Yevgeni Skibinski
Yevgeni Skibinski (pol. Eugeniusz Skibiński; 1858, Şamaxı – 1918) — polyakəsilli Azərbaycan memarı.
Yevgeni Skibinski | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1858 |
Doğum yeri | |
Vəfat tarixi | 1918 |
Vətəndaşlığı | |
Təhsili |
|
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Yevgeni Skibinski Şamaxıda anadan olmuşdur. Güman ki, 1859-cu ildə baş vermiş dağıdıcı zəlzələdən sonra onun valideynləri şəhəri tərk etmiş Şamaxı quberniyasının yeni mərkəzi olan Bakıya köçüblər. Skibinski 1886-cı ildə Peterburq Bədii Akademiyasını bitirmişdir. 1896-cı ilə qədər Bakı şəhər idarəsində texnik işləmiş, sonra isə Bakı texniki məktəbində (hazırda Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) müəllimlik etmişdir.[1] O, çoxlu layihələr işləmiş, əsasən klassik memarlığın order sistemində birmərtəbəli evlərdən tutmuş üçmərtəbəli evlərə qədər çoxlu binalar tikmiş, klassik memarlıq üslubundan, o cümlədən, Zivər bəy Əhmədbəyov, İosif Qoslavski, Y. Skibinski, Kazimir Skureviç, İosif Ploşko, İohann Edel, Adolf Eyxler Azərbaycanın, o cümlədən Şərqin memarlıq irsindən öz işlərində istifadə etmişdir. 1900-cü ilə qədər 250-dən çox layihə hazırlamışdır.[1]
Başqa memarlar kimi Skibinski də şərq memarlığının motivlərindən istifadə edirdi, amma Qoslavski Hacı Zeynalabdin Tağıyevin sarayının əsas zallarından birini işləyərkən Kordova xəlifətinin və Məğribin "alışıb yanan" memarlığına meyl göstərəndə; Skureviç şərq və qərb elementlərini uyğunlaşdırmağa çalışanda Skibinski Bakı və Abşeronun qədim memarlıq ənənələrinə meyl göstərdi.[1]
Skibinskinin ilk layihələrində müəllif dəst-xəttini müəyyənləşdirmək çətindir. Onun istedadı XIX–XX əsrlərin dönəmində üzə çıxdı. O, Persidski küçəsindəki (indiki Muxtarov, 24, 1899; hazırda burda Memarlar Evi yerləşir) Ağabala Quliyevin mülkünü layihələşdirərkən istedadını nümayiş etdirdi.
Quliyevın yaşayış evi Şirvanşahlar sarayı memarlığının bilavasitə təsiri altında tikilmişdir. Sifarişçi o vaxta qədər Avropanı səyahət etmiş, Avropa şəhərlərinin tikililərini görmüşdü, buna baxmayaraq, qərara gəlmişdi ki, evini milli-romantik ruhda tikdirsin.[1]
Binanın həcm kompozisiyası tamdır və plastikliyi ilə seçilir. İkinci mərtəbədə nəzərə çarpdırılmış baş tağlar, ikinci mərtəbənin künc hissəsinin stalaktit sisteminə istinad edən konxaların tili yarımgünbəzləri və daş üzərində bədii oyma ilə örtülmüş timpanlar – bu kompozisiya elementləri memarlıq motivlərinin birbaşa mənbəyinə işarə edir. Baxmayaraq ki, fasadların memarlığında Şərq memarlığının elementlərindən istifadə olunub, baş tağlar miqyas və tənasüblərinə görə üstün mövqeyini saxlayır və binanın ümumi kompozisiyasını yerli milli üslubda təfsir edir.
Quliyevin evi Şərq üslublu digər tikililərin fonunda fərqiənir. Keçmiş irsə bu müraciət Azərbaycan memarlığında milli-romantik təmayülün əhəmiyyətini artırmışdır.[2]
Memar Y. Skibinski çoxlu yaşayış evləri tikmişdir, ancaq onlar şəhərin dar küçələrinin adi tikililəri arasında o qədər də seçilmirdilər. Onun yaradıcılıq tərcümeyi-halında yalnız Ağabala Quliyevin sifarişi ilə tikilmiş mülk xüsusilə fərqlənir. Ağabala Quliyevin evi adlanan bina Azərbaycan memarlıq tarixində şərəfli yer tutur. O, həmçinin 1883-cü ildə inşa olunan Bakı Dəmir Yolu Vağzalının tikintisində iştirak etmişdir.[1] Bakıya istedadlı, memarlıqda yeni mövqeli memarların gəlməsi artıq gənc olmayan memarı şəhər idarəsindəki işini tərk etməyə və texniki məktəbə müəllimliyə keçməyə məcbur etdi.
Xatirəsi
2019-cu ildə Bakının Polşa Memarları küçəsindəki binalardan birində Skibinskiyə və digər polyak əsilli memarlara həsr olunmuş xatirə lövhəsi vurulub.[3].
Layihə verdiyi binalar
Bina [4] | Şəkili | Layihəsi verilən il | İnşa edildiyi il | Ünvan | Qeydlər |
---|---|---|---|---|---|
Bakı Dəmiryolu Vağzalının binası |
|
1883 | Bakı | ||
İkimərtəbəli yaşayış binası | 1885 | 1887 | Bakı | ||
İkimərtəbəli yaşayış binası (altı ədəd) | 1887 | 1888 | Bakı | ||
Asmaqatlı ticarət köşkləri | 1888 | 1889 | Bakı, Kanni-tepinski küç. | ||
İkimərtəbəli yaşayış binası (iki ədəd) | 1888 | 1890 | Bakı, Suraxanı küç. | ||
İkimərtəbəli yaşayış binası | 1888 | 1890 | Bakı, Krasnavodskaya küç. | ||
Birmərtəbəli yaşayış binası | 1888 | 1890 | Bakı, Marinski və N.Priyutski küç. kəsişməsində | ||
İkimərtəbəli yaşayış binası | 1888 | 1891 | Bakı | ||
İkimərtəbəli yaşayış binası |
|
1889 | 1891 | Bakı, Persidski küçəsində (hazırda Muxtarov, 24) | |
Ədəbiyyat
- Elxan Süleymanov. "Keçmiş Persidskaya küçəsindəki sehrli bina və onun şamaxılı müəllifi". Bakı, 2013.[5]
- Ш. С. Фатуллаев. Жилые дома в застройке городов Азербайджана на рубеже XIX-XX веков. Баку: Издательство Академии наук Азербайджанской ССР. 1963.
İstinadlar
- Фатуллаев Ш. С. Евгений Скибинский // polonia-baku.org. 2020-08-10 tarixində arxivləşdirilib.
- Фатуллаев, 1963
- "Bakıda Polşa memarlarının xatirəsinə həsr edilən lövhələrin açılış mərasimi olub Azərbaycan Prezidenti İlham Əliyev və Polşa Prezidenti Andjey Duda mərasimdə iştirak ediblər". ru:Азертадж. 31.05.2019.
- Фатуллаев Ш. Приложение I // Градостроительство Баку XIX—начала XX веков. Ленинград. Под ред. проф. В. И. Пилявского. 1978.
- Polyak əsilli şamaxılı memar haqqında kitab çap edilib