Yeni Sibir

Yeni Sibir (saxa Саҥа Сибиир арыы) — Yeni Sibir adalarının Anju qrupuna daxil olan ada. Sahəsi 6,2 min km² təşkil edir. Şərqi Sibir dənizində Kotelnı adasından şərqdə yerləşir. Cənub-qərbdə Sannikov boğazı onun sahillərini yuyur. Üst-Lensk təbiət qoruğu ərazisində yerləşir.

Yeni Sibir adası
rus. Новая Сибирь, saxa Саҥа Сибиир арыы
Ümumi məlumatlar
Sahəsi 6,200 km²
Hündür nöqtəsi 79 m
Əhalisi 0 nəfər (2015-ci il)
Yerləşməsi
75°03′00″ şm. e. 148°40′00″ ş. u.
Ölkələr
Arxipelaq
Akvatoriya
Yeni Sibir  adası xəritədə
Yeni Sibir  adası
Yeni Sibir adası
Yeni Sibir  adası xəritədə
Yeni Sibir  adası
Yeni Sibir adası

Relyef

Adanın relyefi ümumilikdə düzəndir. Relyefin bu cür olması buzlaqların ekzarasiya fəaliyyəti ilə meydana gəlir. Ada tundra örtülü olur. Adanın sahillərində hündürlüyü 10–17 m hündürlüyə malik olan uçurumlar vardır. Şimalında isə bu bur sıldırımların hündürlüyü 25 metrə çatır. Sahilləri demək olar ki eyni quruluşa malik olaraq, şərqində Mir buxtası yerləşir. Adanın mərkəz hisələrdə kiçik yüksəkliklər vardır (Vısokiy 47 m, Qoristıy 51 m və Derevyannıy Dağları). Derevyannıy dağının ən hündür nöqtəsi 79 metrdir.

Daxili suları

Adanın daxili sıx çay şəbəkəsinə malikdir. Onun daxili və Qərbindən ən iri çayı Bolşaya çayı axır. Adada çoxlu sayda göl vardır. Ən iri gölləri Çornuy Qusey, Ottax-Kyuele, Mutnoe.

Flora və Faunası

Heyvanlardan Maral, Ağ ayı, su samuru, rossоmахи və çığın sıçan. Quşlarından Ağ filin, turaç, qaz, turpan və Qaqa kimilərinin adını çəşkək olar. Çay sularında iki növ balıq yaşayır: Xanıkimilər dəstəsinə aid balıqlar.

Adanın araşdırılması

Yeni Sibir adası 1806-ci ildə ishesalçıları tərəfindən kəşf edilir. 1886-ci ildə ada Eduard Toll tərəfindən araşdırılır. 1951-ci ildə sovet qütb coğrafiyaçıları K.S.Badiqin və N.N.Zubov arxiv sənədlərini araşdırarkən Şərqi Sibir dənizini araşdıran Stepan Andreev 1764-ci ildə adanı görmüşdür.[1]

İstinadlar

  1. Arxivləşdirilib 2021-12-20 at the Wayback Machine Yeni Sibir adası [1806-ci ildə deyil 42 il önçə kəşf edilib
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.