Yorkşir pudinqi

Yorkşir pudinqiYorkşir qraflığının ənənəvi ingilis pudinqi. Sulu xəmirdən hazırlanaraq rostbif və xörək şirəsi birlikdə süfrəyə verilir.

Yorkşir pudinqləri

Tarixi

Buğda unu ilə piroq və pudinqlərin hazırlandığı zaman, Şimali İngiltərə aşpazları ət qızarana qədər pudinq hazırlamaq üçün altlığa damcılana piydən istidadə üsulunu öyrənmişdilər. 1737-ci ildə "Damcılanan pudinq"in resepti ("A Dripping Pudding") "The Whole Duty of a Woman" kitabında çap olunmuşdur:

" Yaxşı sulu xəmir hazırlayandan sonra, həmin sulu xəmiri odun altında olan piylə yağlanmış altlığa yerləşdirin. Sonra altlığa qoyun ətini qoyun ki, qaynar piy pudinqə yayılsın. Vaxt keçdikcə altlıı silkələmək lazımdır ki, pudinq yüngül və dadlı alınsın. Qoyun əti hazır olanda pudinqi də götürərək, onu yeməklə birlikdə isti şəkildə vermək lazımdır. "

Yorkşir pudinqi - britaniyalıların ənənəvi bazar günü naharının bir hissəsini təşkil eləyir. Yorkşir pudinqinin inqridientləri ucuz olduğundan süfrəyə ən əvvəl verilir.

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.