Yenilməz Batalyon (Teymurun Mahnısı) (mahnı)
Yenilməz Batalyon (Teymurun Mahnısı) - Azərbaycan musiqiçisi Qara Dərvişin National Pearls albomuna daxil olan mahnısı.
Yenilməz Batalyon (Teymurun Mahnısı) | |||||||
---|---|---|---|---|---|---|---|
İfaçı | Qara Dərviş | ||||||
Albom | National Pearls | ||||||
Yayımlanıb | 2015 | ||||||
Dil | Azərbaycanca | ||||||
Müddət | 3:47 | ||||||
Bəstəkar | Cahangir Cahangirov | ||||||
Sözlərin müəllifi | Qılman İlkin | ||||||
Studiya | Sekiz Müzik Yapım | ||||||
"National Pearls" albomunun xronologiyası | |||||||
|
|||||||
|
Mahnı haqqında
Mahnının sözləri Qılman İlkinə, bəstə Cahangir Cahangirova, aranjemanı isə Qara Dərvişə aiddir.
Mahnı sözləri
Yel əsər, dağıdar dağda dumanı.
Anamın gözləri yoldadır, bircə gümanı,
Bircə mənə qalmış gümanı,
Gedim görüm əziz anamı,
A köhlən atım...
Bulud kəs aranı,
Qoy arabanı kəndə çatsın.
Aaa... dağda yelə dönək
Düzdə selə dönək, a köhlən atım,
A qarlı dağlar...
Dərələr, dağlar aşdım yenə mən
Atlarım qanadlı quş təki bu düzlərdə şığıyar,
Mehribanım, boz at, kəhərim,
Çox uzaq deyil mənim səfərim,
A köhlən atım...
Bulud kəs aranı,
Qoy arabanı kəndə çatsın.
Aaa... dağda yelə dönək
Düzdə selə dönək, a köhlən atım,
A qarlı dağlar...
Həmçinin bax
İstinadlar
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.