Yenilməz batalyon
Yenilməz batalyon — Qılman İlkinin "Qalada üsyan" romanı əsasında Hüseyn Seyidzadənin quruluş verdiyi eyniadlı film.[1]
Yenilməz batalyon | |
---|---|
Janr |
dram tarixi macəra |
Rejissor | Hüseyn Seyidzadə |
Əsərin müəllifi | Qılman Musayev |
Ssenari müəllifi | Qılman Musayev |
Baş rollarda |
Tamilla Ağamirova — Xavər Vladimir Yemelyanov — Dobrovolski İsmayıl Osmanlı — dərzi Yusif Anatoli Yurçenko — Stepan Lemeşko Müxlis Cənizadə — Nəriman Tağıyev Ofeliya Məmmədzadə — Roza Mixail Puqovkin — Kolpakov Ceyhun Mirzəyev — Teymur Hüseynağa Sadıqov — feldfebel |
Operatorlar |
Xan Babayev Rasim İsmayılov |
Bəstəkar | Cahangir Cahangirov |
Rəssam | Nadir Zeynalov |
İstehsalçı | "Azərbaycanfilm" Kinostudiyası |
İlk baxış tarixi | 13 fevral 1966 |
Filmin növü | tammetrajlı bədii film |
Müddət | 88,5 dəq. |
Ölkələr | SSRİ |
Dil | azərbaycanca |
Texniki məlumatlar |
9 hissə 2476 metr 35 mm |
Rəng | ağ-qara |
IMDb | ID8212394 |
Məzmun
Filmdə çar hökuməti tərəfindən o vaxt ucqar hesab olunan Azərbaycanın kiçik şəhəri Zaqatalaya sürgün edilmiş "Potyomkin" zirehli gəmisinin üsyankar matrosları ilə yerli inqilabçıların Rusiya imperiyasına qarşı birgə mübarizəsindən danışılır.
Film haqqında
Film quruluşçu rəssam Rafiz İsmayılovun kinoda ilk işidir.
Film aktyor Muxtar Avşarovun kinoda ilk işidir.
Film yazıçı Qılman Musayevin Zaqatala qalasında saxlanılan matrosların inqilabi fəaliyyəti barədə "Qalada üsyan" romanı əsasında ekranlaşdırılmışdır.
Filmdə Azərbaycan hərbi dairəsinin hissələri iştirak etmişlər.
Film Şəkidə çəkilib.[2]
Səhvlər
Motros Romanov Rozanın dükanına daxil olub oturanda eynək onun gözündədir. Bir kadr sonra onu göstərəndə eynək gözündə yoxdur. Növbəti kadrda isə o eynəyi gözlərinin üzərindən yenicə götürür.
Filmin heyəti
Film üzərində işləyənlər
- Ssenari müəllifi: Qılman Musayev
- Quruluşçu rejissor: Hüseyn Seyidzadə
- Operatorlar: Xan Babayev, Rasim İsmayılov
- Quruluşçu rəssam: Nadir Zeynalov
- Bəstəkar: Cahangir Cahangirov
- Səs operatoru: Əziz Şeyxov
- Rejissorlar: K.Mravladze, Ramiz Əliyev
- İkinci operator: B.Vlasov
- Quraşdırılmış səhnələr üzrə operator: Mirzə Mustafayev
- Quraşdırılmış səhnələr üzrə rəssam: Mirzə Rəfiyev
- Qrim edən: N.Tsitsikaşvili
- Geyim üzrə rəssam: H.Kazımov
- Rejissor assistenti: Əşrəf Mamayev
- Operator assistentləri: Şərif Şərifov, V.İvaşşenko, Eduard Qalakçiyev
- Rəssam assistentləri: Rafiz İsmayılov, M. Səfərəliyev
- Montaj edən: A.Filimonova
- Redaktor: Nataliya Şneyer
- Hərbi məsləhətçi: M.Veysov (polkovnik)
- Çalır: Baş Filmlər İstehsalı İdarəsinin orkestri
- Dirijor: Q.Hamburq, Ç.Duqaşov
- Filmin direktoru: Nazim Ələkbərov
- Mahnı ifa edən: İslam Rzayev ("Teymurun mahnısı") (titrlərdə yoxdur)
Rollarda
- Tamilla Ağamirova — Xavər
- Vladimir Yemelyanov — Dobrovolski
- İsmayıl Osmanlı — dərzi Yusif
- Anatoli Yurçenko — Stepan Lemeşko
- Müxlis Cənizadə — Nəriman Tağıyev
- Mixail Orlov — Viktor Alekseyev
- İsanbet Prozat — Feyzulla
- Valentin Kulik — Qriqori Romanov
- Ofeliya Məmmədzadə (Ofeliya Abbasova kimi) — Roza
- Mixail Puqovkin — Kolpakov
- Ceyhun Mirzəyev — Teymur
- Pavel Vinnik — Varlamov
- Hüseynağa Sadıqov — feldfebel
- Zoya Çekulayeva — Kolpakova
- Yusif Yulduz — Hacı Xeyri
- Muxtar Avşarov — Rəsi
- Əbdil Cabbar
- Eldar Əliyev — Əlimərdanın adamı
- Əli Mənsur
- Viktor Anisimov
- Novruz Axundov — işçi
- Zülfüqar Baratzadə - tacir
- L.Vereninov
- Eduard Qalakçiyev
- F.Qafarova — dükan sahibəsi
- İ.Şapovalov
- V.Meşalkin
- A.Oxlopkov
- M.Pirili
- Tələt Rəhmanov — furqon sahibi
- R.Rzayev
- Məhluqə Sadıqova (Məhluqə Sadıxova kimi)
- Məmməd Sadıqov (Məmməd Sadıxov kimi) — uryadnik
- Raida Xasiyanova (İ. Xasiyanova kimi) - Kolpakovun qızı
- Şamil Mahmudbəyov — Qaçaq Əlimərdan (titrlərdə yoxdur)
- Bahadur Əliyev — rus zabit (titrlərdə yoxdur)
- Həsən Məmmədov — Xavərin əri (şəkil) (titrlərdə yoxdur)
- Mollağa Bəbirli - Kolpakovun qonağı (titrlərdə yoxdur)
- Vyaçeslav Kovtun - Zabit (titrlərdə yoxdur)
- Əli Xəlilov - Kəndli (titrlərdə yoxdur)
- İsmayıl İsayev - məsciddəki kəndli (titrlərdə yoxdur)
- Bikəxanım Rzazadə - məsciddəki qadın (titrlərdə yoxdur)
- Hamlet Qurbanov - Əlimərdanın adamı (titrlərdə yoxdur)
Filmi səsləndirənlər
- Məlik Dadaşov — rus zabitin səsi (titrlərdə yoxdur)
- Həsənağa Turabov — Stepan Lemeşko (Anatoli Yurçenko) (titrlərdə yoxdur)
- Əfrasiyab Məmmədov — Viktor Alekseyev (Mixail Orlov) (titrlərdə yoxdur)
- Sofa Bəsirzadə — Xavər (Tamilla Ağamirova) (titrlərdə yoxdur)
- Əli Zeynalov — Qriqori Romanov (Valentin Kulik) (titrlərdə yoxdur)
- Yusif Vəliyev — Kolpakov (Mixail Puqovkin) (titrlərdə yoxdur)
- Kamil Qubuşov — Dobrovolski (Vladimir Yemelyanov) (titrlərdə yoxdur)
- Hamlet Xanızadə — cəzalanmış motros (titrlərdə yoxdur)
- Sadıq Hüseynov — Varlamov (Pavel Vinnik)(titrlərdə yoxdur)
- Hökümə Qasımova — Kolpakova (Zoya Çekulayeva) (titrlərdə yoxdur)
- Süleyman Ələsgərov — Əlimərdan (Şamil Mahmudbəyov) (titrlərdə yoxdur)
- Həsən Əbluc — tacir (Zülfüqar Baratzadə) (titrlərdə yoxdur)
- Eldəniz Zeynalov - Rəsi (Muxtar Avşarov)(titrlərdə yoxdur)
- Bahadur Əliyev - furqon sahibi (Tələt Rəhmanov);Kolpakovun qonağı (Mollağa Bəbirli)(titrlərdə yoxdur)
- Elxan Ağahüseynoğlu - matros (titrlərdə yoxdur)
İstinadlar
- Azəri, L. 50 ilin “Yenilməz batalyon”u: Ötən illərin filmləri: [Qılman İlkinin "Qalada üsyan" romanı əsasında Hüseyn Seyidzadənin quruluş verdiyi eyniadlı film haqqında] //Mədəniyyət.- 2015.- 8 iyul.- S.13.
- “Yenilməz batalyon”u yubadan Şəki qaymağı: Rafiq Dadaşov filmin kadrarxası məqamlarından danışır //Azadlıq.- 2014.- 29 dekabr.- S.14.
Mənbə
- Azad, Ə. “Kinostudiyada bir gün” [Reportaj] //Ədəbiyyat və incəsənət.- 1964.- 13 iyun.
- Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 13.
- Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 154; 383.
- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 94; 141; 143; 146-147.