Yolağac
Yolağac — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd.[1]
Yolağac | |
---|---|
39°00′47″ şm. e. 48°32′06″ ş. u. | |
Ölkə | Azərbaycan |
Rayon | Masallı rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 829 (2009) nəfər |
|
Əhalisi
Əhalisi 829 nəfərdir.[2]
Toponimiyası
Yerli məlumata görə, yaşayış məntəqəsini təqribən XVIII əsrin ortalarında Yardımlı rayonunun Bərcan və Lerik rayonunun Xanəgah kəndlərindən gəlmiş ailələr salmışlar. Oykonim haqqında iki fikir mövcuddur. Birinci fikrə görə, oykonim “yol kənarında ağac” mənasındadır. Yerli əhalinin məlumatına görə, Yardımlı rayonunun bir sıra kəndlərinin əhalisi son illərə qədər bu yoldan istifadə edir və həmin ağacın kölgəsində dincəlirdilər. İkinci fikrə görə isə, kəndin adı yol (tal, “böyük”, “hündür”) və ağac sözlərindən ibarət olub, “böyük, hündür ağac” mənasındadır. Məlumat verilir ki, kəndin qərb tərəfində böyük bir ağac varmış və kənd də həmin ağaca görə belə adlandırılmışdır. [3]
İstinadlar
- Azərbaycan Respublikasının inzibati - erazi bölgüsü. Məlumat toplusu. Bakı - 2013. 488 səh.
- Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı - 2010.
- Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. İki cilddə. II cild. Bakı, “Şərq-Qərb”, 2007, 304 səh.