Yerin tarixi
Yerin tarixi dedikdə Yer planetinin yarandığı andan müasir dövrə qədər keçdiyi mərhələlər (eon, era, dövr, epoxa) və bu mərhələrədə müşahidə olunan əsas dəyişikliklər nəzərdə tutulur[1]. Tarix boyu Yer planeti və onun üzərindəki həyat vahid bir orqanizm kimi inkişaf edib. Yerin həm daxilində, həm də səthində baş vermiş bütün proses və hadisələr həmişə bir- birilə sıx əlaqədə olmuşdur.
"Geoloji zaman" anlayışını ilk dəfə kim tərəfindən işlədildiyini demək çətindir. Amma süxurların əmələ gəlməsi barədə " tez" və "gec" anlayışlarını ilk dəfə olaraq, danimarkalı alim Nils Steno işlətmişdir. Steno 1669-cu ildə dərc olunmuş "Prodramus" adlı geloji-tarixi əsərində belə bir prinsip formlaşdırmışdır: "Üstdə yatan lay altda yatan laydan gec əmələ gəmişdir". Ümumiyyətlə, Steno tərəfindən aşkar olunmuş qanunauyğunluq sonradan stratiqrafiyada dörd əsas prinsipi adını almışdır.[2]
Yer planeti təxminən 4,6 mlyar il bundan əvvəl əmələ gəlmişdir. O vaxt o, nə daxili quruluşuna, nə də xarici görünüşünə görə müasir Yerə oxşamırdı. Onun daxili hələ hazırda olduğu kimi, dairəvi laylara, qatlara — geosferlərə bölünməmişdir; Yer kürəsinin səthi isə hələ bizim indi gördüyümüz dağlı, dərəli, çaylı, dənizli relyefə malik deyildi. O, ümumdünya cazibə qüvvəsinin təsirilə müxtəlif ölçülü və tərkibli kosmik cisimlərdən toplanaraq (akkresiya), böyük bir kürə şəklinə düşmüşdür.[3]
Planetimiz formalaşdığı andan onda həm geoloji, həm də bioloji dəyişikliklər mütəmadi baş verirdi. Orqanizimlər durmadan inkişaf edir, yeni formalar meydana gəlir və ya kütləvi qırılmalarla əvəzlənirək planetin forması daima dəyişilirdi. Tektonik proseslər materik və okeanların formalaşmasında əsas rol oynayır, canlıar üçün isə sığınacaq məkanı formalaşdırırdı.
Geoxronoloji cədvəl
XIX əsrin birinci rübündə üzvü aləmin müvəffəqiyyətlə öyrənilməsi geologiya elminin yüksək inkişaf üçün zəmin yaratdı. Məhz o zaman Yerin tarixi era, düvr, epoxa və əsrlərə bölündü. Bunların toplusu- geoloji zamanı əks etdirən geoxronoloji şkala tərtib olundu. Canlı aləmin və yerin qabığının inkişaf mərhələləri geoxronoloji şkalanın əsasını təşkil edir[4]. Geoxronoloji şkalanın vahidlərini eon, era, dövr, epoxa və əsrlər təşkil edir. Onlar geoloji xəritələr üzərində müxtəlif rəngdə göstərilir. İlk dəfə bunu alman şairi və təbiətşünası İohann Volfqanq Göte təklif etmişdir. Bu təklif 1881-ci ildə Boloniyada keçirilən Beynəlxalq Geoloji Konqresin II sessiyasında qəbul edilmişdir[5]. Yerin inkişaf tarixinin ilk mərəhələsi kriptozoy (yunanca kriptos — gizli, zoye — həyat), yəni gizli həyat zamanı adlandırılmışdır. Mineral skeletli orqanızmlərin meydana gəlməsilə bərabər, Yerin inkişaf tarixinin fanerozoy (aydın həyat zamanı) başlanır. Kriptozoyda iki iri bölmə — arxezoy, yaxud arxey (ən qədim həyat zamanı) və proterozoy (sadə həyat zamanı) ayrılır. Fanerozoy üç eraya bölünür: paleozoy (qədim həyat erası), mezozoy (orta həyat erası), kaynazoy (yeni həyat erası).
Dövürlərin adlandırılmasında heç bir prinsip olmayıb. Onlardan bəziləri həmin dövrdə daha çox toplanmış süxurların adı ilə (daş kömür, təbaşir), digərləri ilk dəfə öyrənildiyi və daha çox yayıldığı ərazinin adı (Perm, Yura), yaxud həmin ərazidə yaşamış qədim xalqların adı ilə (ordaoviklər və silurlar Uelsin qədim əhalisinin adıdır) və s. adlandırılmışdır. Kaynazoy erasının paleogen və neogen dövrlərinin adları (yunanca paleos — qədim, neos — yeni, genos — yaranma) həmin dövrlərdə yaranmış canlı aləmin indikinə yaxın olmasına işarə olaraq qoyulmuşdur. Nəhayət, ilk insanın əmələ gəldiyi və bizim də indi yaşadığımız antropogen dövrünün adı insanın (yunanca antropos — insan) adından götürülmüşdür[6]
Geoxronoloji tədqiqatlar geologiya elminin bütün sahələrinin əsası, təməlidir. Bu tədqiqatlar aparılmadan, yəni süxurların yaşını təyin etmədən nə geoloji xəritələr tərtib olunar, nə də planetimizin geoloji inkişaf tarixi öyrənilə bilərdi.
Mütləq yaş
Geoloji vaxtın ölçülməsi, onun mütləq zaman vahidlərlə ifadə olunması XX əsrin əvvəllərində radioaktivlik, yəni bəzi kimyəvi elementlərin parçalanması prosesi, kəşf olunduqdan sonra (1896) mümkün olmuşdur. İlk geoloji vaxt şkalası 1938-ci ildə dərc olunmuşdur[7]
Mütləq yaş metodları üçün müxtəlif elemetlər cütlüyündən istifadə olunur. Məsələn, 40K və 40Ar (kalium- arqon metodu), 238U və 206Pb (uran — qurğuşun metodu), 14C və 12C (radiokarbon metodu) və s. Radioaktiv izotopun yarımparçalanma dövrü az olduqca süxurun yaşı daha yüksək dəqiqliklə təyin edilir. Ona görə də ən dəqiq mütləq yaş radiokarbon metodu ilə alınır, belə ki,14C izotopunun yarımparçalanma dövrü 5768 ildir. Bu metodla 60.000 ilə qədər olan mütləq yaş təyin edilir.
Kalium- arqon (yarımparçalanma dövrü 1,32 106) və uran-qurğuşun (yarımparçalanma dövrü 4,51 106) metodları vasitəsilə daha qədim süxurların və ya geoloji proseslərin yaşı təyin edilir. Bu üsüllardan əlavə həm də trek metoduda mövcuddur[8]
Paleontologiya
Paleontologiya adı üç yunan sözündən əmələ gəlmişdir: "paleos" — qədim, "ontos" — mövcud olan varlıq, "logos" — söz, elm. Paleontologiya elminin banisi dahi fransız alim Jorj Küvye olmuşdur. O, Normandiyada dəniz sahillərində canlı molyuskaları tədqiq etmiş, sonra sahil yanı çıxışlarda topladığı qazıntı qalıqlarını onlarla müqayisə etmişdir. Küvye Parisdə Kral Nəbatat Bağının nəzdində olan Təbiət Tarixi Muzeyində çalışmış, orada məşhur Monmartr təpələyidə işlənən gips yatağından toplanmış onurğalı heyvan sümüklərinin kolleksiyasını tədqiq etmişdir. Küvye biologiya elminin əsas qanunlarından biri — orqanların uzlaşması(müqayisəsi) qanunun kəşf etmişdir: " Hər bir varlq özünün istənilən hissəsinin qərığından tanına bilər".[9]
Palentologiya elminin bir qolu — qədim bitki qalıqlarını öyrənən elm paleobotanika elmidir. Sopr və tozcuq qalıqlarını palinologiya(yunaca "paline" — narın toz) elmi öyrənir.[10] Bəzən milyon illər bundan əvvəl ölmüş orqanızimin heç bir qalığı qalmasa da, süxur içərisində onun həyat fəliyyətinin izləri qalır. Alimlər bu izləri tədqiq edərək, orqanizmin quruluşu, ətraf mühitlə əlaqəsi barədə məlumat əldə edə bilirlər. Palentologiyanın bu bölməsi paleoixnologiya (yunanca "ixnos" -iz) adlanır.[11] Orqanizm qalqlarınında xüsusi toplanma qaydaları var. Canlı orqanizmin biosferdən litosferə keçməsi, yəni təbii basdırılma zamanı xüsusi proseslər gedir. Bu prosesləri ayrıca bir elm — tafonomiya (yunanca "tafos" — qəbir) elmi öyrənir. Onun əsasını rus palentoloqu və yazşçısı İ. A. Yefremov qoymuşdur.[6]
XX əsrin I rübündən başlayaraq, qırılmış orqanızmlərin həyat tərzi və həyat şəraiti öyrənilməyə başlanıldı. Elmin bu sahəsi paleoekologiya (yunanca " oykos" -ev, yaşayış məskəni) adlanır.
Günəş sisteminin yaranması
Günəş sisteminin mənşəyi, tərkibi, quruluşu haqqında ilk elmi fərziyyələr bizim eramızından əvvəl yaranmağa başlamışdır. Günəş sisteminin quruluşu haqqında ilk fərziyyəni eramızın II əsrində yaşamış Ptolomey irəli sürmüşdür. Özünün "Astronomiyanın böyük riyazi quruluşu" əsərində o bütün planetlərin yerin ətrafında dairə üzrə hərəkət etdiyini göstərmişdir və beləliklə də geosentruk nəzəriyyənın əsasını qoymuşdur. Bundan sonra 1543-cü ildə polşalı alim Nikolay Kopernik "Göy cisimlərinin fırlanması əsərində" ilk dəfə olaraq heliosentrik nəzəriyyəni irəli sürmüşdür. Bu nəzəriyyəyə görə yer də daxil olmaqla, bütün planetlər günəş ətrafında hərəkət edirlər. Bu nəzəriyyəni ilk müdafiə edənlərdən biri də italyan alimi Jordano Bruno olmuşdur (1548–1600). Heliosentrik nəzəriyyə öz təsdiqini Qalileo Qalileyin (1564–1642) teleskopunun tətbiqi ilə tapdı alman alimi İohann Kepler planetlərin hərəkətinin dəqiq sxemini tərtib etdi. İsaak Nyuton (1643–1720) isə ümumdünya cazibə qüvvəsini kəsf etməklə, planetlərin günəş ətrafında hərəkətinin mexanizmini açmışdır.[12]
Məhz bu dövrlərdə Günəş sisteminə daxil olan planetlərin və Günəşin yaranması haqqında çoxlu kosmoqonik fərziyyələr yaranmağa başladı.[13] Bu fərziyyələri məzmununa görə II qrupa bölmək olar: I fərziyyənin tərəfdarlarının fikrinə görə günəş və günəş sisteminə daxil olan planetlər təqribən 4,5 – 5 milyard il bundan əvvəl qızmar kosmik qaz və toz dumanlığından əmələ gəlmişdir. Bu fikrin tərəfdarlarının şırasına qızmar dumanlıq nəzəriyyəsinin banisi olan İmmanuel Kant və isti kosmik dumanlıqlar nəzəriyyəsinin davamçısı olan Pyer Simon Laplas aiddir.
Bu fərziyyəyə görə qızmış kosmik qaz və toz dumanlığı tərkibində ümumdünya cazibə qüvvəsinin təsiri ilə baş verən xaotik hərəkət nəticəsində maddi hissələrin ifrat həddə qədər cəmləşməsi baş vermişdir. Bu hərəkətin mərkəzində daha böyük çəki və kütləyə malik olan günəş, onun ətrafında isə qızmar atmosferdəki maddələrdən yaranan planetlər və digər səma cisimlərini təşkil edən maddələrin sıxlıqlarının artırması və yaranan qarşılıqlı mərkəzə qaçma və mərkəzdən qaçma təcillərinin təsiri ilə onlalr günəş ətrafında öz müasir mövqeylərini almışlar. II kosmoqonik fərziyyənin tərəfdarlarının fikrinə görə günəş sisteminə daxil olan planetlər günəşdən xeyli sonra təqribən 6–7 (5–6) milyard il bundan əvvəl günəş yaxınlığındakı soyuq kosmik qaz və toz dumanlığında baş verən nizamlı ləng, hərəkət nəticəsində günəş sisteminə daxil olan planetlər, o, cümlədən də Yer kürəsi əmələ gəlmişdir.[14]
Yerin geoloji dövrdən əvvəlki tarixi
Yerin inkişafının geoloji dövürdən əvvəlki mərhələ deyilən ilk mərhələsində soyuyan planetin səthində nazik bazalt qabığı əmələ gəlmişdir. Onu ay qabığı adlandırdılar. Planetin relyefini vulkanik proseslər yaratmışdır. Yerdə eni 60 km olan vulkanik qalxmalar, partlayışlar, partlayış qıfları, lava axınları geniş vüsət almışdır. Yerüzərində hələ platformalar və geosinkilinallar olmamışdır. Bazalt qabığın səthində temperatur 100 °C-dən yüksək idi, su ancaq buxar halında havada vardı. Fiziki aşınma intensiv gedirdi, aşınma materialları yalnız külək vasitəsilə kiçik məsafələrə aparılırdı.[15]
İlk materik qabığının yeri məlum deyildi. Yer təbəqələrinin əmələ gəlməsini öyrəndikdə biz gördük ki, mantiyanın differensiasiyası hər yerdə eynilə getməmişdir. Yerin bir tərəfində ağır metallar enmiş və Böyük okean meydana gəlmişdir, əks tərəfdə isə silikat süxurlar qalxmış və materiki əmələ gətirmişdir. Bazalt qabıq artıq geoloji dövrdə materik qabığına və okean qabığına differensiasiya olunmağa başlamışdır.[16]
Yerin geoloji tarixi
Yerin səthi soyuyaraq temperatur 100 °C-dən aşağı düşdükdən və su maye fazaya keçdikdən sonra planetin geoloji tarixi başlamışdır. Okeanların əmələgəlməsilə rütubət dövranı olmuş, materiklərdə axar sular meydana gəlmiş və relyef əmələ gətirən proseslərin ən mürəkkəblərindən biri- denudasiya inkişaf etmişdir. Atmosfer, hidrosfer və litosferin qarşılıqlı təsirləri elə xarakter almışdır ki, materiklərin Yer qabığının inkişafı geosinkinal mərhələyə keçmişdir.[17]
Vulkanik proseslərlə yaranmış çökəkliklərdə çökmə süxurlar toplanmışdır. Çökmə süxur qabığı qalınlaşdıqca bazalt qabığı aşağıya basılmış və çökmə qat yüksək temperatur hakim olan dərinliyə çatmışdır. Həm yüksək temperaturun, həm də yuxarı qalxan qazlı və duru məhlulların təsiri ilə yumşaq maddələr metomorfizləşib kristallik kütləyə, əsasən qranit və qranit-qneys tipli kütləyə çevrilmişdir. Qranitlərin genezisi məsələsi mübahisəlidir: bəziləri onları intruziv süxur, başqaları isə metamorfik süxur hesab edir. Qaranit təbəqə yalnız materiklərdə mövcuddur. Okeanların dibində qranit yoxdur (və ya müəyyən olunmamışdır). Bu, onun əmələgəlməsində ekzogen, deməli, həm də biogen proseslərin iştirak etməsinə sübutdur.[18]
Çökmə süxurların aşınması və əmələgəlməsi bir çox hallarda canlıların fəaliyyəti ilə müəyyən olunur. Atmosferdə və hidrosferdə sərbəst oksigenin olması oksidləşmə proseslərini təmin edir. Bakteriyalar oksidləşdirmə-reduksiya proseslərini həyata keçirir. Orqanizimlər Yer qabığında geniş yayılmış bir çox elementin (C,O,N,Ca,K,Si,P,S,Fe,Cu,Na və s.) miqrasiya və akkumuliyasında fəal iştirak edir.[15]
Katarxey və Arxey
Katarxey ilk geloji eon hesab olunur. Katarxey digər eonlardan fərqli olaraq eralara bölünmür və rəsmi olaraq bu eona aid süxurlar məlum deyil.[19][20] 3,5 – 4 mlrd. il əvvəli əhatə edir. Bu mərhələdə qranit və bazalt qatlarından ibarət olan ilk materik tipli yer qabığı əmələ gəlmişdir. Geoloqların yekdil fikirlərinə görə Yer planeti 4 milyard il əvvəl yetərincə geoloji baxımdan sakit idi, həm quru həm də, okean əraziləri. Arxey erasında quru və dənizlərin paylanması indikindən fərqli idi. Ümumiyyətlə, Yerin üzərinə səpələnmiş çox da böyük adacıqları, çətin ki, quru adlandırmaq olardı. "Nə quru, nə dəniz" — alimlər Arxeyin yer landşaftını belə xarakter edirlər. Nəhəng qabarma və çəkilmələr daim yüz kilometrlərlə məsafədə dənizin dibini açırdı və həmçinin yerin üzərindəki çox da hündür olmayan təpələr dayaz su ilə örtülürdü.[21] Arxeydə bakteriyalar planetin yeganə sahibi idilər. Onların həyat fəaliyyətlərinin izlərinə (stromatolitlər) hər yerdə rast gəlinir.[22]
İlkin Atmosfer
Yer qabığı formalaşan vaxtda atmosfer də inkişaf etməyə başladı. Protoplanet buludundan hidrogen və helium olduğundan, ilk atmosferi onlar təşkil edirdi. İlkin atmosfer Yerdən törınməmişdir, Yer onu ancaq saxlayırdı. Mantiya qızmağa, daxilində ərimə prosesi getməyə və qazsızlaşmaya başlayan zaman Yer öz atmosferini yaratdı. Onun tərkibində vulkanların püskürməsindən daxil olan karbon qazı əsas yer tuturdu. Hidrogen və helium yüngül olduqlarından yayılmışdı. Atmosferdə sərbəst oksigen yox idi. Ultrabənövşəyi şüaların təsiri altında CO2 və H2O parçalanır, O2 molekulları dərhal mineralların oksidləşməsinə sərf olunurdu. Mantiyanın qazsızlaşması nəticəsində Yer səthində su buxarı əmələ gəldi. Yer sıx atmosfer örtüyü və Günəşin mülayim qızdırması şəraitində su buxarı kondensasiya olaraq Yer qabığının məsamələrini doydurdu. Tədricən okeanlar və qurunun səthində su əmələ gəldi.[23]
Arxey erası vaxtı Yer tamamilə müasir planetdən fərqlənirdi. Atmosferin yarıdan çoxunu karbon qazı təşkil edirdi, qalan hissəni isə hidrogen-sulfid, azot, ammonyak, sulfit qazı, su buxarı və müxtəlif turşulardan ibarət idi.[24] Onda Cünəşin işıqlılığı bizim günlərə nisbətən 18 % aşağı idi. Yerin üstü və atmosfer daha çox qızırdı. Bununda səbəbi parnik effektində idi: çox yüksək dərəcədə karbon qazı toplandığından yer səthindən istilik kosmik məkana keçə bilmirdi. Atmosferin alt laylarında temperatur + 50 °C-dən çox idi. Yerdə, subtropik və tropik enliklərdə isə 20°-25 °C-yə yaxın idi.[25]
Qaz | Həyat meydana gələnə qədər | Həyat meydana gəldikdən sonra[25] |
---|---|---|
Karbon qazı (CO2) | Yüksək faizdə | 0,3 % |
Azot (N2) | Məlum deyil | 99 % |
Oksigen (O2) | Yoxdur | 1 ppm (1•10−6) |
Metan (CH4) | Yoxdur | 100 ppm |
Hidrogen (H2) | Az miqdarda | 1 ppm |
Ayın meydana gəlməsi
Baxmayaraq ki, Ay Yerə ən yaxın fəza cisimidir, ancaq onun yaranması barədə hələdə yekdil bir fikir yoxdur. Müasir dövürdə daha çox 5 əsas nəzəriyyə Ayın meydana gəlməsini izah etmək istəyir. Hər bir nəzəriyyənində müsbət və mənfi cəhətləri var.
1) Nəhəng toqquşma nəzəriyyəsi — Ən populyar nəzəriyyələrdən biri olub, Ayın toqquşma nəticəsində meydana gəlməsini göstərir. 4,4 milyard il bundan öncə yeni formalaşmaqda olan Yer onun orbitində Laqranj nöqtəsində meydana gəlmiş başqa bir göy cisimi ilə toqquşur. Qeyri-rəsmi olaraq Teiya planeti adalandırılan bu göy cisimi Yer planeti ilə eyni orbitdə hərəkət etmiş və tədricən ölçüsü böyüyən bu göy cisiminin Yerlə toqquşması qaçılmaz olub. Toqquşma nəticəsində Yerdən ayrılan böyük kütlə sonda Yerin peykinə çevrilmiş. Hipotezin üstünlüklərindən biri Yer-Ay sistemindəki yüksək İmpuls momentini, Ay orbitinin meyilliyini izah edə bilməsidir.[26] Bundan başqa Ay qabığının tərkibcə, Yerin mantiyasına yaxın olması, Ayın nüvəsinin çox kiçik olması da, hipotezin doğruluğunu sübüt edən amillərdəndir. Hipotezin çatışmayan cəhətlərindən biridə odur ki, o Ayda yüngül elemetlərin izotoplarının olmamasını izah edə bilmir. Hansı ki, toqquşma zamanı səthdə bunlar yetərincə toplanmalı idilər.[27]
2) Birgə meydana gəlmə nəzəriyyəsi — Birlikdə formalaşma fərziyyəsinə görə isə Yer və Ay Günəş sistemi formalaşarkən molekulyar buluddan eyni vaxtda və yerdə formalaşmışdır. Buna baxmayaraq aparılan tədqiqatlar nəticəsində Ayda metal maddələrinin həddən artıq az olması səbəbindən Yer və Ayın birlikdə formalaşması fərziyyəsinin doğru olması ehtimalı azdır.[28] Bu fərziyyələrin əsas çatışmazlığı Yer və Aydakı çox yüksək impuls momentini asanlıqla izah edə bilməmələridir.
3) Materiyanın bölünməsi nəzəriyyəsi — Bölünmə fərziyyəsinə görə Ay mərkəzəqaçma təcili nəticəsində Yer qabığından qoparaq ayrılmışdır.[29] Belə olduğu halda Yerin başlanğıc sürətinin çox böyük göstəriciyə sahib olması lazımdır. Əgər bölünmə fərziyyəsi düzgün olarsa, Yerin ekvator müstəvisi ekliptikin müstəvisinə uyğun olmalı idi, ancaq bu belə deyil.[28]
4) Planetin cəzb etməsi nəzəriyyəsi — Ayın Yerin cazibə qüvvəsi tərəfindən sonradan tutulması fərziyyəsinə görə Ay fərqli yerdə meydana gəlmişdir və Yerin yaxınlığından keçərkən onun cazibə qüvvəsi tərəfindən tutulmuşdur.[30] Buna baxmayaraq aparılan tədqiqatlar nəticəsində bu fərziyyənin doğru olması üçün tələb olunan şərtlərin ödənmədiyi məlum olmuşdur.
5) Maddələrin buxarlanması nəzəriyyəsi — Son tədqiqatlar nəticəsində Ayın formalaşmasında daha çox Yerdən qopan hissələrin iştirak etməsi aşkarlanmışdır.[31][32][33][34] Meteoritlərin tədqiq olunması nəticəsində məlum olmuşdur ki, daxili Günəş sisteminin digər kosmik cismlərindən olan Mars və Vestanın Yerdən fərqli Oksigen və Volfram izotop tərkibləri vardır. Buna baxmayaraq Yer və Ayın izotop tərkibləri təqribən eynidir. Mübahisəli olmasına baxmayaraq,[35] baş vermiş böyük toqquşmadan sonra Yer və Ay arasındakı buxarlanmış şəkildə olan materialların qarışması nəticəsində hər iki kosmik cismdə də oxşar izotop tərkiblərinin formalaşdığı ehtimal olunur.[36]
Materik və okeanlar
Milyard il əvvəl Yer kürəsi materik çıxıntıları və okean çökəklikləri ilə ayrılan bərk təbəqə ilə örtülmüşdür. O dövürdə də, indiki kimi, okeanların sahəsi qurunun sahəsindən təxminən iki dəfə böyük idi. Lakin o vaxtdan bəri materik və okeanların sayı və yerləşməsi dəyişmişdir.[37][38] Palezoyun sonunda və Mezozoyun əvvəlində — təxminən 250–300 mln. il əvvəl Pangeya supermateriki olmuşdur. Onun sahəsi (şelflə birlikdə) təxminən müasir materik və adaların birgə sahəsinə bərabər idi. Supermaterik vahid qədim okean olan Pantalass ilə əhatə olunmuşdur. Təxminən 200 milyon il bundan əvvəl litosfer tavalarının tektonikası nəzəriyyəsinə görə Pangeyya parçalanaraq Qondvana və Lavraziya materikləri meydana gəldi.[39][40] Paleozoyda mövcud olan Qondvananın tərkibinə bütün cənub materikləri daxil idi. Şimal materikləri isə Lavraziyada birləşmişdir. Onların arasında paleozoyda və mezozoyda Tetis okeanı adını almış geniş dəniz hövzələri sistemi olmuşdur. O, Şimali Afrikadan başlayıb Cənubi Avropadan, Qafqazdan, Ön Asiyadan, Himalaydan keçərək, Hind-Çinə və İndoneziyayadək uzanırdı. Neogendə bu geosinklinalın yerində Alp qırışıqlığı qurşağı meydana gəlmişdir.
Qondvananın ilk parçalanması trias ilə yura sərhədlərində təxminən 190–195 mln. il bundan qabaq olmuşdur — Afro-Amerika ayrılmışdır. Yuranın sonu təbaşirin əvvəlində (135–140 mln. il bundan qabaq) Cənubi Amerika Afrikadan ayrılmışdır. Təbaşir və paleogen sərhədində Hindistan qayması Asiyaya qovuşmuş və Antaraktida Avstraliyadan uzaqlaşmışdır.[15] Lavraziyanın parçalanması Qondvanaya nisbətən az öyrənilmiş və ehtimal olunur ki, parçalanma nəticəsində Şimali Amerika və Avrasiya materikləri meydana gəlmişdir.
Pangeya tədricən paçalandı, onun qalıqları mərkəzdənqaçma qüvvəsilə hərəkət etdi. Böyük parçalanma zamanından bəri üç okean əmələ gəldi: Atlantik okeanı, Hind okeanı və Şimal Buzlu okeanı. Müasir elmi baxışlara görə, Yer səthindəki son dəyişikliklər, onun ölşülərinin ciddi sabitliyi şəraitində baş vermişdir. Materiklərin ümumi sahəsi baş verən katakalizmlər fonunda dəyişmədiyi halda, okeanların sahəsi böyüdü. Bu sahə isə təxminən 180 mln.km²-ə bərabərdir.
Həyatın meydana gəlməsi
Yer üzərində üzvi aləmin inkişafı haqqında məlumatlar müxtəlif yaşlı süxurlar arasında olan qədim bitki və heyvan qalıqları, onların həyatının digər izləri əsasında öyrənilir. Lakin Arxey və Proterozoy eralarına aid süxurlarda qalıqların izləri çox vaxt itdiyinə və ya geoloji-geomorfoloji dəyişikliyə məruz qaldığına görə onları öyrənmək çətin olur. Yerin tarixini dərindən araşdırdıqca alimlər inanmışlar ki, bizim planetin inkişafı sadədən mürəkkəbə doğru getmişdir. Ona görə də uzun müddət hesab etmişlər ki, Yer kürəsində canlılar olmamışdır. Onu içərisində oksigen olmayan, zəhərli qazlarla dolu atmosfer bürümüşdür. Yerdə həyatın meydana gəlməsi ilə bağlı müasir elmdə bir çox nəzəriyyələr mövcuddur. Bunlardan ən populyar olanları aşağıdakılardı:[41]
1. Öz-özünə həyatın meydana gəlməsi. İlk belə fikrlər Babildə, Misirdə, Çində və Antik Yunanıstanda meydana gəlmişdir. Nəzəriyyənin əsasını cansız maddələrdən tədricən canlı hüceyrənin meydana gəlməsi təşkil edir.
2. Kreatsionizm. Həyatın ilahi, fövqəlbəşər qüvvə tərəfində yaradıldığını göstərən konsepsiya.[42]
3. Daimi mövcudluq (stasionar) nəzəriyyəsi. Bu nəzəriyyənin tərafdaşları Yerin və eləcə də həyatın yaranmadığını (eyni zamanda yaradılmadığını), daima bu formada olduğunu iddia edirlər.
4. Panspermiya nəzəriyyəsi. Yerdə həyatın digər planetlərdən "həyat toxumlarının" gətirilməsi nəticəsində yarandığı haqda hipotez.[43]
5. Biokimyəvi təkamül nəzəriyyəsi (Oparin nəzəriyyəsi). İlk dəfə A.İ.Oparin tərəfindən irəli sürülmüş bu nəzəriyyəyə görə həyatın əsasını kimyəvi təkamül təşkil edir.
Proterozoy
Yaşam müddəti təqribən 2 milyard il çəkən proterozoyda (yun. "proteros"— ən tez və " zoe" — həyat)[44] çox mühüm hadisələr baş verdi. Arxeyin bəsit, yeksənək dünyası, mühiti tamamilə dəyişdi. Yer qabığının xeyli hissəsi müasir tipli formalar aldı: daha nazik və ağır okean — tipli və çoxlu qalın, yüngül — kontinental tipli qabıqlar formalaşdı. Dənizdə qalın kontinental qabığı olan hissələrdə iri qalxmalar, təpələr şəklində kontinental bloklar əmələ gəldi ki, onlar artıq adalar deyil, mikrokontinentlər idi. Bu sahələr elə indi də müasir qitələrin tərkibində qalmışdır.
Yer qabığı vaxtaşırı daxili qüvvələrin təsirilə çatlar üzrə parçalanmışdır və əmələ gələn yarıqlardan qaynar maqma qalxaraq min kilometrlərlə yer səthinə yayılmışdır. Maqma örtüyü yer qabığının qalınlığını artırmış, kontinental blokları yerlərindən tərpətmiş və yerlərini dəyişdirmişdir. Sonralar onlar biri-birinə o dərəcədə yaxınlaşmışlar ki, nəticədə bitişərək Rodiniya superqitəsini yaratmışdır.[45][46] Bu superqitə sonralar parçalanaraq başqa qitələri əmələ gətirmişdir.
Arxeydə və Proterozoyda, ən azı, beş buzlaşma dövrü olmuşdur: 2,65; 2,3; 0,9; 0,8; və 0,6 milyard il bundan əvvəl.[47] Bütün qitələrin proterozoy laylarında iri buzlaq cizgiləri ilə ştrixlənmiş buzlaq-moren çöküntülərinə rast gəlinir. Buzlaq rejimi okeanın durumunu köklü surətdə dəyişdi. Ekvator en dairəsində bərk qızmış(isti), həll olunmuş oksigenlə zəngin olan suyun üst hissəsi qütb zonasına gətirilir, buzlaqların yanında soyuyur və ağırlaşaraq, dənizin dibinə enir. Dənizin dibindəki tərpənməyən su layı oksigenlə zənginləşir, üst hissəyə isə, fosfor və azot birləşməsi- burda yaşayan fotosintezedici siano bakteriyalar (göy-yaşıl yosunlar) üçün çox lazım olan kimyəvi birləşmə qalxır. Belə bir dövüretmənin başlaması ilə Proterozoyun ən xarakterik və geniş yayılmış süxuru olan dəmirli kvarsitlər (cesplitlər) əmələ gəlir. Bu süxur kvarsit və içərisində dəmir olan minerallardan ibərətdir. Belə mineralların əmələ gəlməsi bakteriyaların yaranmasına səbəb olur.
Proterozoyun çəkmə süxurlarında silisiumlu çöküntülərin içərisində vaxtilə yaşamış orqanizimlərin konservləşmiş qalıqlarına rast gəlinir; onların xarici qabıqları və daxili quruluşu yaxşı vəziyyətdə saxlanmış olur. Bunlar bütövlüklə mikrobiot adlandırılır. Əksəriyyəti ölçülərinə (15–20 mm) və quruluşlarına görə prokariotik orqanizimlərə — bakteriyalara aiddirlər.[6] Bunlardan ən geniş yayılanı stromatolitlər idi.
Fanerozoy
Son 570 mln. ili əhatə edir. Bu eonun süxurlarında skeletli heyvan qalıqlarına rastlandığı üçün aşikar həyat adlanır. Fanerozoy eonu 3 eraya bölünür: Palezoy, Mezozoy və Kaynazoy.
Palezoy
Paleozoyda Yer qabığı çox mürəkkəb dəyişikliklərə uğramışdı. Geosinklinal qurşaqlarda bu zaman çoxsayh və möhtəşəm qırışıqəmələgəlmə prosesləri baş verirdi. Nəticədə bu qurşaqların bir hissəsi ya tamam yox olurdular, ya da o qədər ölçüləri kiçilir və onlar cavan platformalara (epipaleozoy) çevrilirdilər. Sonuncular daha cavan qırışıqlıq qurumlarının tərkibinə daxil olurdular. Paleozoy erası altı dövrə ayrılır: kembri, ordovik, silur, devon, karbon, perm. Paleozoy süxurlarının intensiv dəyişmələrə və metamorfizmə uğradığı yerlərdə geniş bucaq uyğunsuzluğunun qeyd olunması nəticəsində paleozoyu üç hissəyə bölürlər: alt paleozoy (kembri, ordovik), orta paleozoy (silur, devon, alt karbon) və üst paleozoy (orta və üst karbon, perm).[48]
Kembri dövrü
545–490 milyon il əvvəli əhatə edir. " Dəniz biotunda böyük inqilab", "skeletli faunada partlayış" — kembrini belə səciyyələndirirlər. Bu həqiqətən, skeletlilərin yaratdığı partlayış idi və yer üzərində canlıların tarixinə qırmızı hərflərlərlə yazılmışdır. Kembri dövrünün başlanğıcında canlılar aləmi öz inkişafının yeni mərhələsinə qədəm qoyur. Skelet onlar üçün təkcə müdafiəedici, sipər rolunu oynamır, həm də yumşaq bədənlərini də müəyyən formaya salır. Ona görə də kembrinin başlanğıcındanş, skeletli formalı orqanizimlər təkamül prosesi də sürətləndi. İlk skelet qalıqlarının xarakterik xüsusiyyəti onların çox kiçik ölçülü 5 mm-ə qədər olmalarıdır.[49]
Tektonik proseslər kembridə çox gec-gec baş verirdi və əlbəttə, onlar həyatın- canlılar aləminin ümumi görünüşünün dəyişilməsində heç də aparıcı rol oynamamışdır. Proterozoyun superqitəsi olan Rodinyanın parçalanması prosesi tədricən baş verirdi. Vendin əvvəlində Cənub qütbünün ətrafında yerləşən qitə blokları aralanmış, onların xırda parçaları, qırıqları şimala doğru hərəkət etmişdir. Orada qarşı istiqamətə, Şimal yarımkürəsində yeganə kontinent olan Sibir kontinenti sürüşmüşdür. Onun cənub kənarında, əks tərəfdən gələn qitə parçaları ilə toqquşması nəticəsində dağəmələgəlmə prosesi baş verdi: dağ silsiləri qalxdı, süxurlar əzildi, büküldü. Hazırda həmin ərazidə Altay— Sayan vilayəti, Monqolustan, Şərqi Qazaxıstan yerləşir.[50]
Kembrinin axırında Rodiniyadan iri- iri kontinental qalmışdır: müasir Şimali Amerika, Qrenlandiya və Alyaskanın özündə Lavrentiya qitəsi və Baltiya qitəsi (Şərqi Avropa). Onların arasında Yapetus okeanı uzanırdı. Rodiniyanın yerdə qalan hissəsi çox böyük Qondvana qitəsi idi ki, onun da tərkibi gələcək Afrika, Cənubi Amerika, Antarktida, Hindistan, Avstraliya, Ərəbistan və Cənubi Çindən ibarət idi. Bütün bu kontinental kütlə Cənub qütbündən şimala doğru hərəkət etdi və artıq kembrinin axırında Yerin əsas quru hissəsi və dənizləri aşağı en dairələrində, tropik və subtropik zolaqlarda yerləşdi.
Erkənkembri dənizinin ən xarakterik sakinlərindən (orqanizimlərindən) biri arxeosiatlar olmuş, kembrinin axırında qırılıb sıradan çıxmışlar. Onların adı yunan dilindən tərcümədə "qədim süngərlər" deməkdir.[51]
Baykal qırışıqlığı
Rodinyanın 800–700 milyon il bundan əvvəl başlayan fəal parçalanması ilə Protoatlantik və ya Yapetuz, Paleoasiya (Ural) okeanları əmələ gəldi və paleozoy erası dövründə inkişaf etdi. Sakit okan — Pasifika (Pantalass) da elə bu zamandan mövcuddur.[6]
Əsasən bu okanlarınkənarında Proterozoyun sonunda — Paleozoyun əvvəlində baş vermiş ilk dağəmələgəlmə epoxası Baykal epoxası adlanır. Dağ silsilələri, əvvəllər olduğu kimi, hələ də o qədər yüksək deyildi. Bu dağlar müasir Yerin səthində cüzi sahələrdə qalmışdır. Bunlara Rusiyanın Avropa hissəsinin şimal-şərqində Timan, Sibirdə Yenisey kiçik sıra dağları, Sayan və Baykal dağları aiddir. Baykal qırışıqlığı nəticəsində Rodiniyanın cənub yarımkürəsindəki parçaları bir qütbdə birləşərək Qondvananı əmələ gətirdi. Lakin "əsil" superqitələrdən fərqli olaraq, Qondvana hələ bütün qitə massivlərinı əhatə etmirdi. Baykal qırışıqlığı terminin elmə ilk dəfə olaraq 1932-ci ildə rus alimi Şatskiy gətirmişdir.[52] Baykal qırışıqlığı zamanı əmələ gələn dağ süxurlarına Hindistanda, Braziliya və Avstraliyada da rast gəlinir. Avropada bu qırışıqlıq assintin və kodom qırışıqlığı adlanır.[53]
Ordovik dövrü
490–443 milyon il bundan əvvəl mövcud olmuş. 47 milyon il davam edən ordovik dövrü ərzində Yerin fiziki-coğrafi və iqlim şəraiti əhəmiyyətli dərəcədə dəyişikliyə uğradı. Sibir qitəsinin Cənub yarımkürəsindən şimala, Qondvana superqitəsinin isə qərbə keçməsi nəticəsində Pantalasdan-yeni okean olan, Paleotetisi ayırdı. Baltik qitəsi (Şərqi-Avropa platforması və Skandinaviya) və Lavrentiya arasında əvvəlki kimi yenə də Yapetus okeanın yerləşirdi. Baltik qitəsinin şərq kənarında ensiz Ural okeanı yarandı, şimal-qərbdə, müasir Pribaltika ərazisində isə Tornkvista dənizi adlandırılan geniş epikontinental hövzə mövcud idi.[54]
Ordovikin axırında baş verən kəskin iqlim dəyişikliyi özü ilə buzlaşma gətirdi, dəniz biotunun ümumi görünüşünə əsaslı surətdə təsir etdi və fanerozoyun ən böyük kütləvi qırılmalarından birinin baş verməsinə səbəb oldu.[55] Geoloqların fikrincə, ordovik buzlaşmasının əsas səbəbi qitələrin yerdəyişməsi və onunla əlaqədar olaraq su və hava kütlələrinin dövretmə istiqamətinin dəyişməsi olmuşdur.
Ordovik dövründə, kembridən fərqli olaraq, elə bir dəniz heyvanı yox idi ki, ona indi yaşayan orqanizmlər sistemində yer tapmaq mümkün olmasın. Əlbəttə, onlar indiki deyil, başqa növlər, cinslər, ailələr idi, lakin onlar analoji quruluş planına malik idilər. Dənizin dibində oturaq həyat sürən, adları çiçəklənən çəmənliyi xatırladan heyvanların bütöv "gül dəstəsi" meydana gəldi: dəniz zanbaqları, mamırlar, "heyvan- çiçəkləri" — antozoa mərcanları. Dıniz dibinin bərk çıxıntıları, qalxımları, "məsaməli ədyal" olan stromatoporatlardan təşkil olunmuş canlı xalı ilə örtülmüşdü. Trilobitlərin bəzi növlərinin uzunluğu ordovikdə 1,5 metrə çatdı.[56] Ordovik dənizinin ən güclü yırtıcısı, çox böyük başıayaqlı molyusk olan endoseratitlər idi.
Quruda canlılar, əvvələrdə oldu kimi, müxtəlif tərkibli deyildilər. Əsasən bakteriyalar, göbələklər, yosunlar idi.[57] Düzdür , çiyərotunu xatırladan ilk müasir bitilər meydana gəlmişdir. Ordovikdə iki tip iri yataqlar məlumdur ki, onların əmələ gəlməsi birbaşa orqanizmlərin fəaliyyətilə əlaqədardır. Bu, fosforit və yanar şistlərin yataqları idi. Ordovikin çöküntülərində, orqanızmlərin həyat fəaliyyətilə əlaqədar daha bir faydalı qazıntı mövcuddur. Bu mis kolçedan filizidir.
Silur dövrü
Ordovikin axırında baş verən qlobal soyuqlaşma dəniz sakinlərinin sayına təsir etdi. Lakin heyvanların quruluşunun, düzümünün hələ ordovikdə işlənib-hazırlanmış, cızılmış optimal planı sabit olaraq qaldı. Yeganə itki iri yırtıcıların- başayaqlı molyuskların məhf olmasını göstərmək olar. Elə ki, iqlim istiləşdi və qütüblərdəki buzlaq "papaqlar" əriməyə başladı, dənizin səviyyəsi yenidən qalxdı.
Bütün silur dövrü ərzində Qondvananın böyük hissəsi Cənub qütbü rayonunda, məsələn Cənubi Amerikada, (Boliviyada, Braziliyada, Argentinada) və Afrikanın şimal-qərbində qaldı. O zaman bu qitələr yanaşı yerləşirdi və Avropadan çox aralıda idi. Silurda baş verən ən mühüm coğrafi hadisə Baltiyanın Lavrentiyaya yaxınlaşması oldu. Qitələrin toqquşması Britaniya və Skandinaviyada dağ sistemini əmələ gətirdi. Silurun ikinci yarısında dəniz qitələrdən çəkilməyə başladı, həm də iqlim quraqlaşdı.
Silurda Qraptoit adlı dəniz canlısı aktiv inkişaf tapdı. Tezliklə çox böyük xərçəng-əqrəblər və əsil balıqlar meydana gəldilər. Xəçəng-əqrəblər xərçəng deyil, məhz əqrəblər idilər, ancaq səhra sakinlərindən fərqli olaraq, xərçənglər kimi suda yaşayırdılar. Onların bəziləri həqiqətən əqrəblərə oxşayırdılar: qabaqda ensiz qısqacın və quyruğunda tikanın, çıxıntının olması ilə. Düzdür , o, düşməni sancmaq üçün deyil, yəqin ki, qumu eşələyib yemini tapmaq üçün idi. Silurda bitki aləmi planet üzərində təntənəli yürüşə başladı: kontinentlər zəbt olunur, yerüstü landşaftların yeknəsəkliyi aradan qaldırılır, sankı heyvanların sudan quruya kütləvi hücumu üçün "əməliyyat meydanı" hazırlanırdı.[58]
Silurda sahilləridə ilk yerüstü bitki: riniofitlər meydana gəldi. Düzdür, onlar hövzələrin dibində bitir, suyun üstünə isə yarpaqsız zoğlar çıxırdı. Riniyevlər artıq borucuqlara malik idilər və onun sayəsində su gövdə ilə yuxarı qalxırdı. Odur ki, müvəqqəti quraqlıq onlara təhlükə törətmirdi.[59]
Devon dövrü
417–354 milyon il bundan əvvəl mövcud olmuş. Silurdan devona keçid heç bir qeyri-adi cəhəti ilə diqqəti çəkmir. Həmin vaxt nə planetin xarici görünüşündə, nə də canlılar aləmində, demək olar ki, radikal dəyişiklik baş vermədi. Lakin erkən devonun axırında(390 milyon il bundan əvvəl) elə bir dəyişiklik oldu ki, devon Yerin tarixində xüsusi rol oynayan, özünəməxsus dövürlərdən biri oldu. Devon sistemini ingilis geoloqu Roderik Murçison 1838-ci ildə müəyənləşdirib, əvvəlcə ona Old Red Sandstone — "qədim qırmızı qumdaşı" adını verib. 1839-cu ildə başqa ingilis geoloqu Adam Sedjviklə birlikdə onun adını dəyişdirib, belə süxurların geniş yayıldığı ingilis qraflığı Devonşirə görə, devon qoydular.[60]
Devonu çox vaxt "yüksək duruşa" malik materikləri olan dövr adlandırırlar. Həqiqətən, devonda cənub materiki Qondvana təpəliklərə, hüdürlüklərə malik sahə olaraq qaldı. Avroamerikanın xeyli hissəsini kaledon dağəmələgəlmə prosesi nəticəsində formalaşan dağ sistemləri tutmuşdur. Onları dağarası çüxurlar, çəkəklər ayırırdı, dəniz suları ilə dolmuş bu çökəklərdə qırmızı rəngli qumdaşları toplanmışdır.
Orta devon epoxası canlılar aləminin görünməmiş müxtəlifliyilə xarakterizə olunur: cinslərin və növlərin sayı bütün paleozoy müddətində ən maksimal həddə çatır. Bu dövürdə xüsusilə braxiopodlar çox inkişaf etdi. Braxiopodlar ya dənizin dibində gilin üzərində uzanırlar, ya da dənizin dibi bərk olnada ona yumşaq ayaqları ilə bağlanır, yaxud qabığın bir tayi ilə ona möhkəm yapışır(müasir İkitaylılar -istridiyalar kimi). Devonda balıqların artıq bütün sinifləri formalaşmışdı və onlar həddən çox idi. Obur ki, bu geoloji dövr çox vaxt balıq əsri adlandırılır. Sümük örtüyünə bürünmüş plastindərilər meydana gəldi, onların arasında ər iri yırtıcı, uzunluğu 9 metrə çatan dinixtis idi.(yunancadan tərcümədə dəhşətli balıq deməkdir) Devonun sonuna yaxın fırçaüzgəcli balıqlar geniş ərazi tutmağa başladı. Onları isə dördayaqlılar, şələquyruq amfibyalar (suda-quruda yaşayanlar) əvəz etdi. Devon çöküntülərində bu tip balıqların qalqlarına çoxlu miqdarda rast gəlindiyi halda, daha cavan çöküntülərdə onlara nadir hallarda təsadüf olunur və uzun müddət onlar qırılmış hesab edilirdi. Lakin 1938-ci ildə İst-London şəhərinin ölkəşünaslıq muzeyinin işçisi Marcori Kutene-Latimer balıq ovlayan gəmidə təzə tutulmuş ova baxarkən, çox qəribə, qeyri-adi balıq onun diqqətini çəkdi. Onun ətli, kök üzgəci, iri, yoğun çənəsi və qeyri-adi üçpırli quyruğu vardı. Bu əslində 100 milyon il bundan əvvəl yox olduğu güman edilən müasir fırçaüzgəcli balıq idi. Ona Latimeria adı verildi.[61]
Yerüstü bitkilər sahil xəttindən bir az da uzaqlaşdılar. Devonun axırında artıq sporlu bitkilərin bütün qrupları mövcud idi: plaunabənzərlər, qatıqrquyruğuna oxşarlar, müxtəlif növ ayıdöşəyikimilər(qıjıkimilər) və ilk çılpaqtoxumlular. Müasir ağaclardan fərqli olaraq, devondakıların əsas dayaq, istinad rolunu çox qalın qabıqları həyata keçirirdi. O zaman planetin üzərində isti iqlim hakim idi və zonallıq özünü hələ çox zəif göstərirdi. Yay və qış temperaturu, demək olar ki, fərqlənmirdi. Ona görə də qədim ağacların gövdəsinin kəsiyində il halqaları yox idi.[6]
Devon dövrünün diqqət çəkən cəhətlərdən biridə dövrün sonuna yaxın kütləvi qırılmaların baş verməsi idi. Devon dövrünü ortalarında başlayaraq "böyük məhvolma" prosesi sürətləndi. Hidrogen-sulfidin səviyyəsinin qalxmasının davamlı hal alması çox geniş ərazidə dayazsu hövzələrində oturaq həyat keçirən canlıların qırılmasına səbəb oldu. Qırılma yuxarı devonun ortalarında, təxminən 375 milyon il bundan əvvəl baş verdi və çox qısa geoloji dövr ərzində(500 min ildən az müddətə) canlı həyata son qoyuldu.[62]
Karbon (Daş kömür) dövrü
kömür çöküntülərində suda yaşamış onurğasızlar – tullimonstrum
aşkar edilmişdir. Adı yunan köklü "tulos" – "mıx" və latın sözü olan
"monstrum" – "möcüzə" sözlərindən götürülmüşdür. Onun gövdəcikləri
üzərində aralı-aralı yerləşmiş gözləri varmış və uzun xortumlu başının
qurtaracağında çənələri yerləşirmiş. Təbiətdə buna oxşar heyvan nə əvvəl,
nə də sonra mövcud olmuşdur[63]
KARBON MIXI
358–298 milyon il bundan əvvəl mövcud olmuş Karbon dövrünün ən səciyyəvi xüsusiyyəti və ən məlum əlaməti küllü miqdarda — dünya ehtiyatının 30 % — dən çox daş kömür yataqlarının əmələ gəlməsi oldu.[64][65] Daş kömür dövrü ərzində planetin fiziki-coğrafi quruluşunda, hövzələrin və quru sahələrin paylaşmalarında böyük dəyişikliklər baş verdi: iqlim dəyişdi, canlılar aləmiyeniləndi və tərkibi zənginləşdi.
Şimal qitələrinin və kontinental blokların- Avroamerikanın, Sibirin və Qazaxıstanın yaxınlaşması davam etdi. Dövrün sonunda onlar artıq bir kontinentə çevrildi, həm də ensiz və dərin dəniz keçidləriilə ayrıldılar. Bu vahid şimal materiki Lavraziya adlanır. Kontinental bloklar dağəmələgəlmə prosesi nəticəsində tamamilə birləşdi.[1].
Cənub supermateriki Qondvana hələ də çox nəhəng vahid kontinent olaraq qalırdı. Onun ümumi sahəsi qalan bütün kontinental blokların birlikdə sahəsindən iki dəfə çox idi. Qondvana tədricən yerini elə dəyişdi ki, Cənub qütbü bu qitənin təxminən mərkəzinə düşdü.[66] Su və qitə massivlərinin yenidən paylanması qlobal okean axınları sistemini tamamilə dəyişdi, o cümlədən isti tropik suların Cənub yarımkürəsinə keçməsinə maneələr yarandı. Qondvanada kontinental buzlaq örtüyü yaranmağa başladı.[67] Bütün istiliklər tropik zonada qalırdı. İqlim zonalığı bax belə yarandı və bu, məhz daş kömür dövründə baş verdi. Tropik və subtropik zonalarda yağış meşələri, iri ağacların cəngəllikləri əmələ gəldi. Qırılan, sınan, yıxılan ağaclar çürümürdü, eləcə biri-birinin üstünə yığılaraq, qalın qatlar əmələ gətirirdi. Onlar çökmə süxurlar altında basdırılaraq, daş kömür yataqları əmələ gətirirdi.
Daş kömür çıküntülərinin qazıntı florasını ilk dəfə XIX əsrin başlanğıncında Qərbi Avropada öyrənilmiş və təsvir etmişlər. Onun ən səciyyəvi nümayəndələri lepidodendronlar və siqillyarilər, həmçinin müxtəlif növ ayıdöşəyilər olmuşdur. Onlar, hündürlüyü 30 metrə çatan, qalın qabığa və çox şaxəli budaqlara malik iri ağaclar olmuşlar. Gövdələrinin diametri 1 m-ə çatırdı.[68] Qərbi Avropa florasına oxşar flora Lavraziyanın çox geniş ərazilərində Şimali Amerikada, Mərkəzi Rusiyada, Donbasda, Qafqazda geniş yayılmışdı. Ağaclarda il halqaları yox idi, deməli, onlar temperaturun mövsüm dəyişkliyi olmayan şaxtasız iqlim şəraitində bitirdilər.
Perm dövrü
(290–248 milyon il bundan əvvəl) Qərbi Avropada daş kömür çöküntülərinin üzərində qumdaşı, yaxud "ölü tir" deyilən qat yatır. XIX əsrin başlanğıcından aramsız olaraq stratiqrafik cədvəl işləyib hazırlayan Avropa geoloqları üçün aydın idi ki, bu süxurlar yerin tarixinin xüsusi mərhələsini əks etdiri və onları müstəqil sistem kimi ayırmaq lazımdır. 1839-cu ildə yeni geoloji sistemin (silurun və devonun) ayrılması işində artıq təcrübəsi olan, yorulmaq bilməyən ingilis geoloqu R. Murçison Orenburqdan Permə qədər Uralətrafı rayonuna səyahətə çıxdı və yeni sistemi, paleozoyun axırıncı sistemini müəyyən etdi[69]. Onu perm sistemi adlandırdı (Perm- Ural dağından PeçoraŞ Kama və Volqa çaylarına qədər böyük bir ərazinin qədim rus adıdır).
Perm dövründə vahid materik olan Pangeya həm eninə, həm də hündürlüyü istiqamətində artdı, genişləndi. Mərkəzi, çökək hissəsini Paleotetis, ümumən isə materiki vahid Pantalas okeanı əhatə edirdi. Paleotetis Qondvananın Lavraziyaya yaxınlaşmış şimal qurtaracağı ilə birləşdi. Bu okean şərqdən Pantalasdan, çox da böyük olmayan kontinental bloklar zəncirilə — Cənubi-Çin, Şimali-Çin və Tailandla ayrılırdı. Perimin axırında bu "mikrokontinentlər" bir vahid kontinental blokda birlışdilər və Paleotetis okeanı həqiqətən "aralıq" dənizə çevrildi. Qondvanadan kiçik kontinental bloklar qopub Asiya qitəsinə birləşdilər.
Dəniz canlıları ən çox Paleotetis okeanının istisulu dənizlərində yaşamışdır. Sibir dənizlərində çox iri ikitayqabıqlı molyuskalar- kolimilər yayılmışdır. Perm dövrünün ikinci yarısında dəniz çəkildi və epikontinental dənizlərdə gips, dolomit, kalium və xörək duzları toplandı. Kalium duzunun dünyada olan ehtiyatının 80 %-i bu dövrdə əmələ gəlmişdir. Ən böyük yataq — Nyu-Meksiko və Texas ştatlarında 265 km uzunluğuna malik Dalaver kaliumlu hövzəsidir.
XX əsrin 30–40-cı illərində Rusiyanın ərazisində, Volqa ətrafında və Perm vilayətində çoxlu miqdarda perm sürünənlərinin qalıqları tapılmışdır. Volqa ətrafda İseyevo kəndi ynında vəhşi kərtənkələnin — titanofoneusun (yunanca titanik qatili) sümüyü tapılmışdır. Perm vilayətinin Oçör kəndi yaxınlığında daha bir qeyri-adi, təəccüblü sürünən heyvan üzvü — "tacdar kərtənkələ" estemenozux aşkar edildi.[70] Onun kəlləsini buynuzlar və qabarlar və təpəciklər bəzəyirdi. Alimlər hesab edir ki, bu əlavə cinsi göstəricidir.
Perm dövründə yenidən su şəraitinə qayıtmağa "qərar verən" sürünənlər meydana gəldi. Cənubi Afrika və Braziliyada, Qondvananın perm çöküntülərində çox böyük olmayan (uzunluğu 70 sm -ə qədər olan) "timsahcıqlar" tapılmışdır. Onların bədəninin təxminən yarısını yan tərəfdən sıxılmış quyruq təşkil edirdi.
Perm dövründə floranın paylanma qanunauyğunluğu irsən gec karbondan keçmişdi, daha doğrusu, gec karbonda olduğu kimi qalmişdı. Əsas floralı vilayətlər (Evrameri, Anqar, Katasiya, Qondvana) öz sərhədlərini saxlamışdı. Lakin bütövlükdə quru bitkilərində çox mühüm, əhəmiyyətli dəyişikliklər baş vermişdir. Ağacaoxşar plaunabənzər və qatırquyruğuna oxşar bitkilər öz əhəmiyyətlərini itirdi, onların yerini müxtəlif növ çılpaqtoxumlu bitkilər — pteridospermlər və iynəyarpaqlılar tutdu, tsikadofitlər peyda oldu, ginkqovilər çoxalıb artdı. Permin ikinci yarısında Yer üzərində bitkilərin ümumi görünüşü artıq bundan sonra gələcək mezozoy erasının bitki örtüyünü xatırladırdı. Perm düvrünün sonunda yerdə həyat bütün tarixi ərazidə ən faciəli böhranla üzləşdi. Əvvəllər mövcud olmuş dəniz orqanizmləri ailələrinin təxminən yarısı, cinslərin 80%-i yox oldu. Əvvəllər aktiv rif əmələ gətirən orqanizm olan stomatoporatlar ikinci dərəcəli mövqeyə düşdü. Dəniz sakinləri çox böyük itkilərə məruz qaldı. Quruda vəziyyət bir qədər başqa şəkil aldı. Permin axırında qədim sporlu bitkilərin ayrı-ayrı qrupları — ağacaoxşarlar plaunabənzərlər, qatırquyruğuna oxşarlar tamamilə məhf olub yer üzündən silindi. Aparıcı yerə çılpaqtoxumlular çıxdı.[71]
Kaledon qırışıqlığı
Yer səthində ilk yüksək dağlar silurun sonunda — Devonun birinci yarısında baş vermiş kaledon orogenez epoxasında meydana gəlmişdir. O zaman Lavrentiya Baltiya və Qondvanadan qopmuş Avoloniya mikroqitəsi ilə toqquşdu. Nəticədə Lavrussiya (başqa adı Avramerika) qitəsi, Şimali Amerikanın şimal-şərqindən Britaniya adalarına, Skandinaviyaya və Şpisbergen arxipelağınadək uzanan dağ silsilələri əmələ gəldi.[72]
Bu epoxanın (qırışıqlığın) adı Şotlandiyanın qədim Roma adından — Kaledoniyadan götürülümüşdür. Kaledon epoxasında dağəmələgəlmə həmçinin Asiyada (Mərkəzi Qazaxıstanda, Sibirin cənubunda, Monqolustanda, Çində) və Avstraliyanın şərq hissəsində baş vermişdir.
Aşınma nəticəsində Kaledon dağ silsilələrinin yaxınlığında böyük bir ərazidə çox qalınlıqlı qırmızı rəngli qumdaşları və konqlomeratlar əmələ gəlmişdir. Onlara İngiltərədə Old Red Sandstone — "qədim qırmızı qumdaşları" deyirlər.[73]
Hersin qırışıqlığı
Paleozoyun sonlarında baş vermiş növbəti, daha böyük əhəmiyyət kəsb edən qlobal orogenez mərhələsi hersin (Almaniyanın Hars dağ massivinin adından götürülmüşdür) və ya varisi (Bavariyada yerin Roma adından) adlanır. Məhs o, Ural dağlarını əmələ gətirmiş və Paleoasiya okeanının əsas hissəsinin qapanmasına səbəb olmuşdur. Bunun nəticəsində Lavrussiya Sibirlə və Şimali Çinlə birləşdi və Lavrasiya qitəsi yarandı. Sonradan Qondvana birbaşa Lavrasiya ilə toqquşdu və nəticədə yeni superqitə — klassik Vegener Pangeyi əmələ gəldi.
Yuranın başlanğıcına qədər (təxminən 200 milyon il bundan əvvəl) mövcud olmuş Pangeya şərqə açılan aypara formasında idi. Pasifikanın geniş körfəzi — Paleotetis bu yerlərdə onun içərilərinə doğru uzanmışdı. Bundan başqa Pangeyanı digər — Monqol — Oxot və Cənubi Anyuy körfəzləri də kəsirdi.[74]
Mezozoy
Mezozoy erası — nəhəng sürünənlər, ixtizavrlar, qəribə sədəfli qabıqlara malik çox qəşəng ammonitlər, belemnitlər, ikitaylı molyuskalar və koloniya halında yaşayan müxtəlif formalı mərcanlarla məskunlaşan geniş isti dənizlərin dövrüdür. Lakin mezozoyun əvvəlində, trias dövründə dənizdə həyat "böyük qırılmadan" güclə çıxdı və çox çətinliklə əvvəlki mövqeyini bərpa etdi.[75]
Pangeya qitəsi daha monolit oldu. Lavrasiyanın dağlar sistemi (Ural, Appalaç, Qərbi və Mərkəzi Avropa) sürətlə dağılır və çoxlu miqdarda qırıntı materialları gətirilirdi. Şimali və Cənubi Çin və Hind-Çin kontinental blokları birləşdi və Lavrasiyanın cənub-qərb tərəfinə yaxınlaşdı. Cənubdan yeni Tetis okeanı dərin körfəzlərə Lavrasiya ilə Qondvananın birləşdiyi yerdə Pangeniyanın içərilərinə girərək, Cənubi Avropa hüdudlarında genişləndi. Bu rayonda XIX əsrin 30-cu illərində ilk dəfə trias sistemi ayrıldı.
Trias dövrü
248–205 milyon il bundan əvvəl mövcud olmuş Trias çöküntüləri üç qata bölünür: əlvan qumdaşı, qabıqlı əhəngdaşı və "əlvan zolaqlı" mergellər. Ona görə də bu sistemi trias (yunanca "trias" — üçlük) adlandırdılar.[76] Alman hövzələrində trias, əsasən kontinental çöküntülərdən ibarətdir. Cənubda, Alp dağlarında onlarala eyni yaşlı dəniz çöküntüləri məlumdur. Trias yaşlı ən qədim dəniz çöküntüləri Düz təpəliyi rayonunda və Himalayda qalıb, yəni isti Tetis okeanı əyalətində, eləcə də Lavrasiyanın digər kənarında — Sibirin şimalında və Kanadada məlumdur.
Triasda başıayaqlı molyuskaları qədim belemintlər əvəz etdi. Bu dəstənin ilk nümayəndəsi aulakoseridlərdir. Dərisitikanlılarda böyük dəyişikliklər baş verdi. Dəniz zanbaqlarının və kirpilərin tamamilə yeni qrupları əmələ gəldi. Kirpilər tikansız idi, başdan-başa ikitərəfli simmetrik lövhıcikləri biri-birinə möhkəm bitişmiş və heyvanın ölümündən sonra da dağılmayan zirehlə örtülmüşdür.
Qruda ağacaoxşar plaunabənzərlər, qatırquyruqlular və kordaitlər öz əsrinin axır günlərini yaşayırdı. Yüksək inkişafı olan çılpaqtoxumlular — yarpağıtökülən qinkqolar, sikadolar hakim mövqe tuturdu. Qrunun parçalanması nəticəsində Sibr — Kanada, Avro — Siniy və Avstraliyada yeni flora vilayətləri formalaşdı.[6]
Triasın əvvələrində qurunun dördayaqlı sakinləri arasında rütüubətli yerlərdə, dəniz körfəzlərinə tökülən çayların mənsəblərində hələ çox sayda amfibiyalar — labirintodontlar mövcud idi. Suda-quruda yaşayanların bu qrupuna dişlərinin orijinal quruluşa malik olmasına görə bu ad verilmişdir. Konusvari dişlər, en kəsiyində mürəkkəb, dolaşıq mina qatına malikdir. Triasda ilk uçan sürünənlər kiçik olub, kərtənkələyə oxşayırdı. Onlar uçmaq və havada özlərini saxlamaq üçün müxtəlif fəndlər işlədirdilər. Fərqanə dərəsinin Trias yaşlı göl çöküntülərində uçmağa cəhd göstərən ilk onurğalıların qalıqları aşkar edilmişdir. Uzunpulcuqlu bir ağacdan digərinə tullanaraq, uçuşu uzatmaq üçün səs-küylə bel pulcuqlarını açırdı.
Digər sürünənlər isə hələ su mühitindən ayrılmamışdılar. Balıqkələzlər — ixtiozavrlar əmələ gəldi. Onların əl-ayaqları sükan üzgəclərinə çevrilmişdir; pleziozavrlar — su reptiliyaları nisbətən qısa torpedaşəkilli bədənlə, uzun ilana bənzər boyun və kiçik yekədişli başla səciyyələnirdilər. Triasın sonunda ilk quşlar, daha doğrusu, "ön quş "- protoavis yarandı. O, arxeopteriksdən 80 milyon il yaşlı idi və ondan fərqli olaraq quşlar üçün səciyyəvi olan beyni inkişaf etmiş beyinciyə malik idi. Bununla belə protoavis hələ uçmurdu, lakin sürətlə ağaclara dırmaşa bilirdi.[77]
Trias dövrünün sonunda üzvi aləm kütləvi qırılmaya məruz qaldı. Lakin bu qırılma qabaqkı kimi elə də şiddətli deyildi və kiçik kütləvi qırılmaya aid edilir. "Keçid dövrü" sona çatdı: paleozoya məxsus olanlar bütünlüklə keçmişdə qaldı, dünya yeniləşdi.
Yura dövrü
201,3–145 milyon il bundan əvvəl mövcud olmuşdur.[78] Mezozoy erasının ortası — bizim planetdə bir zaman mövcud olmuş ən qeyri-adi varlıqların hamısını təcəssüm etdirir. Dövr qəribə landşaftlar, təsəvvür edilməz ölçülər və xarici görünüşə malik həm yerüstü, həm də dəniz heyvanları ilə diqqəti cəlb edir.
Artıq Yura dövrünün əvvəlində Pangeya qitəsi parçalanmağa başladı. Tetis okeanının körfəzləri Afrika, Ərəbistan və Avropa arasına soxulmağa başladı. Yuranın ortalarına yaxın Afrika və Cənubi Amerika kontinental blokları biri-birindən ayırmağa başladı. Atlantik okeanının mərkəzi hissəsi əmələ gəldi.[79] Fanerozoy tarixində ilk dəfə Yerin iki qütbü qitələrdən kənarda idi.[80] Dənizin yenidən quruya hücümu başlandı.
Yura sistemi Qərbi Avropada geniş yayılmasına və qazıntı orqanizm qalıqlarının çoxluğuna görə ilk müəyyən edilmiş sistemlərdən biridir. 1822-ci ildə böyük alman təbiətşünassı Aleksanr fon Humbolt Şərqi Fransa və İsveçrədə yerləşən Yura dağlarında yura formassiyasını ayırdı. Qərbi Avropada yura sistemi çöküntüləri aydın surətdə üç hissəyə bölünür: qara yura, qonur yura, ağ yura. İngiltərədə bu laylar — leyas, dogger, malm adllanır.[81] Bütünlükdə isə Yura dövrü üç epoxaya bölünür: Üst/Gec, Orta, Alt/Erkən.[82]
Yura dövrünü təcəssüm etdirən (ümumən, az qala bütün paleontologiyanı) — ammonitlərdir. Kembri və ordovik üçün — trilobit, 4-cü dövr üçün — mamont sayıldığı kimi, yura dövrü üçün də — ammonitlər rəmzdir. Yura ammonitlərinin əsas xüsusiyyəti ondan ibarətdir ki, onlarda arakəsmə xətləri son dərəcə mürəkəbləşmişdi. Arakəsmə xətləri və yəhərlər o qədər iti parçalanmaya məruz qalmışdı ki, onları təbiətin əsil incəsənət əsərləri saymaq olar.
Yurada epikontinental dənizlərin həm ekvatorda, həm də mülayim en dairələrində geniş yayılması ilə rütubətli iqlim şəraiti üstünlük təşkil edirdi. Deməli, bitkilərlə sıx örtülmüş çoxlu bataqlıq sahilyanı düzənliklər və nohurlar var idi. Bu cəhətdən yura dövrü Karbon dövrünü xatırladırdı. Yurada da məhv olmuş bitki kütləsinin toplanması, kömürə çevrilməsi baş vermişdir. Yerin kömür ehtiyatlarının 16 %-dən çoxu məhz yura dövründə əmələ gəlmişdir. Kan-Açinsk və İrkutsk hövzələrinin, Gürcüstanda Tkvibuli və Tkvarçeli yataqlarının kömür ehtiyatları həmin dövrə məxsusdur. Yurada mülayim meşə zolağında çılpaqtoxumlulardan çekanovsilər yayılmışdır. Yarpaqları bütöv lövhə formalı deyil, ancaq iynəyarpaqlılar kimi də deyildi, xırda doğranmış əriştəni xatırladırdı.
Ən iri bitkiyeyən dinozavrlar idi. Onlardan brontozavr — ölçülərinə və çəkisinə görə bütün dövrlərdə yaşamış yerüstü dördayaqlılar içərisində rekord yer tuturdu. O, uzun, əyilən boynu üstündəki başını 4-cü mərtəbənin pəncərəsindən soxub 1-ci mərtəbənin giriş qapısını içəridən aça bilərdi.[83] Yurada su ətrafında gəzən sürünənlərdən başqa, tam mənada üzən və suya baş vuranlardan ilk növbədə ixtiozavrları misal göstərmək olar. Onlar hələ triasda əmələ gəlmiş, lakin yurada sayları olduqca çoxalmış və hər yerdə yayılmışdı. İxtiozavrlar su həyatına o qədər uyğunlaşmışdı ki, digər adi sürünənlər kimi sudan çıxıb yumurtalarını sahildə basdıra bilmirdi.
ARXEOPTERKS – İLK QUŞ DEYİL
Yalnız su olan sahələrdə deyil, quruda da sürünənlər yura dövründə təbiətin tam ağasına çevrilmişdir. Həm də havada artıq çoxdan həşəratlar uçurdu və deməli, orada artıq qida axtarmaq mümkün idi. Reptiliyalar həşəratları ovlamaq üçün əvvəlcə bir budaqdan digərinə tullanırdılar. Sonradan qanadlarının köməyilə enib-qalxmağa öyrənirdilər. Sonda isə uçmağa başladılar. İlk "qanad çalanlar" — ramforinxlər və pterodaktillər oldu[84]. Uçan reptiliyaların digər nümayəndəsi quyruqsuz pterodaktildir. Əsil yura pterodaktili xırda, qarğa boyda olub, ehtimal ki, balıqla qidalanmışdır. Bu reptiliyalar lələklərlə örtülmüş arxeopteriksə nisbətən daha inamla və sürətlə uçurdu. O, şübhəsiz, yerdən qalxmağa bacarmırdı, lakin ağaclara yaxşı dırmaşır və bir budaqdan digərinə enib-qalxa bilirdi. Uçmaq üçün ideal vasitə olan həqiqi lələk və qanadlar peyda olunmamışdan öncə lələyi "sınaqdan" keçirən çox güman ki, arxeopteriks olub.
Təbaşir dövrü
Mezozoy erasının sonuncu dövrü Yura dövründən sonra gələn dövr. Radioloji məlumatlara görə Təbaşir dövrü 145,5 milyon il bundan əvvəl başlamış, təqribən 66 miyon il əvvəl sona çatmışdır.[85] Bu dövrün adı məişətdə faydalı və lazımlı olan təbaşirdən — ağ, yumşaq süxurdan götürülmüşdür. Bu, kalsium karbonatdır. Təbaşirin daxilində ilk dəfə yurada əmələ gəlmiş mikroskopik qızılı-sarı su yosunları — kokkolitoforidlərin zirehinin ayrı-ayrı elementləridir.[6] Təbaşir dövrü ərzində Pangeyanın parçalanması başa çatdı. Ayrılmış qitələr fərqli yerlərdə olsalar da, ümumi görünüşləri hazırkı materiklərə oxşayırdı. Təbaşirin sonunda Antaraktida cənub qütbünün ətrafında özünün müasir yerini tutdu. Lakin şərqdən Avstraliya birləşmiş idi. Təbaşirin ortalarında Qondvana şimaldan cənuba doğru Cənubi Amerika və Afrikaya parçalandı. Yerin zahiri görünüşündə bu kimi dəyişikliklər iqlimə, eləcə də heyvan və bitki aləminə təsir etməyə bilməzdi.
Təbaşir dövrünün ortalarında örtülütoxumlu bitkilər geniş yayılmışdır. Botaniklərin çoxu hesab edir ki, örtülütoxumluların əcdadları təbaşirdə məhf olmuş bennetitlər, ilk nümayəndələri isə maqnoliyalardır. Çoxlu fərziyyələr olsa da, örtülütoxumluların mənşəyi haqqında qəti bir fikir yoxdur.[86] Düzənliklər və dağlar maqnoliya kolluqları, dəfnə, qovaq və söyüd ağacları ilə örtülmüşdür. Lakin hər yerdə nəhəng dinozavrlara, uçan reptiliyalara rast gəlmək mümkün idi. Təbaşir dövrünün əvvəlində dəniz sakinləri içərisində ammonitlər, belemnitlər, altışüalı mərcanlar üstünlük təşkil edirdi. Təbaşir dövrünün heyvanlarının bir çoxuna nəhənglik xas idi. Yerüstü heyvanlar aləmi özlərinə xas olan xüsusiyyətlərinə görə dəniz sakinlərindən geri qalmırdı. Meozoyun ən iri yerüstü yırtıcı heyvanı, boyu ikimərtəbəli evin hündürlüyü qədər olan — tirannozavr idi.[87][88][89][90][91]. Bitki ilə qidalanan dinozovrlardan ən yaxşı məlum olanı iquantodondur. Hündürlüyü 10 metr olan iquanodonların qəribə dişləri var idi. Hal-hazırda belə dişlərə yalnız Qalapaqos adalarında yaşayan nəhəng iquanda rast gəlmək olur. Belə oxşarlığa görə kərtənkələyə iquandis adı verilmişdir.[92]
Gec təbaşirdə iquanodonlardan suda yaşayan bitkilərlə qidalanan qadrozavrlar əmələ gəldi. Bəzi qadrozavrlarda — zaurolaflarda kəllə sümüyü peysərin üstündən yuxarı çıxaraq uzun borucuq əmələ gətirir, sonunda isə burun deşikləri yerləşirdi. Arxa ətraflarda dəri pərdələır var idi. Ümumiyyətlə, təbaşir dövründə çoxlu sayda belə reptiliyalar yaşamışdır. Məsələn, dinozavrların — "buynuzluların" bütöv fəsiləsini — seratopsları göstərmək olar. Su reptiliyaları həm ölçülərinə, həm də qəribə quruluşuna görə yerüstü qohumlarından geri qalmırdı. Məsələn, uzunluğu 15 metrə şatan, dəhşətli üçmetrlik ağıza və seyrək iti dişlərə malik yırtıcı dəniz nəhəngi mozovarları göstərmək olar. Uçan reptiliyalar- petranodolar müxtəlif olub, həşəratlar və balıqla, hətta dəniz planktonu ilə qidalanırdı.
Təbaşirdə həqiqi quşlar da yaşayırdı. Lakin onlar haqqında çox az məlumat var. Buna səbəb onların qalıqlarının qazıntı halında pis saxlanılmasıdır. Bu əsasən suda yaşamayan quşlara aiddir. Suda və ya suya yaxın sahələrdə yaşayan ən məşhur quşlar — uçan ixtiornis, pinqvinəkilli dalğıc və uzgücü qesperornisdir.[93]
Məməlilər siçovuldan böyük deyilıdi, lakin artıq kifayət qədər müxtəlif idilər. Təbaşir dövründə hazırda nəsli kəsilmiş sadə bitkiyeyənlərdən çoxqabarıqlı məməlilər yaşayırdı. Xarici görünüşünə görə onlar iri siçovullara oxşayırdı, lakin enli dırnağı xatırladan qabaq və köklü dişlərin quruluşuna görə onlardan fərqlənirdi. Daha sonra yüksək inkişaf etmiş heyvanlar — mataterilər (onlara Avstraliyda və Cənubi Amerikada yaşayan müasir kisəlilər aiddir) və ciftli məməlilər — euterilər əmələ gəldi. Sonuncuların içərisində həşəratyeyən heyvanlar, o cümlədən hamıya məlum olan kirpilərə də rast gəlinir. Qədim həşəratyeyənlərin bəzisi bir çox cəhətdən ilk primatlara oxşayırdı. Gec təbaşirdə həşəratyeyənlərdən əmələ gəlmiş həqiq yırtıcı məməlilər — kondilartlar məlum idi.[94]
Kimmeri qırışıqlığı
Triasla yuranın sərhəddində, Pangeyada parçalanma prosesinin baş verməsi və Atlantikanın açılması ilə bir vaxtda Paleotetsdə — Avropanın cənub-şərqində, eləcə də Mərkəzi və Cənub-Şərqi Asiyada yeni dağ əmələgəlmə epoxası özünü göstərdi. Avropada ona Erkən Kimmeri, Asiyada isə Hind-Siniya (Hind-Çin) adını verdilər. Kimmeri adı Qara dənizinin şimalında yaşamış qədim kimmerlərdən götürülmüş.[95] Bu epoxanın əmələ gəlməsində Qondvanadan qopmuş mikroqitələrlə Lavrasiyanın cənub kənarının toqquşması səbəb olmuşdur. Nəticədə Paleotetisin bağlanması baş verdi, Şimali Pamirdən Çinin Tsinlin dağ sisteminə qədər zolaqda qırışıqlıq dağ silsilələri əmələ gəldi.[96] Şimal qitələri — Lavrasiyanı və Qondvananı bir-birindən ayıran Neotetis okeanı və ya sadəcə, Tetis tam açıldı (bu açılma prosesi hələ paleozoy dövrünün sonundan başlamışdı). Yuranın sonunda — Tabaşirin əvvələrində baş vermiş növbəti orogenez — Gec Kimmeri (Çində Yanşan) adlanır. O, Tetisin şimal kənarının en zolağında, Şərqi Alpdan Asiyanın Sakit okean kənarına qədər sahədə özünü büruzə verən bu epoxa Hind okeanının açılmasının başlanğıcı oldu. Rusiyanın şimal-şərqindəki Verxoyan-Çukot dağlıq ölkəsi bu epoxaya aid edilir.[97] Gec Kimmeri orogenezi həm də əks tərəfə — Sakit okeanın Amerika tərəfinə (Şimali Amerika Kordilyerləri formalaşmağa başladı) və cənub-qərbindəki Melaneziyayay toxundu.
Yer tarixində "kütləvi qırılmalar"
Kütləvi yox olmalar və ya kütləvi qırılmalar Yer kürəsinin tarixində qlobal fəlakətlərindən biri olub qısa geoloji müddət ərzində çoxlu sayda yüksək takson növlərinin yox olması ilə xarakterizə olunur. Hazırda ümumi qəbul edilən konsepsiyanı 1980-ci illərdə amerikalı paleontoloqlar D. Sepkoski və D. Raup hazırlanmışdır.[98] Yerin inkişaf tarixində təbii fəlakətlər dəfələrlə baş vermişdir. Onlar təkamül prosesinin inkişaf istiqamətilə deyil, məhz xarici qüvvələrin təsiri nəticəsində baş vermişdir. Məsələn, ammonitlərin, belemnitlərin, dinozavrların, həmçinin suda və quruda yaşamış bir çox başqa orqanizmlərin təbaşir dövrünün sonunda qırılması məhz xarici qüvvə təsiriylə baş vermişdir. Bu qüvvə vulkan püskürməsi də, kosmik təsirlər də ola bilər.
XX əsrin 70-ci illərində Danimarkada 65 milyon il əvvəl çökmə süxurların bütöv kəsilişlərində nazik bir gil təbəqəsi aşkar olundu. O təbəqədən altda erkən təbaşirin tipik faunası, üstdə isə fauna qalıqları olduqca az olan kiçik bir intervaldan sonra paleogenin səciyyəvi fauna kompleksi aşkar olundu. Bu gil təbəqəsinin kimyəvi analizi göstərdi ki, onun tərkibində platin qrupu elementlərindən iridiumun miqdarı 100 ppb-dən çoxdur. 1980-ci ildə amerikalı fiziklər, ata və oğul, Luis və Uolter Alvareslər dərc etdirdikləri məqalədə göstərdilər ki, təbaşir və paleogenin sərhədindəki gil təbəqəsi nəhəng meteorit, komet yaxud asteroid Yer kürəsinə düşərkən, ağır zərbədən qalxmış və Yer kürəsini əhatə etmiş tozdan əmələ gəlmişdir.[99]
Sepkoski və Raupa görə Yer kürəsində əsas beş kütləvı qırılma hadisəsi olmuşdur[100]:
- 450–443 milyon il əvvəl — ordovik-silur kütləvi qırılması
- 372 milyon il əvvəl — devon kütləvi qırılması
- 253–251 milyon il əvvəl — "böyük" perm kütləvi qırılması
- 208–200 milyon il əvvəl — trias kütləvi qırılması
- 65,5 milyon il əvvəl — təbaşır-paleogen kütləvi qırılması
Kaynazoy
Kaynozoy — yer qabığı laylarının ümumi stratiqrafik cədvəlində ən yuxarıda yerləşib, Yerin geoloji tarixinin ən yeni erasına müvafiq gəlir. 66 milyon il əvvəl başlayıb, hazırda da davam edir.[78] Paleogen, neogen və dördüncü dövr (antropogen) sistemlərinə ayrılır. Paleogen və neogen dövrlərini çox vaxt ümumi " üçüncü dövr" adı altında birləşdirirdilər. Daha sonralar üçüncü dövrü paleogenə və neogenə böldülər. Dördüncü dövrü isə insanın mövcud olduğu dövr kimi ayrıca öyrənməyə başladılar. Paralel olaraq dördüncü dövrü həm də antropogen adlandırırlar.
Paleogen dövrü
Paleogen dövrünün 44 milyon ili ərzində tədricən müasir dövrə xas olan relyefin əsas cizgiləri, landşaft və iqlim zonaları formalaşmışdır. Paleogenin əvvəlində üzvi aləmdə kardinal dəyişmələrə baxmayaraq (dəniz və quru heyvanları daxilində), Yerin geofiziki siması təbaşir dövründə olduğu kimi qalırdı. Yalnız epikontinental dənizlərin sahələri bir qədər kiçilmişdir.[101] Paleogen dövrünün ortalarında Avrasiyadan Qrenlandiya ayrıldı, Atlantik okeanı bütün uzunluğu boyu açıldı. Tetis okeanı tam qapanana qədər Hindistan, Afrika-Ərəbistan və onlar arasında yerləşən daha kiçik kontinental bloklar getdikcə Lavraziyanın cənub kənarına yaxınlaşmağa başladılar. Dərin dəniz hövzələrinin yerində min kilometrlərlə uzanan dağ sistemlərinin yaranma prosesi başladı. Bu, Alp qırışıqlığı idi: Preney, Alp, Apennin, Balkan, Kiçik Qafqaz və daha sonra Himalaya qədər.
Təbaşir dövrünün sonunda kütləvi qırılma üzvi aləmin simasını kökündən dəyişmişdi. Əvvəlki kimi yalnız qlobal ekoloji piramidanın bünövrəsi — dənizdə plankton və quruda yaşıl bitkilər qalmışdı. Onlar həyatın əsaslarının kökü, atmosfer üçün oksigen və bütün varlıqların qidasının əsası idi. Bitkilər arasında artıq uzun zamanlardan bəri örtülütoxumlular üstünlük təşkil edirdi.[102] "Böyük fəlakətin" nəticələri, praktiki olaraq, onlara təsir etməmişdir. Paleogen dövrünün ortalarında geniş yayılmış qeyri-adi nəhəng birhüceyrəlilər — nummulitlər (foraminiferlər) müasir dənizlərdə rast gəlmir. Onların qabığı yastı olub, şəklinə və ölçüsünə görə sikkəni xatırladırdı. Latıncadan tərcümədə nummulit "kiçik sikkə" deməkdir.[103] Məhs Naxçıvan ərazisində bir kənd, ətrafında külli miqdarda nummulit tapıldığına görə "Paradaş" adlandırılmışdır.[104] Qeyd etmək lazımdır ki, orta və üst miosendə (Şimali Amerikada) və alt pliosendə yayılmış Mesocippus cinsindən olan üçbarmaqlı atlar — hipparionlar meydana gəlmişdir. Onlar da kiçik bir zaman ərzində Asiya, Avropa və Afrikaya yayılmış və orada ehtimal ki, pleystosenin əvvəlinə qədər yaşamışlar.[105]
Neogen dövrü
Neogen dövründə quruda və dənizdə məməli heyvanların bütün əsas qrupları meydana gəldi: dırnaqlılar və xortumlular, yırtıcılar və gəmiricilər, balinayaoxşarlar və hətta meymunlar.[6] Məhs onlar neogenin təkrarolunmaz simasını yaratdılar. Lakin axırıncı 60 milyon il ərzində materiklər və okeanlar öz şəkilini dəyişdiyin və iqlimin dəyişməsinə görə həmin heyvanlar bu gün yaşadıqları yerlərdə məskunlaşmamışdılar. Neogen meşələrində qəribə fillər — aşağı çənəsində aşağıya doğru əyilmiş dişləri olan dinoterilər və yastı başlı, xortumsuz, lakin uzun yumşaq üst dodaqlı platibelodonlar yaşayırdı.[106][107] Ən qədim dırnaqlılar hələ dırnağa malik deyildi. Onların üst çənəsindən, yırtıcılarda olduğu kimi, köpək dişləri irəli çıxırdı. Alınlarından və burunlarında isə üç cüt sümük buynuz var idi. Ağaclara dırmaşan halikoterlər çox qəribə dırnaqlı idi: onların dırnaqsız qabaq ayaqlarını caynaqlar bəzəyirdi. Halikoterin kəlləsi atın kəlləsinə bənzəyirdi, lakin qabaq ayaqlarından iki dəfə qısa olan iri dal ayaqları var idi.
Neogen dövrünün böyük zaman kəsiyində ətraf aləm indikinə nisbətən daha müxtəlif, rəngarəng idi. Rütubətli subtropiklərin bitki örtüyü hətta yüksək en dairələrində də hökmranlıq edirdi. Rütubətli enliyarpaqlı meşələr, bataqlıqlar və meşə-çöllər ilə növbələşirdi. Bütün bunlar heyvanlar üçün əsl cənnət idi. Neogenin sonuna yaxınlaşdıqca iqlim getgedə daha sərt, soyuq və quru olurdu. Yayda otu quruyan geniş çöllər meydana gəlirdi. Qaba qida ilə qidalanan otyeyən xortumluların, kərgədanların və xüsusilə dırnaqlıların təkamül zamanı dişlərinin quruluşu dəyişirdi.
Təbii zonaların sərhədlərinin dəyişməsi canlıların bütöv qruplarını öz əvvəlki yerlərini tərk etmək məcburiyyətində qoyurdu.[108] Onlar Asiyadan Amerikaya və əksinə keçmək üçün quru " körpülərdən" — qurumuş dəniz dibindən istifadə edirdilər. Şimal yarımkürəsində belə olmuşdu. Cənub yarımkürə qitələrində geniş dənizlərin sərhədləri məhdudlaşırdı. Avstraliya və Cənubi Amerikada yayılmış heyvanlar qismət təcrid olunduqdan sonra burada təkamül prosesi ləng getdi.[109] Başqa qitələrlə əlaqəsi kəsilmiş Avstraliyada məməlilər elə aşağı inkişaf pilləsində qaldı. Onlar kisəlilər (kenquru, koala və b) və birdəliklilərə (ördəkburun, yexidna) təmsil olunmuşdu. Neogenin sonunda artıq bütün Antarktida qalın buz qatı ilə örtüldü. Şimal okeanı buzlu okeana çevrildi, şimal qütbü rayonunda ilk dəniz buzları, İslandiya və Qrenlandiyada qitə buzlaqları meydana gəldi. Dördüncü dövrün böyük buzlaşma epoxası başlandı.
Antropogen (Dördüncü) dövrü
Böyük buzlaşma və insanın meydana gəlməsi — bu iki hadisə Yerin tarixində dördüncü və ya antropogen (yun. "antropos" — "insan") dövrünün başlanğıcını göstərir. Geoloji və fiziki-coğrafi nöqteyinəzərdən antropogen dövrü Yerin inkişaf tarixinin böyük hissəsi üçün qeyri-tipikdir. Çünki fanerozoy dövrünün 3/4 hissəsi planetdə böyük buzlaşmaların baş vermədiyi şəraitdə keçmişdir. Bundan başqa, Atlantik okeanının əmələ gəlməsi nəticəsində şimal və cənub qütb okeanlarını birləşdirən bütöv enli meridian boğazları meydana gəldi. Bu "boğazlardan" biri — Sakit okean qədimdə (Pantalas) həmişə mövcud olmuşdur. İkincisi — Atlantika isə yalnız neogenin sonunda tam formalaşmışdır. Buzlaşmaların və nisbi istiləşmələrin növbələşməsi dördüncü dövrün ən səciyyəvi əlamətidir.[110][111] Dördüncü dövrdə dörddən altıya qədər buzlaşma qeyd olunur. Bunlardan ən genişi bu gövrün ortalarında baş vermişdir. Şərqi Avropa ərazisində bu, Dnepr, Qərbi Avropada — Ruiss, Şimali Amerikada isə — İllionis buzlaşması adlanır. Şimali Amerika qitəsində ərazinin 60%- dən çoxu buzla örtülmüşdü. Rus düzənliyində buz örtüyünün kənarı Belarusun və Moskvanın cənubuna çatmış və iki uzun dil şəklində çay vadiləri üzrə uzanaraq müasir Dnepropetrovsk və Volqoqrad ərazilərinə qədər çatmışdır. Qərbi Avropada bütöv buz qalxanı Almaniya və Çexiyanı, Britaniya adalarını örtürdü. "Buz şəraiti" Alp dağ buzlaqlarının müasir səviyyədən 300 m aşağı düşməsi nəticəsində buzdan azad çox az yer qaldığına görə daha da ağırlaşırdı. Aralıq dənizinin cənub sahilindəki Atlas sıra dağları da buzla örtülmüşdü. Asiyanın şimalında — Sibirdə buzlaşma başqa yerlərdən fərqli inkişaf edirdi. Yağıntıların azlığı və havanın quru olmasına görə burada daima və qalın buz örtüyü yaranmırdı. Əksinə bu ərazilərdə daimi donuşluq formalaşırdı. Cənub yarımkürəsində Antaraktidanın böyük ərazisini tutan çoxkilometrlik buz qalxanları ilə yanaşı, Cənubi And, Avstraliya və Yeni Zelandiyanın dağları da buz ilə örtülü idi.
Alp qırışıqlığı
Müasir qitələrin zahiri görünüşünü müəyyən edən dağ silsilələri kaynozoyu əhatə edən sonuncu orogenezdə — Alp epoxasında əmələ gəlmişdir. Təbaşirin sonu — paleogen dövrünün əvvəlində Şimali Amerikanın qərbində nəhəng Kordilyer dağ sisteminin formalaşması tamamlandı. Lakin Cənubi Amerikada, Avrasiya və şimali-qərbi Afrikada Alp orogenizin əsas hadisələri eosenin sonunda (təxminən 40 milyon il bundan əvvəl) başlamışdır və güclənərək miosenin sonuna qədər davam etmişdir. Bəzi bölgələrdə hələ də davam etməkdədir. Məhs bu epoxada Alp-Himalay dağ silsilələri meydana gəlmişdir. Bu silsilə Cəbəllüqttariqdən İndoneziya arxipelaqına qədər Preneyi, Alpı, Karpatı,Balkanı, Böyük və Kişik Qafqazı, Pamiri və nəhayət, Yerdə ən yüksək dağ sistemi olan Himalayı və onlarla qovuşan ətrafdakı Qarakorumu əhatə edir.[112] Himalay Qondvananın qırıntısı olan Avstraliya piltəsinin Avrasiyanın cənub kənarı ilə toqquşması nəticəsində əmələ gəlmişdir.
Qondvananın digər qırıntısı — Ərəbistan piltəsinin Avrasiya ilə toqquşması Qafqaz və qonşu Anadolu və İran dağ sitemlərinin əmələ gətirmişdir. Alp, Karpat və Qərbi Aralıq dənizinin dağ sistemlərinin əmələ gəlməsinə Avrasiyanın cənub kənarı ilə Afrika piltəsi və Qondvananın bir qədər xırda qırıntılarının toqquşması səbəb olmuşdur. Eosenin sonunda Andda dağəmələgəlmə prosesləri şiddətlənməyə başlamışdı. Alp orogenezi, sözsüz ki, Yerin tarixində ən güclü və uzun sürən bir təbii hadisə kimi qiymətləndirilir. Litosfer piltələrinin toqquşmasından əmələ gələn sıxılma impulsunun gücü çox böyük olmuşdur. Odur ki, dağəmələgəlmə prosesi təkcə toqquşma xətti boyunca getməmiş, hətta onun dalğaları içərilərə, ilk növbədə, 1,5 km-ə qədər məsafədə stabilləşmiş düzənlik sahələrə də təsir göstərmişdir.[113] Nəticədə dağılmış Baykal, Hertsin, Kaledon dağ sistemlərinin yerində dağlıq relyef əmələ gəlmişdir. Belə ki, Mərkəzi Asiyada Hindiquş, Tyan-Şan, Altay, Sayan, Monqolustanda və Şimali Çində dağ sistemləri "bərpa" olunmuşdur.
Dördüncü dövr buzlaşmaları
Dördüncü dövr buzlaşmalarına (bəzən Pleystosen buzlaşması) 2,58 milyon il əvvəl başlayan buz dövrləri,[114][115][116] eləcə də 34 milyon il davam edən Son Kaynozoy buzlaşmasının indiki mərhələləri aid olunur. Bütün buzlaşmalar kimi, bu buzlaşma da geniş buz təbəqələrinin yaranması ilə xarakterizə olunur. Hazırda bu buz təbəqələrindən yalnız Qrenlandiya və Antaraktida buz təbəqələri qalmışdır. Digər buz təbəqələri (məsələn, Lavrenti buz təbəqəsi) tamamilə ərimiş, yerində buzlaq gölləri (Böyük Göllər) və Baltik dənizi formalaşmışdır.
Dördüncü dövr buzlaşmalarının əsas fəsadlarına böyük ərazilərdə qurunun eroziyası, müxtəlif mineral materiallarının akkumulyasiyası, çay sistemlərinin dəyişməsi və milyonlarla yeni göllərin meydana gəlməsi daxildir. Eləcə də buzlaşmadan sonra dəniz səviyyəsi dəyişmiş, yer qabığının izostasiyası nizamlanmış, daşqınlar və anomal küləklər müşahidə olunmağa başlamışdır. Yuxarda göstərilənlər bütünlüklə ətraf mühitə, fauna və floraya çox güclü təsir göstərmişdir.
Təxminən 20 000 il əvvəl iqlim istiləşməsi başlamış və dəniz səviyyəsi 130 metr qalxmışdır. Təxminən 6000 il əvvəl iqlim sabitləşərək və holosenin iqlim optimalına keçid baş vermişdir. Məhs bu zaman neolit inqilabı başlamış və ilk sivilizasiya meydana gəlmişdir.[117]
İnsanın meydana gəlməsi
Dördüncü dövrdə həyatın tarixi müəyyən dərəcədə insanın tarixidir. Heyvanat aləminə mənsubluğunu dərk etsə də insan özünü — Homo sapines (şüurlu insan) adlandıraraq onlardan ayırmışdır. Meymunlarla zahiri oxşarlığını nəzərə alaraq o özünü onlarla bir olan primatlar dəstəsinə (latınca "primates" — birincilər) daxil etmişdir.
İnsan nəslinin şəcərəsinin əvvəli gec təbaşir epoxasında itir. Bu zaman ümumi gövdədən əliqanadlılar (yarasalar), tükqanadlılar və primatlar budağı ayrılır. Birinci iki dəstənin nümayəndələrindən fərqli olaraq, ən qədim primatlar əllərini (və ayaqlarını) yelləməkdənsə, öz əl-ayaqlarından ağaclara dırmaşmaq üçün istifadə etməyi üstün tutdular.[6] Təxminən 15–20 milyon il əvvəl meymunlar arasında hominoidlər və ya insanabənzərlər ayrıldılar.[118][119] Hominoidlər bütün Afrika, Avropa və Asiyanın cənub hissəsi boyu yayılmışdı.
Onların ən iriləri ağaclarda çətinliklə qərar tutur və getdikcə daha tez-tez yerə enmək məcburiyyətində qalırdılar. Əl barmaqlarının sümüklərinə söykənərək şimpanze kimi yeriyə bilsələr də, tam ayaq üstə duraraq hərəkət etmək daha rahat idi. Oreopitek artıq miosendə — 8 milyon il bundan əvvəl indiki Apennin yaramadası yerləşdiyi ərazilərdə geniş yayılmışdır. O, insanın bilavasitə əcdadı deyildi və onun pəncəsi tamamilə insan pəncəsinə oxşamırdı: bir-birinə kip sıxılmış dörd barmaq xaricə istiqamətlənmişdir, baş barmaq isə, başqalarına nisbətən kəskin surətdə düz bucaq altında daxilə burulmuşdur.[120][121].
AZIXANTROP
Pliosendə 4,4 milyon il bundan əvvəl, Afrikanın şərqində ikiayaqlı meymunlar — ardipiteklər peyda oldu. Bu, hominoidlərin pəncəsi artıq, demək olar ki, insanlarda olduğu kimi idi. Ən qədim avstrolopitek (latınca "australis" — cənub və yunanca "pitekos" — meymun) — 4,2–3,9 milyon il bundan əvvəl yaşamışdır.[122] Keniyada Rudolf (Turkana) gölünün yaxınlığında onun çənəsi tapılmışdır. İnsanın (Homo nəsli) ən qədim qalıqlarının və alətlərinin — daş qırıntılarının yaşı 2,3 milyona (gec pilosen) yaxındır. Artıq dördüncü dövrün əvvəllərində insan növü ergaster (yunanca — sənətkar) İndoneziya adalarına gedib çıxmışdı. Ergasterin xələfi heydelberq insanı 780 min il bundan əvvəl Cəbəllüttariq boğazını keçmiş, 500 min il əvvəl isə Böyük Britaniyanın sahillərində məskən salmışdır. Onun xələfi olan neandertal isə 50 min il bundan qabaq Amerikaya gedib çıxa bilmişdir.
Ədəbiyyat
- Uşaqlar üçün ensiklopediya. Geologiya. Bakı,"Şərq-Qərb". 2008. ISBN 978-9952-34-196-6.
- Л.П.Шубаjев. Yмуми Jершyнаслыг. Bakı. 1986.
- Gradstein, Felix M.; Ogg, James G.; van Kranendonk, Martin. On the Geological Time Scale 2008 (PDF) (Hesabat). International Commission on Stratigraphy. 2008. Fig. 2. 28 October 2012 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 20 April 2012.
- Stanley, Steven M. Earth system history (2nd). New York: Freeman. 2005. ISBN 978-0-7167-3907-4.
Həmçinin bax
Xarici keçidlər
- Ageing the Earth, BBC Radio 4 discussion with Richard Corfield, Hazel Rymer & Henry Gee (In Our Time, Nov. 20, 2003)
- "Expedition 13: Science, Assembly Prep on Tap for Crew". NASA. 2006-01-11. 2012-08-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2006-03-27.
- "Yerin tarixi". meteorologiaenred. 2024-01-21.
İstinadlar
- Steven M. (2005). Earth system history (2nd ed.). New York: Freeman. ISBN 978-0-7167-3907-4
- "Steno's principles of stratigraphy". 2008-05-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-12-02.
- "N.Ə.İmamverdiyev.Maqmatik proseslərin geokimyası(Petroloji əsaslarla)" (PDF). 2018-05-17 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2014-12-02.
- "Геохронологическая шкала". 2021-04-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-12-02.
- "The Second International Geological Congress, Bologna, 1881" (PDF). 2014-05-28 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2014-12-02.
- Uşaqlar üçün ensiklopediya, Geologiya. Bakı.2008. Şərq-qərb.
- "Большой советской энциклопедии". 2014-04-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-12-03.
- "Метод - трек". 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-12-03.
- Jorj Küvye
- "Палеоботаника". 2021-10-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-12-27.
- "ОСНОВНЫЕ КОНЦЕПЦИИ И ПРОБЛЕМЫ ПАЛЕОИХНОЛОГИИ". 2014-01-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-12-27.
- "Melikov Behruz."Yerşünaslığın əsasları"" (PDF). 2021-06-28 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2014-12-29.
- Encrenaz T. The solar system. — 3rd. — Berlin: Springer, 2004. — P. 89. — ISBN 978-3-540-00241-3.
- Kasting, James F. (1993). "Earth's early atmosphere". Science 259 (5097): 920–926. DOI:10.1126/science.11536547. PMID 11536547.
- Л.П.Шубajeв. Yмуми Jершyнаслыг. Бакы.1986.s.33.
- "Догеологический этап". 2015-06-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-01-07.
- "Р.Р. Габдуллин, И.В. Ильин, А.В. Иванов «Эволюция Земли и жизни».Издательство Московского университета.2005.с.16". 2016-04-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-10.
- Dalrymple, G. B. (1991). The Age of the Earth. California: Stanford University Press. ISBN 0-8047-1569-6.
- "Катархей". 2012-01-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-23.
- Chang, Kenneth. A New Picture of the Early Earth (англ.)
- Stephen E. Kesler, Hiroshi Ohmoto. Evolution of Early Earth's Atmosphere, Hydrosphere, and Biosphere: Constraints from Ore Deposits. Geological Society of America.2006. Arxivləşdirilib 2016-04-09 at the Wayback Machine
- Cradle of life: the discovery of earth's earliest fossils. Princeton, N. J: Princeton University Press. 1999. pp. 87–89. ISBN 0-691-08864-0.
- Zahnle, K.; Schaefer, L.; Fegley, B. (2010)."Earth's Earliest Atmospheres" Arxivləşdirilib 2019-07-26 at the Wayback Machine Cold Spring Harbor Perspectives in Biology 2 (10): a004895.
- University of California Museum of Paleontology.The Archean Eon and the Hadean. Arxivləşdirilib 2022-05-12 at the Wayback Machine
- "Climate Regulation and Atmosphere Evolution through Geologic Time". 2014-12-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-01-23.
- "Планета-пленница, пылевое облако или кусочек Земли: 5 теорий о происхождении Луны". 2021-10-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-02-05.
- "Moon Created by Giant Collision, Studies Confirm". History. 2012–10–18 Arxivləşdirilib 2021-01-24 at the Wayback Machine.
- Stroud, Rick (2009). The Book of the Moon. Walken and Company. pp. 24–27. ISBN 978-0-8027-1734-4.
- Binder, A. B. (1974). "On the origin of the Moon by rotational fission". The Moon. 11 (2): 53–76. Bibcode:1974Moon…11…53B. doi:10.1007/BF01877794.
- Mitler, H. E. (1975). "Formation of an iron-poor moon by partial capture, or: Yet another exotic theory of lunar origin". Icarus. 24 (2): 256–268. Bibcode:1975Icar…24..256M. doi:10.1016/0019–1035(75)90102–5.
- "Earth-Asteroid Collision Formed Moon Later Than Thought" Arxivləşdirilib 2009-04-18 at the Wayback Machine. News.nationalgeographic.com. 28 October 2010.
- "2008 Pellas-Ryder Award for Mathieu Touboul" (PDF). 2018-07-27 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2021-01-17.
- Touboul, M.; Kleine, T.; Bourdon, B.; Palme, H.; Wieler, R. (2007). "Late formation and prolonged differentiation of the Moon inferred from W isotopes in lunar metals". Nature. 450 (7173): 1206–9. Bibcode:2007Natur.450.1206T. doi:10.1038/nature06428. PMID 18097403.
- "Flying Oceans of Magma Help Demystify the Moon's Creation" Arxivləşdirilib 2019-06-10 at the Wayback Machine. News.nationalgeographic.com.
- Nield, Ted (2009). "Moonwalk (summary of meeting at Meteoritical Society's 72nd Annual Meeting, Nancy, France)". Geoscientist. 19: 8.
- Pahlevan, Kaveh; Stevenson, David J. (2007). "Equilibration in the aftermath of the lunar-forming giant impact". Earth and Planetary Science Letters. 262 (3–4): 438–449. arXiv:1012.5323free to read. Bibcode:2007E&PSL.262..438P. doi:10.1016/j.epsl.2007.07.055.
- "Образование океанов и материков". 2022-01-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-02-19.
- Coğrafiya ensiklopediyası. Bakı 2012. s.16.
- Lovett, Richard A. (September 5, 2008). "Supercontinent Pangaea Pushed, Not Sucked, Into Place". National Geographic News.
- "Encyclopædia Britannica". 2015-04-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-02-19.
- "Происхождение и начальные этапы развития жизни на Земле". 2021-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-02-21.
- Gunn, Angus M. (2004). Evolution and Creationism in the Public Schools: A Handbook for Educators, Parents, and Community Leaders. Jefferson, NC
- Napier, William (October 2011). "Exchange of Biomaterial Between Planetary Systems" Arxivləşdirilib 2017-06-15 at the Wayback Machine
- "Большой Энциклопедический словарь". 2017-10-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-03-01.
- Li, Z. X.; Bogdanova, S. V.; Collins, A. S.; Davidson, A.; B. De Waele, R. E. Ernst, I. C. W. Fitzsimons, R. A. Fuck, D. P. Gladkochub, J. Jacobs, K. E. Karlstrom, S. Lul, L. M. Natapov, V. Pease, S. A. Pisarevsky, K. Thrane and V. Vernikovsky (2008). "Assembly, configuration, and break-up history of Rodinia: A synthesis". Precambrian Research 160: 179–210
- "Родиния". 2022-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-03-01.
- Newscientist.24 may 2010 by Michael Marshall "The history of ice on Earth Arxivləşdirilib 2015-06-26 at the Wayback Machine"
- "Melikov Behruz. "Тarixi geologiya"" (PDF). 2021-06-28 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2015-03-13.
- ""The Cambrian Period"". 2012-05-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-03-13.
- "Кембрийский период". 2020-04-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-03-13.
- "Archaeocyatha". 2022-03-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-03-13.
- "Геологическая энциклопедия". 2017-10-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-03-13.
- "Ассинтская складчатость". 2015-06-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-03-13.
- "Каледониды Северо-Западной и Центральной Европы". 2017-03-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-03-29.
- "Позднеордовикский-раннесилурийский ледниковый период (460-420 м.л.н.)". 2022-02-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-10.
- "ТРИЛОБИТЫ - ОБИТАТЕЛИ ПАЛЕОЗОЯ". 2017-08-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-10.
- Ots, Arvo (2007–02–12). "Estonian oil shale properties and utilization in power plants" Arxivləşdirilib 2016-10-29 at the Wayback Machine(PDF). Energetika (Lithuanian Academy of Sciences Publishers) 53 (2): 8–18. Retrieved 2011–05–06.
- Silurian Period Arxivləşdirilib 2017-02-09 at the Wayback Machine 1996–2015 National Geographic Society.
- Kenrick, Paul & Crane, Peter R. (1997), The Origin and Early Diversification of Land Plants: A Cladistic Study, Washington, D. C.: Smithsonian Institution Press, ISBN 978-1-56098-730-7
- Rudwick M. S. J. 1985 The great Devonian controversy: the shaping of scientific knowledge among gentlemanly specialists. Chicago: University of Chicago Press.
- "South African History Online: 21 December 1938. A fishing trawler off the South African Coast catches a coelacanth". 20 October 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 April 2015.
- ""Extinction". John Baez. April 8, 2006". May 8, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 25, 2015.
- Johnson, Ralph Gordon; Richardson, Eugene Stanley, Jr. (March 24, 1969)."Pennsylvanian Invertebrates of the Mazon Creek Area, Illinois: The Morphology and Affinities of Tullimonstrum". Fieldiana Geology.
- "INTERNATIONAL CHRONOSTRATIGRAPHIC CHART" (PDF). 2013-07-17 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2015-05-20.
- Cossey, P. J. et al. (2004) British Lower Carboniferous Stratigraphy, Geological Conservation Review Series, no 29, JNCC, Peterborough
- Ушаков С.А., Ясаманов Н.А. Дрейф материков и климаты Земли. М.: Мысль, 1984. С. 206.
- "Э.Р.Ершов. "Эволюция мёрзлых толщ в истории Земли" Московский государственный университет им. М.В.Ломоносова. 1996" (PDF). 2021-06-28 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2015-05-26.
- "Флора и фауна Каменноугольного периода.(Карбон)". 2015-09-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-05-27.
- "ПЕРМСКИЙ ПЕРИОД (СИСТЕМА)" (PDF). 2016-05-09 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2015-09-26.
- "Estemmenosuchus uralensis grazing". 2012-07-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-10-19.
- The Permian Period Arxivləşdirilib 2017-07-04 at the Wayback Machine berkeley.edu
- Каледонская складчатость // Большая советская энциклопедия : [в 30 т.] / гл. ред. А. М. Прохоров. — 3-е изд. — М. : Советская энциклопедия, 1969–1978.
- "Old Red Sandstone. ENCYCLOPÆDIA BRITANNICA". 2022-09-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-18.
- Tectonics of the Devonian Arxivləşdirilib 2018-07-03 at the Wayback Machine Website of University of California Museum of Paleontology.
- "Arxivlənmiş surət". 2022-09-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-21.
- Friedrich von Alberti, Beitrag zu einer Monographie des bunten Sandsteins, Muschelkalks und Keupers, und die Verbindung dieser Gebilde zu einer Formation. Contribution to a monograph on the colored sandstone, shell limestone and mudstone, and the joining of these structures into one formation. Stuttgart and Tübingen, (Germany): J. G. Cotta, 1834. Alberti coined the term "Trias" on page 324 Arxivləşdirilib 2016-05-22 at the Wayback Machine
- Протоавис это:
- "International Commission on Stratigraphy. 2013" (PDF). 2019-04-12 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2021-04-16.
- Frizon de Lamotte, Dominique; Fourdan, Brendan; Leleu, Sophie; Leparmentier, François; de Clarens, Philippe. "Style of rifting and the stages of Pangea breakup". Tectonics (ingilis). 34 (5). 24 April 2015: 1009–1029. doi:10.1002/2014TC003760.
- Tarduno, John A.; Smirnova, Alexei V. Stability of the Earth with respect to the spin axis for the last 130 million years (англ.) // Earth and Planetary Science Letters (англ.)русск. : journal. — 2001. — 15 January (vol. 184, no. 2). — P. 549–553. — :10.1016/S0012–821X(00)00348–4. Arxivləşdirilib 2021-04-17 at the Wayback Machine — Bibcode: 2001E&PSL.184..549T Arxivləşdirilib 2022-07-04 at the Wayback Machine
- Kazlev, M. Alan Palaeos Mesozoic: Jurassic: The Jurassic Period. Palaeos (2002)
- Pieńkowski, G.; Schudack, M. E.; Bosák, P.; Enay, R.; Feldman-Olszewska, A.; Golonka, J.; Gutowski, J.; Herngreen, G. F. W.; et al. (2008), Jurassic, in McCann, T., The Geology of Central Europe, vol. Mesozoic and Cenozoic, London: Geological Society
- Paul, Gregory S. Princeton Field Guide to Dinosaurs. Princeton University Press. 2010. ISBN 978-0-691-13720-9.
- "Rhamphorhynchus". Paleobiology Database (ingilis). 2016-06-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-17. (Yoxlanılıb 19 may 2016)
- INTERNATIONAL CHRONOSTRATIGRAPHIC CHART. 2022/02 Arxivləşdirilib 2022-04-02 at the Wayback Machine. stratigraphy.org
- Coiro, Mario; Doyle, James A.; Hilton, Jason. "How deep is the conflict between molecular and fossil evidence on the age of angiosperms?". New Phytologist (ingilis). 223 (1). July 2019: 83–99. doi:10.1111/nph.15708. ISSN 0028-646X. PMID 30681148.
- Holtz, T. R. "Dinosaurs: The Most Complete, Up-to-Date Encyclopedia for Dinosaur Lovers of All Ages, Winter 2011 Appendix" (PDF). 2011. August 12, 2017 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: January 13, 2012.
- "Sue Fact Sheet" (PDF). Sue at the Field Museum. Field Museum of Natural History. August 18, 2016 tarixində orijinalından (PDF) arxivləşdirilib.
- "How well do you know SUE?". Field Museum of Natural History. August 11, 2016. April 8, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 31, 2018.
- "Sue the T. Rex". Field Museum. February 5, 2018. April 4, 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 20, 2018.
- Hartman, Scott. "Mass estimates: North vs South redux". Scott Hartman's Skeletal Drawing.com. July 7, 2013. October 12, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 24, 2013.
- Игуанодон ("зубы игуаны"). Это первый из найденных динозавров
- Курочкин Е. Н., Лопатин А. В., Зеленков Н. В. (отв. ред.). Ископаемые позвоночные России и сопредельных стран. Ископаемые рептилии и птицы / А. В. Лопатин. — М. : ГЕОС, 2015. — Часть 3. — С. 99. — 300 + [44] с. — ISBN 978-5-89118-699-6.
- McKenna, M. C.; Bell, S. K. (1997). Classification of Mammals Above the Species Level. Columbia University Press. ISBN 978-0-231-11012-9.
- "КИММЕРИЙСКАЯ СКЛАДЧАТОСТЬ". 2023-08-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-28.
- Golonka, J.; Embry, A.; Krobicki, M. Late Triassic Global Plate Tectonics (PDF) // Tanner, L. (redaktor ). The Late Triassic World. Topics in Geobiology. 46. Springer International. 2018. doi:10.1007/978-3-319-68009-5_2. ISBN 978-3-319-68008-8.
- "Cimmerian Orogeny. Encyclopedia, Science News & Research Reviews". 2023-08-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-29.
- Gould, S.J. "The evolution of life on Earth". Scientific American. 271 cild no. 4. October 1994. 84–91. Bibcode:1994SciAm.271d..84G. doi:10.1038/scientificamerican1094-84. PMID 7939569.
- Alvarez LW, Alvarez W, Asaro F, Michel HV. "Extraterrestrial cause for the cretaceous-tertiary extinction". Science. 208 (4448). June 1980: 1095–1108. Bibcode:1980Sci...208.1095A. CiteSeerX 10.1.1.126.8496. doi:10.1126/science.208.4448.1095. PMID 17783054.
- Raup, D. M., Sepkoski, J. J. Mass extinctions in the marine fossil record (ingilis). Science. 1982. 1501–1503. 2023-11-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-21.
- Liu, Yang; Huang, Chunju; Ogg, James G.; Algeo, Thomas J.; Kemp, David B.; Shen, Wenlong. "Oscillations of global sea-level elevation during the Paleogene correspond to 1.2-Myr amplitude modulation of orbital obliquity cycles". Earth and Planetary Science Letters. 522. 15 September 2019: 65–78. Bibcode:2019E&PSL.522...65L. doi:10.1016/j.epsl.2019.06.023. İstifadə tarixi: 24 November 2022.
- Crame, J. Alistair. "Early Cenozoic evolution of the latitudinal diversity gradient". Earth-Science Reviews. 202. March 2020: 103090. doi:10.1016/j.earscirev.2020.103090. 20 March 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 March 2023.
- Hottinger, Lukas. "Illustrated glossary of terms used in foraminiferal research". Paleopolis. 2006-09-08. 2012-06-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-11-11.
- B. Ə. Budaqov, Q. Qeybullayev. Naxçıvan diyarının yer yaddaşı. Bakı: Nafta Pres, 2004, səh. 6–32.
- "Mindat.org". www.mindat.org. 2022-10-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-06.
- Antunes, M.T.; Ginsburg, L. "The Deinotherium (Proboscidea, Mammalia): an abnormal tusk from Lisbon, the Miocene record in Portugal and the first appearance datum. Evidence from Lisbon, Portugal" (PDF). Ciencias da Terra. 15. 2003: 173–190. 2022-03-13 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-09-22.
- Semprebon, Gina; Tao, Deng; Hasjanova, Jelena; Solounias, Nikos. "An examination of the dietary habits of Platybelodon grangeri from the Linxia Basin of China: Evidence from dental microwear of molar teeth and tusks". Palaeogeography, Palaeoclimatology, Palaeoecology. 457. 2016: 109–116. Bibcode:2016PPP...457..109S. doi:10.1016/j.palaeo.2016.06.012.
- "DNA duplication linked to the origin and evolution of pine trees and their relatives". 2023-01-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-29.
- "Почвы, растительность и животный мир Австралии и Океании".
- Denton, G.H.; Anderson, R.F.; Toggweiler, J.R.; Edwards, R.L.; Schaefer, J.M.; Putnam, A.E. "The Last Glacial Termination". Science. 328 (5986). 2010: 1652–1656. Bibcode:2010Sci...328.1652D. CiteSeerX 10.1.1.1018.5454. doi:10.1126/science.1184119. PMID 20576882.
- Lowe, J.J.; Walker, M.J.C. Reconstructing Quaternary Environments. Routledge. 1997. ISBN 978-0582101661.
- Moores, E. M., Fairbridge, R. W. (Editors), 1998: Encyclopedia of European and Asian Regional Geology. Encyclopedia of Earth Sciences Series, London, 825 pp.
- "Альпийско-Гималайский подвижный пояс". 2023-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-11.
- "A human-induced hothouse climate?" (PDF). UMass Lowell. 2019-05-10 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2018-10-19.
- Deconto, Robert M.; Pollard, David. "Rapid Cenozoic glaciation of Antarctica induced by declining atmospheric CO2" (PDF). Nature. 421 (6920). 2003: 245–249. Bibcode:2003Natur.421..245D. doi:10.1038/nature01290. PMID 12529638. 2023-08-09 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-12-14.
- Berger, A.; Loutre, M.F. CO2 And Astronomical Forcing of the Late Quaternary // Proceedings of the 1st Solar and Space Weather Euroconference, 25-29 September 2000. The Solar Cycle and Terrestrial Climate. 463. ESA Publications Division. 2000. səh. 155. Bibcode:2000ESASP.463..155B. ISBN 9290926937.
- Richerson, Peter J.; Robert Boyd; Robert L. Bettinger. "Was agriculture impossible during the Pleistocene but mandatory during the Holocene? A climate change hypothesis" (PDF). American Antiquity. 66 (3). 2001: 387–411. doi:10.2307/2694241. JSTOR 2694241. 4 March 2016 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 29 December 2015.
- Andrew Hill; Steven Ward. "Origin of the Hominidae: The Record of African Large Hominoid Evolution Between 14 My and 4 My". Yearbook of Physical Anthropology. 31 (59). 1988: 49–83. doi:10.1002/ajpa.1330310505.
- "Query: Hominidae/Hylobatidae". TimeTree. Temple University. 2015. 13 March 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 December 2017.
- Ashley S. Hammond et al. Insights into the lower torso in late Miocene hominoid Oreopithecus bambolii Arxivləşdirilib 2020-01-03 at the Wayback Machine, 2019
- "New study suggests 'enigmatic hominoid' did not walk upright and was not a tree climber". 2020-01-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-01-03.
- Ward, Carol; Leakey, Meave; Walker, Alan. "The new hominid species Australopithecus anamensis". Evolutionary Anthropology: Issues, News, and Reviews (ingilis). 7 (6). 1999: 197–205. doi:10.1002/(SICI)1520-6505(1999)7:6<197::AID-EVAN4>3.0.CO;2-T. ISSN 1520-6505.