qərarlaşdı.[74] Onun, sərbəst proqramda imza atdığı nəticə də, Dünya rekordu hesab olundu.[74] Yuna Kimdən sonra buzüstünə Yaponiya nümayəndəsi Mao Asada çıxdı.[74] O, 131.72 bal topladı və Yuna Kimi ötə bilmədi.[74] Daha sonra buzüstünə çıxan Kanada nümayəndəsi Coanni RoçetBirləşmiş Ştatlar nümayəndəsi Mirai Nagasuyada, Yuna Kimi ötə bilmədi və bununla da ümumi nəticədə Yuna Kim 228.56 balla birinci pillənin sahibi oldu.[72][74] Bu minvallada Yuna Kim XXI Qış Olimpiya Oyunlarının qızıl medalına sahib oldu.[72] Gümüş medalı Yaponiya nümayəndəsi Mao Asada, bürünc medalı isə Kanada nümayəndəsi Coanni Roçet qazandı.[72] Yuna Kim bu idman növü üzrə Olimpiya Oyunlarında medala sahib olan birinci idmançı oldu.[72]

2009-2010-cu illər mövsümünün sonuncu əsas yarışı – 22-28 martda İtaliyanın Turin şəhərində baş tutan Dünya Çempionatı idi.[75] Son Olimpiya Oyunlarının qalibi olan Yuna Kim qısa proqramda uğursuz çıxış etdi və 60.30 balla yeddinci pillənin sahibi oldu.[76] Sərbəst proqramda isə o, toparlanmağı bacardı və 130.50 balla birinci pillənin sahibi oldu.[77] Bu isə ümumi nəticədə Yuna Kimin, Dünya Çempionatını 190.80 balla 55 idmançı sırasında 2-ci pillədə başa vurması ilə nəticələndi.[75] Qızıl medalı Yaponiya nümayəndəsi Mao Asada, bürünc medalı isə Finlandiya nümayəndəsi Laura Lepistö qazandı.[75]

2009-2010-cu illər mövsümü ərzində beş yarışda mübarizə aparan Yuna Kim həmin yarışların dördündə qızıl medala, birində isə gümüş medala sahib oldu.

2010–2011-ci illər mövsümü: İctimai fəaliyyəti, Orsendən gedişi və idmana fasilə verməsi

Yuna Kim G20 Sammitində (2010)

2010-cu ilin avqust ayında Yuna Kimin, məşqçisi Bryan Orserdən ayrıldığı məlum oldu. Bu ayrılığın səbəbləri haqqında nə Yuna Kim nə də Bryan Orser ictimaiyyətə məlumat vermədi. Avqustun 25-də Bryan Orserin ictimaiyyətə, Yuna Kimin yeni mövsüm üçün olan təqdimatı haqqında məlumat verməsindən sonra yaranan mübahisə, sonda Yuna Kimin məşq etdiyi zalın belə dəyişdirilməsi ilə nəticələndi. O, uzun illər məşq etdiyi zaldan ayrıldı və Mişel Kvanın sahibi olduğu Los-Anceles şəhərinin “Şərq-Qərb” Buz Sarayında məşq etməyə başladı.

2011-ci il Dünya Çempionatına daha ciddi hazırlaşmaq üçün ÇinRusiyada baş tutan Qran-Prilərdə mübarizə aparmaqdan imtina etdi.

2011-ci ilin 25 aprel-1 mayında isə Rusiyanın ev sahibliyində Dünya Çempionatı baş tutdu.[78] 2010-2011-ci illər mövsümü ərzində beynəlxalq səviyyədə baş tutan yarışlarda mübarizə aparmayan Yuna Kimin, Dünya Çempionatında necə çıxış edəcəyi marağla gözlənilirdi. Dünya Çempionatının əsas favoritləri Yuna Kim və Yaponiya nümayəndəsi Mao Asada hesab olunurdu. Yuna Kim qısa proqramda 65.92 balla birinci pillənin sahibi oldu.[79] Ondan 0.34 bal az toplayan Mao Asada isə 2-ci pillənin sahibi oldu.[79] Sərbəst proqramda gərgin idman mübarizəsi şəraitində baş tutdu. Yuna Kimin 128.60 balla 2-ci pillənin sahibi olduğu sərbəst proqramda, Mao Asada 130.22 balla birinci yeri tutdu.[80] Ümumi nəticədə isə Yuna Kim 194.56 balla Dünya Çempionatının gümüş medalına sahib oldu.[78] Qızıl medalı Mao Asada, bürünc medalı isə İtaliya nümayəndəsi Karolina Kostner qazandı.[78]

2010-2011-ci illər mövsümü ərzində sadəcə Dünya Çempionatında mübarizə aparan və gümüş medalın sahibi olan Yuna Kim 2011-2012-ci illər mövsümündə beynəlxalq səviyyədə baş tutan yarışlarda mübarizə aparmağdan imtina etdi. Buna səbəb isə onun, 2018-ci il XXIII Qış Olimpiya Oyunlarının ev sahibliyinə iddiaçı şəhərlərdən biri olan Pxençxan şəhərinin təbliğatı ilə bağlı gördüyü işlərin çoxluğu idi.

2011-ci il iyulun 6-da CAR-ın Durban şəhərində baş tutan Beynəlxalq Olimpiya Komitəsinin (BOK) 122-ci Sessiyasında səsvermə yolu ilə 2018-ci il Qış Olimpiya Oyunlarına ev sahibliyi edən şəhər seçildi. Yuna Kimində təbliğatını fəal apardığı Pxençxan şəhəri, 2018-ci il Qış Olimpiya Oyunlarının ev sahibi şəhəri elan edildi.

2012–2013-cü illər mövsümü: İdmana qayıdışı

2012-ci il iyulun 2-də Yuna Kim 2012-2013-cü illər mövsümündə beynəlxalq səviyyədə baş tutan yarışlarda mübarizə aparacağını və 2014-cü il Soçi Olimpiadasının qalibi olmağı hədəflədiyini bildirdi.

O, 2012-ci ildə Almaniyanın Dortmund şəhərinin ev sahibliyində baş tutan “NRW Trophy” yarışında mübarizə apardı. Yuna Kim 36 idmançının mübarizə apardığı “NRW Trophy” yarışının qısa proqramında 72.28 balla, sərbəst proqramda isə 130.34 balla birinci pillənin sahibi oldu. Ümumi nəticədə isə o, 202.62 balla “NRW Trophy” yarışının qızıl medalına sahib oldu.

2013-cü il Dünya Çempionatında mübarizə aparmağa haqq qazanmaq üçün Yuna Kim 4-6 yanvarda Seul şəhərində baş tutan Cənubi Koreya Çempionatında mübarizə apardı. O, qısa proqramda 64.98 balla, sərbəst proqramda isə 145.80 balla birinci pillənin sahibi oldu. Ümumi nəticədə isə Yuna Kim 210.78 balla beşinci dəfə Cənubi Koreya Çempionatının qalibi oldu. Bununla da o, 2013-cü il Dünya Çempionatında mübarizə aparmağa haqq qazandı.

2012-2013-cü illər mövsümünün əsas yarışı – 10-18 martda Kanadanın Ontario əyalətinin London şəhərinin ev sahibliyində baş tutan Dünya Çempionatı idi.[81] Qısa proqramda «üçlü luts - tulup», üçlü salto tullanışları edən Yuna Kim 72.98 balla birinci pillənin sahibi oldu.[82] Martın 16-da baş tutan sərbəst proqramda isə o, 151.34 balla birinci pillənin sahibi oldu və ümumi nəticədə 224.32 balla Dünya Çempionatının qızıl medalını qazandı.[81][83] Gümüş medala İtaliya nümayəndəsi Karolina Kostner, bürünc medala isə Yaponiya nümayəndəsi Mao Asada sahib oldu.[81] Dörd il sonra növbəti dəfə Dünya Çempionatının qalibi olan Yuna Kim 2014-cü il Soçi Olimpiadasında mübarizə aparmağa haqq qazandı.

Yuna Kim 2012-2013-cü illər mövsümü ərzində qatıldığı üç yarışın hamısında qızıl medala sahib oldu.

2013–2014-cü illər mövsümü: Soçi Olimpiadası

Yuna Kim 2014-cü ilin Soçi Olimpiadasında (qısa və sərbəst proqram)

Yuna Kim 2013-2014-cü illər mövsümündə KanadaFransa Qran Prilərində mübarizə aparmalı idi. Amma, sentyabrın 26-da o, sağ ayağının metatarsal sümüyündə olan zədə səbəbi ilə KanadaFransa Qran-Prilərində mübarizə aparmağdan imtina etdi. Yuna Kimin zədədən sonra bərpası altı həftə davam etdi.

Yuna Kim zədədən sonra birinci yarışına Xorvatiyanın Zaqreb şəhərində baş tutan “Golden Spin of Zagreb” yarışı çərçivəsində qatıldı. O, qısa proqramda 74.38 balla, sərbəst proqramda isə 131.12 balla birinci pillənin sahibi oldu. Bununla da Yuna Kim üumi nəticədə 205.50 balla “Golden Spin of Zagreb” yarışınını qızıl medalına sahib oldu.

2014-cü ilin 1-5 yanvarında Koyan şəhərinin ev sahibliyində Cənubi Koreya Çempionatı baş tutdu. Soçi Olimpiadasından əvvəl sonuncu yarışına qatılan Yuna Kim qısa proqramda 80.60 balla, sərbəst proqramda isə 148.26 balla birinci pillənin sahibi oldu. Bu minvallada Yuna Kim altıncı dəfə Cənubi Koreya Çempionatının qalibi oldu.

2014-cü il Olimpiadası

2014-cü ilin 7-24 fevralında Rusiya Federasiyasının Soçi şəhərinin ev sahibliyində XXII Qış Olimpiya Oyunları baş tutdu.[84] Yuna Kimin əsas hədəfi – 2-ci dəfə Olimpiya Oyunlarının qalibi olmaq və əfsanəvi Katarina Vittin uğuruna nail olmaq idi.

Fevralın 18-də Soçi şəhərinin “Aysberq” Buz İdman Sarayında Soçi Olimpiadasının qısa proqramı baş tutdu.[85] 20 yığmanın 30 idmançısının mübarizə apardığı qısa proqramda Yuna Kim buzüstünə 17-ci sırada çıxdı.[85] Karyerası ərzində sonuncu dəfə qısa proqramda buzüstünə çıxan Yuna Kim çıxışını səhvsiz təqdim etdi və 74.92 balla birinci pillənin sahibi oldu.[85] 2-ci pillənin sahibi, 74.64 balla Rusiya nümayəndəsi Adelina Sotnikova oldu.[85]

2 gün sonra baş tutan sərbəst proqram isə gərgin idman mübarizəsi şəraitində baş tutdu.[86] Sərbəst proqramda 24 idmançı mübarizə apardı və Yuna Kim buzüstünə 24-cü sırada çıxdı.[86] Rusiya nümayəndəsi Adelina Sotnikova sərbəst proqramda 150.96 balla pillədə qərarlaşmışdı.[86] Karyerası ərzində sonuncu dəfə buzüstünə çıxan Yuna Kim Soçi şəhərinin “Aysberq” Buz İdman Sarayında alqışlarla qarşılandı.[86] Kompozisiyasını ideal təqdim edəndən sonra Yuna Kimin, Soçi Olimpiadasının qalibi olacağı təxmin edilirdi. Amma Yuna Kimin çıxışı, 145.20 balla qiymətləndirildi.[86] Ümumi nəticədə isə Yuna Kim 220.12 balla 2014-cü il XXII Qış Olimpiya Oyunlarının gümüş medalına sahib oldu.[84] Qızıl medala isə 225.60 balla Rusiya nümayəndəsi Adelina Sotnikova sahib oldu.[84] İdman mütəxəssislərinin rəyinə əsasən isə Soçi Olimpiadasının qalibi Yuna Kim olmalı idi.

Mən sadəcə başa düşə bilmirəm, necə Yuna Kimin və Adelina Sotnikovanın nəticələri belə bənzər oldu. Mən şok idim. Adelina Sotnikova sadəcə bir gecə ərzində yaxşı fiqurçu oldu ? Nə olduğunu bilmirəm. Mən hələdə başa düşə bilmirəm.

CBC TV-nin şərhçisi, dörd dəfə Dünya Çempionatının qalibi olan Kurt Brauninq

2014-cü il Soçi Olimpiadasından sonra 23 yaşlı Yuna Kim idmanla vidalaşdığını bildirdi.

Kompozisiyaları

Yuna Kim 2009-cu il ISU Qran-Pri Finalında
Yarış
Proqram
Qısa proqram
Sərbəst proqram
Qala proqram
2004/2005 mövsümü
2005/2006 mövsümü
  • «El Tango de Roxanne»
    repertuar: Stinq & Mariano Mores
2006/2007 mövsümü
2007/2008 mövsümü
2008/2009 mövsümü
2009/2010 mövsümü
  • «Ceyms Bond» musiqisi
    repertuar: Con Barri, David Arnold, Monti Norman
2010/2011 mövsümü
  • «Ariranq»
    repertuar: Koreya xalq mahnısı
2011/2012 mövsümü
Mübarizəni aparmadı
2012/2013 mövsümü
  • «The Kiss of the Vampire»
    repertuar: Ceyms Bernard
  • «Les Miserables»
    repertuar: Klod-Mişel Şenberq
2013/2014 mövsümü
  • «Send In the Clowns»
    repertuar: Stiven Sondhaym
  • «Adios Nonino»
    repertuar: Astor Piazzolla

Uğurları

Yuna Kim 2010-cu ildə “Time 100” mərasimində

Karyerası ərzində 12 mövsümdə mübarizə aparan Yuna Kim, 26 qızıl, 7 gümüş və 3 bürünc medala sahib olub.

Yarış
Mövsümlər
01-02
02-03
03-04
04-05
05-06
06-07
07-08
08-09
09-10
10-11
11-12
12-13
13-14
Beynəlxalq yarışlar
Olimpiya Oyunları
1-ci
2-ci
Dünya Çempionatı
3-cü
3-cü
1-ci
2-ci
2-ci
1-ci
Dörd Qitə Çempionatı
1-ci
Qran-Pri: Final
1-ci
1-ci
2-ci
1-ci
Qran-Pri: ABŞ
1-ci
1-ci
Qran-Pri: Çin
1-ci
1-ci
WD
Qran-Pri: Fransa
1-ci
1-ci
WD
Qran-Pri: Kanada
3-cü
WD
Qran-Pri: Rusiya
1-ci
WD
NRW Trophy
1-ci
Golden Spin of Zagreb
1-ci
Beynəlxalq yarışlar (Gənclər arasında)
Gənclərin Dünya Çempionatı
2-ci
1-ci
Gənclərin Qran-Prisi: Final
2-ci
1-ci
Gənclərin Qran-Prisi: Bolqarıstan
1-ci
Gənclərin Qran-Prisi: Çin
2-ci
Gənclərin Qran-Prisi: Macarıstan
1-ci
Gənclərin Qran-Prisi: Slovaiya
1-ci
Cənubi Koreya daxili yarışlar
Cənubi Koreya Çempionatı
1-ci
1-ci
1-ci
1-ci
1-ci
1-ci
Gənclərin Koreya Çempionatı
1-ci
WD — Mübarizə aparmadı / C — Təxirə salındı

Nəticələri

Yuna Kim 2008-ci il Dünya Çempionatında
Yuna Kim 2009-cu il Dünya Çempionatında
Yuna Kim 2010-cu il Dünya Çempionatında
Yuna Kim 2011-ci il Dünya Çempionatında

Karyerası ərzində 36 yarışda mübarizə aparan Yuna Kim, onların 26-da qızıl, 7-də gümüş, 3-də isə bürünc medala sahib olub.

Sıra
Tarix
Yarış
Şəhər
QP
SP
Cəmi
Nəticə
Yer
Nəticə
Yer
Nəticə
Yer
2001–2002-ci illər mövsümü
1.
20.11.2001
24.11.2001
Gənclərin Cənubi Koreya Çempionatı Cənubi Koreya Seul
1
1
1-ci
2002–2003-cü illər mövsümü
2.
08.03.2003
11.03.2003
Cənubi Koreya Çempionatı Cənubi Koreya Seul
1
1
1-ci
2003–2004-cü illər mövsümü
3.
02.02.2004
05.02.2004
Cənubi Koreya Çempionatı Cənubi Koreya Seul
1
1
1-ci
2004–2005-ci illər mövsümü
4.
01.09.2004
05.09.2004
ISU Gənclərin Macarıstan Qran-Prisi Macarıstan Budapeşt
48.24
1
102.32
1
150.56
1-ci
5.
16.09.2004
20.09.2004
ISU Gənclərin Çin Qran-Prisi Çin Harbin
38.88
4
92.36
1
131.24
2-ci
6.
02.12.2004
05.12.2004
ISU Gənclərin Qran-Pri Finalı Finlandiya Helsinki
52.28
2
86.48
3
138.76
2-ci
7.
01.01.2005
04.01.2005
Cənubi Koreya Çempionatı Cənubi Koreya Seul
1
1
1-ci
8.
28.02.2005
06.03.2005
Gənclərin Dünya Çempionatı Kanada Kitçener
48.68
6
110.26
2
158.94
2-ci
2005–2006-cı illər mövsümü
9.
01.09.2005
04.09.2005
ISU Gənclərin Slovakiya Qran-Prisi Slovakiya Bratislava
58.64
1
110.20
1
168.84
1-ci
10.
28.09.2005
02.10.2005
ISU Gənclərin Bolqarıstan Qran-Prisi Bolqarıstan Sofiya
54.45
1
99.99
1
154.44
1-ci
11.
24.11.2005
28.11.2005
ISU Gənclərin Qran-Pri Finalı Çexiya Ostrava
58.52
1
116.2
1
175.14
1-ci
12.
05.01.2006
08.01.2006
Cənubi Koreya Çempionatı Cənubi Koreya Seul
62.44
1
104.08
1
166.52
1-ci
13.
06.03.2006
12.03.2006
Gənclərin Dünya Çempionatı Sloveniya Lyublyana
60.86
1
116.88
1
177.54
1-ci
2006–2007-ci illər mövsümü
14.
02.11.2006
05.11.2006
ISU Kanada Qran-Prisi Kanada Viktoriya
62.68
1
105.80
4
168.48
3-cü
15.
16.11.2006
20.11.2006
ISU Fransa Qran-Prisi Fransa Paris
65.22
1
120.32
1
185.54
1-ci
16.
14.12.2006
18.12.2006
ISU Qran-Pri Finalı Rusiya St. Peterburq
65.06
3
120.14
1
185.20
1-ci
17.
20.03.2007
25.03.2007
Dünya Çempionatı Yaponiya Tokio
72.95
1
118.20
4
191.15
3-cü
2007–2008-ci illər mövsümü
18.
08.11.2007
11.11.2007
ISU Çin Qran-Prisi Çin Harbin
58.32
3
122.36
1
180.68
1-ci
19.
22.11.2007
25.11.2007
ISU Rusiya Qran-Prisi Rusiya Moska
64.50
1
133.70
1
198.20
1-ci
20.
12.12.2007
16.12.2007
ISU Qran-Pri Finalı İtaliya Turin
64.62
1
132.22
2
196.84
1-ci
21.
16.03.2008
24.03.2008
Dünya Çempionatı İsveç Göteborq
60.86
5
124.38
1
185.24
3-cü
2008–2009-cu illər mövsümü
22.
22.10.2008
26.10.2008
ISU ABŞ Qran-Prisi ABŞ Everet
70.50
1
124.95
1
195.45
1-ci
23.
06.11.2008
10.11.2008
ISU Çin Qran-Prisi Çin Pekin
64.64
1
128.11
1
192.75
1-ci
24.
10.12.2008
14.12.2008
ISU Qran-Pri Finalı Cənubi Koreya Koyan
65.94
1
120.42
2
186.35
2-ci
25.
02.02.2009
08.02.2009
Dörd Qitənin Çempionatı Kanada Vankuver
72.24
1
117.84
3
190.08
1-ci
26.
22.03.2009
30.03.2009
Dünya Çempionatı ABŞ Los-Anceles
76.12
1
132.60
1
208.72
1-ci
2009–2010-cu illər mövsümü
27.
15.10.2009
18.10.2009
ISU Fransa Qran-Prisi Fransa Paris
76.08
1
133.96
1
210.04
1-ci
28.
12.11.2009
15.11.2009
ISU ABŞ Qran-Prisi ABŞ Leyk-Plesid
76.28
1
112.70
2
188.98
1-ci
29.
02.12.2009
06.12.2009
ISU Qran-Pri Finalı Yaponiya Tokio
66.64
2
124.22
1
190.86
1-ci
30.
14.02.2010
28.02.2010
Olimpiya Oyunları Kanada Vankuver
78.50
1
150.06
1
228.56
1-ci
31.
22.03.2010
28.03.2010
Dünya Çempionatı İtaliya Turin
60.30
7
130.50
1
190.80
2-ci
2010–2011-ci illər mövsümü
32.
25.04.2011
01.05.2011
Dünya Çempionatı Rusiya Moskva
65.92
1
128.60
2
194.56
2-ci
2012–2013-cü illər mövsümü
33.
05.12.2012
10.12.2012
“NRW Trophy” Almaniya Dortmund
72.28
1
130.34
1
202.62
1-ci
34.
02.01.2013
06.01.2013
Cənubi Koreya Çempionatı Cənubi Koreya Seul
64.98
1
145.80
1
210.78
1-ci
35.
10.03.2013
18.03.2013
Dünya Çempionatı Kanada London
72.98
1
151.34
1
224.32
1-ci
2013–2014-cü illər mövsümü
36.
05.12.2013
08.12.2013
“Golden Spin of Zagreb” Xorvatiya Zaqreb
74.38
1
131.12
1
205.50
1-ci
37.
01.01.2014
05.01.2014
Cənubi Koreya Çempionatı Cənubi Koreya Koyan
80.60
1
148.26
1
228.86
1-ci
38.
06.02.2014
22.02.2014
Olimpiya Oyunları Rusiya Soçi
74.92
1
150.96
2
220.12
2-ci

Mənbələr

Keçidlər

İstinadlar

  1. "Yuna Kim at the International Olympic Committee (IOC)" ( (ing.)). 06.07.2020. 04.07.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
  2. "Yuna Kim at the ISU" ( (ing.)). 06.07.2020. 04.07.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
  3. "ISU Junior Grand Prix Budapest, 2004 / Ladies / Results" ( (ing.)). 05.09.2004. 2018-10-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
  4. "ISU Junior Grand Prix Budapest, 2004 / Ladies / Short program" (PDF) ( (ing.)). 05.09.2004. 2016-03-12 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 04.07.2020.
  5. "ISU Junior Grand Prix Budapest, 2004 / Ladies / Free program" (PDF) ( (ing.)). 05.09.2004. 2020-07-04 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 04.07.2020.
  6. "ISU Junior Grand Prix Final, 2004 / Ladies / Results" ( (ing.)). 04.12.2004. 2019-02-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
  7. "ISU Junior Grand Prix Final, 2004 / Ladies / Short program" ( (ing.)). 04.12.2004. 2019-02-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
  8. "ISU Junior Grand Prix Final, 2004 / Ladies / Free program" ( (ing.)). 04.12.2004. 2019-02-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
  9. "ISU World Junior Championships, 2005 / Ladies / Results" ( (ing.)). 06.03.2005. 2020-06-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
  10. "ISU World Junior Championships, 2005 / Ladies / Short program" ( (ing.)). 06.03.2005. 2019-03-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
  11. "ISU World Junior Championships, 2005 / Ladies / Free program" ( (ing.)). 06.03.2005. 2019-03-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
  12. "ISU Junior Grand Prix Slovakia, 2005 / Ladies / Results" ( (ing.)). 04.09.2005. 04.07.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
  13. "ISU Junior Grand Prix Slovakia, 2005 / Ladies / Short program" ( (ing.)). 04.09.2005. 04.07.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
  14. "ISU Junior Grand Prix Slovakia, 2005 / Ladies / Free program" ( (ing.)). 04.09.2005. 04.07.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
  15. "ISU Junior Grand Prix Bulgaria, 2005 / Ladies / Results" ( (ing.)). 02.10.2005. 04.07.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
  16. "ISU Junior Grand Prix Bulgaria, 2005 / Ladies / Short program" ( (ing.)). 02.10.2005. 04.07.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
  17. "ISU Junior Grand Prix Bulgaria, 2005 / Ladies / Free program" ( (ing.)). 02.10.2005. 04.07.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
  18. "ISU Junior Grand Prix Final, 2005 / Ladies / Results" ( (ing.)). 28.11.2005. 04.07.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
  19. "ISU Junior Grand Prix Final, 2005 / Ladies / Short program" ( (ing.)). 28.11.2005. 04.07.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
  20. "ISU Junior Grand Prix Final, 2005 / Ladies / Free program" ( (ing.)). 28.11.2005. 04.07.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
  21. "ISU World Junior Championships, 2006 / Ladies / Results" ( (ing.)). 12.03.2006. 2019-03-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
  22. "ISU World Junior Championships, 2006 / Ladies / Short program" ( (ing.)). 12.03.2006. 2019-03-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
  23. "ISU World Junior Championships, 2006 / Ladies / Free program" ( (ing.)). 12.03.2006. 2019-03-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
  24. "ISU Grand Prix Canada, 2006 / Ladies / Results" ( (ing.)). 05.11.2006. 04.07.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
  25. "ISU Grand Prix Canada, 2006 / Ladies / Short program" ( (ing.)). 05.11.2006. 04.07.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
  26. "ISU Grand Prix Canada, 2006 / Ladies / Free program" ( (ing.)). 05.11.2006. 04.07.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
  27. "ISU Grand Prix France, 2006 / Ladies / Results" ( (ing.)). 20.11.2006. 04.07.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
  28. "ISU Grand Prix France, 2006 / Ladies / Short program" ( (ing.)). 20.11.2006. 04.07.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
  29. "ISU Grand Prix France, 2006 / Ladies / Free program" ( (ing.)). 20.11.2006. 04.07.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
  30. "ISU Grand Prix Final, 2006 / Ladies / Results" ( (ing.)). 16.12.2006. 04.07.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
  31. "ISU Grand Prix Final, 2006 / Ladies / Short program" ( (ing.)). 16.12.2006. 04.07.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
  32. "ISU Grand Prix Final, 2006 / Ladies / Free program" ( (ing.)). 16.12.2006. 04.07.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
  33. "ISU World Championships, 2007 / Ladies / Results" ( (ing.)). 25.03.2007. 04.07.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
  34. "ISU World Championships, 2007 / Ladies / Short program" ( (ing.)). 25.03.2007. 04.07.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
  35. "ISU World Championships, 2007 / Ladies / Free program" ( (ing.)). 25.03.2007. 04.07.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
  36. "ISU Grand Prix China, 2007 / Ladies / Results" ( (ing.)). 11.11.2007. 2019-11-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
  37. "ISU Grand Prix China, 2007 / Ladies / Short program" ( (ing.)). 11.11.2007. 2019-11-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
  38. "ISU Grand Prix China, 2007 / Ladies / Free program" ( (ing.)). 11.11.2007. 2019-11-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
  39. "ISU Grand Prix Russia, 2007 / Ladies / Results" ( (ing.)). 25.11.2007. 04.07.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
  40. "ISU Grand Prix Russia, 2007 / Ladies / Short program" ( (ing.)). 25.11.2007. 04.07.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
  41. "ISU Grand Prix Russia, 2007 / Ladies / Free program" ( (ing.)). 25.11.2007. 04.07.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
  42. "ISU Grand Prix Final, 2007 / Ladies / Results" ( (ing.)). 16.12.2007. 04.07.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
  43. "ISU Grand Prix Final, 2007 / Ladies / Short program" ( (ing.)). 16.12.2007. 04.07.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
  44. "ISU Grand Prix Final, 2007 / Ladies / Free program" ( (ing.)). 16.12.2007. 04.07.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
  45. "ISU World Championships, 2008 / Ladies / Results" ( (ing.)). 24.03.2008. 2018-08-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
  46. "ISU World Championships, 2008 / Ladies / Short program" ( (ing.)). 24.03.2008. 2019-11-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
  47. "ISU World Championships, 2008 / Ladies / Free program" ( (ing.)). 24.03.2008. 2019-11-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
  48. "ISU Grand Prix USA, 2008 / Ladies / Results" ( (ing.)). 26.10.2008. 2019-11-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
  49. "ISU Grand Prix USA, 2008 / Ladies / Short program" ( (ing.)). 26.10.2008. 2019-11-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
  50. "ISU Grand Prix USA, 2008 / Ladies / Free program" ( (ing.)). 26.10.2008. 2019-11-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
  51. "ISU Grand Prix China, 2008 / Ladies / Results" ( (ing.)). 10.11.2008. 2019-11-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
  52. "ISU Grand Prix China, 2008 / Ladies / Short program" ( (ing.)). 10.11.2008. 2019-11-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
  53. "ISU Grand Prix China, 2008 / Ladies / Free program" ( (ing.)). 10.11.2008. 2019-11-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
  54. "ISU Grand Prix Final, 2008 / Ladies / Results" ( (ing.)). 14.12.2008. 2019-08-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
  55. "ISU Grand Prix Final, 2008 / Ladies / Short program" ( (ing.)). 14.12.2008. 2018-07-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
  56. "ISU Grand Prix Final, 2008 / Ladies / Free program" ( (ing.)). 14.12.2008. 2018-07-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
  57. "ISU Four Continents Championships, 2009 / Ladies / Results" ( (ing.)). 08.02.2009. 2018-11-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
  58. "ISU Four Continents Championships, 2009 / Ladies / Short program" ( (ing.)). 08.02.2009. 2019-11-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
  59. "ISU Four Continents Championships, 2009 / Ladies / Free program" ( (ing.)). 08.02.2009. 2019-11-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
  60. "ISU World Championships, 2009 / Ladies / Results" ( (ing.)). 30.03.2009. 04.07.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
  61. "ISU World Championships, 2009 / Ladies / Short program" ( (ing.)). 30.03.2009. 04.07.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
  62. "ISU World Championships, 2009 / Ladies / Free program" ( (ing.)). 30.03.2009. 04.07.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
  63. "ISU Grand Prix France, 2009 / Ladies / Results" ( (ing.)). 18.10.2009. 04.07.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
  64. "ISU Grand Prix France, 2009 / Ladies / Short program" ( (ing.)). 18.10.2009. 04.07.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
  65. "ISU Grand Prix France, 2009 / Ladies / Free program" ( (ing.)). 18.10.2009. 04.07.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
  66. "ISU Grand Prix USA, 2009 / Ladies / Results" ( (ing.)). 15.11.2009. 2019-11-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
  67. "ISU Grand Prix USA, 2009 / Ladies / Short program" ( (ing.)). 15.11.2009. 2019-11-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
  68. "ISU Grand Prix USA, 2009 / Ladies / Free program" ( (ing.)). 15.11.2009. 2019-11-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
  69. "ISU Grand Prix Final, 2009 / Ladies / Results" ( (ing.)). 06.12.2009. 04.07.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
  70. "ISU Grand Prix Final, 2009 / Ladies / Short program" ( (ing.)). 06.12.2009. 04.07.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
  71. "ISU Grand Prix Final, 2009 / Ladies / Free program" ( (ing.)). 06.12.2009. 04.07.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
  72. "XXI Olympic Winter Games, 2010 / Ladies / Results" ( (ing.)). 28.02.2010. 04.07.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
  73. "XXI Olympic Winter Games, 2010 / Ladies / Short program" ( (ing.)). 28.02.2010. 04.07.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
  74. "XXI Olympic Winter Games, 2010 / Ladies / Free program" ( (ing.)). 28.02.2010. 04.07.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
  75. "ISU World Championships, 2010 / Ladies / Results" ( (ing.)). 28.03.2010. 2019-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
  76. "ISU World Championships, 2010 / Ladies / Short program" ( (ing.)). 28.03.2010. 2019-12-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
  77. "ISU World Championships, 2010 / Ladies / Free program" ( (ing.)). 28.03.2010. 2019-12-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
  78. "ISU World Championships, 2011 / Ladies / Results" ( (ing.)). 01.05.2011. 04.07.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
  79. "ISU World Championships, 2011 / Ladies / Short program" ( (ing.)). 01.05.2011. 04.07.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
  80. "ISU World Championships, 2011 / Ladies / Free program" ( (ing.)). 01.05.2011. 04.07.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
  81. "ISU World Championships, 2013 / Ladies / Results" ( (ing.)). 18.03.2013. 2019-02-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
  82. "ISU World Championships, 2013 / Ladies / Short program" ( (ing.)). 18.03.2013. 2019-07-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
  83. "ISU World Championships, 2013 / Ladies / Free program" ( (ing.)). 18.03.2013. 2019-02-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
  84. "XXII Olympic Winter Games, 2014 / Ladies / Results" ( (ing.)). 28.02.2014. 2019-12-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
  85. "XXII Olympic Winter Games, 2014 / Ladies / Short program" ( (ing.)). 28.02.2014. 2019-12-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
  86. "XXII Olympic Winter Games, 2014 / Ladies / Free program" ( (ing.)). 28.02.2014. 2019-12-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.