Yeni il Yaponiyada

Yeni il YaponiyadaYaponiyada təntənə ilə qeyd olunan bayram.

Kadomatsu — ənənəvi yapon yeni il ağacı

Yaponiyada Yeni il bayramı "şoqatsu" adlanır və yanvarın 1-dən 3-ə qədər qeyd olunur. Yeni ilin ilk günü səhər erkən yaponların çoxu özlərinə və qohumlarına dualar etmək üçün "Sinto" adlanan müqəddəs yerlərə və buddist məbədlərinə baş çəkirlər. Müqəddəs yerlərə baş çəkdikdən sonra insanlar evə qayıdır, süfrələrə müxtəlif yeməklər, içkilər düzürlər, birlikdə yeyib-içərək bayramı qeyd edirlər. Yeni ildə yeyilən ənənəvi yeməklərdən biri düyü piroqudur. Bu yeməyin özəl xüsusiyyəti ondan ibarətdir ki, o uzunömürlülüyün simvolu hesab olunur[1].

Yaponiyada bayram günü budda məbədlərindəki bürünc zənglər 108 dəfə çalınır. Bu rəqəm təsadüfi seçilməyib. Yaponlar hesab edirlər ki, hər bir zərbə insan həyatını məhv etməyə qadir olan 108 ziyanlı ehtirasdan birini qovur. Bununla da gündoğar ölkənin sakinləri Yeni ili təmiz ruhla qarşılayırlar.

İstinadlar

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.