Yuliya Lipnitskaya
Yuliya Lipnitskaya (rus. Юлия Липницкая; d. 5 iyun 1998, Yekaterinburq, Rusiya) — Rusiyalı fiqurçu. Yuliya Lipnitskaya 2014-cü ildə Rusiyanın Soçi şəhərinin ev sahibliyində baş tutan XXII Qış Olimpiya Oyunlarında qızıl medala sahib olub.
Yuliya Lipnitskaya | |
---|---|
rus. Юлия Липницкая | |
| |
Şəxsi məlumatlar | |
Tam adı | Yuliya Lipnitskaya |
Vətəndaşlığı | Rusiya |
Doğum tarixi | |
Doğum yeri | Yekaterinburq, Rusiya |
Boyu | 160 sm. (5 ft 4 in) |
İdman növü | Fiqurlu konkisürmə |
Karyera illəri | 2002–28 avqust 2017 |
Məşqçisi |
Eteri Tutberidze (2010—2015) Aleksey Urmanov (2015—2016) |
Yuliya Lipnitskaya 2014-cü ildə Saytamada baş tutan Dünya Çempionatının gümüş medalına sahib olub. 2012 və 2014-cü illərdə Rusiya Çempionatının gümüş medalına sahib olan Yuliya Lipnitskaya Avropa Çempionatlarında 2014-cü ildə qızıl medal qazanıb. ISU Qran-Pri Finalının 2013-cü ildə gümüş medalçısı olan Yuliya Lipnitskaya ISU Qran-Pri seriyalı yarışların Kanada (2013) və Rusiya (2013) mərhələlərinin qalibi olub.
Gənclər arasında isə 2012-ci ildə Dünya Çempionatının qızıl medalına sahib olan Yuliya Lipnitskaya həmin mövsümndə həmdə gənclər arasında Rusiya Çempionatının, ISU gənclər arasında Qran-Pri Finalının qalibi olub.
Karyerası ərzində 32 yarışa qatılan Yuliya Lipnitskaya onların 11-də qızıl medal, 11-də gümüş medal, 1-də isə bürünc medal qazanıb. O, 2018-ci ildə Rusiya Federasiyası Prezidenti Vladimir Putinin Sərəncamına əsasən «Dostluq» ordeni ilə təltif edilib.
2014-cü ildə Soçi Olimpiadasının qalibi olan Yuliya Lipnitskaya bu idman növü üzrə Olimpiadalarda qızıl medala sahib ən gənc idmançı oldu (15 yaş 250 gün). Olimpiya Oyunlarında qızıl medala sahib olan birinci Rusiyalı qadın fiqurçu olan Yuliya Lipnitskaya Avropa Çempionatının da qalibi olan ən gənc idmançıdır.
Həyatı
Yuliya Lipnitskaya 1998-ci il iyunun 5-də Yekaterinburq şəhərində anadan olub. Onun uşaqlığı aztəminatlı şəraitdə olub. Anası Daniela Lipnitskaya qızını tək böyüdüb. Onun atası Vyaçeslav, hələ qızı anadan olmamışdan əvvəl Orduya gedib və bir daha ailəsinin yanına geri dönməyib.
Yuliya Lipnitskaya 2017-ci ildən Vladislav Tarasenko ilə görüşməyə başladı. 2020-ci il iyunun 27-də cütlüyün Katalina adında qızı dünyaya gəldi.
Karyerası
2009–2010-cu illər mövsümü: Gənclərin Rusiya Çempionatında debüt
Yuliya Lipnitskaya 2009-2010-cu illər mövsümündə gənclər arasında Rusiya Çempionatında mübarizə apardı. O, 2-6 fevralda baş tutan çempionatının qısa proqramında 55.66 balla beşinci pillənin sahibi oldu. Sərbəst proqramda isə 99.84 balla beşinci pillənin sahibi olan Yuliya Lipnitskaya ümumi nəticədə 155.50 balla gənclər arasında Rusiya Çempionatını beşinci pillədə başa vurdu.
2010–2011-ci illər mövsümü: Rusiya Çempionatında debüt
2010-2011-ci illər mövsümündə Yuliya Lipnitskaya Rusiya Çempionatlarında mübarizə apardı. O, Rusiya Çempionatının qısa proqramında 60.14 balla beşinci pillənin, sərbəst proqramında isə 118.14 balla dördüncü pillənin sahibi oldu. Bununla da Yuliya Lipnitskaya ümumi nəticədə 178.28 balla 16 idmançı sırasında dördüncü pillənin sahibi oldu.
Daha sonra o, 2-4 fevralda isə Kazan şəhərində baş tutan gənclər arasında Rusiya Çempionatında mübarizə apardı. Ötən il baş tutan çempionatda beşinci pillənin sahibi olan Yuliya Lipnitskaya qısa proqramda 52.75 balla yeddinci pillənin sahibi olsa da, sərbəst proqramda mübarizə aparmağdan imtina etdi və çempionatı nəticəsiz başa vurdu.
2011–2012-ci illər mövsümü: Gənclər arasında Dünya çempionluğu
Yuliya Lipnitskaya beynəlxalq səviyyədə birinci yarışına 2011-ci ilin 15-18 sentyabrda Polşanın ev sahibliyində baş tutan gənclər arasında ISU Qran-Pri yarışı çərçivəsində qatıldı.[1] O, qısa proqramda 60.38 balla birinci pillənin sahibi oldu.[2] Sərbəst proqramda da Yuliya Lipnitskaya birinci pillənin sahibi oldu (112.14 balla) və ümumi nəticədə 172.52 balla gənclər arasında ISU Qran-Pri yarışının Polşa mərhələsinin qızıl medalına sahibi oldu.[1][3] Bu qızıl medal onun, qazandığı birinci medal oldu.
Daha sonra o, İtaliyanın Milan şəhərində baş tutan gənclər arasında ISU Qran-Pri yarışında mübarizə apardı.[4] Qısa proqramda 64.72 balla birinci pillənin sahibi olan Yuliya Lipnitskaya sərbəst proqramda da birinci pillənin sahibi oldu (120.34 balla) və ümumi nəticədə 185.06 balla gənclər arasında ISU Qran-Pri yarışının İtaliya mərhələsinin qalibi oldu.[4][5][6] Bir ay ərzində həm Polşada, həm də İtaliyada baş tutan ISU Qran-Pri yarışlarının qızıl medalına sahib olan Yuliya Lipnitskaya gənclər arasında ISU Qran-Pri Finalına vəsiqə qazandı.[7]
Gənclər arasında ISU Qran-Pri Finalı Kanadanın ev sahibliyində baş tutdu.[7] Altı idmançının – Rusiya nümayəndələri Yuliya Lipnitskaya Polina Şelepen və Polina Korobeynihova, ABŞ nümayəndəsi Vanessa Lam, Yaponiya nümayəndəsi Risa Şoji və Çin nümayəndəsi Li Zijunun mübarizə apardığı ISU Qran-Pri Finalının əsas favoritlərindən biri Yuliya Lipnitskaya hesab olunurdu.[7] Qısa proqramda o, 60.98 balla birinci pillənin sahibi oldu.[8] Sərbəst proqramda da Yuliya Lipnitskaya uğurlu mübarizə apardı və 120.76 balla birinci pillənin sahibi oldu.[9] Ümumi nəticədə isə o, 181.74 balla gənclər arasında ISU Qran-Pri Finalının qızıl medalına sahib oldu.[7] Onu, gümüş medala sahib olan Polina Şelependən 18.40 bal ayırdı.[7]
2011-2012-ci illər mövsümü ərzində mübarizə apardığı bütün yarışlarda qızıl medala sahib olan Yuliya Lipnitskaya 2011-ci ildə sonuncu yarışına Rusiya Çempionatı çərçivəsində qatıldı. Çempionatın qısa proqramında o, uğursuz mübarizə apardı və 64.11 balla üçüncü pillənin sahibi oldu. Sərbəst proqramda isə 128.54 balla birinci pillənin sahibi olan Yuliya Lipnitskaya ümumi nəticədə 192.65 balla 18 idmançı sırasında 2-ci pillənin sahibi oldu və Rusiya Çempionatının gümüş medalına sahib oldu. Çempionatın qalibi isə Adelina Sotnikova oldu. O, 194.72 bal topladı.
2012-ci ilin 5-7 fevralında isə gənclər arasında Rusiya Çempionatı baş tutdu. Üçüncü dəfə gənclər arasında Rusiya Çempionatında mübarizə aparan Yuliya Lipnitskaya bu səfər çempionatın qalibi olmağı bacardı. O, qısa proqramda 65.28 balla, sərbəst proqramda isə 126.64 balla birinci pillənin sahibi oldu. Ümumi nəticədə isə Yuliya Lipnitskaya 191.92 balla 18 idmançı sırasında birinci pillənin sahibi oldu və gənclər arasında Rusiya Çempionatının qızıl medalına sahib oldu.
2011-2012-ci illər mövsümünün əsas yarışı – 27 fevral-4 martda Belarusun ev sahibliyində baş tutan gənclər arasında Dünya Çempionatı oldu.[10] Mövsüm ərzində gənclər arasında ISU Qran-Pri Finalının və Rusiya Çempionatının qalibi olan Yuliya Lipnitskaya Dünya Çempionatının əsas favoritlərindən biri hesab olunurdu. Gənclər arasında Dünya Çempionatın qısa proqramında o, 64.10 balla birinci pillənin sahibi oldu.[11] Sərbəst proqramda da Yuliya Lipnitskaya uğurlu mübarizə apardı və 125.96 balla birinci pillənin sahibi oldu.[12] Bununla da o, ümumi nəticədə 190.06 balla 54 idmançı sırasında gənclər arasında Dünya Çempionatının qalibi oldu.[10]
Yuliya Lipnitskaya 2011-2012-ci illər mövsümü ərzində mübarizə apardığı altı yarışın beşində qızıl medala, birində isə gümüş medala sahib oldu.
2012–2013-cü illər mövsümü: Olimpiadaya hazırlıq dövrü
Yuliya Lipnitskaya 2012-2013-cü illər mövsümündə birinci yarışına Finlandiyanın Espoo şəhərində baş tutan “Finlandia Trophy” yarışı çərçivəsində qatıldı.[13] O, qısa proqramda 64.06 balla 2-ci pillənin sahibi oldu.[14] Sərbəst proqramda isə o, uğurlu mübarizə apardı və 124.18 balla birinci pillənin sahibi oldu.[15] Ümumi nəticədə isə Yuliya Lipnitskaya 188.24 balla 11 idmançı sırasında birinci pillənin sahibi oldu və “Finlandia Trophy” yarışının qalibi oldu.[13]
Noyabr ayı ərzində isə o, ISU Qran-Pri yarışının Çin və Fransa mərhələlərində mübarizə apardı. 2-4 noyabrda Çinin Şanxay şəhərinin ev sahibliyində baş tutan ISU Qran-Pri yarışının Çin mərhələsi olan “Cup of China” yarışında o, qısa proqramda 64.06 balla birinci pillənin sahibi oldu.[16] Sərbəst proqram isə gərgin idman mübarizəsi şəraitində baş tutdu. Yuliya Lipnitskaya 114.86 balla 2-ci pillənin sahibi oldu və ümumi nəticədə 178.92 balla 10 idmançı sırasında ISU Qran-Pri yarışının Çin mərhələsinin gümüş medalına sahib oldu.[17][18] Qızıl medalı isə 2010-cu il Olimpiadasının gümüş medalına sahib olan Yaponiya nümayəndəsi Mao Asada qazandı.[18]
16-18 noyabrda isə Fransanın Paris şəhərində ISU Qran-Pri yarışının Fransa mərhələsi olan “Trophée Éric Bompard” yarışı baş tutdu.[19] Qısa proqramda Yuliya Lipnitskaya uğurlu mübarizə apardı və 64.56 balla birinci pillənin sahibi oldu.[20] Amma sərbəst proqramda o, uğursuz mübarizə apardı və 115.76 balla üçüncü pillənin sahibi oldu.[21] Bu, onun ümumi nəticəsinə təsir göstərdi. Bununla da Yuliya Lipnitskaya ümumi nəticədə 180.32 balla 10 idmançı sırasında üçüncü pillənin sahibi oldu və “Trophée Éric Bompard” yarışının bürünc medalına sahib oldu.[19] Qızıl medalı ABŞ nümayəndəsi Eşli Vaqner, gümüş medalı isə digər Rusiya nümayəndəsi Yelizaveta Tuxtamışeva qazandı. Noyabr ayı ərzində ISU Qran-Pri yarışlarında bir gümüş və bir bürünc medala sahib olan Yuliya Lipnitskaya ISU Qran-Pri Finalına vəsiqə qazandı.
Amma o, noyabrın 28-də məşq zamanı zədələndi və ISU Qran-Pri Finalında mübarizə apara bilmədi. Rusiya Fiqurlu Konkisürmə Federasiyasının (RFKF) Prezidenti Aleksandr Qorşkov ictimaiyyətə, onun məşq zamanı tarazlığını itirdiyi üçün uğursuz formada yıxıldığını və sarsıntı aldığını bildirdi. Buna görə Yuliya Lipnitskaya ISU Qran-Pri Finalında və Rusiya Çempionatında mübarizə apara bilmədi.
Zədədən sonra Yuliya Lipnitskaya birinci yarışına 1-2 fevralda gənclər arasında Rusiya Çempionatı çərçivəsində qatıldı. O, qısa proqramda 68.04 balla üçüncü pillənin, sərbəst proqramda isə 112.54 balla altıncı pillənin sahibi oldu. Bununla da Yuliya Lipnitskaya ümumi nəticədə 180.56 balla 18 idmançı sırasında gənclər arasında Rusiya Çempionatını 5-ci pillədə başa vurdu.
Yuliya Lipnitskaya 2012-2013-cü illər mövsümünün sonuncu yarışına 25 mart-4 fevral tarixlərində İtaliyanın Milan şəhərinin ev sahibliyində baş tutan gənclər arasında Dünya Çempionatı çərçivəsində qatıldı.[22] Ötən il baş tutan Dünya Çempionatının qalibi olan Yuliya Lipnitskaya bu səfər gümüş medalın sahibi oldu.[22] O, qısa proqramda uğursuz mübarizə apardı və 54.86 balla dördüncü pillənin sahibi oldu.[23] Sərbəst proqramda isə 111.82 balla 2-ci pillənini sahibi olan Yuliya Lipnitskaya ümumi nəticədə 166.68 balla gənclər arasında Dünya Çempionatının gümüş medalına sahib oldu.[22][24] Qızıl medalı Rusiya nümayəndəsi Yelena Radionova, bürünc medalı isə Anna Poqorilaya qazandı.[22]
Yuliya Lipnitskaya 2012-2013-cü illər mövsümü ərzində mübarizə apardığı beş yarışın 1-də qızıl medal, 2-də gümüş medal, 1-də isə bürünc medala sahib oldu.
2013–2014-cü illər mövsümü: Karyeranın zirvəsi
Yuliya Lipnitskaya 2013-2014-cü illər mövsümündə qısa proqramlarda Rusiyanın xalq artisti Mark Minkovun bəstəsi olan “Не отрекаются люба” əsərinin, sərbəst proqramlarda isə Con Vilyamsın bəstəsi olan “Schindler's List” əsərinin sədaları altında mübarizə apardı. Kompozisiyaların xoreoqrafı Dünya və Avropa Çempionatının qalibi, 2002-ci il Olimpiadasının gümüş medalına sahib olan İlya Averbux idi.
Yuliya Lipnitskaya 2013-2014-cü illər mövsümündə birinci yarışına Finlandiyanın Espoo şəhərində baş tutan “Finlandia Trophy” yarışı çərçivəsində qatıldı.[25] Ötən il baş tutan yarışın qalibi olan Yuliya Lipnitskaya bu səfərdə yarışın qızıl medalına sahib oldu.[25] O, qısa proqramda 66.50 balla birinci pillənin sahibi oldu.[26] Sərbəst proqramda da o, uğurlu mübarizə apardı və 125.82 balla birinci pillənin sahibi oldu.[27] Ümumi nəticədə isə Yuliya Lipnitskaya 192.32 balla 15 idmançı sırasında birinci pillənin sahibi oldu və növbəti dəfə “Finlandia Trophy” yarışının qalibi oldu.[25]
Daha sonra o, Kanadanın Sent-Con şəhərinin ev sahibliyində baş tutan ISU Qran-Pri yarışının Kanada mərhələsində mübarizə apardı.[28] Qısa proqramda 66.90 balla 2-ci pillənin sahibi olan Yuliya Lipnitskaya sərbəst proqramda 131.34 balla birinci pilləninin sahibi oldu.[29][30] Bununla da Yuliya Lipnitskaya 198.24 balla 8 idmançı sırasında Kanada Qran-Prisinin qalibi oldu.[28] Gümüş medalı Yaponiya nümayəndəsi Ahiho Suzuhi, bürünc medalı isə ABŞ nümayəndəsi Qreysi Qold qazandı.[28]
22-24 noyabrda isə Rusiyanın Moskva şəhərində ISU Qran-Pri yarışın Rusiya mərhələsi olan “Rostelecom Cup” yarışı baş tutdu.[31] “Rostelecom Cup” yarışının əsas favoritləri Yuliya Lipnitskaya və İtaliya nümayəndəsi Karolina Kostner hesab olunurdu.[31] Qısa proqramda Yuliya Lipnitskaya 72.24 balla birinci pillənin sahibi oldu.[32] Sərbəst proqram isə gərgin idman mübarizəsi şəraitində baş tutdu. Nəticədə Yuliya Lipnitskaya 118.56 balla 2-ci pillənin sahibi oldu.[33] Ümumi nəticədə isə o, 190.80 balla 8 idmançı sırasında birinci pillənin sahibi oldu və “Rostelecom Cup” yarışının qızıl medalını qazandı.[31] Gümüş medala sahib olan Karolina Kostner isə 190.12 bal topladı.[31] Bürünc medala ABŞ nümayəndəsi Mirai Nagasu sahib oldu.[31] ISU Qran-Pri yarışının Kanada və Rusiya mərhələlərinin qalibi olan Yuliya Lipnitskaya ISU Qran-Finalına vəsiqə qazandı.
Yuliya Lipnitskaya ötən il baş tutan ISU Qran-Pri Finalına vəsiqə qazansa da, məşq zamanı zədələndiyi üçün mübarizə apara bilməmişdi. Yaponiyanın ev sahibliyində baş tutan ISU Qran-Pri Finalında altı idmançı – Rusiya nümayəndələri Yuliya Lipnitskaya Anna Poqorilaya, Adelina Sotnikova və Yelena Radionova, Yaponiya nümayəndəsi Mao Asada və ABŞ nümayəndəsi Eşli Vaqner mübarizə apardı.[34] Qran-Pri Finalının əsas favoritləri Mao Asada və Yuliya Lipnitskaya hesab olunurdu.[34] Qısa proqramda Yuliya Lipnitskaya uğursuz mübarizə apardı. O, 66.62 balla dördüncü pillənin sahibi oldu.[35] Sərbəst proqramda isə o, 125.46 balla 2-ci pillənin sahibi oldu və ümumi nəticədə 192.08 balla ISU Qran-Pri Finalının gümüş medalına sahib oldu.[34][36] Qızıl medalı Yaponiya nümayəndəsi Mao Asada, bürünc medalı isə ABŞ nümayəndəsi Eşli Vaqner qazandı.[34] Yuliya Lipnitskaya ISU Qran-Pri Finallarında medala sahib olan ən gənc Rusiya idmançısı oldu.[34]
Yuliya Lipnitskaya 2013-cü ildə sonuncu yarışına Soçi şəhərində baş tutan Rusiya Çempionatı çərçivəsində qatıldı. O, qısa proqramda uğursuz mübarizə apardı və 70.32 balla 2-ci pillənin sahibi oldu. Sərbəst proqramda isə Yuliya Lipnitskaya 140.50 balla birinci pillənini sahibi oldu. Amma ümumi nəticədə o, 210.82 balla Adelina Sotnikovadan sonra 2-ci pillənin sahibi oldu və Rusiya Çempionatının gümüş medalına sahib oldu.
2014-cü ilin 12-20 yanvarında Macarıstanın Budapeşt şəhərinin ev sahibliyində Avropa Çempionatı baş tutdu.[37] Avropa Çempionatlarında debüt edən Yuliya Lipnitskaya Adelina Sotnikova və Karolina Kostner ilə birgə çempionatın əsas favoritlərindən biri hesab olunurdu.[37] Qısa proqramda o, 70.96 bal topladı və 70.74 balla birinci pillənini sahibi olan Adelina Sotnikovadan sonra qısa proqramı 2-ci pillədə başa vurdu.[38] Sərbəst proqram isə daha gərgin idman mübarizəsi şəraitində baş tutdu. Yuliya Lipnitskaya 140.74 balla birinci pillənini sahibi oldu.[39] Bu minvalla isə o, ümumi nəticədə 210.72 bal topladı və birinci pillənin sahibi olaraq Avropa Çempionatının qızıl medalını qazandı.[37] Gümüş medala Adelina Sotnikova, bürünc medala isə Karolina Kostner sahib oldu.[37] Yuliya Lipnitskaya bu idman növü üzrə 200.00+ bal toplayan Rusiyanın birinci qadın idmançısı oldu. O, həmdə 15 yaşında Avropa Çempionatının qalibi olmağla, bu idman növü üzrə Avropa Çempionatının qalibi olan ən gənc idmançı oldu. Yuliya Lipnitskaya 8 il sonra Avropa Çempionatının qızıl medalına sahib olan Rusiyanın birinci qadın idmançısı oldu (Sonuncu səfə İrina Slutskaya, 2006-cı ildə Avropa çempionu olmuşdu).
2014-cü il Soçi Olimpiadasında benefis
2014-cü ilin 6-24 fevralında Rusiya Federasiyasının Soçi şəhərinin ev sahibliyində XXII Qış Olimpiya Oyunları baş tutdu. Mövsüm ərzində ISU Qran-Pri Finalının gümüş medalına, Avropa Çempionatının isə qızıl medalına sahib olan Yuliya Lipnitskaya Soçi Olimpiadasında mübarizə aparacaq Rusiya yığmasının heyətinə cəlb edildi. Komandaların yarışı 6-8 fevralda, fərdi idmançıların yarışı isə 18-20 fevralda Olimpiada üçün inşa edilən 12 000 tamaşaçı tutumuna sahib olan “Aysberq” Buz İdman Sarayında baş tutdu.[40]
Fevralın 6-da baş tutan yarışda Yevgeni Plyuşenko mübarizə apardı və 10 idmançı sırasında 2-ci pillənin sahibi oldu.[40] Bununla da o, Rusiya yığmasına 9 bal qazandırdı.[40] Həmin gün cütlərin yarışında mübarizə aparan Tatyana Volosojar və Maksin Trankov cütlüyü isə birinci pillənin sahibi oldu və Rusiya yığmasına 10 bal qazandırdı.[40] Fevralın 8-də baş tutan yarışda isə Yekaterina Bobrova və Dmitri Solovyov cütlüyü üçüncü pillənin sahibi oldu və Rusiya yığmasına 8 bal qazandırdı.[40] Həmin gün qadınların yarışında mübarizə aparan Yuliya Lipnitskaya isə 72.90 balla birinci pillənin sahibi oldu və Rusiya yığmasına 10 bal qazandırdı.[41] 15 yaşlı Yuliya Lipnitskaya İtaliyalı Karolina Kostner və Yaponiyalı Mao Asadanı ötməyi bacardı.[41] Qısa proqramdan sonra 10 yığmadan 6-10-cu pillələri tutan yığmalar mübarizəni dayandırdı.[40] Həmin proqramdan sonra Rusiya yığması 27 balla birinci pillədə idi.[40] Qısa proqramdan sonra yığmalara 2 yarış üzrə idmançıları əvəzetmə hüququ verildi. Rusiya yığması isə cütlərin yarışında mübarizə aparan Volosojar və Trankov cütlüyünü, Stolbova və Klimov cütlüyünə, buzüstündə rəqs yarışında mübarizə aparan Bobrova və Solovyov cütlüyünü isə İlinıx və Katsalapov cütlüyünə əvəz etdi.
Sərbəst proqram fevralın 8-də və 10-da baş tutdu.[42] Fevralın 8-də cütlərin yarışında mübarizə aparan Kseniya Stolbova və Fyodor Klimov cütlüyü mübarizə apardılar və birinci pillənin sahibi oldular.[40] Bununla da onlar, Rusiya yığmasına 10 bal qazandırdı.[40] Fevralın 10-də isə daha üç yarış üzrə mübarizə aparıldı.[40] Kişilərin yarışında çıxış edən Yevgeni Plyuşenko bu səfər birincici pillənin sahibi oldu və Rusiya yığmasına 10 bal qazandırdı.[40] Daha sonra isə “Aysberq” Buz İdman Sarayında buzüstünə qadınlar çıxdılar.[42] Yuliya Lipnitskaya növbəti dəfə çıxışını ciddi səhv olmadan başa vurdu və onun çıxışı münsiflər heyəti tərəfindən 142.52 balla qiymətləndirildi.[42] O, bu nəticəyə əsasən birinci pillənin sahibi oldu və o, Rusiya yığmasına növbəti dəfə 10 bal qazandırdı.[42] Sonda isə buzüstü rəqs yarışında mübarizə aparan Yelena İlinıx və Nikita Katsalapov cütlüyü mübarizə apardılar və üçüncü pillənin sahibi oldular.[40] Bununla da onlar, Rusiya yığmasına 8 bal qazandırdı.[40] Ümumi nəticədə isə 75 balla Rusiya yığması birinci pillənin sahibi oldu və Soçi Olimpiadasının qızıl medallarına sahib oldu.[40] Komandalararası yarışda Rusiya yığmasına 10 bal qazandıran bir idmançı oldu – 15 yaşlı Yuliya Lipnitskaya.[40] “Aysberq” Buz İdman Sarayında yarışları izləyən Rusiya Federasiyası Prezidenti Vladimir Putin, sonda Rusiya yığmasının üzvləri ilə görüşdü. Fevralın 10-da baş tutam təltifetmə mərasimində Rusiya yığmasına, Soçi Olimpiadasının qızıl medalları təqdim edildi.
Yuliya Lipnitskaya bu idman növü üzrə Olimpiya Oyunlarında qızıl medala sahib olan ən gənc idmançı oldu (15 yaş 250 gün). O, 1998-ci ildə Naqano Olimpiadasının qalibi olan ABŞ nümayəndəsi Tara Lipinskidən beş gün daha gənc yaşda Olimpiya Oyunlarının qalibi oldu. 2014-cü il fevralın 11-də Yuliya Lipnitskayanın fotosu “Time” jurnalının Avropa və Asiya nəşrlərinin ön səhifəsində dərc olundu.
Komanda yarışlarından sonra isə idmançıların fərdi yarışları baş tutdu.[43] Fevralın 20-də qısa proqram çərçivəsində 20 yığmanın 30 idmançısı mübarizə apardı.[44] Soçi Olimpiadasının əsas favoritləri İtaliya nümayəndəsi Karolina Kostner, Yaponiya nümayəndəsi Mao Asada, Cənubi Koreya nümayəndəsi Yuna Kim və Rusiya yığmasının üzvləri Adelina Sotnikova və Yuliya Lipnitskaya hesab olunurdu.[44] Qısa proqramda 25-ci sırada mübarizə aparan Yuliya Lipnitskaya çıxışı zamanı üçlü flip tullanışı etməyə cəhd edən zaman buzüstünə yıxıldı.[44] Onun bu çıxışı münsiflər heyəti tərəfindən 65.24 balla qiymətləndirildi.[44] Bu minvalla o, qısa proqramı beşinci pillədə başa vurdu.[44] 1-ci pillədə Yuna Kim, 2-ci pillədə Adelina Sotnikova, 3-cü pillədə isə Karolina Kostner qərarlaşdı.[44] 2 gün sonra isə sərbəst proqram baş tutdu.[45] Sərbəst proqramda 24 idmançı mübarizə apardı (Qısa proqramda 25-30-cu pillələrin sahibi olan idmançılar mübarizəni dayandırdı).[45] 20-ci sırada çıxış edən Yuliya Lipnitskaya çıxışı zamanı uğursuz üçlü lup tullanışı etdi, üçlü salxov tullanışı etməyə cəhd edən zaman isə tarazlığını itirdi və buzüstünə yıxıldı.[45] Onun bu çıxışı münsiflər heyəti tərəfindən 135.34 balla qiymətləndirildi.[45] Ümumi nəticədə isə Yuliya Lipnitskaya 200.58 balla beşinci pillənin sahibi oldu.[43] Rusiya nümayəndəsi Adelina Sotnikova 225.60 balla qızıl medalın, Cənubi Koreya nümayəndəsi Yuna Kim 220.12 balla gümüş medalın, İtaliya nümayəndəsi Karolina Kostner isə 216.74 balla bürünc medalın sahibi oldu.[43] Yuliya Lipnitskaya uğursuz çıxışı ilə bağlı ictimaiyyətə bunları demişdi:
Yuliya Lipnitskaya
15 yaşında Olimpiadanın qalibi olmağı bacaran Yuliya Lipnitskaya Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin 24 fevral 2014-cü il tarixli 100 nömrəli Sərəncamı ilə Rusiya Federasiyasının Soçi şəhərində baş tutan XXII Qış Olimpiya Oyunlarında qazandığı idman uğurlarına görə «Dostluq» ordeni təltif edildi.
Yuliya Lipnitskaya 2013-2014-cü illər mövsümündə sonuncu yarışına 24-30 martda Yaponiyanın Saytama şəhərinin ev sahibliyində baş tutan Dünya Çempionatı çərçivəsində qatıldı.[46] Dünya Çempionatlarında debüt edən Yuliya Lipnitskayaa qısa proqramda 75.55 balla üçüncü pillənin sahibi oldu.[47] Sərbəst proqramda isə o, 132.96 balla 2-ci pillənin sahibi oldu.[48] Bununla da Yuliya Lipnitskaya ümumi nəticədə 208.50 balla Dünya Çempionatının gümüş medalını qazandı.[46] Gümüş medala Yaponiya nümayəndəsi Mao Asada, bürünc medala isə İtaliya nümayəndəsi Karolina Kostner sahib oldu.[46]
Yuliya Lipnitskaya 2013-2014-cü illər mövsümün qatıldığı doqquz yarışın beşində qızıl medala, üçündə isə gümüş medala sahib oldu.
2014–2015-ci illər mövsümü: Karyeranın eniş mövsümü
Yuliya Lipnitskaya 2014-2015-ci illər mövsümündə qısa proqramlarda Bel Suononun bəstəsi olan “Мегаполис” əsərinin, sərbəst proqramlarda isə Nino Rotanın bəstəsi olan “Un giorno per noi”, Yan Tiersenin bəstəsi olan “Mother's Journey” və Abel Kojenevskiyin bəstəsi olan “Forbidden Love” əsərlərinin sədaları altında mübarizə apardı. Kompozisiyaların xoreoqrafı Dünya və Avropa Çempionatının qalibi, 2002-ci il Olimpiadasının gümüş medalına sahib olan İlya Averbux idi.
Yuliya Lipnitskaya 2014-2015-ci illər mövsümündə birinci yarışına 8-10 noyabrda Çinin Şanxay şəhərində baş tutan ISU Qran-Pri yarışının Çin mərhələsi olan “Cup of China” yarışı çərçivəsində qatıldı.[49] Qısa proqramda o, 70.56 balla birinci pillənin sahibi oldu.[50] Sərbəst proqramda isə Yuliya Lipnitskaya uğursuz mübarizə apardı və 104.02 balla dördüncü pillənin sahibi oldu.[51] Onun, sərbəst proqramda olan nəticəsi, ümumi nəticəyə ciddi təsir göstərdi və o, 174.58 balla ISU Qran-Pri yarışının Çin mərhələsinin gümüş medalına sahib oldu. Bununla belə o, “Cup of China” yarışının təltietmə mərasiminə qatılmadı. Buna görə o, ISU tərəfindən cərimələndi. Qızıl medalı Rusiya nümayəndəsi Yelizaveta Tuxtamışeva, bürünc medalı isə Yaponiya nümayəndəsi Kanaho Murahami qazandı.
Daha sonra o, 20-24 noyabrda Fransanın Bordo şəhərinin ev sahibliyində baş tutan ISU Qran-Pri yarışının Fransa mərhələsi olan “Trophée Éric Bompard” yarışında mübarizə apardı.[52] Yuliya Lipnitshaya, qısa proqramda 66.80 balla 2-ci pillənin sahibi oldu.[53] Sərbəst proqramda da o, 2-ci pillənin sahibi oldu (118.40 balla) və ümumi nəticədə 185.20 balla ISU Qran-Pri yarışının Fransa mərhələsinin gümüş medalına sahib oldu.[54] Qızıl medalı Rusiya nümayəndəsi Yelena Radionova, bürünc medalı isə ABŞ nümayəndəsi Eşli Vaqner qazandı.
Noyabr ayı ərzində ISU Qran-Pri yarışının Çin və Fransa mərhələlərinin gümüş medalına sahib olan Yuliya Lipnitskaya üçüncü dəfə ISU Qran-Pri Finalına vəsiqə qazandı. İspaniyanın Barselona şəhərində baş tutan ISU Qran-Pri Finalında altı idmançı – Rusiya nümayəndələri Yelena Radionova, Yelizaveta Tuxtamışeva, Anna Poqorilaya və Yuliya Lipnitskaya ABŞ nümayəndəsi Eşli Vaqner və Yaponiya nümayəndəsi Riha Hongo mübarizə apardı.[55] Ötən mövsümdə Qran-Pri Finalının, Avropa və Dünya Çempionatlarının əsas favoritlərindən hesab olunan Yuliya Lipnitskaya bu səfər favorit hesab olunmurdu. ISU Qran-Pri Finalının əsas favoritləri Yelena Radionva və Yelizaveta Tuxtamışeva hesab olunurdu. Amma bu ehtimallar özünü, qısa proqramda doğrultmadı. Qısa proqramda Yuliya Lipnitskaya 66.25 balla 2-ci pillənin sahibi oldu.[56] Sərbəst proqramda isə o, uğursuz mübarizə apardı. Yuliya Lipnitskaya 111.55 balla sonuncu pillənin sahibi oldu.[57] Bu minvalla o, ümumi nəticədə 177.80 balla altı idmançı sırasında beşinci pillənini sahibi oldu.
Yuliya Lipnitskaya 2014-cü ildə sonuncu yarışına Soçi şəhərinin ev sahibliyində baş tutan Rusiya Çempionatı çərçivəsində qatıldı. O, qısa proqramda 66.90 balla altıncı pillənin, sərbəst proqramda isə 101.80 balla on birinci pillənin sahibi oldu. Bununla da Yuliya Lipnitskaya ümumi nəticədə 168.70 balla 18 idmançı sırasında Rusiya Çempionatını 9-cu pillədə başa vurdu. Rusiya Çempionatında uğursuz mübarizə apardığı üçün o, mövsüm ərzində baş tutan Avropa və Dünya Çempionatlarında mübarizə apara bilmədi və 2014-2015-ci illər mövsümünü başa vurdu.
2015–2016-cı illər mövsümü: Eteri Tutberidzedən gedişi
Yuliya Lipnitskaya 2015-2016-cı illər mövsümündə qısa proqramlarda Elvis Preslinin bəstəsi olan “Can't Help Falling in Love” əsərinin, sərbəst proqramlarda isə Villiam Josefin bəstəsi olan “Leningrad” əsərinin sədaları altında mübarizə apardı. Kompozisiyaların xoreoqrafı isə bu səfər İlya Averbuxun əvəzinə Marina Zuyeva idi.
Yuliya Lipnitskaya 2015-2016-cı illər mövsümündə birinci yarışına Finlandiyanın Espoo şəhərində baş tutan “Finlandia Trophy” yarışı çərçivəsində qatıldı.[58] 2012 və 2013-cü illərdə baş tutan yarışın qalibi olan Yuliya Lipnitskaya bu səfər yarışın gümüş medalına sahib oldu.[58] O, qısa proqramda 62.82 balla 2-ci pillənin sahibi oldu.[59] Sərbəst proqramda da o, uğursuz mübarizə apardı və 111.52 balla 2-ci pillənin sahibi oldu.[60] Ümumi nəticədə isə Yuliya Lipnitskaya 174.34 balla 16 idmançı sırasında 2-ci pillənin sahibi oldu və “Finlandia Trophy” yarışının gümüş medalına sahib oldu.[58]
Daha sonra o, ISU Qran-Pri yarışının ABŞ mərhələsində mübarizə apardı.[61] Birləşmiş Ştatların ev sahibliyində baş tutan yarışda Yuliya Lipnitskaya uğursuz mübarizə apardı. O, qısa proqramda 62.24 balla beşinci pillənin, sərbəst proqramda isə 108.40 balla yeddinci pillənin sahibi oldu.[62][63] Ümumi nəticədə isə Yuliya Lipnitskaya 170.64 balla 12 idmançı sırasında altıncı pillənin sahibi oldu.[61] Qızıl medalı isə Rusiya nümayəndəsi Yevgeniya Medvedeva qazandı.
12-15 noyabrda isə Yuliya Lipnitskaya Fransanın Bordo şəhərində baş tutan ISU Qran-Pri yarışının Fransa mərhələsi olan “Trophée Éric Bompard” yarışında mübarizə apardı.[64] O, qısa proqramda uğurlu mübarizə apardı və 65.64 balla 2-ci pillənini sahibi oldu.[65] Birinci pillədə isə 72.32 balla ABŞ nümayəndəsi Qresi Qold qərarlaşdı.[65] Bir gün sonra isə ISU Fransa Qran-Prisində sərbəst proqram baş tutmalı idi. Amma, noyabrın 14-də gecə saatlarında Paris şəhərində altı nöqtədə baş verən terror hücumları nəticəsində 130 nəfərin öldürülməsindən sonra, Fransada fövqəladə vəziyyət elan edildi. Buna görədə ISU Qran-Pri yarışının Fransa mərhələsində mübarizə dayandırıldı. ISU rəhbərliyinin aldığı qərara əsasən isə ISU Fransa Qran-Prisində idmançıların qısa proqramda göstərdiyi nəticələr, ümumi nəticələr hesab olundu.[64] Bununla da ISU Fransa Qran-Prisinin qızıl medalına ABŞ nümayəndəsi Qresi Qold, gümüş medalına Yuliya Lipnitskaya bürünc medalına isə İtaliya nümayəndəsi Roberta Rodeciero sahib oldu.[64] Mövsüm ərzində ABŞ Qran-Prisində altıncı pillənini sahibi olan, Fransa Qran-Prisində isə gümüş medalın sahibi olan Yuliya Lipnitskaya ISU Qran-Finalına vəsiqə qazana bilmədi.
2015-ci il noyabrın 18-də isə Yuliya Lipnitskaya uzu illər məşqçisi olduğu Eteri Tutberidzedən ayrıldığını bildirdi. O, bundan sonra 1994-cü il Lillehammer Olimpiadasının qalibi olan Aleksey Urmanovun rəhbərliyi altında məşq etməyə başladı.
Daha sonra isə Yuliya Lipnitskaya Yekaterinburq şəhərində baş tutan Rusiya Çempionatında mübarizə apardı. O, qısa proqramda uğurlu mübarizə apardı və 74.77 balla üçüncü pillənini sahibi oldu. Amma Yuliya Lipnitskayanın, sərbəst proqramda uğursuz mübarizə aparması, ümumi nəticəyə ciddi təsir göstərdi. O, sərbəst proqramda 121.47 balla onuncu pillənin sahibi oldu və ümumi nəticədə 196.24 balla Rusiya Çempionatını yeddinci pillədə başa vurdu. Rusiya Çempionatında nəticə göstərə bilmədiyi üçün o, mövsüm ərzində baş tutan Avropa və Dünya Çempionatlarında mübarizə apara bilmədi.
Yuliya Lipnitskaya 8-14 martda Avstriyanın İnsbruk şəhərində baş tutan “Cup of Tyrol” yarışında mübarizə apardı. O, qısa proqramda 66.74 balla, sərbəst proqramda isə 105.92 balla birinci pillənin sahibi oldu. Ümumi nəticədə 172.66 balla “Cup of Tyrol” yarışının qızıl medalına sahib olan Yuliya Lipnitskaya Soçi Olimpiadasından sonra birinci dəfə yarışda qalib oldu.
2016-2017-ci illər mövsümü: 18 yaşında idmana vida etməsi
Yuliya Lipnitskaya 2016-2017-ci illər mövsümündə qısa proqramlarda Koala Liun bəstəsi olan “Les feuilles mortes” əsərinin, sərbəst proqramlarda isə “Kill Bill” filmindən olan bəstələrin sədaları altında mübarizə apardı. Kompozisiyaların xoreoqrafı Stefan Lambyel, Aleksey Urmanov və Olqa Poverennaya idi.
Yuliya Lipnitskaya 2016-2017-ci illər mövsümündə birinci yarışına Bratislava şəhərində baş tutan “Ondrej Nepela Memorial” yarışı çərçivəsində qatıldı.[66] O, qısa proqramda 64.16 balla birinci pillənin sahibi oldu.[67] Sərbəst proqramda isə o, uğursuz mübarizə apardı və 102.30 balla beşinci pillənin sahibi oldu.[68] Ümumi nəticədə isə Yuliya Lipnitskaya 166.46 balla 27 idmançı sırasında 2-ci pillənin sahibi oldu və “Ondrej Nepela Memorial” yarışının gümüş medalına sahib oldu.[66]
2016-2017-ci illər mövsümündə Yuliya Lipnitskaya ISU Qran-Pri yarışının ABŞ və Rusiya mərhələlərində mübarizə aparmalı idi. Amma o, zədələndiyi üçün ISU ABŞ Qran-Prisində mübarizə apara bilmədi.
4-6 noyabrda baş tutan ISU Qran-Pri yarışının Rusiya mərhələsin hesab olunan “Rostelecom Cup” yarışı isə Yuliya Lipnitskayanın mübarizə apardığı sonuncu yarış oldu.[69] “Megasport” Arenada baş tutan “Rostelecom Cup” yarışının qısa proqramında o, 70.26 balla Anna Poqorilaya və Yelena Radionovadan sonra üçüncü pillənin sahibi oldu.[70] Sərbəst proqramda isə Yuliya Lipnitskayanın zədəsi vəziyyəti gərgin hala gətirdi. Onun, uzun müddətdir ayağında olan zədəsi, sonda Yuliya Lipnitskayanın mübarizəsini yarımçıq dayandırması ilə nəticələndi. Amma, məşqçisi və referilərlə davam edən danışığlarından sonra ona, mübarizəsini davam etdirməsinə icazə verildi. Bununla belə Yuliya Lipnitskaya çıxışı zamanı bir dəfə buzüstünə yıxıldı. Bununla da Yuliya Lipnitskaya sərbəst proqramda 80.22 balla 12-ci pillənin sahibi oldu.[71] Ümumi nəticədə də o, sonuncu pillənin sahibi oldu (150.48 balla).[69]
Yuliya Lipnitskayanın anası Daniela Lipnitskaya
Yuliya Lipnitskaya 2016-cı il dekabrın 18-də məşq zamanı sağ budunu və lumbarını ciddi zədələdi. Zədə səbəbi ilə o, Rusiya Çempionatında mübarizə apara bilmədi. Bununla da Yuliya Lipnitskaya 2016-2017-ci illər mövsümünü başa vurdu. Daha sonra onun, 2017-2018-ci illər mövsümündə də mübarizə apara bilməyəcəyi məlum oldu.
2017-ci il avqustun 28-də Yuliya Lipnitskaya idmandan getdiyini açıqladı. Onun anası Daniela Lipnitskaya Rusiya İnformasiya Teleqraf Agentliyinə verdiyi müsahibədə bunları demişdi:
Yuliya Lipnitskayanın idmandan getməsi barədə qərar verməsindən sonra, onun İsraildə özəl tibb müəssisələrinin birində anoreksiyadan müalicə olunduğu məlum oldu.
Kompozisiyaları
|
| ||
|
|||
|
| ||
|
| ||
|
| ||
|
| ||
|
| ||
|
|
Uğurları
Karyerası ərzində 8 mövsümdə mübarizə aparan Yuliya Lipnitskaya 12 qızıl, 11 gümüş və 1 bürünc medala sahib olub.
Olimpiya Oyunları | |||||||||
Olimpiya Oyunları (Komanda) | |||||||||
Dünya Çempionatı | |||||||||
Avropa Çempionatı | |||||||||
Qran-Pri: Final | |||||||||
Qran-Pri: ABŞ | |||||||||
Qran-Pri: Çin | |||||||||
Qran-Pri: Fransa | |||||||||
Qran-Pri: Kanada | |||||||||
Qran-Pri: Rusiya | |||||||||
“Finlandia Trophy” | |||||||||
“Ondrej Nepela” | |||||||||
“Cup of Tyrol” | |||||||||
Gənclərin Dünya Çempionatı | |||||||||
Gənclərin Qran-Prisi: Final | |||||||||
Gənclərin Qran-Prisi: İtaliya | |||||||||
Gənclərin Qran-Prisi: Polşa | |||||||||
Rusiya Çempionatı | |||||||||
Gənclərin Rusiya Çempionatı | |||||||||
Nəticələri
- WD — Mübarizə aparmadı / C — Təxirə salındı
02.02.2010 06.02.2010 |
Gənclərin Rusiya Çempionatı | Saransk | |||||||
26.12.2010 30.12.2010 |
Rusiya Çempionatı | Saransk | |||||||
02.02.2011 04.02.2011 |
Rusiya Çempionatı | Kazan | |||||||
15.09.2011 18.09.2011 |
Gənclərin ISU Polşa Qran-Prisi | Qdansk | |||||||
06.10.2011 08.10.2011 |
Gənclərin ISU İtaliya Qran-Prisi | Milan | |||||||
08.12.2011 11.12.2011 |
Gənclərin ISU Qran-Pri Finalı | Kvebek | |||||||
25.12.2011 30.12.2011 |
Rusiya Çempionatı | Saransk | |||||||
05.02.2012 08.02.2012 |
Gənclərin Rusiya Çempionatı | Ximki | |||||||
26.02.2012 04.03.2012 |
Gənclərin Dünya Çempionatı | Minsk | |||||||
05.10.2012 08.10.2012 |
“Finlandia Trophy” | Espoo | |||||||
02.11.2012 04.11.2012 |
ISU Çin Qran-Prisi | Şanxay | |||||||
16.11.2012 18.11.2012 |
ISU Fransa Qran-Prisi | Paris | |||||||
06.12.2012 10.12.2012 |
ISU Qran-Pri Finalı | Soçi | |||||||
25.12.2012 28.12.2012 |
Rusiya Çempionatı | Soçi | |||||||
01.02.2013 02.02.2013 |
Gənclərin Rusiya Çempionatı | Saransk | |||||||
25.02.2013 04.03.2013 |
Gənclərin Dünya Çempionatı | Milan | |||||||
04.10.2013 06.10.2013 |
“Finlandia Trophy” | Espoo | |||||||
25.10.2013 28.10.2013 |
ISU Kanada Qran-Prisi | Sent-Con | |||||||
22.11.2013 24.11.2013 |
ISU Rusiya Qran-Prisi | Moskva | |||||||
05.12.2013 08.12.2013 |
ISU Qran-Pri Finalı | Fukuoka | |||||||
24.12.2013 26.12.2013 |
Rusiya Çempionatı | Soçi | |||||||
15.01.2014 20.01.2014 |
Avropa Çempionatı | Budapeşt | |||||||
06.02.2014 10.02.2014 |
Olimpiya Oyunları (Komanda) | Soçi | |||||||
18.02.2014 20.02.2014 |
Olimpiya Oyunları | Soçi | |||||||
24.03.2014 30.03.2014 |
Dünya Çempionatı | Saytama | |||||||
08.11.2014 10.11.2014 |
ISU Çin Qran-Prisi | Şanxay | |||||||
20.11.2014 24.11.2014 |
ISU Fransa Qran-Prisi | Bordo | |||||||
11.12.2014 14.12.2014 |
ISU Qran-Pri Finalı | Barselona | |||||||
24.12.2014 28.12.2014 |
Rusiya Çempionatı | Soçi | |||||||
08.10.2015 11.10.2015 |
“Finlandia Trophy” | Espoo | |||||||
22.10.2015 25.10.2015 |
ISU ABŞ Qran-Prisi | Miluoki | |||||||
12.11.2015 15.11.2015 |
ISU Fransa Qran-Prisi | Bordo | |||||||
24.12.2015 28.12.2015 |
Rusiya Çempionatı | Yekaterinburq | |||||||
08.03.2016 14.03.2016 |
“Cup of Tyrol” | İnsbruk | |||||||
28.09.2016 01.10.2016 |
“Ondrej Nepela” | Bratislava | |||||||
20.10.2016 24.10.2016 |
ISU ABŞ Qran-Prisi | Çikaqo | |||||||
04.11.2016 06.11.2016 |
ISU Rusiya Qran-Prisi | Moskva | |||||||
22.12.2016 25.12.2016 |
Rusiya Çempionatı | Çelyabinsk |
Qeydlər
- Noyabrın 14-də gecə saatlarında Paris şəhərində altı nöqtədə baş verən silsilə terror hücumları nəticəsində 130 nəfərin öldürülməsindən sonra Fransada fövqəladə vəziyyət rejimi elan edildi. Buna görə də ISU Fransa Qran-Prisinin sərbəst proqramı ləğv edildi və nəticələr qısa proqrama əsasən hesablandı
Mənbələr
Keçidlər
- Yuliya Lipnitskayanın Vikianbarda olan mediafaylları
- Yuliya Lipnitskayanın rəsmi Instagram səhifəsi
İstinadlar
- "ISU Junior Grand Prix Poland, 2011 / Ladies / Results" ( (ing.)). 18.09.2011. 2020-10-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
- "ISU Junior Grand Prix Poland, 2011 / Ladies / Short program" ( (ing.)). 18.09.2011. 2020-10-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
- "ISU Junior Grand Prix Poland, 2011 / Ladies / Free program" ( (ing.)). 18.09.2011. 2020-10-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
- "ISU Junior Grand Prix Italy, 2011 / Ladies / Results" ( (ing.)). 08.10.2011. 2021-10-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
- "ISU Junior Grand Prix Italy, 2011 / Ladies / Short program" ( (ing.)). 08.10.2011. 2022-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
- "ISU Junior Grand Prix Italy, 2011 / Ladies / Free program" ( (ing.)). 08.10.2011. 2022-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
- "ISU Junior Grand Prix Final, 2011 / Ladies / Results" ( (ing.)). 11.12.2011. İstifadə tarixi: 04.07.2020.
- "ISU Junior Grand Prix Final, 2011 / Ladies / Short program" ( (ing.)). 11.12.2011. 2021-05-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
- "ISU Junior Grand Prix Final, 2011 / Ladies / Free program" ( (ing.)). 11.12.2011. İstifadə tarixi: 04.07.2020.
- "ISU World Junior Championships, 2012 / Ladies / Results" ( (ing.)). 04.03.2012. 2020-09-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
- "ISU World Junior Championships, 2012 / Ladies / Short program" ( (ing.)). 04.03.2012. 2020-09-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
- "ISU World Junior Championships, 2012 / Ladies / Free program" ( (ing.)). 04.03.2012. 2020-09-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
- "ISU Finlandia Trophy, 2012 / Ladies / Results" ( (ing.)). 08.10.2012. 2019-09-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
- "ISU Finlandia Trophy, 2012 / Ladies / Short program" ( (ing.)). 08.10.2012. İstifadə tarixi: 04.07.2020.
- "ISU Finlandia Trophy, 2012 / Ladies / Free program" ( (ing.)). 08.10.2012. 2021-03-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
- "ISU Grand Prix China, 2012 / Ladies / Short program" ( (ing.)). 04.11.2012. 2019-05-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
- "ISU Grand Prix China, 2012 / Ladies / Free program" ( (ing.)). 04.11.2012. 2019-05-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
- "ISU Grand Prix China, 2012 / Ladies / Results" ( (ing.)). 04.11.2012. 2019-05-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
- "ISU Grand Prix France, 2012 / Ladies / Results" ( (ing.)). 18.11.2012. 2012-11-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
- "ISU Grand Prix France, 2012 / Ladies / Short program" ( (ing.)). 18.11.2012. 2018-11-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
- "ISU Grand Prix France, 2012 / Ladies / Free program" ( (ing.)). 18.11.2012. 2018-11-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
- "ISU World Junior Championships, 2013 / Ladies / Results" ( (ing.)). 04.03.2013. 2013-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
- "ISU World Junior Championships, 2013 / Ladies / Short program" ( (ing.)). 04.03.2013. 2013-03-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
- "ISU World Junior Championships, 2013 / Ladies / Free program" ( (ing.)). 04.03.2013. 2013-03-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
- "ISU Finlandia Trophy, 2013 / Ladies / Results" ( (ing.)). 08.10.2013. 2019-02-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
- "ISU Finlandia Trophy, 2013 / Ladies / Short program" ( (ing.)). 08.10.2013. 2019-02-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
- "ISU Finlandia Trophy, 2013 / Ladies / Free program" ( (ing.)). 08.10.2013. 2019-02-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
- "ISU Grand Prix Canada, 2013 / Ladies / Results" ( (ing.)). 28.10.2013. 2020-09-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
- "ISU Grand Prix Canada, 2013 / Ladies / Short program" ( (ing.)). 28.10.2013. 2020-09-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
- "ISU Grand Prix Canada, 2013 / Ladies / Free program" ( (ing.)). 28.10.2013. 2020-09-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
- "ISU Grand Prix Russia, 2013 / Ladies / Results" ( (ing.)). 24.11.2013. 2013-11-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
- "ISU Grand Prix Russia, 2013 / Ladies / Short program" ( (ing.)). 24.11.2013. 2013-11-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
- "ISU Grand Prix Russia, 2013 / Ladies / Free program" ( (ing.)). 24.11.2013. 2013-11-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
- "ISU Grand Prix Final, 2013 / Ladies / Results" ( (ing.)). 08.12.2013. 2020-07-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
- "ISU Grand Prix Final, 2013 / Ladies / Short program" ( (ing.)). 08.12.2013. 2020-07-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
- "ISU Grand Prix Final, 2013 / Ladies / Free program" ( (ing.)). 08.12.2013. 2020-07-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
- "ISU European Championships, 2014 / Ladies / Results" ( (ing.)). 20.01.2014. 2020-07-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
- "ISU European Championships, 2014 / Ladies / Short program" ( (ing.)). 20.01.2014. 2020-07-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
- "ISU European Championships, 2014 / Ladies / Free program" ( (ing.)). 20.01.2014. 2020-07-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
- "XXII Winter Olympic Games, 2014, / Team / Results" ( (ing.)). 20.02.2014. 2020-09-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
- "XXII Winter Olympic Games, 2014 / Team / Ladies / Short program" ( (ing.)). 20.02.2014. 2020-09-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
- "XXII Winter Olympic Games, 2014, / Team / Ladies / Free program" ( (ing.)). 20.02.2014. 2020-09-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
- "XXII Winter Olympic Games, 2014, / Results" ( (ing.)). 20.02.2014. 2020-09-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
- "XXII Winter Olympic Games, 2014 / Ladies / Short program" ( (ing.)). 20.02.2014. 2020-09-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
- "XXII Winter Olympic Games, 2014, / Ladies / Free program" ( (ing.)). 20.02.2014. 2020-09-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
- "ISU World Championships, 2014, / Results" ( (ing.)). 30.03.2014. 2020-09-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
- "ISU World Championships, 2014 / Ladies / Short program" ( (ing.)). 30.03.2014. 2020-09-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
- "ISU World Championships, 2014, / Ladies / Free program" ( (ing.)). 30.03.2014. 2019-02-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
- "ISU Grand Prix China, 2014, / Results" ( (ing.)). 10.11.2014. 2021-10-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
- "ISU Grand Prix China, 2014 / Ladies / Short program" ( (ing.)). 10.11.2014. 2019-05-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
- "ISU Grand Prix China, 2014, / Ladies / Free program" ( (ing.)). 10.11.2014. 2019-05-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
- "ISU Grand Prix France, 2014, / Results" ( (ing.)). 24.11.2014. 2021-11-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
- "ISU Grand Prix France, 2014 / Ladies / Short program" ( (ing.)). 24.11.2014. 2019-04-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
- "ISU Grand Prix France, 2014, / Ladies / Free program" ( (ing.)). 24.11.2014. 2020-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
- "ISU Grand Prix Final, 2014, / Results" ( (ing.)). 14.12.2014. 2022-04-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
- "ISU Grand Prix Final, 2014 / Ladies / Short program" ( (ing.)). 14.12.2014. 2020-02-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
- "ISU Grand Prix Final, 2014, / Ladies / Free program" ( (ing.)). 14.12.2014. 2020-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
- "ISU Finlandia Trophy, 2015, / Results" ( (ing.)). 11.10.2015. 2019-02-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
- "ISU Finlandia Trophy, 2015 / Ladies / Short program" ( (ing.)). 11.10.2015. 2019-02-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
- "ISU Finlandia Trophy, 2015, / Ladies / Free program" ( (ing.)). 11.10.2015. 2019-02-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
- "ISU Grand Prix USA, 2015, / Results" ( (ing.)). 25.10.2015. 2021-11-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
- "ISU Grand Prix USA, 2015 / Ladies / Short program" ( (ing.)). 25.10.2015. 2018-10-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
- "ISU Grand Prix USA, 2015, / Ladies / Free program" ( (ing.)). 25.10.2015. 2018-10-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
- "ISU Grand Prix France, 2015, / Results" ( (ing.)). 15.11.2015. 2021-06-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
- "ISU Grand Prix France, 2015 / Ladies / Short program" ( (ing.)). 15.11.2015. 2018-11-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
- "ISU Ondrej Nepela Memorial, 2016, / Results" ( (ing.)). 02.10.2016. 2019-02-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
- "ISU Ondrej Nepela Memorial, 2016 / Ladies / Short program" ( (ing.)). 02.10.2016. 2019-02-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
- "ISU Ondrej Nepela Memorial, 2016, / Ladies / Free program" ( (ing.)). 02.10.2016. 2019-02-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
- "ISU Grand Prix Russia, 2016, / Results" ( (ing.)). 06.11.2016. 2021-11-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
- "ISU Grand Prix Russia, 2016 / Ladies / Short program" ( (ing.)). 06.11.2016. 2020-02-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.
- "ISU Grand Prix Russia, 2016, / Ladies / Free program" ( (ing.)). 06.11.2016. 2020-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.07.2020.