Yenikənd (Sabirabad)
Yenikənd — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd.
Yenikənd | |
---|---|
40°06′36″ şm. e. 48°34′46″ ş. u. | |
Ölkə | Azərbaycan |
Rayon | Sabirabad rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 2.016 nəfər |
|
Coğrafi vəziyyəti
Sabirabad rayonunda Kür çayının sol sahilində yerləşir, Kovlar və Qəzli kəndləri ilə həmsərhəddir. Tuğay meşələrinin bir hissəsi də Yenikənd kəndi ərazisindədir. Bu meşələrdə canavar, çaqqal, dovşan və s. heyvanlar yaşamışlar. Amma hal-hazırda bu meşələrdə ancaq çaqqal və vəhşi dovşanlar qalmışdır.
Kəndin ortasından Val arxı keçir. Bu arx Kür çayından çəkilib və kəndin suvarma sistemində çox əhəmiyyətli yerə sahibdir.[mənbə göstərin]
Əhali
Əhalisi 2016 nəfərdir.
Təhsil
Kəndin mərkəzi hissəsində Afət Ağarəhimov adına Yenikənd kənd orta məktəbi vardır.
İqtisadiyyatı
Kənddə 10-a yaxın mağaza, bir yeməkxana və bazar fəaliyyət göstərir. Kənd əhalisi əsasən əkinçiliklə və maldarlıqla məşğul olur.