Yoruba dini

Yoruba dini — Yoruba dini Yorubalıların adət-ənənələrini və digər mənəvi təlimlərini özündə əks etdirir.Yoruba dini mifologiya,fəlsəfə,inancların təzahürü kimi çıxış edir.Dinin hər hansı bir peyğəmbəri və ya yaradıcısı yoxdur.Dinin ana vətəni Yorubaland adlanan BeninTogonun sərhəd ərazilərində yerləşən ərazidir. Yoruba dinində hekayələr,miflər,musiqilər xüsusi yer tutur.[1]

Osun qədəhi üzərində xoruz

Yorubada İslam

Bundan başqa Yorubalılar arasında müsəlmanxristianlarda vardır.İlk İslamın gəlişi Wangara tacirləri nəticəsində olmuşdur.Daha sonra Mali imperiyası Yorubalılar arasında İslamın yayğınlaşmasında böyük rol oynamışdı.[2]

Yorubada Xristianlıq

Xristianlar isə burda aktiv şəkildə 19-cu əsrdə fəaliyyət göstərirdilər.Yorubalılar arasında bir çox məzhəbdən Xristian vardır.İlk xristianlar 16-cı əsrdə bura gəlmiş niderlandlar idi.Daha sonra onları fransızlar,ingilislər,almanlar gəldilər.[2]

Mənbə

  1. Lillian Trager. Yoruba Hometowns: Community, Identity, and Development in Nigeria. Lynne Rienner Publishers. January 2001. səh. 22. ISBN 978-1-55587-981-5. May 27, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 28, 2014.
  2. John O. Hunwick. Religion and National Integration in Africa: Islam, Christianity, and Politics in the Sudan and Nigeria (Series in Islam and society in Africa). Northwestern University Press. 1992. səh. 103. ISBN 978-0-8101-1037-3.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.