Yetim Eyvaz

Yetim Eyvaz (tam adı Eyvaz Qurbanov; 26 fevral 1952, Qalaaltı, Siyəzən rayonu23 iyul 2017, Qalaaltı, Siyəzən rayonu) — Azərbaycanlı şair.[1]

Yetim Eyvaz
Eyvaz Qurbanov
Təxəllüsü Yetim Eyvaz
Doğum tarixi
Doğum yeri
Vəfat tarixi (65 yaşında)
Vəfat yeri
Vəfat səbəbi tromboemboliya xəstəliyi
Dəfn yeri
Milliyyəti Azərbaycanlı
Fəaliyyəti 2006 – 2017
Əsərlərinin dili Azərbaycan dili
İlk əsəri "Yaz yağışı" şeiri

Həyatı

Eyvaz Qurbanov 26 fevral 1952-ci ildə Siyəzən rayonunda anadan olmuşdur.[2] Siyəzən şəhər Cəfər Cabbarlı adına 1 nömrəli məktəbdə oxuyub. 10 ildən sonra hərbi xidmətə gedib. 21 il sürücü işləyib.

1996-cı ilə kimi çox yaxşı yaşayıb, amma 1996–2006-cı illərdə pul qazanmaq üçün hər əziyyətə qatlaşıb. Odun doğrayıb satıb, sürücülük edirdi. 2006-cı ildə Youtube-da "Yaz yağışı" şeiri ilə populyarlıq qazanıb.[1] Şeir yazmağa 15 yaşında başlamışdır. Öz dediyinə görə, bu günə qədər 2423 şeir yazmışdı, Ümumiyyətlə, onun yazdığı və toylarda söylədiyi musiqili şeirlər böyük şöhrət qazanmış və onu xalqa sevdirmişdi. Eyvaz Qurbanovun 2 qızı və 2 oğlu var idi.

Tromb xəstəliyindən əziyyət çəkən şair 23 iyul 2017-ci ildə 65 yaşında vəfat etmişdir. Doğma kəndində dəfn olunub.[3]

İstinadlar

  1. Yetim Eyvaz: "Sağıcısı deputat, mollası alkaş…"
  2. "Yetim Eyvaz: "Məni inək doğmayıb"- MÜSAHİBƏ"". 2011-07-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-06-12.
  3. "Yetim Eyvaz vəfat etdi". 2018-08-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-07-23.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.