Eranos

Eranos, Yeranos — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Qaranlıq (Martuni) rayonunda kənd.[2][3][4]

kənd
Yeranos
40°12′15″ şm. e. 45°11′18″ ş. u.
Ölkə  Ermənistan
Region Göyçə mahalı
Rayon Qaranlıq rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 2.007 ± 1 m
Saat qurşağı UTC+4
Əhalisi
Əhalisi
  • 5.479 nəf. (2011)[1]
Rəsmi dili
Yeranos xəritədə
Yeranos
Yeranos
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi

Eranos kəndi rayon mərkəzindən 16 km məsafədə, Göyçə gölünün yaxınlığında yerləşir. Erməni mənbələrində kəndin adı həm də Yaranos formasında qeyd edilmişdir[5].

Toponimi

Toponim aran (eran) etnoniminə[6][7] -os şəkilçisinin artırılması əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca düzəltmə toponimdir.1728-ci ilə aid mənbədə Qarni nahiyəsində kənd adı kimi göstərilmişdir[8][9]. 1918-ci ildə əhalisi qovulduqdan sonra kənd dağıdılmışdır. Azərbaycan xalqının atnogenezində mühüm rol oynamış qədim türk mənşəli Aran tayfasının [10] adını əks etdirir. Kəndin adı Aran tayfasının adından və yunan mənşəli "os" şəkilçisindən ibarətdir. Azərbaycanın qədim tarixində üç mə'nada "Aran" sözü iştirak еdir.

  1. Eranın İlk əsrlərindən başlayaraq türkmənşəli Aran tayfasının adı.
  2. Eranın əsrinin 60-cı illərində Alban çarı Aran (yaxud Ərən-"döyüşçü", "igid" və s.).
  3. Aran "qışlaq", "isti yer". XII əsrdə Albaniyada Aranrot, Mets-Arank, Arandjnak, XII əsrdə Dağlıq Qarabağda Aran, Yazı-Aran, Daş Aran, XIX əsrdə Gürcüstanda Aranisi, Еrmənistanda Hran (Еran adının təhrifi) toponimlərlə mənşəcə eynidir[11]

İstinadlar

  1. Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
  2. PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2
  3. Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карте Кавказа. Тифлис, 1913.
  4. Дорн Б. Каспий. Спб., 1975.
  5. erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831–1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831–1931) Arxivləşdirilib 2016-02-29 at the Wayback Machine. Автор: Завен Коркотян. Ереван: Издательство "Мелконян фонд", 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: "Melkonyan fond" nəşriyyatı, 1932. s.66
  6. Qeybullayev Q.Ə. Qarabağ (etnik və siyasi tarixinə dair), Bakı, "Elm", 1990. s.90
  7. Глинка С.Н. Описание переселения армян азербайджанских в пределе России, Баку, "Элм", 1990. s.122
  8. İrəvan əyalətinin icmal dəftəri. Bakı, 1996
  9. Зелинской С.П. Экономический быт государственных крестьян в Бамбакском участии и в северной части Шорагялского участка Александропольского уезда Ериванской губернии. "Материалы для изучения экономического быта гос. крестьян Закавказского края", том III, М., 1886.
  10. Qeybullayev. Q.Ə. Qarabağ. Bakı, 1991
  11. Будагов, Б. Ә.; Гејбуллајев, Г. Ә. Еранос // Ермәнистанда Азәрбајҹан мәншәли топонимләрин изаһлы лүғәти. Бакы: Оғуз ели. 1998. с. 243.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.