Yonca (aerobatika eskadronu)

Yonca (alm. Das Kleeblatt) aerobatika eskadronu — Avstriya Hərbi Hava Qüvvələrinə məxsus olmuş helikopterlərdən ibarət aerobatika komandası idi.[1][2][3]

Yonca
Yaranma tarixi 1975 - 1987, 1997 - 2001
Tabedir Avstriya Hərbi Hava Qüvvələri
Tərkibi 5 pilot
11 texniki işçi
Rəngləri Ağ, qırmızı, qəhvəyi
            
Təchizatı 4 Agusta-Bell 206A JetRange

Aerobatika eskadronu 1975-ci ildə qurulmuşdur və 1987-ci ilə qədər fəaliyyət göstərmişdir. 1997-ci ildə eskdaron yenidən aktivliyini bərpa etdi və 2001-ci ilə qədər fəaliyyət göstərdi.[1]

Dizayn

Helikopterlər standart qəhvəyi rəngdə rənglənmiş və əlavə ağ rəngli zolağa malik idilər. Quyruq pəri Avstriya bayrağı kimi ağ-qırmızı rəngdə idi.

İstinadlar

  1. "Das Kleeblatt". 2022-10-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-12.
  2. "DAS KLEEBLATT". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-12.
  3. "Abschied: "Jet Ranger" landen für immer". 2023-07-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-12.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.