York sülaləsi

York sülaləsi (ing. House of York) — İngiltərənin məşhur kral ailəsi olan Plantagenetlərin alt qolu. Bu ailəyə mənsub 3 şəxs (IV Eduard, V Eduard, III Riçard) XV əsrin ikinci yarısında İngiltərə taxtına oturmuşdur. Ailənin mənşəyi İngiltərə kralı III Eduardın dördüncü oğlu York hersoqu Edmond Lanqlinin oğul şəcərəsindən qaynaqlanır. Sonrakı illərdə bu ailənin varisinin (Konisburqlu Riçard) III Eduardın ikinci oğlu Klarens hersoqu Lionelin varisi (Anna Mortimer) ilə evlənməsi, York ailəsinin taxt üzərindəki iddialarını daha da gücləndirdi.[1][2] Ailənin İngiltərə taxtındakı son nümayəndəsi olan III Riçard 1485-ci ildə Bosvort döyüşündə həlak oldu və taxt Tüdor ailəsinin əlinə keçdi. Ailənin oğul şəcərəsindən gələn sonuncu nümayəndəsi 17. Vorvik lordu Eduard Plantagenet isə 1499-cu ildə edam edildi və beləcə ailənin soyu kəsildi.

York sülaləsi
House of York
Ölkə
Hissəsidir Plantagenetlər
Banisi Edmond Lanqli
Sonuncu hökmdar III Riçard
Əsası qoyulub 1385
Soyun kəsilməsi 1499
Titullar
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi

Edmond Lanqlinin ailəsi

1. Kembric qrafı1. York hersoqu olan Edmond Lanqli İngiltərə kralı III Eduard və xanımı Enolu Filipanın həyatda qalan 5 oğlundan dördüncüsü idi. York ailəsinin banisi olsa da, kiçik oğlu Riçardın, qardaşı Lionelin nəticəsi Anna Mortimerlə evlənməsi, bu ailənin İngiltərə taxtında haqq iddia etməsində mühüm rol oynamışdır. Gül müharibəsinin digər tərəfi olan Lankasterlər isə Edmondun digər qardaşı Gentli Conun şəcərəsindən idi.

Edmondun 2 oğlu vardı: EduardRiçard. Eduard 1402-ci ildə atasının vəfatı ilə York hersoqu oldu ancaq 1415-ci ildə Azenkur döyüşündə vəfat etdi və geridə varis buraxmadı. Digər oğlu Riçard da həmin il V Henrinin əmriylə edam edilmişdi. Ancaq qardaşından fərqli olaraq o, 1408-ci ildə əmisi Antverpenli Lionelin nəticəsi olan Anna Mortimerlə evlənmişdi və artıq 2 övladı var idi. Annanın atası Rocer Mortimer sonsuz olan İngiltərə kralı II Riçardın varisi idi və kralın devrilməsindən 1 il öncə ölmüş, beləcə bütün taxt hüququ oğlu Edmond Mortimerə keçmişdi. Ancaq onun da 1425-ci ildə yoluxucu xəstəlikdən vəfatı ilə, Març qraflığı və İngiltərə taxtındakı York iddiası Annanın oğlu Yorklu Riçarda keçdi.

Yorklu Riçard dönəmi

Yorklu Riçard 1429-cu ilin oktyabrında Sesilya Nevillə evləndi. Cütlük bir-biriylə üçüncü dərəcəli qohum idi (babaları qardaş idi) və bu səbəblə nikah üçün Papadan xüsusi icazə alınmışdı. Cütlüyün dünyaya gələn 12 övladından yalnız yeddisi - Anna, Eduard, Edmond, Elizabet, Marqarit, CorcRiçard yetklinlik yaşına çata bilmişdi.

Siyasi nüfuzuna baxmayaraq, Yorklu Riçard VI Henri tərəfindən, xüsusilə də xanımı Anjulu Marqaritin də təsiriylə dövlət işlərindən uzaq tutulurdu. Bununla yanaşı, kralın səhhətinin ağırlaşdığı və dövlət işlərinin axsadığı 1453-1454-cü illərdə bütün siyasi gücü əlində topladı və "Diyarın Qoruyucusu" ünvanı ilə dövləti idarə etməyə başladı. Ancaq bu siyasi gücün çox çəkmədən Lankasterlər tərəfindən qarşısı alındı. Beləə, ertəsi il baş tutan Birinci Alban döyüşüylə Gül müharibəsi başlandı. Başlanğıcda Yorklu Riçardın məqsədi taxt üzərindəki Lankaster təsirini azaltmaq olsa da, 1460-cı ilin oktyabrından etibarən bu toqquşmalar taxt mübarizəsinə çevrildi. Bu tarixdə VI Henri York tərəfinə əsir düşsə də, çox keçmədən Veykfild döyüşündə Yorklu Riçard və oğlu Edmond həlak oldu.

IV Eduard dönəmi

Yorklu Riçardın ölümünün ardından onun taxt iddiasını həyatdakı böyük oğlu Eduard davam etdirdi. Dayısı oğlu 16. Vorvik qrafı Riçard Nevilin də dəstəyini alan Eduard Lankasterlərə qarşı ard-arda qələbə qazandı və VI Henri ilə xanımı Anjulu Marqarit ölkənin şimalına qaçdığı əsnada Londona gələrək 1461-ci ildə İngiltərə taxtına əyləşdi. Həmin il baş tutan Touton müharibəsində ölkədə qalan Lankaster dəstəkçilərini də darmadağın edən IV Eduard taxt rəqiblərini ölkədən qovdu. Buna baxmayaraq IV Eduard dönəminin ilk illəri çalxantılı keçdi. Bu səbəblə ölkədəki nüfuzunu qorumaq və əmin-amanlıq yaratmaq məqsədilə 1464-cü ildə Lankaster tərəfdarı Riçard Vudvilin qızı Elizabet Vudvillə evləndi. Bu evlilik onun Vorvik qrafı ilə münaisbətlərini pisləşdirsə də, ölkədə qazanmaq istədiyi gücü əldə etdi. Cütlüyün dünyaya gələn 10 övladından yalnız səkkizi - Elizabet, Mariya, Sesilya, Eduard, Riçard, Anna, Ketrin, Bridget yetklinlik yaşına çata bilmişdi.

Bu evliliyi səbəbilə kralla münasibətləri pisləşən Vorvik qrafı Riçard Nevil tərəf dəyişdirdi və kralın qardaşı Corcla ittifaq quraraq sürgündəki kraliça Anjulu Marqariti dəstəkləyərək VI Henrinin yenidən taxta çıxmasına səbəb oldu. Ancaq bir il davam edən bu dönəm IV Eduardın ölkəyə qayıdaraq yenidən taxtı ələ alması ilə nəticələndi. Çox keçmədən London qalasında həbs tutulan VI Henri müəmmalı şəkildə öldü və beləliklə, Lankaster ailəsinin oğul şəcərəsi sonlandı. Bu hadisələrin ardından bağışladığı qardaşı Corcun müxalifyönümlü hərəkətləri onu edama apardı. 1478-ci ildə Corc həbs tutulduğu London qalasında şərab çəlləyində boğularaq öldürüldü.

III Riçard dönəmi

1483-cü ildə IV Eduard vəfat etdi və taxt onun 12 yaşlı oğlu Eduarda qaldı. Mərhum kralın kiçik qardaşı Qloster hersoqu Riçard isə taxt naibi təyin edildi və tacqoyma mərasiminə qədər London qalasına göndərildi. Ancaq özü taxta çıxmaq niyyətində olan Riçard mərasimdən bir müddət öncə xüsusi parlament qərarı ilə qardaşının evliliyini və bu evlilikdən olan övladlarını qeyri-məşru elan edərək taxtdan məhrum etdi. Mərhum kralın digər oğlunu da qardaşı kimi London qalasına həbs edən Riçard 1483-cü ilin iyulunda İngiltərə taxtına əyləşdi.[3]

III Riçard hələ qardaşının səltənətində 12 iyul 1472-ci ildə Vorvik qrafının kiçik qızı Anna Nevillə evlənmişdi və bu nikahdan Eduard adlı bir oğlu dünyaya gəlmişdi. Ancaq taxta çıxdıqdan bir il sonra 1484-cü ildə şahzadə bilinməyən bir səbəblə vəfat etdi.

Taxtı ələ keçirsə də, saysız düşmənlər qazandı. Oğul şəcərəsi sonlansa da, Lankasterlər bu dəfə bu ailənin alt qolu olan Byufortlardan Henri Tüdoru dəstəkləməyə başlamışdı. Digər tərəfdən isə taxtı bu şəkildə zəbt etməsi York ailəsinin digər üzvlərinin də etirazına səbəb olmuşdu. 1483-cü ilin sonunda baş tutan ayaqlanma uğursuzluqla nəticələndi. Ancaq 1485-ci ildə Henri Tüdorla Bosvort döyüşündə qarşı-qarşıya gəldi və məğlub oldu. Döyüş əsnasında III Riçardın bəzi önəmli dəstəkçiləri tərəf dəyişdirdi. Kral bu döyüşdə həlak oldu və döyüş meydanında həlak olan sonuncu İngiltərə kralı oldu.

Döyüşdə qalib gələn Henri Tüdor İngiltərə taxtına əyləşdi və IV Eduardın böyük qızı Elizabetlə evlənərək bu 2 ailə arasında sülh yaratdı. Beləcə 1603-cü ilədək İngiltərəni idarəsində saxlayan Tüdor sülaləsinin əsasını qoydu.[4]

Sonrakı illər

Henri Tüdorun Lankaster və York ailələrini birləşdirməsinin ardından, York hersoqu ünvanı kral ailəsinə məxsus bir hal aldı və ənənəvi olaraq taxtdakı kralın ikinci oğluna verildi. Hal-hazırkı York hersoqu isə İngiltərə kraliçası II Elizabetin ikinci oğlu Şahzadə Endryudur.

York hersoqları

Hersoq Şəkil Doğum-ölüm tarixi Evlilik Valideynləri
Edmond Lanqli

(York ailəsinin banisi)

1385–1402

5 iyun 1341 - 1 avqust 1402
  • Kastilyalı İzabella
  • Hollandiyalı Yuanna
Yorklu Eduard

(2. York hersoqu)

1402–1415

1373 - 25 oktyabr 1415
  • Filipa Mohun
Yorklu Riçard

(3. York hersoqu)

1415–1460

21 sentyabr 1411 - 30 dekabr 1460
Eduard Plantagenet

(4. York hersoqu)

1460–1461

28 aprel 1442 - 9 aprel 1483

York kralları

Hersoq Şəkil Doğum-ölüm tarixi Evlilik Valideynləri
IV Eduard

4 mart 1461 - 3 oktyabr 1470

11 aprel 1471 - 9 aprel 1483

28 aprel 1442 - 9 aprel 1483
V Eduard

9 aprel - 25 iyun 1483

2 noyabr 1470 - 1483 -
III Riçard

26 iyun 1483 - 22 avqust 1485

2 oktyabr 1452 - 22 avqust 1485

İstinadlar

  1. Morgan, Kenneth O. (2000). The Oxford Illustrated History of Britain. Oxford: Oxford University Press. p. 623.
  2. Chisholm, Hugh, ed. (1911). "York, House of" . Encyclopædia Britannica. 28 (11th ed.). Cambridge University Press. p. 924.
  3. Lundy, Darryl. "thePeerage.com – Person Page 10165". Retrieved 25 October 2007
  4. Herbermann, Charles, ed. (1913). "Liturgical Colours" . Catholic Encyclopedia.

Mənbə

  • Neubecker, Ottfried; Harmingues, Roger (1982) [1976], Le Grand livre de l'héraldique, Paris: Bordas, p. 288, ISBN 978-2-04-012582-0
  • Louda, Jiri; Maclagan, Michael (12 December 1988), "Netherlands and Luxembourg, Table 33", Heraldry of the Royal Families of Europe (1st (U.S.) ed.), Clarkson N. Potter, Inc.
  • Pinches, John Harvey; Pinches, Rosemary (1974), The Royal Heraldry of England, Heraldry Today, Slough, Buckinghamshire: Hollen Street Press, ISBN 978-0-900455-25-4
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.