Yerusəlimli Sofroni

Sofroni (560[1][2][…], Dəməşq, Finikiya[d]11 mart 638, Qüds; yun. Σωφρόνιος), həmçinin Sofist Sofroni[3]Yerusəlim patriarxı.[4] O, şərqi pravoslavRoma-Katolik kilsələrində müqəddəs kimi xatırlanır. O, Yerusəlim yeparxiyasında vəzifəyə yüksəlməzdən əvvəl keşiş və ilahiyyətçi, eləcə də İsa Məsihin mahiyyəti və iradəli hərəkətləri barədə doktrinalı mübahisələrdə ortodoksal tədrisin öncüllərindən idi.

Yerusəlimli Sofroni
yun. Σωφρόνιος Α΄ Ιεροσολύμων
Rütbə Yerusəlim patriarxı
Doğum tarixi 560[1][2][…]
Doğum yeri
Vəfat tarixi 11 mart 638
Vəfat yeri
Rahiblik adı Sofist Sofroni
Qeyd edilir 24 mart (11 mart)
Müqəddəslik dərəcəsi Yerusəlim patriarxı
Xatirə günü 11 mart
Rəmzləri yepiskopal paltarlar, əhdi-cədid
Əsərləri teoloji, haqioqrafik və himnoqrafik əsərlər
Özünütəsdiq fəaliyyəti monoenerjizm ilə mübarizə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Sofroni təqribən 560-cı ildə Dəməşq şəhərində anadan olmuşdur.[5] O, həm Bizans yunanı,[6] həm də Suriya əsilli olduğunu irəli sürmüşdür.[7] Ritorika müəllimi olan Sofroni təxminən 580-ci ildə Misirdə zahid olmuş və sonra Betlehəm yaxınlığındakı Böyük Feodosiya monastırına daxil olmuşdur.[4]

O, özünü "Ruhani çəmənlik" adında dindar həyat haqqındakı əsərinə həsr etmiş Bizans salnaməçisi Müqəddəs İoann Mosxa yoldaşlıq edərək Kiçik Asiya, Misir və Romadakı monastır mərkəzlərinə səyahət etmişdir.[8][lower-alpha 1] Mosxun 619-cu ildə Roma şəhərində vəfat etməsindən sonra Sofroni onun cənazəsini monastırda dəfn etmək üçün Yerusəlim şəhərinə aparmışdır. O, müvafiq patriarxları monoenerjizmdən imtina etməsinə inandırmaq üçün 633-cü ildə Misir İsgəndəriyyəsinəKonstantinopola səyahət etmişdir. Monoenerjizm Məsihin tək və ilahi enerjiyə malik olduğu fikrini müdafiə edən qeyri-ortodoksal bir doktrinadır. Sofroninin İkinci Konstantinopol Şurası üçün bu mövzuda yazdığı geniş sinodal məktub bu günə gəlib çatmamışdır.

Patriarx olması

Sofroni monoenerjizmi qınamaq tapşırığında uğursuz olsa da, 634-cü ildə Yerusəlimin patriarxı seçilmişdir. Taxta oturduqdan bir müddət sonra Roma papası I Honoriyə və Şərq patriarxlarına monoenerjizmdən fərqli olaraq, Məsihin iki təbiəti – insanlıq və ilahilik ortoksal inancını izah edən bir sinodik məktub göndərmişdir. Sofroni monoenerjizmi Məsihin sadəcə ilahi təbiətə malik olduğunu qəbul edən monofizitizmin daha ağlabatan növü kimi görürdü.[9] Bundan savayı, o, Məsihin həm insana aid, həm də ilahi şüura sahib olduğunu qoruyan xristian diofelitizminin tərəfində olan erkən kilsə atalarının 600-ə yaxın əsərini bir antologiyada toplamışdır.

Sofroni ərəblərin Yerusəlimi ələ keçirməsindən çox keçməmiş, 638-ci ildə vəfat etmişdir

Qeydlər

  1. Yerusəlimli Sofroninin qeyd edilmə günü İoann Mosx ilə eynidir: 24 mart (11 mart).

Mənbə

İstinadlar

  1. svetnik Sophronius // CONOR.SI.
  2. Hierosolymitanus Sophronius // CERL Thesaurus (ing.). Consortium of European Research Libraries.
  3. John F. Matthews, "Sophronius, ‘the Sophist’," in Simon Hornblower, Antony Spawforth and Esther Eidinow (eds.), The Oxford Classical Dictionary, 4th ed. (Oxford University Press, 2012). ISBN 9780191735257
  4. Wikisource Kisholm, Hyu, redaktor Sophronius // Britannika Ensiklopediyası. 25 (XI). Cambridge University Press. 1911. səh. 429.
  5. ""St. Sophronius the Patriarch of Jerusalem", Orthodox Church in America". 2018-06-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-05.
  6. Hugh Kennedy. The Great Arab Conquests: How the Spread of Islam Changed the World We Live In. Da Capo Press, Philadelphia, PA: 2007. Page 90. Accessed August 8, 2016.
  7. Donald E. Wagner. Dying in the Land of Promise: Palestine and Palestinian Christianity from Pentecost to 2000
  8. Arxivləşdirilib 2016-03-03 at the Wayback Machine "Orthodox Holiness Around the Church Year with St John John Moschos - March 11", Retrieved 2011-09-13
  9. (es) Arfuch, Diego E., "Confesar a Cristo, San Sofronio patriarca de Jerusalén y el debate monoenergista en la Epístola Sinodal", dans "Estudios trinitarios", 2014, vol. 48, n. 1.2, p. 161-233; 2a pars , 48, n 3, p. 479-548.

Ədəbiyyat

  • D. Woods, 'The 60 Martyrs of Gaza and the Martyrdom of Bishop Sophronius of Jerusalem’, ARAM Periodical 15 (2003), 129–50. Reprinted in M. Bonner (ed.), Arab-Byzantine Relations in Early Islamic Times (Aldershot, 2005), 429–50.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.