Yol əhvalatı
Yol əhvalatı — kinorejissor Teymur Bəkirzadənin çəkdiyi komediya filmi.[1][2]
Yol əhvalatı | |
---|---|
Janr |
komediya məhəbbət |
Rejissor | Teymur Bəkirzadə |
Ssenari müəllifi | Asim Cəlilov |
Baş rollarda |
Səyavuş Aslan Eldəniz Zeynalov Həmidə Ömərova Kamil Məhərrəmov Yaşar Nuri Hacı İsmayılov |
Operatorlar |
Şərif Şərifov Ələsgər Ələkbərov |
Bəstəkar | Polad Bülbüloğlu |
Rəssam | Fikrət Əhədov |
İstehsalçı | "Azərbaycanfilm" Kinostudiyası |
İlk baxış tarixi | 20 fevral 1981 |
Filmin növü | tammetrajlı bədii film |
Müddət | 72 dəq. |
Ölkələr | Azərbaycan SSR |
Dil | Azərbaycan dili |
İl | 1980 |
Texniki məlumatlar |
9 hissə 2105 metr genişekranlı 35 mm "Svema" kinolenti (Şostka kimya kombinatı) |
Rəng | rəngli |
Çəkiliş yeri |
Bakı Bakı, Zabrat qəsəbəsi, Zabrat aeroportu |
IMDb | ID4876546 |
Məzmun
Şən və xeyirxah sürücü, gənc Mustafa (Vaxtanq Pançulidze) gözəl Zümrüdlə (Həmidə Ömərova) evlənmək arzusundadır. Ancaq oğlan qızın atasının, daha doğrusu, "işbaz", alverçi Qurbanın (Səyavuş Aslan) heç ürəyincə deyil. Bu uğursuz nişanlının öz sevgilisinə qovuşması üçün çalışması onu çətin vəziyyətlərə salır, amma o, inadından dönmür, nəhayət qalib çıxır. Zümrüd məhz ona ərə gedir.
Film iki sevən gəncin məhəbbəti fonunda əliəyrilərin ifşası ilə sona yetir.
Film haqqında
- Film Teymur Bəkirzadənin müstəqil rejissor kimi kinoda ilk tammetrajlı işidir.[3]
Filmin heyəti
Film üzərində işləyənlər
- Ssenari müəllifi: Asim Cəlilov
- Quruluşçu rejissor: Teymur Bəkirzadə
- Quruluşçu operator: Şərif Şərifov, Ələsgər Ələkbərov
- Quruluşçu rəssam: Fikrət Əhədov
- Bəstəkar: Polad Bülbüloğlu
- Səs operatoru: Vladimir Savin
- Rejissor: Rafiq Dadaşov
- Montaj edən: Tahirə Babayeva
- Dekor rəssamı: Fikrət Ələkbərov
- Geyim rəssamı: N. Cəfərova
- Qrim rəssamı: L. Kuznetsova
- Rejissor assistenti: Mirzəbala Məlikov, Yusif Əlizadə (Yusif Əliyev kimi)
- Plyonka üzrə rəng ustası: F. Dadaşov
- Quraşdırılmış səhnələrin operatoru: Həmzə Əhmədoğlu
- Quraşdırılmış səhnələrin rəssamı: Eduard Abdullayev
- Məsləhətçi: N. Əliyev (SSRİ-nin əməkdar təyyarəçisi), M. Babayev (milis polkovniki)
- Redaktor: Ramiz Rövşən (R. Əliyev kimi), Nadejda İsmayılova
- Çalır: Dövlət Kinematoqrafiya Orkestri və "Melodiya" İnstrumental Ansamblı
- Bədii rəhbər: Eldar Şengelaya
- İnzibatçı: F. Cəbiyev, Vladimir Dudniçenko, E. Nağıyev
- Filmin direktoru: Rimma Abdullayeva
Rollarda
- Səyavuş Aslan — Qurban
- Vaxtanq Pançulidze — Mustafa
- Həmidə Ömərova — Zümrüd
- Kamil Məhərrəmov — Paşa
- Yaşar Nuri — Makintoş
- Hacı İsmayılov — Mürşüd
- Sofa Bəsirzadə — Sona nənə
- Ceyhun Mirzəyev — İbadulla
- Yusif Əlizadə — Fərid
- Adil İsmayılov — təyyarəçi
- Məmmədkamal Kazımov — Şəmsi
- Eldəniz Zeynalov — şikayətçi
- Zərnigar Ağakişiyeva — Ədilə
- Mübariz Əlixanoğlu — milis nəfəri
- Rahib Əliyev — elçi gələn
- Məmmədağa Dadaşov
- Muxtar Maniyev — Milis nəfəri
- Ofeliya Aslan (Ofeliya Aslanova kimi) — Kübra
- Dadaş Kazımov — sərnişin
- Telman Adıgözəlov — tələbə
- Şahin Cəbrayılov — milis nəfəri
- Ələsgər Məmmədoğlu — aeroportdakı adam
- Aqşin Rəsulov — aeroportdakı adam
- Əliqulu Səmədov — alıcı
- Mayak Kərimov — alıcı
- Zilli Namazov — aeroportdakı adam
- Ramiz Məmmədov — aeroportdakı adam
- Sədaqət Zülfüqarova — xala
Filmi səsləndirənlər
- Sadıq Hüseynov — sərnişin (titrlərdə yoxdur)
- Əliabbas Qədirov — İbadulla (Ceyhun Mirzəyev) (titrlərdə yoxdur)
- Hamlet Xanızadə — təyyarəçi (Adil İsmayılov) (titrlərdə yoxdur)
- Pərviz Bağırov — Mustafa (Vaxtanq Pançulidze) (titrlərdə yoxdur)
- Eldəniz Rəsulov — elçi gələn (Rahib Əliyev) (titrlərdə yoxdur)
- Tələt Rəhmanov — elçi gələn (titrlərdə yoxdur)
- Şahmar Ələkbərov — Fərid (Yusif Əlizadə) (titrlərdə yoxdur)
- Gülşən Qurbanova — Kübra (Ofeliya Aslan) (titrlərdə yoxdur)
- Ramiz Əzizbəyli — Paşa (Kamil Məhərrəmov) (titrlərdə yoxdur)
Çəkilişə köməklik edən qurumlar
- Zabrat Aeroportu
- Bakı Şəhər Dövlət Avtomobil Müfəttişliyi
İstinadlar
- “Yol əhvalatı”nda maraqlı əhvalatlar: Xalq artisti və rejissor film barədə bilmədiyimiz faktları açıqladı: [Hacı İsmayılov və Yusif Əlizadənin söylədikləri] //Azadlıq.- 2015.- 2 mart.- S.14.
- Erməni operator “Yol əhvalatı”nı zay plyonkaya çəkmişdi: “Kadrarxası” rubrikasının növbəti filmi “Yol əhvalatı”dır//Azadlıq. — 2014. — 5-6 iyul. — S.13.
- Bədəlov, N. “Bizim kino” [Teymur Bəkirzadənin "Yol əhvalatı" filminin kadrarxası məqamları] //ANS TV.- 2016.- 23 aprel.
Mənbə
- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 288.
Xarici keçidlər
Filmi izlə
Yol əhvalatı film posteri
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.