Yevgeni Sıqanov

Yevgeni Terentyeviç Sıqanov (d. 22 avqust 1921, Bakı – ö. 23 may 1971, Tallin) — Sovet İttifaqı Qəhrəmanı (22 yanvar 1944[1]).

Yevgeni Sıqanov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Bakı
Vəfat tarixi (49 yaşında)
Vəfat yeri Tallin
Hərbi fəaliyyəti
Mənsubiyyəti Rus
Rütbəsi General-mayor
Döyüşlər
Təltifləri Sovet İttifaqı Qəhrəmanı
"Lenin" ordeni

Həyatı

Yevgeni Sıqanov 1921-ci ildə Bakıda anadan olub. Milliyətcə rusdur. Bakı təyyarəçilər klubunu və Yeysk təyyarəçilər məktəbinin bitirmişdir[2].

General-mayor 492 döyüş uçuşu keçirmiş, 65 dəfə hava döyüşdə iştirak etmişdir. 1941–1943-cü illərdə 18 düşmən təyyarəsi vurmuşdur[2].

22 yanvar 1944-cü ildə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. Müharibə qurtardıqdan sonra SSRİ silahlı qüvvələrində hava hücumundan müdafiə qoşunlarında rəhbər vəzifədə işləmişdir[2].

1971-ci ildə vəfat etmişdir[2].

İstinadlar

  1. Указ Президиума Верховного Совета СССР "О присвоении звания Героя Советского Союза офицерскому составу Военно-Морского флота" от 22 января 1944 года Arxivləşdirilib 2022-01-13 at the Wayback Machine // Ведомости Верховного Совета Союза Советских Социалистических Республик : газета. — 1944. — 3 февраля (№ 6 (266)). — С. 1
  2. Azərbaycan Respublikası Xatirə Kitabı, XIII cild. Bakı: Respublika Xatirə Kitabı redaksiyası. 2013. səh. səh.355. ISBN A-49.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.