Yuliya dağlaləsi

Yuliya dağlaləsi (lat. Tulipa julia) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin zanbaqkimilər fəsiləsinin dağlaləsi cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU A2c+3c. Nadir növdür.

Yuliya dağlaləsi
Elmi təsnifat
Aləm:
Klad:
Streptophyta
Klad:
Embryophytes
Klad:
Polysporangiophytes
Klad:
Tracheophytes
Yarımfəsilə:
Triba:
Lilieae
Növ:
Yuliya dağlaləsi
Beynəlxalq elmi adı
Vikianbarın loqotipi
Şəklin VikiAnbarda
axtarışı
NCBI  1325980
EOL  1082866

Qısa morfoloji təsviri

Çoxillik ot bitkisidir. Soğanaq yumurtavari, 3 sm yoğunluğundadır. Xaricdən qonur, nazik, dərivari, daxildən hörümçək toruna bənzər, mamırşəkilli qınla örtülüdür. Gövdə 15–35 sm hündürlükdədir. Yarpaqlar 3–4 ədəd, neştərşəkilli və ya enli-neştərşəkilli, uzunsov, 3 sm-ə qədər enindədir. Çiçəklər tək, 4 sm uzunluğundadır. Çiçəkyanlığının yarpaqcıqlarının alovu moruğu-qırmızı, əsasında tünd-sarı, haşiyələnmiş ləkəlidir, xaricdəki daxildəkindən bir az uzun, uzunsov-rombvari, iti, daxildəki tərs-yumurtavari və ya oval, uzunsov-yumurtavaridir. Qutucuq 3 sm-ə qədər uzunluğundadır.

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri

Orta dağ qurşağında, quru daşlı və əhəngli yamaclarda, bəzən meşələrdə rast gəlinir. Çiçəkləməsi aprel, may, meyvələməsi may, iyun aylarına təsadüf edir. Çoxalması soğanaqla və toxumladır. Mezokserofitdir.

Şimali İran mənşəli nadir növdür. Naxçıvan MR-in Şahbuz rayonunun Biçənək gəndi ətrafında, Cabrayıl rayonu Sultanlı qəsəbəsi ətrafında, Dəvəçi rayonu Şanoçala kəndində, Azərbaycandan kənarda isə İranda yayılmışdır. Quru əhəngli və daşlı yamaclarda bitir. Seyrək rast gəlir.

Çoxalması

Toxumla və vegenetativ yolla çoxalır.

Ehtiyatının dəyişilmə səbəbləri

Antropagen amillər. Əhali tərəfindən intensiv toplanılması və zoogen amillərin təsiri altındadır.

Becərilməsi

Azərbaycanın Botanika İnstitutunun Botanika bağında becərilir.

Qəbul edilmiş qorunma tədbirləri

Xüsusi mühafizə tədbirləri hazırlanmamışdir.

İstinadlar

    Həmçinin bax

    This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.