Yeni Qızmeydan

Yeni Qızmeydan (əvvəlki adı: Novoastraxanka) — Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Şamaxı rayonunun Qızmeydan kənd inzibati-ərazi vahidi tərkibindəki Novoastraxanka kəndi Yeni Qızmeydan kəndi adlandırılmışdır.[1]

Yeni Qızmeydan
40°47′10″ şm. e. 48°42′25″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Yeni Qızmeydan xəritədə
Yeni Qızmeydan
Yeni Qızmeydan

Toponimikası

Kənd vaxtilə Astraxanka adlı rus kəndindən çıxmış ailələr tərəfindən Şirəlibəy mülkündə bina edilmişdir. Qızmeydan yaylasında yerləşən Astraxanka (indi Qızmeydan) kəndindən çıxmış ailələr tərəfindən yeni kənd salındığına görə, Novoastraxanka adı verilmişdir. Hazırda bu kənd Yeni Qızmeydan adlanır.[2]

Coğrafiyası və iqlimi

Kənd Pirsaat çayının sol qollarından olan Yapalaq çayının başlanğıc sahəsində, Qızmeydan platosunda yerləşir.

İstinadlar

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.