Yeni Veysli
Yeni Veysli — Azərbaycan Respublikasının Goranboy rayonunun inzibati ərazi vahidində qəsəbə.
Yeni Veysli | |
---|---|
Ölkə |
Tarixi
2009-cu il noyabrın 20-də Goranboy rayonunun Veyisli kəndi yaxınlığında məcburi köçkünlər üçün salınmış Yeni Veysli qəsəbəsinin açılış mərasimi olub. Prezident İlham Əliyev mərasimdə iştirak edib. Prezident Kəlbəcər ictimaiyyətinin nümayəndələri ilə görüşüb.[1]
Qəsəbədə Kəlbəcər rayonundan olan 596 məcburi köçkün ailəsi yerləşdiriləcək. 120 hektar ərazidə salınan qəsəbədə 89-u bir, 275 iki, 200 üç, 32 dördotaqlı olan evlər tikilibdir.[1]
İnfrastruktur
Qəsəbədə bütün zəruri infrastruktur yaradılıb. Qəsəbədə müstəqil elektrik stansiyası tikilib, bütün evlər təbii qazla təchiz olunub.[1]
2011-ci ildə Yeni Veysli qəsəbəsində elektron ATS istifadəyə verilməsi nəzərdə tutulmuşdur.[2]
Mədəniyyət
Burada məktəb binası, uşaq bağçası, ambulatoriya, klub-icma mərkəzi, poçt binası və digər inzibati binalar tikilmişdir. Qəsəbədə inşa olunan 360 yerlik orta ümumtəhsil məktəbinin açılışında prezident də iştirak edib.[1]
Əhlisi
Qəsəbənin əhalisi işğal olunmuş Kəlbəcər rayonunun əhalisindən ibarətdir. Az sayda digər işğal olunmuş rayonlardan da sakinlər var.[1]
İstinadlar
- Məcbiri köçkünlər ücün yeni qəsəbə istifadəyə verilib. Yayımlanıb:20.11.2009
- Goranboyda rabitə sisteminin inkişafı üçünəsaslı tədbirlər görülür Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine. Yayımlanıb:08-01-2011