Yoros qalası

Yoros qalası — Yoros qalası, İstanbul boğazının Qara dənizdən girişinin şərq tərəfində, hündür bir təpənin üzərində yerləşir. Qala, Rumeli Hasarı ilə yanaşı, boğazın nəzarətini təmin etmək məqsədilə inşa edilmişdir.

Yoros qalasının uzaqdan görüntüsü

Tarixi

Qalanın ilk tikintisinin, qüllələrindən birində Grekcə kitabədən Bizans dövründə olduğu başa düşülür. Qala 1305-ci ildə Şile qalası ilə birlikdə Osmanlıların, 1348-ci ildən etibarən Qara dəniz ticarət yolunu əllərində saxlayan geniyalıların hakimiyyətinə keçmişdir. Bu dövrdə bir sıra əlavələrlə genişləndirilən qala, "Genuya qalası" adlandırılır.

Şərqi Roma imperiyası zəif düşdükdən sonra qala geniyalıların əlinə keçmiş və uzun müddət onların əlində qalmışdır. Bu üzdən bir Genuya qalası olduğu inancı yaranmışdır. Qalanın örtdüyü sahə İstanbul ətrafındakı digər bütün qalaların tutduğu sahədən çox daha böyükdür. Daxili təbəqə qüllələrin bəziləri hələ yaxşı vəziyyətdədir və divarlarda yunanca yazılar gözə çarpar. Adının haradan gəldiyi qəti olaraq bilinmir. "Müqəddəs yer" mənasını verən Hierondan gəldiyi deyilməsi olduqca geniş olmaqla yanaşı, antik dövr tanrılarından Zevsin sifəti olan "əlverişli küləklər" mənasına gələn ouriostan gəldiyi də iddia edilir. Həmçinin Yoros adının birbaşa "dağ" mənasını orostan gəldiyi də güman edilir.

Qapısı üzərində yer alan və tarixi oxunmayan geniyalıların dövrünə aid Latın bir kitabədə:

"Tarixində Genuyalı Vincenzo Lercari müqəddəs burun üzərindəki bu qalanı təmir etdirib" yazılmışdır. Həmçinin qala divarlarında bir sıra Genuya gerblərinin olması da buranın bir müddət Genuyalıların əlində olduğuna bir işarədir.

İldırım Bəyazid 1391-ci ildə İzmitdən yürüşə çıxaraq Yoros qalasını almış və qalanı bir baza kimi istifadə edərək, İstanbulun fəth hazırlıqları üçün Anadolu qalasını inşa etdirmişdir. İnciciyan İstanbulun fəthi zamanı şəhid olan əsgərlərin məzarlarının, qalanın bir az qarşısındakı ağaclıq sahədə olduğunu yazır.

1399-cu ildə Fransız Marşalı Boucicaut, Qaradəniz boğazı girişinə etdiyi yürüşdə bu qalanı almaq istəmiş, amma bacarmayaraq geri çəkilmişdir. Osmanlı İmperatorluğunun çöküş dövründə Çələbi Mehmet, qardaşı Musa Çələbi ilə taxt döyüşü zamanı 1414-cü ildə, Bizans İmperatoru II. Manuel Palaiologosdan yardım istəmiş, Bursadan Yorosa gəlmiş və bir müddət burada yerləşdirmişdir. Daha sonra imperatorun göndərdiyi gəmiyə minərək Yorosdan Rumeliyə keçmişdir.

İspaniya kralının elçisi olan Ruy Gonzales də səyahət qeydlərində, Clavijo Əmir Teymurun yanına getmək üçün boğazdan keçərkən, burada gördüyü qalanın son dərəcə mənalı olduğunu, içərisində hərbi bir qarnizonun olduğunu bildirir. II Bəyazid (1481–1512) Yoros qalasını təmir etdirmiş və içinə "Yoros Qalası Məscidi" deyilən bir ibadətgah tikdirmişdir. Bu zaman qala mühafizəçisi olan Mehmet Ağa da bir hamam tikdirmişdir. Osmanlı arxivindəki 1576-cı il tarixli bir sənəddə, qala ilə birlikdə buradakı məscid, bulaq və hamamın da təmir edildiyi yazılır. Alman səyyah M.Heberer 1580-ci illərdə çıxdığı səfərdə İstanbula da uğramış və kitabında bu qalanın çox yaxşı bir vəziyyətdə olduğunu yazmışdır. İnciciyan, XVIII əsrin sonları ilə XIX əsrin əvvəllərində Yoros qalasının içində 25 evlik bir məhəllə var, qvardiya olaraq da bir qalanı qoruyan 20 nəfərlik bir əsgər bölüyünün burada xidmət etdiyini bildirir. Qala XIX yüzüllükdə tamamilə tərk edilmişdir.

Yoros qalası (1838)

İstinadlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.