Yessentuki

YessentukiRusiya Federasiyasında yerləşən şəhər. Stavropol diyarına daxildir.

Bu məqalə Yessentuki şəhəri haqqındadır. Mineral su üçün Yessentuki (mineral su) səhifəsinə baxın.
Yessentuki
Bayraq Gerb[d]
Bayraq Gerb[d]
44°02′35″ şm. e. 42°51′52″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Əsası qoyulub 1825
Sahəsi
  • 50 km²
Mərkəzin hündürlüyü 640 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 113.056 nəf. (2020)[3]
Rəqəmsal identifikatorlar
Telefon kodu +7 87934
Poçt indeksi 357601
Digər
adm-essentuki.ru
Yessentuki xəritədə
Yessentuki
Yessentuki
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi

Müasir Yessentuki kurort şəhəri kimi məşhurdur. Şimali Qafqazda Stavropol ölkəsində Esentuk çayının üzərində yerləşir. Mineral mədənləri ilə məşhurdur. Şəhərin kənarında Tambukan gölündən palçıq müalicəsində istifadə edirlər. Qədim türkcə əsənduk (esenluk, esenlik) "sağlıq, sağlamlıq, xoşbəxtlik" deməkdir. (Radlov, 874; Malov, 316) "Esendük~ esenduk" noqay dilində də sağlamlıq deməkdir.1. Həqiqətən vurğunun da sözün sonuncudan əvvəlki hecaya düşməsi (sondakı u saf hecası onun yunan dilinə məxsus söz sayılması kimi saxta mülahizəyə dayaq durur) şəhərin adının mənşəcə təmiz türk sözü olması fikrinə inamı artırır. Türk dillərində, o cümlədən dilimizin qədim qatlarında sağlıq, sağ-salamat olmaq (Əgər sağdır, əsəndir, axşam olmadın genə mən sana gəlürəm; Ordım sağ-əsən degil isə başınıza çarə edin (KDQ) mənasında istifadə olunmuşdur. Habelə Esenbaev, Yesenin soyadlarının əsasında esen "sağ-salamat, təmiz, etibarlı" sözü durur. Həmin mənada yer adlarının əmələ gəlməsində də rol oynamışdır : Əsən (Tatarıstan), Esen Tobe (Qazaxıstan), Esen Boğa (Türkiyə), Əsənlər (Azərbaycan) və s. kimi. 1798-ci ildə Esenduk kəndi rus qoşunları tərəfindən işğal olundu və hərbi qala kimi möhkəmləndirilən kazak keşikçi məntəqəsinə çevrildi.2. XIX əsrin 30-cu illərində şəhərə çevrilsə də, yalnız əsrin II yarısından ondan kütləvi şəkildə kurort kimi istifadə edilməyə başlandı. Şəhərin qədim mərkəz hissəsində məntəqənin kazak stanitsası çağından qalma kənd tipli evlər saxlanmılmaqdadır. 1917-ci ildə rəsmi şəhər statusu almışdır. Esenduk istila olinduqdan az sonra məşhur həkim Qaaz (1780-1853) buralara gəlir. Bir az əvvəl o, Dəmir Su mədənlərini (müasir Jeleznovodsk) öyrənmişdi. Həkim Qaaz öz nəcibliyi, mərhəməti, şəfqəti ilə məşhur idi. "Xeyirxahlıq etməyə tələsin" onun devizi idi. Onu bu möcüzə çayın sahillərinə yerli nüfuzlu bir şəxs olan İsmayıl bəy müşayiət edirdi. Ismayıl bəy Atajukini sonralar Lermontov "İzmail bey" poemasında tərənnüm edib. Bu igid gəncliyində rus ordusunda xidmətə alınmış, İsmayıl qalasının zəbt olunmasında iştirak etmiş, sonra ahıl çağlarında isə peşimanlıq çəkərək gizli-gizli yerlilərinin milli azadlıq mübarizəsində onlara kömək etmişdi. Esenduk ətrafında Qızıl Orda əyanları dəfn olunmuş qədim mavzoley aşkar edilmişdir. Ərəb səyyahı ibn Bətutə (1304-1377) 1334-cü ildə Şimali Qafqazı səyahət edərkən burada bərqərar olan Orda hakimiyyətini nəzərdə tutaraq yazırdı ki, Majar şəhərindən Bişdaq məntəqəsinə sultanın iqamətgahına getdim. Qərargah Qızıl Orda yaşayış məntəqəsinin mərkəzində idi. İbn Bətutə Özbək xanın yay iqamətgahından və məscid- məbəddən söz açır. Esenduk adının vaxtilə bu torpaqların hakimi olmuş Esen adlı şəxslə əlaqədar adlandığını söyləyənlər də var. Bir də ola bilsin ki, adın tərkibindəki tuk "tuğ" bayraq mənasında söz kimi bu şərəfli adın yaranmasında rol oynamışdır.3. Lakin şəhərin adının sağlamlıq, sağlıq mənasını ifadə etdiyi fikri daha çox yayılmışdır. Hər halda, şəhərin türk adını Yessentuki şəklində yunanlaşdırmaqla bu torpaqların tarixi də bilərəkdən saxtalaşdırılmışdır.

Mənbə

  • Minaxanım Təkləli. Türk kitabı. Unudulan tarix.Dəyişdirilən adlarBakı, Nurlar, 2009, səh.94-95

İstinadlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.