Yeni Meksika akasiyası
Robinia neomexicana (lat. Robinia neomexicana) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin yalançı akasiya cinsinə aid bitki növü.
Yeni Meksika akasiyası | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Streptophyta Klad: Embryophytes Klad: Polysporangiophytes Klad: Tracheophytes Klad: Klad: Klad: Eudicots Klad: Core eudicots Klad: Superrosids Klad: Klad: Fabids Dəstə: Fəsilə: Yarımfəsilə: Faboideae Triba: Robinieae Cins: Növ: Yeni Meksika akasiyası |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
||||||||||
|
Təbii yayılması
Yabanı halda Şimali Amerikanın cənubunda yayılmışdır.
Botaniki təsviri
3–6 m hündürlükdə olan koldur. Yarpaqları qısa, göyümtül, 7–9 sm uzunluğunda, 3–4 cüt yarpaqcıqdan ibarətdir. Yarpaqcıqları 16–25 mm uzunluğunda, 10–15 mm enində, tərs-yumurtavari və ya ellipsvaridir. Ucu kütdür. May-iyun aylarında çiçəkləyir. Hər bir salxımda 4–7 ədəd çiçək yerləşir. Kasacıqları borucuqvaridir. Dişicikləri enli, üçbucaq şəklindədir. Tacı sarı, uzunluğu 20–23 mm-ə qədər, kürəkləri qayıqcıqdan xeyli uzundur. Yumurtalığı çılpaqdır. Paxla saplaqlı, şişkin, şəffaf, çoxtoxumludur. Paxlaların uzunluğu 5–6 sm, eni 2–2,5 sm-ə qədər, üzəri çılpaq olub, uc hissəsi qatlanan, yetişən zaman açılmır. İyul-avqust aylarında yetişir. Toxumla asanlıqla çoxalır.
Ekologiyası
İşıqsevən, quraqlığa və şaxtayadavamlıdır. Ətraf mühitin əlverişsiz amillərinə və davamlığına görə ağ akasiyaya oxşayır.
Azərbaycanda yayılması
Mərkəzi Nəbatat bağında və Dendrologiya Institutunun təcrübə sahəsində intro-duksiya edilmişdir. Abşeron, Mərdəkan, Zaqatala, Balakən və Gəncədə park-bağlarda təsadüf edilir.
İstifadəsi
Park və bağlarda əkmək üçün qiymətlidir. Aran rayonlarda suvarma tələb edir. Bol çiçək açır və meyvə verdiyi üçün respublikamızda bir çox rayonlarda yaşıllaşdırmada istifadəsi məqsədyönlüdür.
Sinonimlrəi
- Robinia subvelutina Rydb.
- Robinia rusbyi Wooton & Standl.
- Robinia neomexicana var. subvelutina (Rydb.)Kearney & Peebles
- Robinia neomexicana var. luxurians Dieck
- Robinia neomexicana var. albiflora Kusche