Yovşanlıq girdəbaşı
Yovşanlıq girdəbaşı[2] (lat. Phrynocephalus helioscopus) Kələzlər fəsiləsinə və Girdəbaş kərtənkələlər cinsnə aid növ.
Yovşanlıq girdəbaşı | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır.
???: Yovşanlıq girdəbaşı |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
Təsviri
Üst dodaq qalxancıqlarının sayı 12–17 olub, gözdən 4–6 uzununa sırada yerləşən pulcuqlarla ayrılmışdır. Alt dodaq qalxancığı 13–15-dir. Bədənin üzərində yerləşən təpəcikşəkilli pulcuğun altında dəri vəzləri yerləşir. Boyunda yaxşı nəzərə çarpan köndələn dəri büküşləri olur. Quyruğun əsası yastılaşmış və enli olub, ucuna doğru kəskin sivrilməmişdir. Başı girdədir. Bədənin üst tərəfinin rəngi yaşadığı qruntun rəngindən asılı olaraq dəyişir. Rəngli torpaqlarda bu kərtənkələ qonur və tutqun boz, qumlu və əhəngli torpaqlarda isə açıq boz və ya kül rəngində olur. Boyunun yanlarında, başın gerisində xarakterik mavi və göy rənglə haşiyələnmiş dairəvi-çəhrayı rəngli xallar olur. Dişilərdə yumurta qoyma dövründə bir qayda olaraq çəhrayı rəng itir. Bədənin alt tərəfi tutqun ağ, boyun və boğazı isə mərməri cizgili naxışlar olur. Bəzi hallarda bu naxışlar itir. Bədənin uzunluğu 59 mm (erkəklərdə), 70 mm (dişilərdə), bədənin uzunluğunun quyruğun uzunluğuna nisbəti L/L.cd 0.60 −1.10, kütləsi 12 q-a qədər olur.
Yayılması
Şərqi Türkiyədə, Şimali İranda, Şimali-Qərbi Çində və Şimali-Qərbi Monqolustanda, Volqa çayının aşağı axarı boyunca olan ərazilərdə yayılmışdır. Qafqazda Dağıstanın dağətəyi hissəsində, Qərbi Azərbaycanda Abşeron yarımadasında, Naxçıvan MR-nın Araz çayı boyunca yerləşən Culfa və digər rayonları ərazisində, Azərbaycanın cənub-şərq hissəsində, Lerik rayonunun (Zuvand) ərazisində yayılmışdır. Yovşanlıq, şoranlıq sahələrdə, qumlu təpəciklərdə, düzənlik və dağətəyi ərizilərdə yaşayır. Yovşanlıq girdəbaş kərtənkələsi gündüz həyat tərzi keçirir.
Yaşayış yeri və həyat təzi
Yumurta qoymaqla çoxalır. Yumurtanın inkubasiya dövrü 40 gün çəkir. Azərbaycanda birinci dəfə qoyulmuş yumurtalardan balalar iyunun ortalarında, ikinci yumurta qoymadan iyulun sonu üçüncü dəfə qoyulmuş yumurtadan balalar sentyabrın sonu və oktyabrın əvvəllərində çıxır. Yenicə yumurtadan çıxmış balaların ümumi uzunluğu 42 – 49 mm, bədənin başla birlikdə uzunluğu isə 18 – 24 mm olur. Xırda böcəklər, termitlər, kəpənək tırtılları, cücülər və s. ilə qidalanır. Cinsi yetkinliyə 2 yaşında çatır. Terarium şəraitində çoxaldılması mümkündür. Geniş miqyasda çoxaldılması məlum deyil.
Sayı
Culfa rayonunun Gülüstan (Çuğa) kəndi ətrafında yayıldığı məhdud sahənin hər 100 m² –də orta hesabla 7–8 fərd, Lerik rayonunun Amburdərə kəndi ətrafında 1 hektar sahəyə 1–2 fərdin düşdüyünü müəyyən etdik.
Məhdudlaşdırıcı amillər
Culfa, Lerik və Qaradağ ərazisində sayının azalmasının əsas səbəbi, onların yayıldığı ərazilərin güclü antropogen təsirə məruz qalmasıdır. İnsanın bu növünün yayıldığı ərazilərə modifikasiyalaşdırıcı və transformasiyaedici təsiri sayəsində bu növün sayı kəskin şəkildə azalmağa başlamışdır.
Qorunması üçün qədul edilmiş tədbirlər: Sayının kəskin şəkildə azaldığını nəzərə alaraq yovşanlıq girdəbaş kərtənkələsinin Qırmızı kitabın I nəşrinə daxil etmişlər.
Qorunması üçün məsləhət görülən yeni tədbirlər: Bu növün adını Azərbaycanın Qırmızı kitabının II nəşrinə daxil edilməsi tövsiyə olunur. Bu kərtənkələnin yayıldığı ərazilərdə mövcud biotopun qoruyub saxlamaq üçün antropogen təsirin qarşısını almaq lazımdır.
Mənbə
- 1. Azərbaycanın heyvanlar aləmi, III cild, Onurğalılar B.: Elm, 2004, səh. 192–193;
- 2. Алекперов А.М. Земноводные и пресмыкающиеся Азербайджана. Б.: Элм 1978, стр. 128–131;
- 3. Алиев Т.Р., Ахмедов С.Б., Гасанов Н.Б. Новые данные по герпетофауне югo–восточной части Азербайджана. Изв. АН Азербайджанской ССР. Сер. биол. наук. 1988, № 5, стр. 70–73;
- 4. Ахмедов С.Б., Сафиева Н.Б. К распространении и численности руинной агамы и такырной кругоголовки в Азербайджана. Всесоюз. совеш., Уфа, 1989, част III, стр. 158–259;
- 5. Банников А.Г., Даревский И.С., Ищенко В.Г., Рустамов Э.К., Щербак Н.Н. Определитель земноводных и пресмыкающихся фауны СССР. М.: 1977, стр. 120–123;
- 6. Əliyev T. R., Əhmədov S. B., Qəniyev F. R. Naxçıvan MSSR-in nadir sürünənləri və onların qorunmasına dair materiallar. Azərbaycan Elmlər Akademiyasının xəbərləri, Biologiya elmləri seriyası, 1983, № 6, səh. 44–50.
İstinadlar
- The Reptile Database (ing.). / P. Uetz 2015.
- "AMEA. Zoologiya İnstitutu. Sürünənlər". 2015-05-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-09-13.