Yorklu Yelizaveta

Yorklu Elizabet (11 fevral 1466 və ya 1465[1], Vestminster sarayı, Böyük London regionu[d]11 fevral 1503 və ya 1503[1], London qalası) — İngiltərə kralı IV Eduardın qızı, V Eduardın bacısı, VII Henrinin qadını və VIII Henrinin anasıdır.

Yorklu Yelizaveta
ing. Elizabeth of York
Şəxsi məlumatlar
Doğum tarixi 11 fevral 1466 və ya 1465[1]
Doğum yeri
Vəfat tarixi 11 fevral 1503 və ya 1503[1]
Vəfat yeri
Vəfat səbəbi Yoluxucu xəstəliklər
Dəfn yeri
Sülalə York sülaləsi
Atası IV Eduard[2]
Anası Elizabet Vudvil[2]
Həyat yoldaşı
Uşaqları

İmzası İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kral qızı Elizabet

Elizabet 11 fevral 1466 tarixində Kral IV EduardınKraliça Elizabet Vudvilin qızı olaraq Vestminster sarayında dünyaya gəldi. 1469-cu ildə qısa müddətliyinə Northumberland hersoqu John Neville`nin oğlu George Neville ilə nişanlandı. Ancaq John Neville kral əleyhinə başlayan üsyana qatıldı və bu nişan kral tərəfindən ləğv edildi. 1475-ci ildə isə Fransa kralı XI Lüdovik oğlu Karlla Elizabeti nişanlasa da, 1482-ci ildə bu nişan da ləğv edildi.

Kral bacısı Elizabet

9 aprel 1483 tarixində Elizabetin atası ani olaraq vəfat etdi və İngiltərə taxtına kiçik qardaşı Uels şahzadəsi Eduard çıxdı. Əmisinin vəkaləti ilə taxta çıxan V Eduard yalnız 2 ay taxtda qala bildi.[3][4]

Kral qadını Elizabet

Gərgin siyasi vəziyyət anında taxta çıxan ilk Tüdor kralı VII Henri 18 yanvar 1486 tarixində Westminster Kilsəsində Yorklu Elizabetlə evləndi.[5] Onların ilk övladı olan Artur Tüdor 20 sentyabr 1486 tarixində dünyaya gəldi və beləliklə, Yorklu Elizabet vəliəhd anası oldu. 25 noyabr 1487 tarixində tacqoyma mərasimi keçirildi və Yorklu Elizabet İngiltərə kraliçası elan olundu. Bundan sonra o İngiltərə taxt-tacına 6 övlad verdi ancaq bunlardan yalnız üçü həyatda qala bildi: Artur Tüdor, Marqarita Tüdor, Henri TüdorMariya Tüdor.

İstinadlar

  1. A Historical Dictionary of British Women. 2 Routledge, 2003. S. 155. ISBN 978-1-85743-228-2
  2. Kindred Britain.
  3. "Arxivlənmiş surət". 2013-10-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-08-22.
  4. "Arxivlənmiş surət". 2013-08-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-08-22.
  5. "Arxivlənmiş surət". 2014-02-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-08-22.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.