Yevgeni Qolovin
Yevgeni Aleksandroviç Qolovin (rus. Евге́ний Алекса́ндрович Голови́н, 1782-1858)— rus hərbçisi, Qafqaz canişini.
Qriqori Rozen | |
---|---|
Qriqori Vladimiroviç Rozen | |
Doğum tarixi | |
Doğum yeri |
|
Vəfat tarixi | |
Vəfat yeri | Moskva, Rusiya imperiyası |
Təhsili |
|
Fəaliyyəti | hərbi qulluqçu |
Fəaliyyət illəri | 1797-ci ildən |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Yevgeni Aleksandroviç Qolovin 1782-ci ildə anadan olmuşdu.
Yevgeni Qolovin 1838-1842-ci illərdə Qafqazın canişini olmuşdu.
Yevgeni Qolovinin Qafqazda uğurunun birinci mərhələsi Şeyx Şamil üsyanının yatırılması ilə bağlıdır. 1839-cu ildə Qafqaz komandanlığı Dağıstana iki tərəfli hücum planı həyata keçirdi. General Qolovin, Cənubi Dağıstanı ram etdi, general Qrabbe isə İçkeriya ərazisinə soxularaq Arçuk və Çirkat bölgələrini ələ keçirdi, Axulqo qalasını muhasirəyə aldı. Uzun muharibələrdən sonra Şamil oğlunu ruslara girov verərək qala müdafiəsindən vaz keçməyə və Çeçenistana qaçmağa məcbur oldu. Axulqo muharibəsi hər iki tərəf üçün olduqca baha başa gəlmişdi. Rus tərəfi 150 zabitini və 2900 əsgərini, Şamil isə 180 müridini itirmişdi. Qafqaz komandanlığı, Şamil yaxalanmasa da Axulqonun ələ keçirilməsini, dağlı müqavimətinin qırılması olaraq görürdü. Ancaq onlar yanılırdılar, çünki Axulqoda qazandıqları zəfər, dağlı xalqlarının üsyanını sonlandırmadı.
Yevgeni Qolovin 1858-ci ildə vəfat edib.