Yollar və məmləkətlər haqqında kitab

Yollar və məmləkətlər (dövlətlər, krallıqlar) haqqında kitab (ərəb. كتاب المسالك والممالك‎ Kitab əl-Məsalik və-l-Məmalik) — orta əsr ərəb tarixi-coğrafi ədəbiyyatının məşhur janrlarından biri.[1] Ptolemeyin coğrafiyasından fərqli olaraq belə təsviri coğrafiya “yollar və ölkələr haqqında elm” adlandırmışdır (ərəb. علم المسالك والممالك‎ 'ilm əl-məsalik və-l-məmlik).[2]

Yollar və məmləkətlər haqqında kitablar janrı IX əsrdə yaranmışdır[3][4] . Bu janrın ilk kitabı müsəlman coğrafiyaşünası İbn Xordadbehin “Yollar və məmləkətlər haqqında kitab”ıdır. Müəllif burada əsas diqqəti rayonlar və şəhərlər arasındakı yolların təsvirinə, aralarındakı məsafələri dəqiq göstərməyə həsr etmişdir. Əl-Məsudi (ö. 956) xilafət əyalətlərindən birində poçt rəhbəri vəzifəsində çalışan İbn Xordadbehin coğrafiyasını elçilər və poçtalyonlar üçün elm adlandırsa da, yollar və məmləkətlər haqqında kitablar sayəsində topoqrafiya 9-10-cu əsrlərdə Ön Asiyanın ərazisi Antik dövrün sülh topoqrafiyasından daha yaxşı məlumdur. Akademik Bartold onları “ərəb coğrafi ədəbiyyatının ən qiymətli əsərləri” adlandırmışdır[5] .P.Kristensenə görə, yollar və məmləkətlər haqqında kitablar, o cümlədən Yəqubinin “Ölkələr kitabı” və Qudama ibn Cəfərin “Torpaq vergisi kitabı” məmurlar tərəfindən dövlət məmurları üçün yazılmış inzibati və fiskal cib kitabçaları olmuşdur[4] .

İbn Xordadbehdən başqa, əl-İstəxri, İbn Havqəl, əl-Bəkri, Ceyhani, əl-Mühəlləbi və başqaları bu janrda öz əsərlərini yazmışlar.

İstinadlar

  1. Крачковский И. Ю. Арабская географическая литература. — Восточная литература РАН, 2004. — С. 128. — 919 с.
  2. Джаксон Т. Н., Коновалова И. Г., Подосинов А. В. Imagines Mundi. Античность и средневековье. — М.: Рукописные памятники древней Руси, 2013. — С. 169. — 424 с.
  3. Janssen C. Bābil, the City of Witchcraft and Wine: The Name and Fame of Babylon in Medieval Arabic Geographical Texts. Mesopotamian history and environment. University of Ghent. 1995. 16.
  4. Christensen P. The Decline of Iranshahr: Irrigation and Environments in the History of the Middle East, 500 B.C. to A.D. 1500. Museum Tusculanum Press. 1993. 32.
  5. Бартольд В. В. Сочинения. Наука. 1973.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.