Yorklu Riçard

Yorklu Riçard (ing. Richard of York) (d. 22 sentyabr 1411 — ö. 30 dekabr 1460) — 3. York hersoqu. Ata şəcərəsi III Eduardın oğlu Edmond Lanqlinin, ana şəcərəsi isə yenə həmin kralın digər oğlu Antverpenli Lionelin şəcərəsindən idi. Bu səbəblə geniş mülk və əmlakları miras alaraq İrlandiya, FransaVI Henrinin son illərində naibi olaraq İngiltərə krallığında müxtəlif dövlət vəzifələrində xidmət etdi.

Yorklu Riçard
ing. Richard Plantagenet, 3rd Duke of York
ƏvvəlkiYorklu Eduard
SonrakıEduard Plantagenet
Şəxsi məlumatlar
Doğum tarixi 21 sentyabr 1411(1411-09-21)[1]
Vəfat tarixi 30 dekabr 1460 (49 yaşında)
Vəfat səbəbi döyüşdə ölüm
Fəaliyyəti siyasətçi
Atası Konisburqlu Riçard
Anası Anna Mortimer
Həyat yoldaşı Sesilya Nevil
Uşaqları Anna Plantagenet
IV Eduard
Elizabet Plantagenet
Yorklu Marqarit
Corc Plantagenet
III Riçard
Ailəsi York sülaləsi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

VI Henrinin xanımı Anjulu Marqarit və digər saray əyanlarıyla girdiyi siyasi mübarizəylə yanaşı, Yorklu Riçard ata-ana şəcərəsini irəli sürərək İngiltərə taxtında haqq iddia etməyə başladı. Bu isə tarixə Güllər müharibəsi olaraq düşən uzunmüddətli taxt mübarizəsinə səbəb oldu. Nəhayət baş tutan bir neçə cəhdin ardından sabiq kralın vəfatından sonra taxta çıxarılacağı vəd edilsə də, bu razılıq çox çəkmədi. Belə ki, bu razılıqdan bir neçə həftə sonra Yorklu Riçard döyüş meydanında öldürüldü. Onun taxt iddiasını miras alan oğulları mübarizəyə davam etdi və onlardan EduardRiçard İngiltərə kralı oldu.

Həyatı

Ailə şəcərəsi

Yorklu Riçard 22 sentyabr 1411-ci ildə Konisburqlu RiçardAnna Mortimerin yeganə oğlu olaraq dünyaya gəldi. Onun hər iki valideyni İngiltərə kralı III Eduardın nəslindən idi: atası kralın dördüncü oğlu Edmond Lanqlinin oğlu, anası isə kralın ikinci oğlu Antverpenli Lionelin nəticəsi idi. Març qrafı olan dayısı Edmond Mortimerin 1425-ci ildə vəfatı və geridə varis buraxmaması, Yorklu Riçarda İngiltərə taxtı üzərində haqq iddiası qazandırdı. Üstəlik bu taxt iddiası o illərdə hakimiyyəti əlində saxlayan və Gentli Conun nəslindən gələn Lankaster ailəsinin taxt iddiasından daha güclü idi.

Riçard valideynlərinin yeganə oğlu idi və yalnız İzabel adlı bir bacısı idi. Anası Anna Mortimer onu dünyaya gətirərkən vəfat etmiş, atası Konisburqlu Riçard isə 1415-ci ildə V Henriyə qarşı tərib olunan saray çevrlişinə iştirak etməsi səbəbilə edam edilmişdi. Atasının ölümündən bir neçə ay sonra əmisi olan 2. York hersoqu Eduard da Azenkur döyüşündə həlak oldu və geridə rəsmi varis qoymadığı üçün bütün mülk və ünvanları 4 yaşlı Riçarda qaldı. Atasının ailəsindən aldığı York hersoqu ünvanı və mülkləriylə yanaşı, dayısının 1425-ci ildə vəfatının ardından Mortimer mirasını aldı.

İstinadlar

  1. Lundy D. R. Richard Plantagenet, 3rd Duke of York // The Peerage (ing.).
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.