Yiyəlik hal

Yiyəlik hal — İsmin 6 halından biri. İsimlərin özündən sonra gələn sözlərlə əlaqəyə girərək əşyalar, şəxslər arasında aidlik, mənsubluq mənası gətirir. Yiyəlik halda işlənən isim cümlədə özündən sonrakı başqa bir isimdən daha doğrusu, mənsubiyyət şəkilçili isimdən asılı olur. Məs: ağac-ın (yiyəlik hal) yarpağ-ı (mənsubiyyət şəkilçili isim), qapının ağzı, yolun kənarı, Adilin kitabı, sənin dəftərin, bizim evimiz və s.Yiyəlik hal bi çox dildə olur məs:ingilis və ərəb və rus, alman


Mənsubiyuət şəkilçisi həmişə ikinci tərəfdə olur və özündən əvvəl yiyəlik hal istəyir.Məsələn:Mənim Kitabım, Sənin evin

Yiyəlik halının 2 forması var:

  • Müəyyənlik bildirən yiyəlik hal. Bu halda isimlər –ın, in, un, ün (-nın,nin,nun,nün) şəkilçisini qəbul edir və kimin? nəyin? haranın? suallarından birinə cavab verir. Məs: Məmmədin (kimin?), dəftərin (nəyin?), Bakının (haranın?)
  • Qeyri-müəyyənlik bildirən yiyəlik hal. Bu halda olan isimlər şəkilçisiz olur və nə? sualına cavab verir. Məs: ağac (nə?) yarpağı, dəmir (nə?) qırığı, qonaq (nə?) otağı, çoban (nə?) tütəyi, ata (nə?) nəsihəti və s.

Qeyri-müəyyənlik bildirən yiyəlik halda olan ismi hal şəkilçisini (ın, in, un, ün, nın,nin, nun, nün) artırmaqla müəyyənlik bildirən yiyəlik hala çevirmək olur. Məs: maşın təkəri – maşının təkəri, kənd yolu – kəndin yolu və s.

Qeyd: müəyyən yiyəlik hal, heç bir feillə əlaqəyə girmir. Cümlə üzvü yox, yanlız nitq hissəsi var.

Qeyd: Samitlə bitən isimlər yiyəlik halda –ın, in, un, ün saitlə bitən isimlər də isə -nın,nin, nun, nün şəkilçisi qəbul edir. İkinci şəkildəki "n" samiti iki samit arasında işlənən bitişdirici samitdir. -ın, in, un, ün yiyəlik hal şəkilçisi ikinci şəxsin təkinin mənsubiyyət şəkilçisi ilə ononimdir. Məsələn, dəftərin cildi, aşığın sazı (yiyəlik hal); sənin dəftərin, sənin sazın (mənsubiyyət).

Qeyd:Yiyəlik halın sualı morfoloji sualdır, sintaktik sual deyil. Yəni, yiyəlik halın sualına cavab vermir.

Müəyyən yiyəlik halda olan söz 2 vəziyyətdə görünə bilər:

  • ismi xəbər şəklində. Məs: kitab əlinindir
  • söz birləşməsinin asılı tərəfi kimi. Məs: dəftərin üzü, qızın kitabı
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.