Yon Antonesku
Antonesku (Antonescu) Yon (rum. Ion Victor Antonescu; 14 iyun 1882[1] – 1 iyun 1946[2][3][…]) — Rumıniya hərbi-faşist diktatoru, marşal (1941).
Yon Antonesku | |
---|---|
rum. Ion Victor Antonescu rum. Ion Antonescu | |
Doğum tarixi | 14 iyun 1882[1] |
Vəfat tarixi | 1 iyun 1946[2][3][…] (63 yaşında) |
Vəfat səbəbi | güllə yarası[d] |
Fəaliyyəti | siyasətçi, hərbi qulluqçu, diplomat |
Partiyası | |
Vikianbarda əlaqəli mediafayllar |
Haqqında
1907-ci ildə kəndli üsyanının yatırılmasında, 1919-cu ildə Rumıniyanın Macarıstana müdaxiləsində iştirak etmişdir. 1933–34-cü illərdə Baş qərargahın rəisi, 1938-ci ildən isə müdafiə naziri olmuşdur. 1940-cı ildə Rumıniyanın tam hüquqlu diktatoru oldu. Faşist ölkələri ilə birlikdə SSRİ-yə qarşı müharibəyə qoşulmuşdur (1941, iyun). Sovet qoşunları Rumıniyaya daxil olduqdan sonra Y. Antonesku həbs edilmiş (1944, 23avqust) və hərbi cinayətkar kimi edam olunmuşdur.[4]
İstinadlar
- http://datos.bne.es/persona/XX1409573.html.
- Антонеску Ион (rus.). / под ред. А. М. Прохоров 3-е изд. Москва: Советская энциклопедия, 1969.
- Ion Antonescu // Brockhauz Ensiklopediyası (alm.). / Hrsg.: Bibliographisches Institut & F. A. Brockhaus, Wissen Media Verlag
- Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 553. ISBN 978-9952-441-02-4.
Vikianbarda Yon Antonesku ilə əlaqəli mediafayllar var.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.