Yoahim Murat
Yoahim Mürat (Murat) İoahim (25 mart 1767[1][2][…] – 13 oktyabr 1815[1][3][…]) — Fransa marşalı (1804), Neapolitan kralı (1808).
Yoahim Murat | |
---|---|
fr. Joachim Murat | |
Şəxsi məlumatlar | |
Doğum adı | Joachim Murat |
Doğum tarixi | 25 mart 1767[1][2][…] |
Vəfat tarixi | 13 oktyabr 1815[1][3][…] (48 yaşında) |
Vəfat səbəbi | güllə yarası[d] |
Dəfn yeri | |
Fəaliyyəti | siyasətçi, zabit, hərbi qulluqçu |
Dini | Roma-Katolik kilsəsi |
Hərbi xidmət | |
Döyüşlər | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Fəaliyyəti
1787–1789-cu illərdə kral kavaleriyasının əskəri, sonra inqilabi orduya daxil olur və 1792-ci ildən zabit kimi xidmət edir. 1795-ci il oktyabrın 4-də eskandrona komandanlıq edərək, Parisin mərkəzinə artilleriya toplarını gətirir və general Napoleon Bonaparta royalist qiyamın yatırımasında yardım edir. Buna görə Bonapart onu öz adyütantı təyin edir. Bonapartın İtalyan yürüşü (1796–1797) vaxtı, 1796-cı ildə briqada generalı rütbəsi alır. 1798–1801-ci illər Bonapartın Misir yürüşündə Sen Jan d'Ark şturmunda, Əbukir döyüşündə diviziya generalı rütbəsi alır. Bonapartla Misirdən Fransaya qayıdır və 18 brümer (9 noyabr 1799) çevrilişində iştirak edir. Napoleonun bacısı Karolina ilə evlənir. Qanunverici korpusun üzvü, 1800-cü ildə Parisin qubernatoru olur. Napoleon müharibələrinin hamısında iştirak edir. 1808-ci ildə İspaniyadakı ordunun komandanı təyin olunur, Madrid üsyanını qəddarcasına yatırır. Həmin il İoahim — Napoleon adı ilə Neapolitan kralı olur. Rusiya ilə 1812-ci il müharibəsi zamanı Napoleon ordusunun avanqardında hərəkət edən 28 minlik süvari korpusa başçılıq edir. 6(18)oktyabr 1812-ci ildə Tarutin yanında məğlub oldu. Napoleonun Parisə getməsindən sonra geriyə çəkilən orduya başçılıq edirdi, ama 1813-cü ilin yanvarında komandanlığı E. Boqarneyə təhvil verərək Neapola gedir və Avstriya ilə gizli danışıqlara başlayır. 1813-cü ildə Drezden və Leypsiq döyüşlərində Napoleonun tərəfində iştirak edirdi. Neapola qayıdaraq neapolitan taxtını qorumaq üçün tədbirlərə əl atır və 1814-cü ilin yanvarında Avstriya və Böyük Britaniya ilə, Fransaya qarşı 30 minlik ordu çıxarmaq öhdəliyi ilə, sövdələşir. Ancaq 1814–1815-ci illər Vyana konqresində Müratın iddiaları dəstək tapmır, və o Yüz gün vaxtı Napoleonun tərəfində çıxış edir, ama İtaliyada məğlub olur, Fransaya, sonra Korsikaya qaçır. 28 sentyabr 1815-ci ildə, neapolitan tacını qaytarmağa cəhd edərək, tərəfdarlarının kiçik dəstəsi ilə Kalabriyaya enir, ancaq tutulur və avstriyalıların məhkəsəməsi ilə suçlanaraq güllələnir.
İstinadlar
- Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- Joachim Murat (fr.). ministère de la Culture.
- Joachim Murat (fr.). / Assemblée nationale
Mənbə
- Советская военная энциклопедия Москва 1980 Военное издательство министерства обороны СССР T. 5 səh. 458