Yolpaq

YolpaqAzərbaycan Respublikasının Goranboy rayonunun Yolpaq kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Goranboy rayonunun Yolpaq kəndi Muzdurlar kənd inzibati-ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Yolpaq kənd inzibati-ərazi vahidi yaradılmışdır.[1]

Yolpaq
40°43′26″ şm. e. 46°37′37″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 611 nəf. (2009)
Yolpaq xəritədə
Yolpaq
Yolpaq

Toponimikası

Yaşayış məntəqəsini miskinli tayfasına mənsub ailələr Yolpaq adlı yerdə salmışlar. Tədqiqatçılar bu oykonimi qırğız dilindəki çolpaq (çöl, düzənlik, hamar yer) coğrafi termininin variantı hesab edirlər. Xalq etimologiyasına görə, kəndin adı Yelpaq olub, "yel tutan yer" deməkdir. Azərbaycan dilində "başıkəsik ot, kol" mənasında yol/yolpan, "dağıtmaq, dağınıq hala salmaq, qoparmaq" mənalarında yolpalamaq sözləri işlənir. Görunür, kənd qırılmış, kəsilmiş, hamarlanmış kolluq yerdə salındığı üçün belə adlandırılmışdır.[2]

Coğrafiyası və iqlimi

Kənd Gəncə-Qazax düzənliyində yerləşir.

Əhalisi

2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 611 nəfər əhali yaşayır.[3]

İstinadlar

Xarici keçidlər

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.