Yonca parabüzəni
Yonca parabüzəni (lat. Subcoccinella 24-punctata)-Azərbaycanın bütün təbii zonalarında yayılsa da, azsaylı növdür.
Yonca parabüzəni | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Ranqsız: Amorphea Ranqsız: Obazoa Ranqsız: Opisthokonta Ranqsız: Holozoa Ranqsız: Aləm: Yarımaləm: Klad: ParaHoxozoa Klad: Nephrozoa Ranqsız: Tipüstü: Ranqsız: Ranqsız: Tactopoda Tip: ???: Yonca parabüzəni |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Biologiya
Azərbaycanın bütün təbii zonalarında yayılsa da, azsaylı növdür. Əsasən yonca. Kartof, bostan-tərəvəz bitkilərinin yarpaqlarının və zoğlarının zərərvericisidir. Ən çox sayda may ayının sonunda görsənirlər. Forması yarımkürə şəklindədir, sarı-qırmızımtıl rəngdə olub, üzəri qısa, sərt tüklə örtülüb. Ağızda, bığcığında, buğumlar aydın görünür. Gözləri qara, fasetli və aydın görünəndir. Yuxarı köndələn çənəsində qərni dişciklər aydın görünür. Hər qanadüstlüyündə 2 ədəd sistemsiz düzülmüş, qara aydın görünən nöqtələri var. Uzunluğu 3–4 mm-dir. Rütubətli sahələrə meyillidir. Aydınlaşdırılmışdır ki, Günəşin aktivliyi illərində böcəklərin fərdləri ifrat dərəcədə çox olur və iki nəsil verir, sürfələrinin çıxım faizi də yüksək olur və bu dövrdə yayıldığı aqrosenozlara çox zərər verir.[2]
Yayılması
Əsasən Qərbi Avropada, Zaqafqaziyada geniş yayılıb.
Ədəbiyyat
- Naxçıvan Muxtar Respublikasında yayılan yırtıcı cücülərin xeyirli fəaliyyəti və onların mühafizəsi. A. Mehdiyev, M. M. Seyidli
- Ümumi entomologiya I–II hissələr. Ağayev B. İ. Bakı 1979–1981
- Naxçıvan MR-da yayılan parabüzənlər (Coleoptera, Coccine elidae) və onların bioloji mübarizədə istifadə imkanları. Mehdiyev A. M.
İstinadlar
- Integrated Taxonomic Information System (ing.). 2005.
- Naxçıvan Muxtar Respublikasında yayılan yırtıcı cücülərin xeyirli fəaliyyəti və onların mühafizəsi. A. Mehdiyev, M. M. Seyidli