Eva Peron

Mariya Eva Duarte de Peron (isp. María Eva Duarte de Perón, həmçinin Evita); 7 may 1919, Los Toldos, Buenos Ayres — 26 iyul 1952, Buenos Ayres) — Argentinanın birinci xanımı, 39 və 41-ci prezidentin Xuan Peronun ikinci həyat yoldaşı.

EVA PERON
Maria Eva Duarte
Doğum adı María Eva Duarte
Digər adı Evita
Doğum tarixi
Doğum yeri Los Todos, Buenos-Ayres, Argentina
Vəfat tarixi (33 yaşında)
Vəfat yeri Buenos Ayres
Vəfat səbəbi Uşaqlıq ağzı xərçəngi
Dəfn yeri
Vətəndaşlığı argentinalı
Həyat yoldaşı Xuan Peron
Atası Xuan Duarte
Anası Xuana İbargurenin
Fəaliyyəti Aktrisa, siyasi-ictimai xadim
İstiqamət Qadın hüquqları
Teatr aktrisa
Mükafatları Order of Boyacá "Niderland şiri" ordeni Oranc-Nassau ordeni Order of Isabella the Catholic‎ Cənubi Xaç ordeni "Katolik İzabella" ordeninin böyük xaçı Order of the Liberator General San Martín Peru günəşi ordeni Grand Cross of the Order of the Condor of the Andes Order of Merit of Duarte, Sanchez and Mella Grand Cross of the National Order of Honor and Merit Order of Umayyad National Order of Merit National Order of Honour and Merit Order of the Condor of the Andes National Order of Merit Order of the Aztec Eagle
IMDb ID0675831
İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Eva Peron 1919-cu ilin may ayının 7-də Buenos-Ayres əyalətindəki Los Todos kəndində Xuan Duarte və Xuana İbargurenin ailəsində anadan oldu. Amma nə üçünsə anadan olma tarixi sonralar 1922-ci il, 7 may tarixi, adı isə Mariya Eva Duarte kimi göstərildi. Halbuki xaç suyuna salınarkən qeydiyyat dəftərində Eva Mariya İbarguren (7 may 1919-cu il) kimi qeyd edilib. Atası əkinçiliklə məşğul olurdu və qeyri-rəsmi nikahda olduğu qadınla birgə yaşayırdı. Əslində həmin dövrdə Latın Amerikasına köç edənlərin yerli qadınlarla evlənərək daha sonra onları orada buraxaraq başqa yerlərə köç etmələri və ya doğma vətənə qayıtmaları adi bir hal idi. Eva da belə bir əlaqənin meyvəsi olaraq dünyaya gəlmişdi. Amma o vaxt ətrafındakılar nikahdankənar dünyaya gələn bu qızcığazın bir vaxtlar adını Argentina tarixinə yazdıracağını və onunla fəxr edəcəklərini ağıllarına belə gətirmirdilər. Eva bir yaşında olarkən Xuan Duarte yaşadığı kəndi tərk edərək başqa yerə getdi. Arxasında isə özündən sonra kasıb və ağır vəziyyətdə olan bir qadın və 5 uşaq qoydu. Başsız qalan ailə birotaqlı evdə yaşayır və müxtəlif yollarla bir tikə çörəkpulu qazanmağa çalışırdılar. Yeva da belə bir vəziyyətdə Argentinanın zəngin ailələrindən biri ilə tanış oldu. O həmin ailədə gecə-gündüz çalışaraq ailəsini və özünü maddi cəhətdən təmin etməyə başladı. Atası rəhmətə gedəndə ailəyə cənazənin son mənzilə yola salınmasında iştirak etməyə icazə vermədilər. Bu, Evanı çox sarsıtmışdı. Ona görə də gənc Eva yaşadığı həyata nifrət etməyə başladı və baş verənlərin səbəbini cəmiyyətin varlılara və yoxsullara bölünməsində olduğu qənaətinə gəldi. Anası Evanı tezliklə ərə vermə və bununla da ailədə çörək yeyənlərin birinin sayını azaltmaq fikrində idi. Amma gənc Eva başqa şey haqda düşünürdü. O, məktəbdə göstərilən teatr tamaşalarında həvəslə iştirak edir, müxtəlif konsertlərdə şirin səslə oxuyurdu. Xüsusilə, kinodan çox xoşu gəlirdi və yaşadığı yerə göstərilməyə gətirilən bir kinonu belə buraxmamağa çalışırdı. Məktəbdə keçirilən tədbirlərdən birində millətçi bir rolda oynayan Eva gələcək həyatını teatra və kinoya həsr etməyi qərara aldı. Bunun üçün isə bircə yol vardı: Buenos-Ayresə getmək. O vaxt Evanın hələ 15 yaşı vardı. Amma o buna baxmayaraq, ailəsinin icazəsini almadan Buenos-Ayresə yola düşdü. Demək olar ki, yol pulu yox idi. Amma bu səfər uğursuz nəticələndi və o geriyə, anasının yanına dönməyə məcbur oldu. Amma atalar demişkən, damardan çıxacaq qanı saxlamaq mümkün olmaz. Eva da niyyətindən əl çəkmək fikrində deyildi. Ona görə də bu dəfə anası ilə birlikdə Buenos-Ayresə getdi. Bu dəfə o, anasının da yardımı ilə bir radioda işə düzələ bildi. Həmin dövrdə Buenos-Ayres Cənubi Amerikanın Parisi hesab edilirdi. Buenos-Ayresdə Eva ilk dəfə "Comedias" teatrında tamaşaya qoyulan "The Perezes Misses" adlı tamaşada bir rolda oynadı. Bu, onun qarşısında yeni üfüqlər açdı. Bir il sonra o, bu teatrla qastrol səfərinə çıxdı. Buna paralel olaraq, o, radioda səsləndirilən tamaşalarda da kiçik rollarda çıxış edirdi. Eva yavaş-yavaş Argentinada tanınmağa başlayırdı. Şöhrətinin artdığını görən bəzi şirkətlər ona müəyyən iş təklifləri edirdilər. Belə təkliflərdən birini qəbul edən Eva "Candilejas" adlı bir şirkətlə ölkənin əsas radiokanallarından olan "Radio El Mindo"da səsləndirilən radio tamaşalarında aparıcı rollarda çıxış etmək barədə anlaşma imzaladı. Bundan bir il sonra isə ölkədə çox populyar olan "Great Vomens of Histori"də ("Tarixin böyük qadınları) əsas rollarda çıxış etmək barədə "Radio Bekgrano" ilə 5 illik anlaşma imzaladı. Eva burada İngiltərə kraliçası I Yelizaveta və Rusiyanın son çariçasının rollarında çıxış etdi. Bu da həm radioya, həm də Evaya ölkədə böyük şöhrət gətirdi. 1943-cü ildə o artıq ayda 6 min peso qazanırdı ki, bu da o dövrdə olduqca yüksək maaş sayılırdı. Evanın kinoda çəkilməsi isə çox davam etmədi. Buna da səbəb onun çəkildiyi filmlərdən birində - "La Cabalgata del Crico"da baş rolda oynayan Libertad Lamargue oldu. Həmin filmdə Eva Libertad Lamarguenın oynadığı yaşlı qadına qarşı düşmənçilik edən adi kəndli qızı rolunu oynayırdı. Fasilə zamanı Eva yoldaşları ilə yemək yeyəndə Lamargue də oraya gəlib çıxdı. Eva onu süfrəyə dəvət edəndə Lamargue: "Mən öz təbəqəmdən olan insanlarla oturub yemək yeyəcəyəm", - deyərək onun təklifini rədd etdi. Bu təhqiri Eva ömrünün sonuna kimi unutmadı. O sonralar Argentinanın birinci xanımı olanda Lamargueyi qara siyahısına salaraq, onu təqib etdirdi. Nəticədə, Lamargue Argentinanı tərk edərək Meksikaya qaçmağa və orada yaşamağa məcbur oldu. Juan Peron ilə tanışlıq və...

Evanın həyatında ən böyük dönüş onun Xuan Peron ilə tanışlığı oldu. Peron 30-cu illərdə hərbi xidmətdə idi. O, Çilidəki Argentina səfirliyində hərbi attaşe olmuş, işi ilə bağlı uzun illər Avropada da yaşamışdı. Argentinaya qayıdanda o artıq gələcəkdə Avropanın kommunizm ilə faşizm arasında seçim etməyə məcbur olacağı qənaətində idi.

1944-cü il, yanvar ayının 15-də Argentinanın San Xuan şəhərində güclü zəlzələ oldu. Bu zəlzələ 6 mindən artıq adamın həyatına son qoydu. Həmin zəlzələ zamanı Peron əmək naziri vəzifəsini həyata keçirirdi. Zəlzələdən zərər çəkənlərə kömək məqsədi ilə Peron bir yardım fondu qurdu və bütün sənət adamlarına, o cümlədən imkanlı şəxslərə bu fonda yardım etmələri üçün müraciət etdi. Eva ilk dəfə də Xuanla bu yardım fondu ilə bağlı keçirilən kampaniya zamanı tanış oldu. Sonralar Eva Peronla tanış olduğu gecəni fövqəladə bir hadisə kimi dəyərləndirmişdi. Peron isə Eva ilə görüşdən çox təsirləndiyini söyləmişdi. Bir müddətdən sonra onlar birlikdə yaşamağa başladılar. Bu isə ölkədə sənətçiləri aşağı sinif hesab edən Argentinanın ali təbəqələrində böyük hay-küyə səbəb oldu. Çünki Peron heç nədən və heç kimdən çəkinmədən Evanı özü ilə Nazirlər Kabinetinin toplantılarına aparır və onu yanında oturdurdu. Bunu isə elita həzm edə bilmirdi. Evanı Nazirlər Kabinetinin toplantılarına aparması Xuana baha başa gəldi. Ona növbəti hərbi rütbə verməkdən imtina etdilər. Bunu görən Xuan Eva ilə evlənmək qərarına gəldi. Bu evlilik onları xoşbəxtlərin xoşbəxti etmişdi. Evanın möhkəm hafizəsi vardı və o, siyasətlə bağlı söylənilənləri olduğu kimi yaddaşına həkk edir və yeri gələndə deyilənləri nöqtə-vergülünə qədər qarşısındakına xatırladırdı. Sonralar Xuan Evanı belə xatırlamışdı: "Eva Duarteyi bilərəkdən uşağım kimi qəbul etdim və onda ikinci mən yaratdım" O "uşağım" deməklə Evanın özündən 24 yaş balaca olmasına işarə vururdu. Doğrudan da, onlar evlənərkən Evanın 24, Xuanın isə 48 yaşı vardı. Bir müddət Eva ərinin təbliğatçısı kimi çıxış etdi. O, radiodakı çıxışlarında Xuan Peronun uğurlarını teatrlaşdırılmış şəkildə dinləyicilərə çatdırırdı. Bu da Evanın vasitəsi ilə Xuanın daha da şöhrət qazanmasına və onun müdafiə naziri vəzifəsinə yüksəlməsi ilə nəticələndi. Amma Xuanın müdaifə naziri olması onun həbsə gedən yolunu açdı. Peronun simasında güclü rəqibini görən əleyhdarları onun vəzifəsindən götürülməsinə və həbsə atılmasına nail oldular. Lakin xalq içində ər-arvadın nüfuzu o qədər çox idi ki, onlar xilas yolunu Peron-Eva cütlüyündə görürdülər. Ona görə də xalq ayağa qalxaraq küçələrə töküldü və Peronun dərhal azad edilməsini tələb etdi. Nəticədə, hökumət Peronu həbsdən azad etməyə məcbur oldu. Azadlığa çıxan Xuan Peron parlamentin binası qarşısındakı balkondan oraya yığılan on minlərlə insanı salamlayarkən Eva da məğrur bir görkəmdə onun yanında dayanmışdı.

Fikirləri

  • Atəşə atəşlə, ölümə ölümlə cavab verilməlidir.
  • Əgər bu gün bizdən bir nəfər ölərsə, sabah onlardan 5 nəfər ölməlidir.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.