Yeni jurnalistika

Yeni jurnalistika — Dövrümüzdə iz qoymuş informasiya texnologiyaları çərçivəsində inkişaf edən internet bəşəriyyət üçün yeni bir dövrün başlanğıcı oldu. İnternetlə ünsiyyət və media sahəsində çox fərqli struktur və funksional transformasiya prosesləri başladı. Çap mediası və audio-vizual media kimi fərqlər aradan qalxdı və inteqrasiya olunmuş və mürəkkəb media quruluşu yarandı.

Jurnalistika

Haqqında

Yeni jurnalistika ənənəvi mediadan çox fərqlənməsə də, onun inkişafının nəticəsi olsa da bir sıra kriteriyalarda ondan müəyyən dərəcədə fəqlənir. 1980-ci illərə kimi bütün KİV-lər çap və analoqlu görüntüyə əsaslanan məlumatlardan, yəni televiziya, qəzetlər və radiodan ibarət idi. Lakin son 25 ildə informasiyanın yayılması və cəmiyyətə çatdırılması sahəsində çox ciddi və sürətli irəliləyişlər, inkişaf nəzərə çarpmağa başladı və bütün bunlar internet və kompüterin yaranması ilə bağlı oldu.[1]

Sosial media

İstifadəçilərin internetdə məzmun axtardığı, istifadə etdiyi və istehsal etdiyi interaktiv ünsiyyət platformasıdır. İnsanların bir-biri ilə məzmun və məlumat paylaşmasına imkan verən sosial şəbəkələr, internet saytları və proqramlar sayəsində hər kəs axtardığı və maraqlandığı məzmuna daxil ola bilir. Kiçik qruplar arasında dialoqlar və paylaşımlar istifadəçi əsaslı məzmunun (UGC-User Generated Content) istehsalını tədricən artırır, həvəskar məzmunu rəqəmsal dünyada dəyərə çevirir. Bu, vaxt və məkan məhdudiyyəti olmadan (mobil əsaslı) paylaşma və müzakirənin vacib olduğu insan ünsiyyətinin formasıdır. Sosial media platformalarında insanlarla görüşür və ünsiyyət qurursunuz. Siz insanlara kömək edirsiniz, kömək alırsınız, suallarını cavablandırırsınız və öz suallarınızı verirsiniz. Bu baxımdan sosial media da qeyri-formal təhsil yollarından biridir. Sosial media ənənəvi mediada olduğu kimi bir nöqtədən çox insana yayımlamaqdansa, ünsiyyət baxımından çoxdan çox paradiqmasına əsaslanan "istifadəçi qaynaqlı media" xüsusiyyətinə malikdir. İstifadəçilər tərəfindən istehsal edilən məzmun" və "Müştərilər tərəfindən hazırlanan media" bu strukturla kommersiya planında öz mənasını qazanıb.

Sosial medianın yüksəlişi jurnalist reportajının xarakterini kəskin şəkildə dəyişdirərək, vətəndaş jurnalistləri adlanan şəxslərin yaranmasına səbəb olub. 2014-cü ildə ABŞ-də jurnalistlər arasında aparılan araşdırmada iştirakçıların 40%-i sosial mediaya mənbə kimi etibar etdiklərini, 20%-dən çoxu isə faktları toplamaq üçün mikrobloqlardan asılı olduğunu bildirib. Buradan belə nəticəyə gəlmək olar ki, indiki vaxtda ən son xəbərlər çox vaxt istifadəçi tərəfindən yaradılan məzmundan, o cümlədən sosial mediada onlayn yerləşdirilən video və şəkillərdən qaynaqlanır. Bununla belə, sorğuda iştirak edən jurnalistlərin 69,2%-i sosial medianın onlara öz auditoriyasına qoşulmağa imkan verdiyi ilə razılaşsa da, yalnız 30%-i bunun xəbərlərin etibarlılığına müsbət təsir etdiyini düşünür. Bundan əlavə, Pew Araşdırma Mərkəzi tərəfindən aparılan son araşdırma göstərir ki, hər on amerikalıdan səkkizi xəbərlərini rəqəmsal cihazlardan alır.

Bu dəyişikliklərə görə, xəbər agentliklərinin etibarlılıq reytinqləri ən aşağı səviyyəyə çatıb. 2014-cü ildə aparılan bir araşdırma göstərir ki, amerikalıların yalnız 22%-i televiziya xəbərlərinə və ya qəzetlərə etimad edir.

Yeni Media

Media sözünün sadə anlamı "informasiya daşıyıcısı" deməkdir. Mətbuatı da tez-tez media adlandırırlar. Yeni media dövrü internetin və yeni avadanlıqların dövrüdür. Yeni media qurğularına rəqəmsal video, audio vo foto avadanlıqlar, kompüterlər, mobil telefonlar, smartfonlar, planşetlər, və digər texniki yeniliklər daxildir. Çox böyük funksiyaları olan müasir kompüter proqramları isə bu avadanlıqlarla görülmüş işləri daha effektli hala gətirməyə şərait yaratdı. İnternetin hər gün artan yeni imkanları həmin məlumatları (media məlumatlarını) anında böyük auditoriyalarda yaymağı mümkün etdi.

Xalq Jurnalistikası

Xalq jurnalistikasını vətəndaş jurnalistikası da adlandırırlar. Vətəndaş jurnalistikası çox vaxt "ictimai jurnalistika", "demokratik jurnalistika", "küçə jurnalistikası" adı ilə tanınan, cəmiyyətdəki sıravi vətəndaşların xəbərlərin toplanılması, şərh edilməsi, analizi və ictimaiyyətə çatdırılması prosesində aktiv rol oynaması mənasını daşıyır. Əvvəllər böyük qəzet lər əyalətlərdəki olayları tez işıqlandırmaq üçün bölgə müxbirləri saxlayırdılar. Lakin qəzetlərin hər bölgəni peşəkar jurnalistlərlə təmin etməyə imkanı çatmırdı. Sonradan ştatdankənar müxbirlər tapmağa çalışdılar. Ştatdankənar jurnalist lər ayrı peşənin sahibi olsa da, redaksiyanın göndərdiyi müxbirdən hadisə yerinə tez çatırdı. İnternetin və yeni medianın inkişafı hadisə yerində olanları və yaxud oraya ən yaxın olanları jurnalistə çevirdi.

İnternet in və yeni media nın inkişafı hadisə yerində olanları və yaxud oraya ən yaxın olanları jurnalistə çevirdi. İnternet dövründən öncə də peşəcə jurnalist olmayanların əlinə belə fürsətlər düşüb. ABŞ prezidenti Kennedinin ölümünü təsadüfən həvəskar fotoqraf lentə ala bilmişdi. 22 noyabr 1963-cü ildə amerikalı iş adamı Abraham Zapruder küçəyə kinokamera ilə çıxmışdı ki, ABŞ prezidentinin oradra an keçməsini lentə alsın, nəticədə Con Kennediyə sui-qəsdi çəkə bilmişdi. Həmin dövr əlində kamera olan həvəskarlar az olduğuna görə xalq jurnalistikası yarana bilməzdi. Yeni media avadanlıqlarının kütləvi istifadəsi, internetin yaratdığı imkanlar isə alternativ medianın — xalq jurnalistikasının yaranmasına səbəb oldu. Yeni texnologiyaların inkişafı eyni zamanda , bir sıra sosial şəbəkə xidmətləri sosial şəbəkələrin, media-bloqların istifadəyə verilməsi, vətəndaş jurnalistikasının inkişafına təkan verən qüvvələr kimi başa düşülür. Eyni zamanda dünya ictimaiyyətinə xəbərlərin daha da operativ şəkildə çatdırılmasını təmin edir. Yeni texnoloji imkanları nəzərə alsaq, onu qeyd etmək lazımdır ki, vətəndaşlar ənənəvi müxbirlərdən fərqli olaraq xəbərlərin daha sürətlə yayılması gücünə malikdirlər. Televiziyada vətəndaş jurnalistikasına əməl etmək, onunla işləmək radioya, qəzetə nəzərən daha asan və rahatdı. Hal- hazırda vətəndaş jurnalistikası istər peşəkar jurnalistikadan, istərsə də onlayn jurnalistikadan irəlidədir. Bunun səbəbi isə vətəndaş jurnalistikasının operativ olmasıdır. Bəs radioda vətəndaş jurnalistikasından necə istifadə olunur? Radioda vətəndaş jurnalistikası səslərlə, interküylərlə və xəbərin anındaca hadisə yerində olan hal şahidinin vasitəsilə çatdırılması ilə mümkündür.

Jurnalistikanın bir qolu hesab olunan vətəndaş jurnalistikası da son vaxtlar inkişaf etməkdədir. Belə institutun yaradılması yeni akademik standartların formalaşması deməkdir.

Azad ölkə, azad cəmiyyət olduğumuza görə insanlar fikirlərini, gördüklərini internetdə, sosial şəbəkələrdə paylaşırlar. Yeni meyarların yaranması akademik institut mövzusunu aktuallaşdırır. Bu baxımdan ictimai rəyi tənzimləyən vətəndaş jurnalistikasının olması vacib sayılır. Ona görə ki, bütün hallarda jurnalistika ictimai dəyərlərə xidmət göstərir.

Amma bu sahədən həm cəmiyyət, həm də dövlət üçün faydalı olan formada istifadə etmək lazımdır. Bəzi həssas məqamlar var ki, vətəndaş onları bilməyə bilər. O isə vətəndaş jurnalistikasının qeyri-peşəkar olduğunu deməyə əsas verir. Bunun nəticəsində ortaya subyektiv düşüncələr, şəxsi arzular çıxır. Belə hallar arzuolunmazdır. Bir şəxsin gördüyü və ya onun şəxsi düşüncələri cəmiyyətin fikirlərinə təsir etməməlidir. Amma jurnalistika elə bir ictimai institutdur ki, o, özü-özünü təhlil edir və faydasız olanları kənara atır. Bu səbəbdən də vətəndaş jurnalistikasından çəkinmək lazım deyil. [2]

Bloqçuluq

Bloq-internet gündəlik deməkdir. 1997-ci ildə Yorn Barqer "internet gündəliyi" ni qısaca weblog adlandırmağı təklif etdi. Bu ingiliscə "logging the web" ifadəsinin qısaldılması idi. 2004–2005-ci illərdən bu söz lüğətlərə düşüb. Bloqlar bütün peşələrdən olan adamların, hətta peşəsi olmayanların və işsizlərin də məşğul olduğu bir fəaliyyətə çevrilib. Digər xalq jurnalistlərindən fərqli olaraq, onlar təkcə rastlaşdıqlarını yazmaq və ya lentə almaq, sonra da sosial şəbəkələrdə paylaşmaqla kifayətlənmirlər. Onlar bunu məqsədli fəaliyyətə çevirir, özlərinin internet saytı olan- bloqlarını yaradır və bütün qeydlərini orada yerləşdirirlər."BLOG NƏDİR? BLOGÇULUQ". 12.05.2013. 04.05.2023 tarixində arxivləşdirilib.

Həmçinin bax

İstinadlar

  1. İlham Mazanlı. JURNALİSTİKA VƏ MÜASİR DÖVRÜN QLOBAL PROBLEMLƏRİ (PDF). “Bakı Universiteti” nəşriyyatı. 2013-cü il.
  2. https://referat.ilkaddimlar.com/r/kurs-isleri/jurnalistika/pdf-5205.pdf Arxivləşdirilib 2023-05-08 at the Wayback Machine Vətəndaş jurnalistikası

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.